Məhkəmə qərarları › İş №1(102)-52/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-52/2019

23.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-52/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Məhkumun müdafiəçisi, Bakı şəhəri, 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1987-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 04.09.2017-ci ildə anadan olmuş bir uşağı olan, orta təhsilli, “xxxx” Azərbaycan MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Kəlağaylı kəndində qeydiyyatda olan və yaşamış, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: Tahir İsmayılov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 01 fevral 2018-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum, məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qərarı ilə (hakimlər: E.Ş.Hüseynov (sədrlik edən), R.R.Rəfiyev və G.Q.Abbasov) məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilmiş və Ağsu Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli hökmündən “könüllü gəlib təqsirini boynuna alma” müddəası xaric edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsa sən Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, 20 dekabr 2017-ci il tarixdə, saat 19:00 radələrində idarə etdiyi "İsuzu NPR 66L" markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun Ağsu rayonunun ərazisindən keçən 164-cu kilometrlıyində hərəkət edərkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə ziyan vurmamalıdır kimi tələblərini pozaraq yolun hərəkət hissəsinin sağ kənarı ilə eyni istiqamətdə hərəkət edən piyada X4 vurmuş, nəticədə ona beyin qişaları altına, toxumasına və mədəciklərinə q ansızmalar, kəllə qapağı və əsası sümüklərinin sınıqları, başın sol gicgah təpə nahiyəsinin qançırı və onun fonundakı sıyrığı, sol sağrı nahiyəsinin qançırı, sol əlin sıyrığı, sağ və sol diz oynağının sıyrıqları, sol ayağın sıyrığı xəsarətləri yetirərək ölümünə, habelə “xxxx" Azərbaycan MMC-yə 300 manat məbləğində maddi ziyan vurmaqla "İsuzu NPR 66L markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qərarının dəyişdirilməsi və Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsinin sanksiya sında nəzərdə tutulan cəzanın dörddə üçündən artıq olmayan müddətə cəza təyin edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, aşağı instansiya məhkəmələri Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini həll edərkən onun məsuliyyətini yüngülləşdirən halları, yəni ilk dəfə cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, özü və yaxın qohumları tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa, maddi kömək göstərməyə dəfələrlə cəhd göstərilməsini, könüllü olaraq təslim olmasını nəzərə almamış, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəsizlik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun və ədalətli olmayan cəza təyin etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaq əli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi N.Hüseynova və dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərlil iyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, obyektiv və hərtərəfli araşdırılmış və istər hökmdə, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarında həmin sübutlara Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun şəkildə həm ayrı-ayrılıqda, həm də məcmu qaydasında onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymət verilmişdir. Aşağı instansiya məhkəmələrinin yekun məhkəmə aktlarında ətraflı şərh edildiyinə görə təkrarən sübutların şərhinə ehtiyac görməyən məhkəmə kollegiyası hesab edir ki, araşdırılmış və qiymətləndirilmiş sübutlar CPM-nin 146.1-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinməsi haqqında nəticəyə gəlmək üçün kifayət etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkumun əməli Cinayət Məcəlləsinin göstərilən maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkumun müdaf iəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olması mübahisələndirilir və hesab edilir ki, məhkəmələr tərəfindən məhkumun əməlində olan yüngülləşdirici halların nəzərə alınmaması və barəsində CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın dörddə üçündən artıq olan müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ədalətsiz və qanuna zidd olmuşdur. Məhkəmə kollegiyası bununla əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Ədalət prinsipini özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hall arına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin t örədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarix li qərarları) Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri belə nəticəyə gəlmişlər ki, Təqsirləndirilən şəxs əməllərində ağırlaşdırıcı hallar yoxdur. Birinci instansiya məhkəməsinin hökmündə CM-nin 59.1.4,59.1.9,59.1.10-cu və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşiman olmaqla könüllü gəlib təqsirini boynuna almasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini və ailəyə yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməsi göstərilmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarında göstərilir ki, təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna alması iş materialları ilə təsdiqini tapmır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi həmin nəticəyə hansı sübutlara əssasən gəldiyini müzakirə etməmiş və öz qərarını əsaslandırmamışdır. İş materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatını xilas etmək məqsədilə hadisə yerindən xəstəxanaya çatdırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsi xarakterizə edən həmin xüsusat nə birinci instansiya məhkəməsinin hökmündə, nə də apellyasiya instansiyası məhkəməsinin qərarında müzakirə edilməmiş, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qəbul edilib-edilməməsinin səbəbləri göstərilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində tövsiyyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Həmin qərarın 1-ci bəndində göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətlərin ictimai-təhlükəlilik dərəcəsi isə, onun törədilməsi hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X5 qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandır ma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyini nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 okty abr 1982ci il tarixli qərar, X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, göründüyü kimi, apellyasiya instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərkən cinayət qanunu normalarının tələblərinə kifayət qədər əməl etməmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Bu haqda kassasiya şik ayətinin dəlilləri ilə razılaşan və həmin şikayətin qismən təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında seçilmiş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Şəki Apellyasiya Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə, kassasiya ins tansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Növbəti apellyasiya baxışı zamanı, məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, işin hallarına uyğun olaraq cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkum haqqında qanuni və ədalətli cəzanın təyin edilmə si haqqında qərar qəbul olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin 03 avqust 2018ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar