Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-519/2025 18.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsinə, onun Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.3, 240.3.2 və 318.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 aprel 2024-cü il tarixli 1(099)-289/2024 nömrəli (hakimlər: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında yerləşən yataqxanada qey diyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 206.3.2-ci maddəsi ilə bəraət verilmiş, Məhkum CM-in 318.2, 228.4, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona CM-in 318.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin m əcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən onun 11 sentyabr 2020-ci il tarixdən 12 sentyabr 2020-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına hesablanıb həmin cəzadan çıxılması və üzərində qəti olaraq 10 (on) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə təqsirləndirilən şəxs qismində tutulduğu 24 fevral 2023-cü il tarixdən hesablanması, barəsində olan həbs qətimkan tədbirinin hökm qanuni qü vvəyə minənədək dəyişdirilmədən saxlanılması, CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Məhkum narkomaniyadan məcburi müalicənin təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübutlar və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən dövlət ittihamçısı Rahim Nəhmətov tərəfindən verilmiş apellyasiya protestinə və məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli 1(106)-640/2024 nömrəli (hakimlər: Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 aprel 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-in 228.4-cü maddəsi ilə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İttiham aktına əsasən, Məhkum şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşları ilə birlikdə İran islam Respublikasına qanunsuz getmək məqsədi ilə 27 avqust 2020-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəza rət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Biləsuvar rayonunda yerləşən 24-cü sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına keçmişdir. Bundan başqa Məhkum Şahid7 və şəxsiyyəti istintaqa Vahid adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı ilə birlikdə İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz gəlmək məqsədi ilə 10 sentyabr 2020-ci il tarixdə, saat 02 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin Beyləqan rayonunda yerləşən 21-ci sərhəd zastavasının xidməti sahə sindən təkrarən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Bundan başqa Məhkum qəsdən qanunsuz olaraq soyuq silah hesab edilən, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı bir ədəd ov bıçağını istintaqa məlum olmayan şəxsdən, istintaqa məlum olmayan vaxtda və məkanda əldə etmiş, 10 sentyabr 2020-ci il tarixdə dövlət sərhədini qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçərkən üzərində gəzdirmiş, Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində əraziyə baxış keçirilən zaman qeyd olunan həmin bir ədəd soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı ərazidən aşkar edilərək götürülmüşdür. Məhkum Şahid1 və Şahid2 ilə öz aralarında və haqqında icraat ayrılm ış başqa şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və narkotik vasitə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilib saxlanılıb daşınması və cinayətkar qrupun digər üzvünə çatdırılması barədə razılaşaraq, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 2-ci sərhəd zastavasının arxa tərəfində gizlədilmiş külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və narkotik vasitə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddəni gizlədildiyi yerdən götürmək məqsədi ilə 4 mart 2022-ci il tarixdə, saat 04 radələrində Məhkum idarə etdiyi avtomobil ilə həmin əraziyə gəlmiş və sonuncu cinayətkar qrupun şəxsiyyəti i stintaqa məlum olmayan digər üzvü ilə telefon vasitəsilə danışaraq, sonuncudan yuxarıda qeyd edilən kütlələrin qoyulduğu yer barədə dəqiq məlumat alıb həmin ərazidə - Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Aranlı kəndi istiqamətində avtomobili dayandırdıqdan sonra Şahid1 və Şahid2 avtomobildən düşüb kolluq ərazidə gizlədilmiş qeyd edilən kütlələri gizlədildiyi yerdən qanunsuz olaraq satış məqsədilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış və onların götürdükləri 3 ədəd bağlamaya baxış keçirilən zaman həmin torbaların içində olan külli miqdar təşkil edən - 835,3 qram tiryək, 38,1 qram heroin, 42,9 qram metamfetamin, 14609,3 qram qurudulmuş marixuana və 1650 ədəd kapsul şəklin də təsiredici maddəsinin ümumi miqdarı 247,50 qram olan külli miqdarda güclü təsir edən preqabilin aşkar edilərək götürülmüş, Məhkum isə gəldiyi avtomobillə hadisə yerindən qaçmışdır. Məhkəmə kollegiyaları yuxarıda qeyd olunmuş nəticəyə gəlmişər. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum CM-in 206.3.2-ci maddəsi ilə əsassız olaraq bəraət verildiyindən, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən və bunun nəticəsi olaraq ona CM-in 228.4-cü maddəsi ilə cəza təyin edilməsinə dair müddəa hökmdən əsassız olaraq xaric edildiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi, Məhkum verilmiş ittiham üzrə təqsirliliyi iş üzrə toplanmış bir-birini tamamlayan sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası nəticəyə gələrkən iş üzrə toplanılmış obyektiv və mötəbər sübutlara deyil, yalnız təqsirləndirilən şəxs Məhkum verdiyi özünü müdafiə xarakterli ifadələrinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara istinad edib Məhkum cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoymuşdur. Məhkum tanışları Şahid1, Şahid2, X adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə birlikdə İran İslam Respublikasından Azərb aycan Respublikasına qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin və güclü təsir edən maddənin keçirilməsindən məlumatı olmuş, həmin narkotik vasitələrin, psixotrop maddənin və güclü təsir edən maddənin satış məqsədilə əldə edilməsi, saxlanması, daşınması və qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə həmin şəxslərlə qabaqcadan razılaşmışdır. Məhkəmələr bu halları ümumiyyətlə diqqətə almamış, həmin halları bir-biri ilə müqayisəli təhlil etməmiş və nəticədə də təqsirləndirilən şəxs Məhkum təqsirliliyi tam sübut olunduğu halda CM-in 206.3.2-ci maddəsi ilə əsassız bəraət vermişdir. Məhkəmə kollegiyasının müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamışdır. Məhkəmə kollegiyası yalnız təqsirləndirilən şəxsin mənafeyi baxımından çıxış etmiş, guya o nun təqsirliliyinin sübuta yetirilməməsi kimi digər sübutlarla təsdiq olunmayan əsassız nəticəyə gəlmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-in 228.4-cü maddəsi ilə verilmiş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi barədə səhv qənaətə gələrək, həqiqətdə isə onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçmədiyini nəzərə almayaraq, ona CM-in 228.4-cü maddəsi cəza təyin edilməsinə dair müddəanı hökmdən xaric etməklə cinayət və cinayət prosessual qanunlarının normalarını da düzgün tətbiq etməmişdir. Göründüyü kimi Məhkum ona CM-in 228.4-cü maddəsi ilə verilmiş ittiham üzrə cinayət əməlini 10 sentyabr 2020-ci il tarixdə törətmiş, lakin ibtidai istintaq vaxtı o istintaqdan gizləndiyindən 7 dekabr 2020-ci il tarixdə barəsində ax tarış elan olunmuş və cinayət işi üzrə icraat dayandırılmış, həmin tarixdən müddətin axımı da dayanmış, 24 fevral 2023-cü il tarixdə tutularaq istintaqa təhvil verilmiş və cinayət iş üzrə icraat təzələnmiş, yalnız həmin tarixdən müddətin axımı bərpa olunmuş, bununla da onun cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum istintaqdan gizləndiyindən barəsində axtarış elan olunduğunu nəzərə almayaraq, onun CM-in 228.4-cü maddəsi ilə verilmiş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi barədə səhv qənaətə gələrək əsassız və qanunsuz olaraq ona CM-in 228.4-cü maddəsi ilə cəza təyin edilməsinə dair müddəanı hökmdən xaric etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağı instansiya məhkəmələri barəsində qeyri-real dəlil və sübutlara dayanaraq tam ədalətsiz nəticəyə gəlmişdir. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilməli və ona yalnız CM-in 228.4 və 318.2-ci maddələri ilə cəza təyin edilməlidir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, ve rilmiş kassasiya şikayətinin təmin edilməməsini, kassasiya protestinin təmin edilməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, narkotik vasitə istifadəçisi olduğunu, lakin satışı ilə məşğul olmadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini, kassasiya protestinin isə təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tə tbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəldiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində qanun suz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqəd ar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respubl ikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda ayd ın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Kassasiya məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, kassasiya protestinin dəlillərinə nəzər yetirildiyi zaman Məhkum CM-in 228.4, 234.4.1, 234.4.3, 240.3.2 və 318.2-ci maddələri ilə təqsirləndirilməsinə dair hissənin dövlət ittihamçısı tərəfindən mübahisələndirilmədiyi müəyyən olunur. Kassasiya protestinin “Məhkum CM-in 206.3.2-ci maddəsi ilə əsassız olaraq bəraət veriməsinə” dair dəlillərinə gəldikdə iş materiallarına əsasən müəyyən olunur ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirmə ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrin in, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmuş, həmçinin, Məhkum Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilməmiş və gəlinən nəticə iş üzrə tədqiqi olunmuş sübutların məcmusu i lə əsaslandırılmışdır. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübut ların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkum qarşı irəli sürülmüş ittihamın məzmununda onun qaçaqmalçılıq cinayət əməlinin obyektiv cəhətini Şahid1 və Şahid2, eləcə də “X” adlı İİR vətəndaşı ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdikləri göstərilsə də, cinayət işi materiallarında bu halı, eləcə də onun həmin cinayət əməlinin obyektiv tərəfinə aid hansısa hərəkəti icra etməsinə dair hər hansı sübut yoxdur. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası CM-in 206.3.2-maddəsinin dispozisiyası qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların,...........kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsində ifadə olunur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli qərarında göstərilmişdir ki, şəxsin qaçaqmalçılıq cinayətini bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. Həmin Məcəllənin 1.0.22-ci maddəsinin tələbinə görə, gömrük sərhədindən keçirmə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrik ötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı hərəkətlərin edilməsindən ibarətdir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılm ası istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu baxımdan iş materiallarında olan və məhkəmələrin istinad etdiyi sübutların h eç birində belə bir məlumat yoxdur ki, Məhkum nəinki CM-in 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirliliyi sübuta yetirilsin, bu cinayətin törədilməsində qabaqcadan əlbir olan bir qrupun tərkibində qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri qrupun digər üzvləri ilə birgə icra etsin, yəni qaçaq malını Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar birgə keçirmiş olsun. Cinayət işinin materiallarında olan DSX-ın vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 04:03-də 2-ci sərhəd zastavasının 2425-ci sahələrində mühəndis texniki qurğuları boyu avtomobil yolunda “Sərhəd gözətçisi” sərhəd naryadı tərəfindən İran İslam Respublikası ərazisində sərhəd zastavasının 30- 1-ci sahələri istiqamətində 1 ədəd avtomobilin hərəkəti müşahidə olunmuş, qeyd edilən avtomobil 22-ci sahə istiqamətinə çatdıqda dayanaraq işıqlarını söndürmüş və 5 dəqiqədən sonra hərəkətini davam etdirmişdir. Sərhəd naryadı tərəfindən sərhəd zastavasına məlumat verilmiş və ərazi müşahidə altında saxlanılmışdır. Aparılan əməliyyat axtarış tədbirləri zamanı təqribən saat 04:25-də sərhəd zastavasının arxa istiqamətindən keçən Biləsuvar-Bəhrəmtəpə avtomagistral yolunun İmişli rayonu Aranlı kəndindən keçən hissəsində - Aranlı kəndi yaxınlığında 1 ədəd şübhəli avtomobilin 15 dəqiqə dayanaraq sonradan ərazidən uzaqlaşması barədə məlumat daxil olmuş, tədbirlər nəticəsində özlərini Bakı şəhər sakinləri Şahid1 və Şahid2 kimi təqdim edən şəxslər saxlanılmış, üzərilərinə baxış keçirilərkən 3 ədəd bağlamanın olması müəyyən edilmişdir. Həmin şəxslər ətrafında aparılan filtirasiya tədbirləri zamanı onların xx.xx.2022-ci il tarixdə gecə saatlarında Gəncə şəhər sakini Məhkum məxsus “Opel Zafira” markalı avtomobillə ərazidən narkotik vasitələrin götürülməsi məqsədi ilə sərhəd zastavasının ərazisinə gəldikləri müəyyən edilmişdir. Qeyd edilən faktla bağlı sərhəd zastavasının ərazisində nəzarətedici vasitələrə baxış keçirilmiş, nəzarət iz zolağı və əsas mühəndis çəpərində dövlət sərhədinin pozulması əlamətləri aşkar edilməmiş, narkotik vasitənin İİR ərazisindən gətirilərək nəzarətedici vasitələrə müdaxilə edilmədən arxa istiqamətə atılması ehtimal edilir. Belə ki, işin materiallarında Məhkum həmin kütlələrin Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyindən qabaqcada n məlumatlı olmasına dair hər hansı sübut, o cümlədən onun və ya Şahid1 və Şahid2 bu məzmunda etirafedici ifadələri, şahid ifadələri, eləcə də telefon danışıqları haqqında məlumatlar mövcud deyildir. Məhkum həm birinci instansiya məhkəməsinin məhkəmə istintaqında, həm də apellyasiya baxışı zamanı Şahid1 və Şahid2 sifarişi üzrə onların uşağı üçün dərman götürməyə gedərkən Nurun və Gülnarın ona həmin dərmanların İmişlidə qohumlarıgildə olduğunu bildirdiklərini göstərmişdir. Məhkəmələr tərəfindən müəyyən olunmuş sübutları təkrarən yuxarıda sadalamaqla işin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya protestində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o c ümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş, Məhkum CM-in 206.3.2-ci maddəsi ilə təqsirsizliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya pr otestinin qeyd edilən dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edərək, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirməməsi barədə apellyasiya məhkəməsinin düzgün nəticəyə gəldiyini qeyd edir. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya məhkəmə kollegiyası kassasiya protestinin, “Məhkum CM-in 228.4-cü maddəsi ilə cəza təyin edilməsinə dair müddəanın hökmdən xaric edilməsi barədə apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticənin əsassız olması” haqqında dəlillərinə münasibətd ə qeyd edir ki, CM-in 75-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Müddət, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. İşin hallarından isə müəyyən olunur ki, Məhkum törətməkdə ittiham olunduğu CMin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini 10 sentyabr 2020-ci il tarixdə törətmiş və “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 11 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, X həmin tarixdə saat 12:10-da şübhəli şəxs qismində tutulmuş, “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 12 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(009)-462/2020 saylı qərarından görünür ki, Məhkum barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmiş, Məhkum məhkəmə iclas zalından həbsdən azad edilmiş, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Məhkum barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. 20 noyabr 2020-ci il tarixli qərardan görünür ki, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə Məhkum barəsində tutulma prosessual məcburiyyət tədbiri tətbiq edilməsi, sonuncunun olduğu yer müəyyən edilmədiyindən barəsində axtarış elan edilməsi qərara alınmışdır. 7 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Məhkum ba rəsində tutulma prosessual məcburiyyət tədbiri tətbiq edilməsi, sonuncunun olduğu yer müəyyən edilmədiyindən barəsində axtarış elan edilməsi qərara alınmışdır. 7 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Məhkum barəsində CM-in 318.2 və 228.4-cü maddələri ilə ********* nömrəli cinayət iş üzrə icraat CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 9 fevral 2023-cü il tarixli qərardan görünür ki, Məhkum barəsində olan ********* nömrəli cinayət iş üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. CM-in 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, axtarışda olan Məhkum DSX-nin baş əməliyyat müvəkkili X-ə təhvil verilmiş və həmin tarixdə Məhkum xx.xx.2023-cü il tarixdə saxlanıldığı üçün ********* nömrəli cinayət iş üzrə icraat təzələnmişdir. Odur ki, 10 sentyabr – 7 dekabr 2020-ci il və 24 fevral 2023-cü il – 1 oktyabr 2024cü il tarixləri arasındakı müddət CM-in 75-ci maddəsində əks olunmuş 2 il müddəti həqiqətəndə əhatə etmədiyindən kassasiya məhkəmə kollegiyası bu barədə kassasiya protestinin dəlilləri ilə razılaşır. Bununla belə müəyyən olunur ki, kassasiya instansiya məhkəməsində işə baxılaraq müvafiq yekun qərar qəbul edildiyi müddətdə cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçmiş olur. Yəni, bu əsasla qərarın ləğv edilərək cinayət işinin yenidən baxılması üçün apellasiya baxışına göndərilməsi nəticəsind ə apellyasiya instansiyası məhkəməsinin təkrarən eyni yekun nəticəyə gəlinməsi ilə, Məhkum barəsində olan ittiham hökmünün qanuni qüvvəyə minməsi avtomatik olaraq cinayətin törədildiyi gündən iki il keçdikdən sonra baş tutacaqdır. Bu səbəbdən də kassasiya məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin bu barədə dəlillərini və həmin dəlillərin təmin edilməsi nəticəsində yaranacaq vəziyyəti formal xarakterli hesab edərək, apellyasiya məhkəməsinin müvafiq qərarını ləğv edilib işin təkrar baxışa təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində isə onun əməlində CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə cinayət tərkibinin olmasını təsdiq edən sübutların müəyyən olunmadığı, əsassız olaraq həmin maddələrlə təq sirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittihamın CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə bağlı hissəsi birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instans iya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 228.4, 234.4.1, 234.4.3, 240.3.2 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi özünün ibtidai istintaqda elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsinə dair ifadələri, şahid qismində dindirilmiş Şahid4, Şahid5, Şahid6, Şahid1, Şahid2 və Şahid3 qızının ifadələri, xx.xx.2022-ci il tarixli raport, “Əməliyyat -axtarış tədbirlərinin keçirilməsi barədə” 2 mart 2022-ci il tarixli qərar, “Hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokol, “Aşkar edilmiş predmetə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol, məhkəmə ekspertizasının 5 mart 2022-ci il tarixli 6/1332 nömrəli rəyi, “şəxsin fotoşəkil üzrə tanınması barədə” xx.xx.2022-ci il tarixli protokollar, xx.xx.2022-ci il tarixli məktub, N №-li hərbi hissənin komandirinin xx.xx.2020-ci il tarixli məktubu, “Hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2020-ci il tarixli protokol, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar apellyasiya instansiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Odur ki, kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, müdafiə tərəfinin kassasiya şikayətində irəli sürdüyü dəlillər və bununla bağlı aşağı instansiya məhkəmələrində təqdim etdikləri sənədlər ittiham tərəfinin təqdim etdiyi sübutları heç bir halda təkzib etməmiş, məhkəmə istintaqında Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və narkotik vasit ə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlayaraq daşması cinayət işi üzrə toplanılmış materiallarla öz təsdiqini tapmışdır. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzə rində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış edərək qeyd edir ki, kassasiya şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlamış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məh kum hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin qərarını, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. O cümlədən məhkuma təyin edilmiş cəzaya münasibətdə kassasiya məhkəmə kollegiyası onu qeyd edir ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görünür ki, məh kəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üz rə mövcud deyildir, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlə t ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsinə, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.3, 240.3.2 və 318.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-519/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-519/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver