Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-52/2020 04.02.2020 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin CinayətKollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), X32 və X5 ibarət tərkibdə, katib İsazad Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X13, zərərçəkmiş şəxslərin nümayəndəsivəkil X16, Məhkum, onun müdafiəçiləri-vəkillər Süleymanov Türkel Hümbət oğlunun, X17 və İbrahimov Telman Sadət oğlunun, iştirakları ilə, Bakı Ağır Cinayətlər Mə hkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə bəraət almış Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli hökmündən məhkumun müdafiəçiləri-vəkil Süleymanov Türkel Hümbət oğlu, X29 və İbrahimov Telman Sadət oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə və kassasiya şikayətlərinə əlavələrə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmü ilə (hakimlər: Ə.N.Hacıyev (sədrlik edən və məruzəçi), F.A.Qəribov və S.İ.Əliyevdən ibarət tərkibdə) Məhkum- xx.xx.1958-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Nəqliyyat Deportamentində nəzarətçi işləyən, Salyan rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Ü1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı X21 apellyasiya protestinə, zərərçəkmiş şəxslər X25, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi-vəkil X26 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: Ə.N.Bayramov (sədrlik edən və məruzəçi), Ə.İ.Qasımov və N.E.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli hökmü ilə apellyasiya protesti tam və zərərçəkmiş şəxslərin apellyasiya şikayə tləri qismən təmin edilərək, bəraət hökmü ləğv edilərək ittiham hökmü çıxarılmış, Məhkum Azərbaycan Respublikası CM-nini 179.3.2-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bu cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci və 68.1.3-cü maddələri ilə Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə CM-nin 147.2-ci maddəsi ilə Məhkum təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasının 3 günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Onun xx xxxxx 2016-cı il tarixdən xx xxxxx 2017-ci il tarixədək həbsdə saxl andığı1 (bir) il 3 gün çıxılmaqla üzərində 7 (yeddi) il 2 (iki) ay, 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Mülki iddialar maddi ziyana aid hissələrdə qismən təmin edilərək Məhkum alınaraq 695.000 (altı yüz doxsan beş min) manat Zərərçəkmiş şəxs3, 50.000 (əlli min) manat Zərərçəkmiş şəxs1, 55.000 (əlli beş min) manat Zərərçəkmiş şəxs2 verilməsi qalan hissədə mülki iddianın təmin edilməməsi hökm edilmişdir. İşin halları: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, ona etibar edilmiş külli miqdarda özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə talayıb israf etməklə mənimsəmişdir. Belə ki, Məhkum ona etibar edilmiş külli miqdarda özgə əmlakını talamaq məqsədi ilə 2015-ci ilin sentyabr ayının təxminən əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 59, mənzil 97-də yaşayan qohumu Zərərçəkmiş şəxs3 məxsus külli miqdarda, yəni- 695.000 manat dəyərində, həmçinin sonuncunun doğma qızları Zərərçəkmiş şəxs1 mülkiyyətində olan külli miqdarda--50.000 manat məbləğində və Zərərçəkmiş şəxs2 məxsus külli miqdarda-- 55.000 manat dəyərində, müxtəlif çeşiddə, dəyərdə, çəkidə və əyarda qızıl-zinət əşyalarını saxlanılması üçün Zərərçəkmiş şəxs3 mənzilində qəbul etmiş, qeyd olunan tarixdən 2016-cı ilin fevral ayının təxminən ortalarınadək olan müddət ərzində vahid niyyətlə əhatə olunan cəmi -800.000 manat məbləğində külli miqdarda ona inanılıb etibar edilmiş özgə əmlakı olan həmin qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib şəxsi ehtiyacına xərcləməklə talayıb və ya digər formada özgəninləşdirməklə, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 hər birinə ayrı-ayrılıqda yuxarıda göstərilən məbləğlərdə külli miqdarda ziyan vurmaqla inanılıb etibar edilmiş özgə əmlakını talayıb israf etməklə mənimsəmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli hökmündən Məhkum müdafiəçisi-vəkil Süleymanov Türkel Hümbət oğlu kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək, hökmün ləğv edilməsini və məhkum barəsində bəraət qərarı çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinə məhkəmə baxışı gedişində prosesə qoşulmuş məhkumun müdafiəçiləri-vəkil X29 və vəkil İbrahimov Telman Sadət oğlu da kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının hökmünün ləğv edilərək məhkuma bəraət verilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin və kassasiya şikayətlərinə əlavələrin dəlilləri: Müdafiəçisi-vəkil Süleymanov Türkel Hümbət oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinin materialları ilə tanış olma barədə vəsatəti təmin edilməmiş, lakin zərərçəkmiş şəxslərin şahidləri X20 və X21 arvadının xalası oğlu X27 iştiraklarını, eləcə də X22 iştirakını təmin edilməsi üçün məhkəmə iclasını 4 ay uzatmışlar. Məhkəmədən sonra X22 yazdığı ərizədə məhkəmə iclasında verdiyi ifadədən imtina etmişdir. X1 Baxişovun arvadı Dostuxanım Baxışeva göstərmişdir ki, X1 qızılların bütün siyahısını tutaraq siyahını da həmin torbanın içarisinə qoymuşdur. Lakin nə Zərərçəkmiş şəxs3, nə də arvadı XXX torbanı açarkən siyahının o rada olub-olmamasını göstərməyiblər. Siyahı tutulubsa onda qızıllar niyə siyahı ilə təqdim edilməyib, siyahı cinayət işinin materiallarına əlavə edilməyib. XXX 16 fevralda müalicə üçün getdiyi Avstriyadan 02 mart tarixində Tehran yolu ilə Avstriyadan qayıdır və 7 gün Bakıda qalır. Qızı XXX iki dəfə onu 10 kiloluq torbanın 200 qram qayıtması barədə xəbərdar etsə də 7 gündə vaxt tapıb gedib bütün ailəsinin qızıl varidatını qoyduğu qatıq vedrəsini yoxlamamışdır. X1 09 martda Alma-Ataya gedir, 13 mart tarixdə Bakıya qayıdır və 9 gün Bakıda qalır və yenə də qızılları yoxlamır. 18 martda X Dubaya gedir və 25 martda Bakıya qayıdır. Yalnız bundan 3 gün sonra qızılların mövcudluğunu yoxlayıb. Əgər Avstriyaya müalicə üçün getmişdirsə bəs Alma-ata, Tehran və Dubaya nə üçün getməsi müəyyən edilməmiş dir. X1 Baxişov qızılları, qızılların siyahısının bağlamalar açılarkən orada olubolmaması barədə göstərməmiş, onları Rövşənə verənədək video-fotosunu çəkməmişdir. Zərərçəkmiş şəxs1 mənzilində saxlandığı vaxt həmin torbaya əlçatımlığı olan X apellyasiya instansiya məhkəməsi tərəfindən dindirilməmişdir. Məhkəmə X 800000 manatlıq qızıl-zinət əşyalarını əldə etmə mənbəyini araşdırmamışdır. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçiləri-vəkil X29 və vəkil İbrahimov Telman Sadət oğlu kassasiya instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında təqdim etdikləri kassasiya şikayətində göstərmişlər ki, Azərbaycan Respublikası CPM-nin 315.9-cu maddəsində nəzərdə tutulmuş əsaslar olmadan kobud qanun pozuntusu ilə cinayət işinin i stintaq aidiyyəti dəyişdirilmişdir. Müdafiəçilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 822-825-ci maddələrinə istinad edərək hesab etmişlər ki, tərəflər arasında saxlama müqaviləsindən doğan mülki münasibətlərin olması nəzərə alınmamışdır. Zərərçəkmiş şəxs3 xx.xx.2016-cı il tarixli ərizəsi əsasında cinayət işi başlandıqdan sonra Məhkum ailə üzvləri həyat yoldaşı X18 və oğlu X32 cinayət prosesinin iştirakçıları kimi cəlb edilmişlər və onların izahatları alınmış, lakin onların Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsində və CPM-nin 20.1-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməmiş, yaxın qohumlarına qarşı izahat, ifadə verməmək hüquqları pozulmuşdur Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası ittiham tərəfinin vəsatətini təmin edərək məhkəmə iclasında dind irilmiş X28 faktiki yaşadığı Bakı şəhəri Bayıl qəsəbəsi Xanlar küçəsi 26-da yerləşən 83 saylı mənzili, sonradan adını bildiyi və hazırda məhkəmə iclasında iştirak edən X11 əvvəlcə gəlib baxdığını, beh ödədiyini və alqı-satqı zamanı onu ağ rəngli “Hundai” markalı avtomobildə gətirən, hazırda məhkəmə iclasında iştirak edən Məhkum iştirakı ilə satdığı barədə ifadəsinə istinad edərək, bu dolayı sübutla həmin mənzilin zərərçəkmiş şəxslərin pul vəsaiti hesabına alındığı nəticəsinə gəlmişdir. Həmin faktla əlaqədar iş materialları ilə sübut olunur ki, Məhkum mülkiyyətində olan Salyan şəhəri Davudzadə küçəsində 123 nömrəli 5 girişli, 1828,4 kv.m ümumi sahəsi olan 3 mərtəbəli qeyri-yaşayış sahəsi xx xxxxxx 2016-cı il tarixdə Məhkum adından satıcı kimi çıxış edən X6 tərəfindən X14 20569,50 manata sa tılmışdır. X2 X1 həyat yoldaşı, X3 və X4isə anasıdır. Göstərilən mülkin satıldığı X23 isə Baxişova Dostuxanımın və X1 kürəkənidir. Məhkəmə tərəfindən cinayət işi üzrə Məhkum şikayətçi olan X1 ona məxsus əmlakın ailə üzvlərinin iştirakı ilə ələ keçirilməsinə qiymət verməmişdir. Cinayət işinin materiallarına əlavə olunan xx xxxxx 2016-cı il tarixli öhdəlik ərizəsində isə Salyan şəhəri Davudzadə küçəsində 123 nömrəli 5 girişli, 1828,4 kv.m ümumni sahəsi olan 3 mərtəbəli qeyri-yaşayış sahəsini R.X1 220000 manata satdığı və pulunu nəğd aldığı, həmin vaxt tələb olunan zəruri sənədlər hazır olmadığından alqı-satqı müqaviləsi bağlanmadığı qeyd edilmişdir. Məhkum məxsus əmlakın faktiki olaraq dəyərinin ona ödənilmədən əmlakının əlindən alınmasına məhkəmə tərəfindən araşdırılmaması və hüquqi qiymət verilməməsi tərəflərin hüquq bərabəliyinin pozulmaması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ləğv edilməli və Məhkum barəsində bəraət hökmü çıxarılmalıdır. Müdafiəçilər-vəkil X29, vəkil İbrahimov Telman Sadət oğlu və vəkil X15 tərəfindən xx.xx.2020-ci il tarixdə imzalanmış kassasiya şikayətinə əlavə də göstərilən kassasiya şikayətinin dəlilləri ilə tamamilə eyni məzmunludur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya şikayətlərinə əlavələrin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin və onlara əlavələrin təmin edilməsi barədə məhkumun və müdafiəçilərinin, kassasiya şikayətilərinin və onlara əlavələrin təmin edilməməsi barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxsl ərin nümayəndəsinin çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətlərində və kassasiya şikayətinə əlavələrdə yuxarıda şərh edilmiş dəlillərlə Məhkum əməlində cinayət tərkibinin olmaması və ona bəraət verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsində mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama, külli miqdarda törədildikdə cinayət tərkibi nəzərdə tutulmuşdur. Q anunun dispozisiyasından görünür ki, özgənin qəsd edilən əmlakı qəsd edənə etibar edilməli və bundan sonra həmin əmlak qəsd edən tərəfindən onu mənimsəməklə mülkiyyətinə keçirməlidir. Cinayət işinin materiallarından görünür ki, Məhkum zərərçəkmiş şəxslərə məxsus qızıl-zinət əşyalarının qablaşdırıldığı bağlamaların olduğu torbanı Zərərçəkmiş şəxs3 təhvil almış və zərərçəkmiş Zərərçəkmiş şəxs1 həyat yoldaşı X24 verdikdən sonra həmin bağlamalar Zərərçəkmiş şəxs3 tərəfindən açılanadək bir aydan çox müddət ərzində onların evində saxlanmışdır. Kassasiya şikayətlərində göstərilən dəlillərdən biri belədir ki, tərəflər arasındakı münasibətlərə saxlanc müqaviləsinin qaydaları tətbiq edilməli və mübahisə mülki mühakimə icraatı qaydasında həll edilməlidir. Təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı və məhkəmə iclaslarında izahat və ifadələrində göstərmişdir ki, 2005-ci ildən başlayaraq X1 müəllim öz qiymətli əşyalarını bizdə evdə saxlayır. Buna səbəb X1 mənə olan etibarıdır. X1 mənə etibar etdiyi əşyalar sırasında milyonlarla manat, qızıl-zinət əşyaları, milyonlarla xarici valyuta və sair olmuşdur. X1 müəllim mənə etibar etdiyi həmin əşyaları, mən evimin həyətindəki torpağa basdıraraq, avtomobilin yük yerində gəzdirərək, evimdə əşyaların içərisində gizlədərək saxlayırdım. Mən X1 müəllimin etibar etdiyi insan olmuşam və onun hər işini icra etmişəm, onun istədiyi şəxslərlə görüşüb pul vəsaitləri almışam, istədiyi şəxslərlə görüşüb pul vəsaitləri vermişəm, bir sözlə nə deyibsə icra etmişəm. 2015-ci ilin yay ayında X1 müəllim yaşadığı mənzilində 3 ədəd bağlamanı mənə verib dedi k i, bunun mən dediyim müddətə qədər saxla. Bağlamalar mənə verilən zaman mən onlara nəzər saldım və gördüm ki, mənə verilən və üzərilərində yazılar olan ağ rəngli sellofon torbanın içərisində üç ədəd ayriayrılıqda skoçla bağlanmış bağlama var idi. Dindirmədə suala cavab olaraq göstərmişdir ki, X1 müəllim əşyaların sayı, ölçüsü və sair əlamətləri barədə ona heç nə bildirməmiş, lakin X1 özü əmlakların sayını hər zaman bilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasındakı ifadəsində Zərərçəkmiş şəxs 3 qızılları ona təkbətək verdiyini, həmin qızılları taxtın alında saxladığını göstərmişdir. Apellyasiya instansiya məhkəməsinin xx xxxx 2017-ci il tarixli iclasındakı ifadəsində isə X1 bağlamaların içində qiymətli əşyaların olduğunu, etibarlı yerdə saxalamasını tapşırdığını göstərmiş, su ala cavab olaraq isə göstərmişdir ki, mən həmin bağlamaların içərisində konkret nə olduğunu bilmirdim, lakin, bağlamaların içərisində qiymətli əşyaların, o cümlədən qızıl-zinət əşyalarının olmasını güman edirdim, X1 həmin bağlamaları verərkən etibarlı yerdə saxlamağımı mənə tapşırmış və bağlamaları verərkən arvadı Dostuxanım da iştirak etmişdir. Zərərçəkmiş şəxs3 və arvadı X7 isə bütün ifadələrində torbaları Rövşənə verərəkən içərisində qiymətli qızıl-zinət əşyaları olduğunu bildirdiyini, etibarlı yerdə saxlamasını tapşırdığını, Rövşənin də bu şərtlərlə razılaşaraq, həmin əşyaları aldığı vəziyyətdə qaytaracağına onları arxayınlaşdırdığını göstərmişlər. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 179-cu maddəsində nəzərdə tutulmuş qaydada təqsirkara özgə əmlakının etibar edi lməsinin baş verməsi sübut edilməlidir. Baxılan iş üzrə müvafiq qaydada qablaşdırılmış qızıl-zinət əşyalarının saxlanması üçün təqsirləndirilən şəxsin qanuni sahibinə verilməsi tərəflər arasında qarşılıqlı şifahi razılaşma ilə həyata keçirilmişdir. Bu hal həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin və həm də qızıl-zinət əşyalarının verilməsində bilavasitə iştirak etmiş şahid X3 ifadələri ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxx 2015-ci il tarıxli qərarında şərh edilmişdir ki, Əqdlərin bağlanması üçün formalar Mülki Məcəllənin 329-cu maddəsində göstərilmişdir. Mülki Məcəllə ilə müəyyən edilmiş formalar, belə formalar müəyyən edilmədik də isə tərəflərin qarşılıqlı razılığı ilə şərtləşdirilmiş formaya riayət edilməlidir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (Mülki Məcəllənin 329.1 və 329.2-ci maddələri). Şifahi müqavilə onu bağlamaq iradəsi şəxsin rəftarından məlum olduqda bağlanmış hesab olunur. Qızıl-zinət əşyalarını saxlamaya qəbul edərkən Məhkum üzərinə həmin əmlakı qablaşdırılmış vəziyyətdə tamlığını təmin etməklə saxlamağı və razılaşdırılmış müddətdə Zərərçəkmiş şəxs3 qaytarmaq öhdəliyini üzərinə götürdüyünü təsdiq etməklə, götürdüyü bağlamaların tamlığını qorumaqla X1 qaytaracağına sonuncunu inandırmışdır. Bununla da qızıl-zinət əşyaları Məhkum etibar edilib verilərkən tərəflərin davranışı ilə saxlama müqaviləsinin bağlanması təsdiq edilmişdir, yəni özgə əmlakının (zərərçəkmiş şəxslərin qızıl-zinət əşyalarının) Məhkum etibar edilməsinin baş verməsi sübut edilmişdir. Lakin, Məhkum saxlamaya qəbul etdiyi qızıl-zinət əşyalarını, onların qablaşdırıldığı bağlamaların tamlığını saxlamaqla, aldığı vəziyyətdə Zərərçəkmiş şəxs3 və ya onun göstərdiyi şəxsə qaytararkən müvafiq qaydada təhvil verməmiş, həmin bağlamaları aldığı vəziyyətdə qaytardığını sübut etmək vəzifəsini yerinə yetirməmişdir. Qanunun mənasına görə zərərçəkmiş şəxsdən saxlama üçün aldığı qızıl-zinət əşyalarının tamlığını və bütövlüyünü qorumaqla mülkiyyətçiyə qaytardığını sübut etmək vəzifəsi onun nüzərində qalmışdır. Bağlamalar Məhkum, X1 və X3 iştirakları ilə açılarkən bağlamaların tamlığının əvvəlcədən pozulduğu və qızıl-zinət əşyalarının çatışmazlığı müəyyən edilmişdir. Kassasiya şikayətlərində istinad edilən A zərbaycan Respublikası Mülki Məcəlləsinin 824.1-ci maddəsinə əsasən əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və (və ya) kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Cinayət işinin materiallarından görünür ki, Məhkum qəsdən törədilmiş Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlində təqsirləndirilmişdir. Həmin qanunda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama külli miqdarda törədildikdə cinayət tərkibi müəyyən edilmişdir. Yəni Məhkum ittiham olunmuşdur ki, şifahi saxlama müqaviləsi əsasında ona etibar edilərək saxlanması üçün verilmiş özgənin külli miqdarda əmlakını mənimsəməklə ona qəsd etmişdir. Qanunun mənasına görə Məhkum şifahi saxlama müqaviləsi əsasında üzərinə saxlamağ a qəbul etdiyi qızıl-zinət əşyalarını aldığı vəziyyətdə saxlamaq, tərəflərin razılaşdıqları müddətdə həmin əşyaları mülkiyyətçiyə qaytarmaq öhdəliyi götürmüşdür. Lakin cinayət işinin materiallarından görünür ki, Məhkum saxlamaya qəbul etdiyi müvafiq qaydada qablaşdırılmış qızıl-zinət əşyalarının qablaşdırıldığı bağlamaları tamlığı saxlanmaqla mülkiyyətçiyə və ya onun göstərdiyi şəxsə təhvil verdiyini sübut etməmişdir. Məhkum izahat və ifadələrində göstərir ki, X1 tapşırığı ilə qızılları onun qızı Fatiməyə vermək üçün onun evinə getdim. Qapını X3 əri X4 açdı, X1lə əlaqə saxlayıb Ayazın evdə olduğunu bildirdim. X1 müəllim bağlamaları Ayaza verməli olduğumu bildirdi. Mən içərisində üç ədəd bağlama olan ağ rəngli selofon torbanı Ayaza verdim. İşin bu halı ilə əlaqədar X30 ifadələrində göstər mişdir ki, Məhkum əlində ağ rəngli selofan torba ilə içəriyə daxil oldu mənə heç bir söz demədən torbanı mənə uzatdı, mən də həmin torbanı qəbul edib giriş qapısının yanına qoydum. X5 gətirdiyi torbanın içərisindəkilərin nə olduğunu bilmirdim, ancaq dəqiq bilirəm ki, X5 istədiyi hər bağlamanı mənim mənzilimə gətirməz. Bu səbəbdən də mən X5 heç bir dialoqa girmədən onun gətirdiyi selofan torbanı qəbul etmişdim. Göstərilən ifadələrdən də müəyyən edilir ki, Məhkum saxlamaya qəbul etdiyi qızılzinət əşyalarının qablaşdırıldığı torbanı, onun içindəki bağlamaların bütövlüyü saxlanmış şəkildə nə Zərərçəkmiş şəxs3, nə də onun kürəkəni X6 təhvil verməmidir. Saxlamaya qəbul etdiyi qızıl-zinət əşyalarını mənimsədiyini etiraf etməyən Məhkum həmin qızılların miqdarı və qiyməti barədə zərərçəkmiş şəxslər in göstərdiklərinə heç bir etiraz etməmişdir. Cinayət işinə baxmış məhkəmələr də qızıl-zinət ışyalarının çəkisi və qiyməti barədə zərər çəkmiş şəxslərin göstərdiklərini işin faktiki halı kimi qəbul etmişlər. Beləliklə Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə elan edilmiş ittiham əsaslı olmuşdur və bu barədə kassasiya şikayətlərinin və onlara əlavələrin dəlilləıri əsassızdır. Kassasiya şikayətində cinayət işinin istintaq aidiyyəti qaydalarının pozulduğu göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 215.9-cu maddəsinə əsasən Bu Məcəllənin tələblərinə uyğun olaraq başlanmış cinayət işi üzrə istintaq aparan orqanın səlahiyyətinə aid olmayan cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin əlamətləri sonradan aşkar edildikdə, toplanmış materialların həcminin böyüklüyü və ya t əqsirləndirilən şəxslərin sayının çoxluğu işin istintaqını gecikdirdiyi və başqa formada çətinlik yaratdığı müstəsna hallarda cinayət təqibinin səmərəliliyini və istintaq müddətlərinə riayət olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun əsaslandırılmış qərarı ilə istintaqın davam etdirilməsi həmin orqana həvalə edilə bilər. Cinayət işinin 1-ci cildinin 246-247-ci vərəqlərində olan Azərbaycan Respublikası Baş Prokurorunun xx xxxxxxxx 2016-cı il tarixli qərarına əəsasən Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanıb istintaq aparılan cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsinə tövsif edilməli olduğundan, çoxsaylı istintaq hərkətlrinin yerinə yetirilməsi, ibtidai istintaqın b aşa çatdırılması ərəfəsində olması iş materiallarının həcminin böyüklüyü nəzərə alınmaqla cinayət təqibinin səmərələliyi və istintaq müddətinə riayət olunmasını təmin etmək məqsədi ilə cinayət işinin istintaqının həmin maddə ilə davam etdirilməsi Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsinə həvalə edilmişdir. Göründüyü kimi qərar Azərbaycan Respublikası CPMnin 215.9-cu maddəsinin tələbinə uyğundur və bu kateqoriyalı qərarlardan şikayət verilməsi Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmamışdır. Ona görə də bu barədə kassasiya şikayətiinin dəlili əsassızdır. Kassasiya şikayətində Məhkum həyat yoldaşı X10 və oğlu X4 cinayət işi üzrə ibtidai istintaq müddətində şahid qismində dindirilərkən yaxın qohumlarının əleyhinə ifadə verməyə mə cbur edilə bilməmələri hüquqlarının onlara izah edilməməsi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə əsasən Heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Azərbaycan Respublikası CPM-nin 207.4-cü maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onla rdan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır Cinayət işinin materiallarından görünür ki, Məhkum həyat yoldaşı X8 və oX4 cinayət işi başlananadək if adə deyil izahat alınmışdır. Onların şahid qismində ifadələri alınarkən (cinayət işi 1-ci cild İ.V-144-149 və 150-154) onlara özünə və yaxın qohumlarına qarşı ifadələrin verilməsindən, materialların və məlumatların təqdim olunmasından imtina etmək hüquqları izah edilmişdir. Lakin onlar bu hüquqlarından istifadə etməmiş və şahid qismində ifadə vermişlər. Kassasiya şikayətinin bu barədə dəlilləri də əsassızdır. Kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinnin birinci instansiya məhkəməsinə təqdim edilməmiş və həmin məhkəmə tərəfindən tədqiq edilməmiş sübutlara istnad edilməsinin qanunsuz olması göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 397.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı zamanı aşağıdakı hallardan ən azı biri mövcud olduqda a pellyasiya instansiyası məhkəməsi tərəfindən yeni sübutlar tədqiq edilir: 397.3.1. cinayət prosesinin iştirakçıları yeni sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsini onlardan asılı olmayan səbəblərlə əsaslandırdıqda. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, qızıl-zinət əşyaları Məhkum saxlaması üçün etibar edildiyi müddət ərzində onun qızının adına alınmış iki mənzilin alqısatqı və mülkiyyət sənədləri gizlin saxlanılmış və onların birinci instansiya məhkəməsinə təqdim edilməməsi zərərçəkmiş şəxslərdən asılı olmayan səbəblərlə əlaqədar olmuşdur. Eləcə də qızıl-zinət əşyaların satılmasına dəlalət edən ifadə vermiş şahidlər də sonradan müəyyən edildiyindən, zərərçəkmiş şəxslərdən asılı olmayaraq vaxtında birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Beləli klə həmin sübutların apellyasiya instansiya məhkəməsi iclasına təqdim edilməsi və məhkəmə iclasında tədqiq edilməsi Azərbaycan Respublikası CPM-nin 397.3-cü maddəsinin tələbinə uyğun olduğundan kassasiya şikayətinin bu barədə dəlili əsassız hesab edilir. Kassasiya şikayətinin dəlillərindən biri də X11 adına alınmış iki mənzilin Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə törətdiyi cinayət yolu ilə əldə edilmiş vəsait hesabına əldə etməsinin sübut olunmaması barədədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış mövqeyinə görə “əsaslı şübhə yeri qoymayan” sübut standartı sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nıticələrin, yaxud faktlara əsaslanan analoji təkzi bolunmaz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Müdafiə tərəfinin göstərilən mənzillərin hər hansı başqa mənbələrdən əldə edilmiş vəsaitlə alınması barədə məhkəməyə təqdim etdikləri sübutlar apellyasiya instansiya məhkəməsi iclasında tədqiq edilmiş və həmin sübutların əsassızlığı sübut edilmişdir. Digər tərəfdən həmin qızıl-zinət əşyalarının Məhkum saxlancında olduğu və onun tərəfindən mənimsənildiyi dövrdə mənzillərin alqı-satqı müqavilələrinin bağlanması, həmin dövrə aid bir ay ərzində ardıcıl iki mənzilin alınması, alqı-satqı prosesində Məhkum bilavasitə iştirakı və prosesə rəhbərlik etməsi, həmin mənzillərin Məhkum və yaxın qohumları tərəfindən başqa hər hansı vəsaitlə alınması imkanının olmaması kimi hallar apellyasiya instansiya məhkəməsinə belə nəticəyə gəlməsinə əsas vermişdir. Ona görə də bu barədə də kassasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya şikayətində göstərilmişdir ki, Məhkum mülkiyyətində olan Salyan şəhəri Davudzadə küçəsində 123 nömrəli 5 girişli, 1828,4 kv.m ümumi sahəsi olan 3 mərtəbəli qeyri-yaşayış sahəsi xx xxxxxx 2016-cı il tarixdə Məhkum adından satıcı kimi çıxış edən X6 tərəfindən X14 20569,50 manata satılmışdır. X2 X1 həyat yoldaşı, X5 və X3 isə anasıdır. Göstərilən mülkün satıldığı X23 isə X5 və X1 kürəkənidir. Məhkəmə tərəfindən cinayət işi üzrə Məhkum şikayətçi olan X1 ona məxsus əmlakın ailə üzvlərinin iştirakı ilə ələ keçirilməsinə qiymət verməmişdir. Göstərilən mülkün alqı-satqısı barədə müqavilənin hazırkı cinayət işinə aidiyyətinin olması müəyyən edilməmişdir, kassasiya şikayətində də bu məsələyə aid konkret dəlil göstərilməmişdir. Tərəflərdən hər hansı biri həmin müqaviləni qanunsuz və əsassız hesab edirlərsə mülki mühakimə qaydasında məhkəməyə iddia verib həmin müqaviləni mübahisələndirə bilərlər. Ona görə də bu barədə də kassasiya şikayətinin dəlili əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunlarının kobud pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin və onlara əlavələrin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası C PM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçiləri-vəkillər Süleymanov Türkel Hümbət oğlu, X29 və İbrahimov Telman Sadət oğlunun kassasiya şikayətləri və onlara əlavələr təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı müdafiəçilərin kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-52/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-52/2020
04.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver