Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-52/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum müdafiəçisi-vəkil Mehdiyev Dərgah Hüseyn oğlunun iştirakları ilə, Mingə çevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilən Məhkum barəsində cinayət işinin icraatının dayandırılması haqqında qərarının dəyişdirilmədən saxlanmasına dair Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Mehdiyev Dərgah Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Mingəçevir Şəhər Məhkəməsinin (sədrlik edən hakim: Hüseyn Mirzəliyev) xx xxxxxx 2019cu il tarixli qərarı ilə, Məhkum - xx xxxx 1957-ci il tarixdə Ağdaş rayonu, Orta Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli,ünvan 1 ünvanında qeyd iyyatında olmaqla həmin yaşayan Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat dayandırılmış və təqsirləndirilən şəxs Məhkum barəsində axtarış elan edilməsi, tutulduqdan sonra Mingəçevir Şəhər Məhkəməsinə təhvil verilməsi qərara alınmışdır. İşin halları: Məhkum CM-in 178.2.2, 178.2.4, 29, 317-1.1-ci maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir şəhər sakini X10 ona olan etibarında sui- istifadə edib onu Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin Mingəçevir şəhər şöbəsinə işə düzəldəcəyini vəd edib aldadaraq, bunun qarşılığında 2014-cü ilin iyunn ayının ortalarında Mingəçevir şəhərində zərərçəkmiş şəxs 8000 (səkkiz min) manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Ünvan2-də yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evlə bağlı məhkəmədə olan mülki mübahisəli iş üzrə məhkəmə tərəfindən onun xeyrinə qərar çıxarılmasını təmin edəcəyini və qeyd olunan Ünvan2 saylı fərdi yaşayış evini onun adma keçirdəcəvini vəd edib aldadaraq, bunun qarşılığında 2014- ilin iyun ayından dekabr ayınadək olan müddət ərzində Mingəçevir şəhərində Zərərçəkmiş şəxs1 hissə-hissə 9750 (doqquz min yeddi yüz əlli manat) pulunu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs5 borc məsələsi ilə məhkəmədə olan mülki mübahisəli iş üzrə məhkəmə tərəfindən onun xeyrinə qərar çıxarılmasını təmin edəcəyini v əd verib, həmin mülki tələblə bağlı heç bir yardım göstərmədən, bunun qarşılığında 2015-ci ilin avqust ayının əvvəllərindən oktyabr ayının əvvələrinədək olan müddət ində Mingəçevir şəhərində Zərərçəkmiş şəxs5 hissə-hissə 870 manat məbləğdə pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, Bərdə rayonu Balaca Qacar kəndində yaşayan X12 Bərdə rayonu, Şirvanlı kəndində yerləşən mərhum atasının adına olan torpaq sahəsini sənədləşdirəcəyini vəd edib, onun xeyrinə heç bir hərəkət etmədən, onu aldadaraq. 2014-cü il sentyabr ayından 2015-ci ilin dekabr ayınadək olan müddət ərzində əvvəleə Mingəçevir şəhərində sonralar isə Bərdə rayon ərazisində Zərərçəkmiş şəxs2 hissə-hissə ümumilikdə 2930 manat məbləğdə pulunu alıb ələ keçirərək təkrar ən dələduzluq etmişdir. Bundan əlavə o, Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs4 Mingəçevir səhər Gəncə şossesi yaxınlığında yerləşən mərhum atasına məxsus olmuş torpaq sahəsini məhkəmə qaydasında onun adma sənədləşdirəcəyini vəd verib, onu aldadaraq, 2016-cı il iyun ayında Mingəçevir şəhərində Zərərçəkmiş şəxs4 hissə-hissə ümumilikdə 600 manat məbləğdə pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə, o, Ağdaş şəhər sakini X13 ona olan etibarından sui-istifadə edib vəkillər kollegiyasının üzvü olmadığı və bununla da təqsirləndirilən şəxsə hər hansı bir hüquqi yardım göstərmək səlahiyyətinə malik olmadığı halda, özünü Zərərçəkmiş şəxs3 vəkil təqdim edib Ağdaş rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə onun həbs olunmuş qardaşı XXu həbsdən azad etdirəcəyini və eyni zamanda qeyd olunan cinayət işi ilə əlaqəli olan XXun bank tərəfindən alınmış evini məhkəmə qaydasında geri qaytaracağını vəd edib aldadaraq, 2017-ci ilin fevral ayının ortalarından mart ayının ortalarınadək olan müddət ərzində əvvəlcə Mingəçevir şəhəri, sonralar Yevlax rayonu ərazisi olmaqla sonuncu dəfə Mingəçevir şəhəri ərazisində Zərərçəkmiş şəxs3 hissə-hissə ümumilikdə manat məbləğdə pulunu alıb ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin pentensiar Xidmətinin Bakı istintaq təcridxanasında cinayət təqibi altında saxlanan bacısı oğlu X4 ilə qısa müddətli görüşə gəlmiş, üzərində və gətirdiyi sovqatların içərisində Cəzaçəkmə müəssisələrin “Daxili İntizam Qa ydaları” ilə qadağan olunmuş əşya olmaması barədə iltizamı nəzarət buraxılış məntəqəsində imzalamış, görüntü yaratmaq naminə, özünə məxsus mobil telefonu yoxlama otağına daxil olmamışdan əvvəl saxlanca təhvil verərək daxilində danışıq kartı olan bir ədəd “Samsung Galaxy S İİİ” markalı, “GT-19300” modelli “3559xx/xx/174081/4" imei kodlu mobil telefonu əynində olan pencəyinin sol yan cibində saxlamış, onu bu üsulla müəssisəyə keçirib məhbusa vermək istəsə də iradəsindən asılı olmayan lərdən istəyinə nail olmamış, saat 12:15 radələrində həmin mobil telefon üzərinə baxış zamanı müəssisə nəzarətçisi tərəfindən aşkar olunaraq ondan götürülmüşdür. Təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Mehdiyev Dərgah Hüseyn oğlu tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından v erilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və R.Ə.Əliyevdən ibarət tərkibdə) apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Mehdiyev Dərgah Hüseyn oğlu kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yenidən apelyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçisi-vəkil Mehdiyev Dərgah Hüseyn oğlunun kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respub likası Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Ağ Ciyər Xəstəlikləri institutunun 1561 saylı xx.xx.2019-cu il tarixli arayışına əsasən 1957-ci il təvəllüdlü Məhkum xx.xx.2019-cu il tarixdən Bakı şəhər Baş Səhiyyə İdarəsinin 04 saylı vərəm dispanseri tərəfindən “Ağ ciyərin xroniki distruktiv xəstəliyi” diaqnozu ilə müalicə və müayinə üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Ağ Ciyər Xəstəlikləri institutuna göndərilmişdir. Aparılan laborator, instrumental və mütəxəssis müayinələri nəticəsində müəyyən olunmuşdur ki, xəstə “Ağ ciyərin xroniki distruktiv xəstəliyi” diaqnozu ilə yanaşı “xroniki virus hepatit C” ağır gedişli, “Hipertoniya xəstəliyi 2-ci mərhələ”, “ürəyin işemik xəstəliyi”, “Koronarokardioskleroz, Vertebrobazilyar sistemdə qan dövranının çatışmazlığı, şəkərli di abet İİ tip, OH-xroniki blefarokonyuktivit. Kandidoz” diaqnozları ilə də ağır xəstədir. Hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin təqsirləndirilən Məhkum barəsində məhkəmədən guya qaçıb gizlənməsi ilə əlaqədar axtarış elan edilməsi qərarı və bu səbəbdən iş üzrə icraatın dayandırılması barədə qərarı əsassız və qanunsuz olduğu halda Şəki Apelyasiya Məhkəməsi şikayətin dəlillərinə lazımi hüquqi qiymət vermədən, iş materiallarında olan mötəbər sübutları tədqiq etmədən birinci instansiya məhkəməsinin qərarının əsaslandırıcı hissəsini təkrarlamaqla cinayət prosessual qanunvericiliyinin imperativ xarakterli normalarını pozmuşdur. Məhkum məhkəmə iclasına gəlməməsi hər bir halda məhkəmədən gizlənməsi kimi qiymətləndirilməməlidir. Belə ki, onun xəstəliyi ilə əlaqədar Bakı şəhərində tibb müəssisəs ində stasionar müalicədə olması və xx.xx.2019-cu il tarixdə kafi vəziyyətdə sahə infeksionistinin nəzarəti altında evə yazılması barədə Bakı Şəhər Baş Səhiyyə idarəsinin Kliniki-Tibbi Mərkəzinin Baş Həkimi və şöbə müdiri imzası ilə məhkəmə sorğusu əsasında Mingəçevir şəhər Məhkəməsinə xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixli 2564 saylı cavab məktubu daxil olmuşdur. Bundan əvvəl isə 12.11,2019-cu il tarixli məhkəmə hazırlıq iclasına qədər onun xx.xx.2019cu il tarixli sorğusu əsasında həmin tibb müəssisəsinin rəhbərliyinin eyni məzmunlu xx.xx.2019-cu il tarixli ****№-li cavab məktubu tərəfindən məhkəməyə təqdim olunmuşdur. Lakin, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən təqdim olunmuş Məhkum xəstəxanada olması barədə məktubu və ona əlavə olunmuş məlumatı nəzərə almadan, habelə Məhkum b arədə Bakı Şəhər Baş Səhiyyə İdarəsi Kliniki Tibbi Mərkəzə ünvanladığı xx.xx.2019-cu il tarixli yazılı sorğusuna cavab gözləmədən xx.xx.2019-cu il tarixli hazırlıq iclasını təqsirləndirilən şəxs Məhkum iştirakı olmadan keçirmiş və məhkəmə baxışının təyin edilməsi üçün kifayət qədər əsaslar olmadan xx xxxxxx 2019-cu il tarixində işin açıq məhkəmə baxışım təyin etmişdir. məhkəmə bununla Azərbaycan Respublikası CPM-nini 299.8-299.11-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzinə yazılı sorğu göndərərək sorğuya cavabı hələ almamış (həmin cavab isə xx.xx.2019-cu il tarixli hazırlıq iclasından sonra xx.xx.2019-cu il tarixdə məhkəməyə rəsmi daxil olmuşdur) hazırlıq iclasını başqa vaxta keçirməli olduğu halda nədənsə prosessual qanunvericil iyin tələblərinə riayət etməyərək məhkəmə baxışını xx.xx.2019-cu il tarixinə təyin etmişdir. xx.xx.2019-cu il tarixli hazırlıq iclasında təqsirləndirilən şəxsin iştirakının olmadığını nəzərə almadan məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan halların olmaması qənaətinə gəlməklə xx.xx.2019-cu il tarixinə işin açıq məhkəmə baxışını təyin etmişdir. Eyni zamanda, məhkəmənin xx.xx.2019-cu il tarixli baxış iclasında həmin yuxarıda göstərilən mötəbər sübutlar iş materiallarında olduğu halda və məhkəmə Məhkum həqiqətən xx.xx.2019-cu il tarixinə qədər stasionar müalicədə olması və kafi vəziyyətdə sahə infeksionistinin nəzarəti altında stasionar müalicədən buraxılması barədə məlumatlı olduğu halda işin bu hallarını aydınlaşdırmadan və bunları nəzərə almadan Məhkum qaçıb gizlənməsini ehtimal edə rək barəsində axtarış elan edilməsi və bu səbəbdən iş üzrə icraatın dayandırılması haqqında qərarlar qəbul etməkdə səhvə yol vermişdir. Bir daha məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, təqsirləndirilən Məhkum Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda ağır xəstəlik diaqnozu ilə stasionar müalicədədir, onun yeri məlumdur, qaçıb gizlənməmişdir, qaçıb gizlənmək üçün hər hansı bir əsas yoxdur və qaçıb gizlənməyən, yeri məlum olan şəxs haqqında axtarış elan olunması kobud prosessual qanun pozuntusudur. Bundan əlavə. Mingəçevir şəhər Mərkəzi Xəstəxanası son vaxtlar Məhkum müayinə və müalicə olunması üçün 2018-ci ildə 6 dəfə, 2019-cu ildə isə 2 dəfə Bakı şəhərinə göndəriş vermişdir. 2018-ci ildə - 4 dəfə “Hepatit C” diaqnozu ilə Kliniki Tibbi Mə rkəzə, 1 dəfə Sağ böyrəyin daşı xəstəliyi, hipertoniya xəstəliyi - İİ mərhələ, “Xroniki virus hepatit C, orta ağır gedişli” diaqnozu ilə M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına, 1 dəfə “ÜİX. Kardioskleroz, hipertoniya xəstəliyi, gərginlik stenokardiyası” diaqnozu ilə göndəriş verilmişdir. 2019-cu ildə 1 dəfə “Sağ böyrəyin daşı xəstəliyi, hipertoniya xəstəliyi - İİ mərhələ, xroniki virus hepatit C, orta ağır gedişli” diaqnozu ilə M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına, 1 dəfə “Hepatit C” diaqnozu ilə Kliniki Tibbi Mərkəzə göndəriş verilmişdir. Bundan başqa, Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsi və məhkəmə baxışının təyin edilməsi barədə xx.xx.2019-cu il tarixli qa nunsuz qərarına da münasibət bildirməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum müdafiəçisi-vəkil Mehdiyev Dərgah Hüseyn oğlunun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419. 11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, cinayət işi apelyasiya instansiyası məhkəməsinin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş, ilkin məhkəmə baxışı xx xxxxxx 20 20ci il tarixə təyin edilmiş, həmin tarixdə ilkin baxış iclası keçirilərək, apelyasiya şikayətinə məhkəmə baxışı xx.xx.2020-ci il tarixə təyin edilmiş və həmin tarixdə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanması barədə yekun qərar qəbul edilmişdir. Cinayət işi Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iclasında olduğu müddətdə hər iki məhkəmə iclasında təqsirləndirilən şəxs Məhkum iştirak etməmiş, ona məhkəmə iclaslarının keçirilməsinin vaxtı və yeri barədə bildirişlər göndərilmişdir. Apelyasiya şikayətinə məhkəmə baxışı iclasında iştirak edın təqsirləndirilən şəxsin müdafiəçisi D.Mehdiyev göstərmişdir ki, təqsirləndirilən şəxs Məhkum hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Ağ Ciyər Xəstəlikləri institutunda deyildir. O, Eksperi mental xəstəxanada onurğa problemi ilə əlaqədar 20 günlük müalicə olunur. 20 gündən sonra yenidən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Ağ Ciyər Xəstəlikləri institutuna qaytarılacaqdır. Hazırda təqsirləndirilən şəxs Məhkum ilə birbaşa əlaqə saxlaya bilmir. Onunla təqsirləndirilən şəxsin həyat yoldaşı vasitəsilə əlaqə saxlayır. Müdafiəçinin kassasiya şikayətinə əlavə etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Ağ Ciyər Xəstəlikləri institutu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışda göstərilmişdir ki, 1957-ci il təvəllüdlü Məhkum xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 04 saylı Vərəm Dispanseri tərəfindən “Ağ ciyərin xroniki distruktiv xəstəliyi” diaqnozu ilə müalicə və müayinə üçün Azərbaycan Respublikası Səh iyyə Nazirliyinin Elmi-tədqiqat Ağ Ciyər Xəstəlikləri institutuna göndərilmişdir. Aparılan laborator, instrumental və mütəxəssis müayinələri nəticəsində müəyyən olunmuşdur ki, xəstə “Ağ ciyərin xroniki distruktiv xəstəliyi” diaqnozu ilə yanaşı “xroniki virus hepatit C” ağır gedişli, “Hipertoniya xəstəliyi 2-ci mərhələ”, “Ürəyin işemik xəstəliyi”, “Koronarokardioskleroz, Vertebrobazilyar sistemdə qan dövranının çatışmazlığı, şəkərli diabet İİ tip, OH-xroniki blefarokonyuktivit. Kandidoz” diaqnozları ilə də ağır xəstədir. xx.xx.2020-ci il tarixdə xəstə hər iki diz oynaqlarının astrozoazri, onurğa yırtığı diaqnozları ilə müalicə olunmaq üçün başqa tibb müəssisəsinə köçürülmüşdür. Xəstənin hərəkətləri məhduddur. Məhkəmə proseslərində iştirakı mümkünsüzdür. Həmin arayış imzalarla təsdiq edilsə də, Elmitədqiqat Ağ Ciyər Xəstəlikləri institutunun möhürü ilə təsdiq edilməmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, cinayət işi məhkəmənin icraatında olarkən müdafiə tərəfi də təqsirləndirilən şəxsin məhkəmə iclasında iştirakına mane olan xəstəliyə tutulması ilə əlaqədar icraatın dayandırılması barədə vəsatət vermişdir. Bu hal onu göstərir ki, müdafiə tərəfi də cinayət işinin icraatının dayandırılmasında maraqlı olsa da, bunu yalnız məhkumun xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirakına mane olan xəstəliklərlə əlaqələndirmişdir. İş materialları ilə müəyyən olunur ki,xx xxx 2019-cu il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseyn Mirzəliyev tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına və Azərbaycan Resp ublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq mərkəzinin baş həkimlərinə məktub ünvanlanmış, iş üzrə zərurət olduğundan təqsirləndirilən şəxs 1 saylı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyata alınıb-alınmaması, hazırda Psixiatriya Xəstəxanasında müalicə olunub-olunmaması, əgər müalicə olunursa hansı xəstəlikdən əziyyət çəkdiyi və onun səhhətinin məhkəmə iclasında iştirakına yol verib-verməməsi barədə məhkəmə tibbi rəy verilməsinə göstəriş verilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx xxx 2019-cu il tarixli (Mingəçevir Şəhər Məhkəməsinə xx xxxx 2019cu ildə daxil olub), 3921 saylı, məktubundan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü, ünvan 3 ünvanda qeydiyyatda olan Məhkum Psixi Sağlaml ıq Mərkəzinin göndərişi ilə xx.xx.2019-cu il tarixdə yuxarıda adı göstərilən xəstəxananın gündüz stasionarına ambulator müalicəyə qəbul olunub. Hal-hazırda müalicəsi davam edir. 2019-cu il tarixdə Həkim Məsləhət Komissiyasına təqdim olunub. Diaqnoz: Yüngül nevrotik reaksiyalar, anamnezində baş-beyin travması. Məhkum məhkəmə iclasında iştirak etməsi mümkündür. Bundan sonra Mingəçevir Şəhər Məhkəməsinin hazırlıq iclası xx xxxxxxx 2019-cu ildə keçirilmişdir. Təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Mehdiyev Dərgah Hüseyn oğlu və Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etmiş, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslər X15, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs Məhkum və zərərçəkmiş şəxs lər X15, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etmədiklərinə görə məhkəmənin hazırlıq iclası xx xxxxxxx 2019-cu il tarixə təxirə salınmış və növbəti hazırlıq iclası xx xxxxxxx 2019-cu ildə keçirilmişdir. Həmin vaxt təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Mehdiyev Dərgah Hüseyn oğlu və zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və X15 məhkəmə iclasında iştirak etmiş, təqsirləndirilən şəxs Məhkum, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Mehdiyev Dərgah Hüseyn oğlu bildirmişdir ki, müdafiə etdiyi şəxs xəstədir. Ona görə də məhkəmə iclasında iştirak etmir. Məhkum müxtəlif xəstəliklərlə bağlı Bakı ş əhərində stasionar müalicədədir. O, hazırda Bakı şəhəri, Maştağa qəsəbəsi 1 saylı Respublika xəstəxanasında müalicə alır. Buna görə də yuxarıda qeyd etdiyi xəstəxanaya Məhkum qeydiyyatda olub-olmaması və hansı xəstəlikdən əziyyət çəkdiyini, ounun səhhətinin məhkəmə iclasında iştirakına yol verib–verməməsi barədə sorğu verilməsini xahiş etmişdir. Məhkəmə Məhkum iştirakının təmini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına sorğu verilməsi səbəbi ilə hazırlıq iclasını xx xxxxxxx 2019-cu ilə təxirə salınmış və aidiyyatı tibb müəssisələrinə sorğular verilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan tibbi arayışlarda Məhkum 2019-cu ilin oktyabr ayı ərzində hər hansı tibbi stasionarda müalicədə olması müəyyən edilməmişdir. Həmin ay ərzində 3 dəfə təyin edilib təxirə salınmış məhkəmə iclasına Məhkum gəlməməsi onun məhkəmə iclaslarına gəlməkdən boyun qaçırmasına dəlalət edən hal kimi qiymətləndirilə bilər və bu kimi hallar apelyasiya instansiyası məhkəməsinin qərarında şərh edilmişdir. Dana sonra apelyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx xxxxxxx 2019-cu il tarixli (Mingəçevir Şəhər Məhkəməsinə xx xxxxxxx 2019-cu ildə daxil olub), 7577 saylı, məktubundan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü, ünvan 3 ünvanda qeydiyyatda olan Məhkum xx.xx.2019- xx.xx.2019-cu il tarixdə yuxarıda adı göstərilən xəstəxananın gündüz stasionarı ambulator müalicədə olub. Diaqnoz: Yüngül nevrotik reaksiyalar, anamnezind ə başbeyin travması. Məhkum hazırkı vəziyyəti ilə əlaqədar yaşadığı ərazi üzrə qeydiyyatda olduğu klinikanın həkim-psixiatr kabinetinə müraciət etməsi məsləhət görülmüşdür. xx xxxxxxx 2019-cu il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin hazırlıq iclası keçirilmiş, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Mehdiyev Dərgah Hüseyn oğlu və zərərçəkmiş şəxslərZərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirak etmiş, təqsirləndirilən şəxs Məhkum, zərərçəkmiş şəxslər- X15, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə yenidən təqsirləndirlən şəxs Məhkum hazırlıq iclasında iştirakının təmini ilə bağlı məhkəmə iclasını təxirə almış, təqsirləndirlən şəxs X22 ilə bağlı Mingəçevir şəhər Psixonevroloji dispanserinə, İcbari Tibbi Sığorta ü zrə Dövlət Agentliyi ’’Mingəçevir şəhər Mərkəzi Xəstəxanası”na və “Poliklinika şöbəsinə sorğular verililməsini qərara almış, növbəti hazırlıq iclası xx xxxxxx 2019-cu il tarixə saat 15:00-a təyin edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Mingəçevir Psixo-nevroloji Dispanserinin baş həkimi XXa məktub ünvanlanmış və iş üzrə zərurət olduğundan Məhkum “Mingəçevir Psixo-nevroloji Dispanseri”ndə qeydiyyata alınıb-alınmaması, hazırda Dispanserdə müalicə olunub-olunmaması, əgər müalicə olunursa hansı xəstəlikdən əziyyət çəkdiyi və onun səhhətinin məhkəmə iclasında iştirakına yol verib-verməməsi barədə Mingəçevir Şəhər Məhkəməsinə məlumat verilməsinə göstəriş verilməsi xahiş edilmiş, xx xxxxxx 2019-cu il tarixdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası”nın baş həkimi Xa məktub ünvanlanaraq, iş üzrə zərurət olduğundan Məhkum “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası”nda qeydiyyata alınıbalınmaması, hazırda xəstəxanada müalicə olunub-olunmaması, əgər müalicə olunursa hansı xəstəlikdən əziyyət çəkdiyi və onun səhhətinin məhkəmə iclasında iştirakına yol verib-verməməsi barədə Mingəçevir şəhər məhkəməsinə məlumat verilməsinə göstəriş verilməsi xahiş edilmiş, həmçinin xx xxxxxx 2019-cu il tarixdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası”nın Poliklinika şöbəsinin baş həkimi XXa məktub ünvanlanaraq, iş üzrə zərurət olduğundan Məhkum “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası”nın poliklinika şöbəsində psixi xəstəliklə bağlı qeydiyyata alnııb-alınmaması, hazırda poliklinika şöbəsində müalicə olunubolunmaması, əgər müalicə o lunursa hansı xəstəlikdən əziyyət çəkdiyi və onun səhhətinin məhkəmə iclasında iştirakına yol verib-verməməsi barədə Mingəçevir şəhər məhkəməsinə məlumat verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası”nın baş həkimi X tərəfindən Mingəçevir Şəhər Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, məktubda adı qeyd olunan - ünvan 7 ünvanın sakini Məhkum xx.xx.1993-cü il tarixdən Mingəçevir şəhər Vərəm dispanserində qeydiyyatdadır. xx.xx.2007-ci il tarixdə xəstəliyinə görə əlillik dərəcəsinin təyin edilməsi üçün sənədləri hazırlanaraq TSEK-na göndərilmişdir. Lakin, həmin tarixdən hal-hazıra kimi vətəndaş tibbi xidmətlə təmin edilməsi məqsədilə dispanserə müraciət etməmişdir. Mingəçevir Şəhər Ruhi-Əsəb Xəstəlikləri D ispanseri tərəfindən Mingəçevir Şəhər Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, Məhkum Mingəçevir Ruhi-Əsəb Xəstəlikləri Dispanserində psixiatrik müşahidədə olmamış və müraciət etməmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası”nın baş həkimi X tərəfindən Mingəçevir Şəhər Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, məktubda adı qeyd olunan ünvan 7 ünvanın sakini Məhkum tibbi xidmətlə təmin edilməsi ilə əlaqədar “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ-ə dispanserə müraciət etməmişdir. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsi Klinik Tibb Mərkəzindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası fərdi qaydada fəaliyyət göstərən vəkil Dərgah Mehdiyevə ünvanlanmış məktubdan görünür ki, 1957-ci təvəllüdlü Məhkum xx.xx.2019-cu il tarixdə saat 09:54-də Kliniki Tibbi Mərkəzin yoluxucu şöbəsinə stasionar müalicəyə qəbul olunmuşdur. Xəstə klinik, laborator müayinələrdən keçmiş, müalicə təyin olunmuşdur. Klinik diaqnoz: “Xroniki virus hepatiti C, subklinik gedişli”. Halhazırda xəstənin stasionar müalicəsi həmin şöbədə davam etdirilir. Xəstə hal-hazırda müvəqqəti olaraq məhkəmə prosesində iştirak edə bilməz. xx xxxxxx 2019-cu il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin növbəti hazırlıq iclası keçirilmişdir. Təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Mehdiyev Dərgah Hüseyn oğlu və zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, X15 məhkəmə iclasında iştirak etmiş, təqsirləndirilən şəxs Məhkum, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak e tməmişdir. Bu səbəbdən məhkəmə iclası xx xxxxxxx 2019-cu il tarixə təxirə salınaraq, təqsirləndirilən şəxs Məhkum məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə yenidən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi Kliniki Tibb Mərkəzinin baş həkimi XXa məktub ünvanlanmışdır. xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi Kliniki Tibb Mərkəzindən məhkəməyə cavab olaraq bildirilmişdir ki, 1957-ci il təvəllüdlü Məhkum xx.xx.2019-cu il tarixdə Kliniki Tibbi Mərkəzin İ yoluxucu şöbəsinə “Xroniki virus hepatiti C, şəkərli diabet, hipertoniya” diaqnozu ilə stasionar müalicəyə qəbul olunmuşdur. Xəstə klinik, laborator müayinələrdən keçmiş, müalicə təyin olunmuşdur. Xəstə xx.xx.2019 -cu il tarixdə kafi vəziyyətdə sahə infeksionistinin nəzarəti altında evə yazılmışdır. Son klinik diaqnoz: “Xroniki virus hepatiti C, subklinik gedişli kəskin xolisistit”. Hal-hazırda xəstədə kəskin patoloji prosses qeyd olunmur və xəstə məhkəmə prossesində iştirak edə bilər. xx xxxxxx 2019-cu il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin növbəti hazırlıq iclası keçirilmişdir. Təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Mehdiyev Dərgah Hüseyn oğlu və zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, X15 məhkəmə iclasında iştirak etmiş, təqsirləndirilən şəxs Məhkum, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməmişdir. Hazırlıq iclasının qərarına əsasən təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edil məsi haqqında qərar çıxarılmış, işin açıq məhkəmə baxışı xx xxxxxx 2019-cu il tarixə, saat 16:30-a təyin edilməsi qərara alınmışdır. xx xxxxxx 2019-cu ildə həmin cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin baxış iclası keçirilmişdir. Təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Mehdiyev Dərgah Hüseyn oğlu və zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və X15 məhkəmə iclasında iştirak etmiş, təqsirləndirilən şəxs Məhkum, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməmişdir. Beləliklə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası nəticəyə gəlmişdir ki, Məhkum CM-in 178.2.2, 178.2.4 və 29, 317-1.1-ci maddələri ilə ittiham elan edilmiş və onun barəsində olan ********* saylı cinayət işi aidiyyəti üzrə xx xxxx 2018-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin vaxtdan təqsirləndirilən şəxs mütamadi olaraq müxtəlif xəstəxanalarda müalicə almaq adı ilə məhkəmə iclasında iştirakdan yayınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə icraatın dayandırılması və təqsirləndirilən şəxs Məhkum barəsində axtarış elan edilməsi barədə birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan düzgün olaraq Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən dəyişdirilmədən saxlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri də əsassız olduğundan Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı da dəyişdirilmədən saxlanmalıdır Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında təqsirləndirilən şəxs Məhku m barəsində axtarış elan edilməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu İl tarixli qərarının icra üçün polis orqanlarına göndərilsə də icra barədə konkret tədbirlərin nəticələri barədə hər hansı məlumat mövcud deyildir. Birinci instansiya məhkəməsinin bu qərarının tezliklə icra edilməsi üçün tədbirlər görülməli, təqsirləndirilən şəxsin məhkəmə iclasında iştirakının mümkünlüyü aydınlaşdırılmalı və onun məhkəmə iclasında qanunda nəzərdə tutulmuş qaydada iştirakı təmin edilməlidir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsasla ra uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Mehdiyev Dərgah Hüseyn oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 29, 317-1.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-52/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-52/2021
08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver