Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-52/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və Məhkum iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası C inayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər X21 oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə) 24 may 2022-ci il tarixli hökmü ilə xx.xx.1984-cü ildə Ermənistanın Spitak rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, X-1-də qeydiyyatda olmaqla X--də yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 23 mart 2021-ci tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 22 iyul 2022-ci il tarixli qərarı ilə Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-291/2022 saylı, 24 may 2022-ci il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilmişdir. Həmin hökmlə Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ilə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama və birinci in stansiya məhkəməsinin hökmünə əsasən, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmək məqsədilə X13 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 3,497 qram olan psixotrop maddə metamfetamini əldə edərək daşıyaraq saxlamış, xx.xx.2021-ci il tarixdə saat 23 radələrində o, həmin psixotrop maddənin bir hissəsini, təmiz çəkisi 2,472 qram olan metamfetamini qrupun digər üzvü Ülviyyə Salmanovaya saxlaması üçün vermiş, həmin tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami RPİ-nin X2 polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində X13 Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti 49 ünvanın qarşısında Şahid1 idarə etdiyi "BMV” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlanılaraq ünvan 4ləşən Nizami RPİ-nə gətirilib orada Ülviyyə Salmanovanın üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki gödəkçənin sol yan cibindən siqaret qutusunun içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 2,472 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində "Riboksin” sözləri yazılmış 01 ədəd baş hissəsi qırıq, daxilində narkotik vasitə heroin izləri olan şüşə ampul aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq Nizami RPİ-nin əməkdaşları tərəfindən Məhkum xx.xx.2021-ci il tarixdə saat 23:40 radələrində Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti 51 ünvanın qarşısında saxlanılaraq ünvan 4ləşən Nizami RPİ-nə gətirilmiş, ora da Məhkum üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən xarici əlamətlərinə və kimyəvi komponent və tərkibinə görə Ülviyyə Salmanovanın üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamin ilə eynilik təşkil edən təmiz çəkisi 1,025 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış maddə- metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, tərəflərindən Bakı Apellyasiya Məhkəməsinə Məhkum əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsinə dair qərar çıxarılması barədə müraciət edilmişdir. Lakin məhkəmə apellyasiya şikayətində qeyd etdiyi bir çox halları, həm ibtidai istintaq həm də, məhkəmə istintaqının səhv aparılmasına dair gətirdiy i dəlliləri nəzərə almamışdır. Birinci instansiya məhkəməsi qanunsuz və ədalətsiz yanaşma sərgiləmiş, Apellyasiya Məhkəməsi də buna göz yumaraq Azərbaycan Respublikası Konstitusiyasını, İnsan Hüquqlarının və X10 Haqqında beynəlxalq qanunvericiliyin tələblərini, Cinayət və Cinayət-Prosessual Məcəllələrin normalarını kobud şəkildə pozmuş və şəxs barəsində uydurma məlumatlar əsasında cəza təyin etmişdir. Hesab edir ki, məhkəmənin mövqeyi qərəzlidir. Belə ki, Məhkum satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə satış məqsədilə əldə etməsi barədə şahid ifadələrindən başqa hadisənin sübuta yetirilməsi üçün mötəbər sayıla biləcək heç bir dəlil yoxdur. Məhkum ifadəsində qeyd etmişdir ki, saxlanıldığı zaman üzərində psixotrop maddə olmamışdır. X5 üzərindən aşkar edilərək götürülm üş 2,472 qram olan metamfetaminin isə ona heç bir aidiyyatı yoxdur. Məhkəmə nəzərə almamışdır ki, Məhkum psixotrop maddə olan metamfetamini əldə etmək istəyi istifadə etmək məqsədi ilə olmuşdur. Təyin edilən cəza Məhkum şəxsiyyətinə uyğun gəlmir və törətmədiyi cinayət əməlinə görə cəza verilməsi kimi qiymətləndirilməlidir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli qərarını ləğv edərək Məhkum əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan, minimum həddə cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi bi rinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkəmələr tərəfindən törədilmiş əməlin səhv tövsif edilməsi, yüngül cəza növünün təyin edilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilərək aşağı həddə cəza təyin edilməsi barədə tələblər məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərd ə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu nun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkumun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif e dilməsi, yəni onun əldə etdiyi narkotik vasitəni satmaq niyyəti olmadığı barədə dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə təhlil edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın sübuta yetirilməsi barədə işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Belə ki, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkum barəsində cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyy ətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 3,497 qram olan psixotrop maddə metamfetamini əldə edərək daşıyaraq saxlaması, xx.xx.2021-ci il tarixdə saat 23 radələrində həmin psixotrop maddənin bir hissəsini, təmiz çəkisi 2,472 qram olan metamfetamini Ülviyyə Salmanovaya saxlaması üçün verməsi barədə əsaslı nəticəyə gəlmiş, ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla məhkum edilmiş şəxsin göstərilən narkotik vasitəni satmaq niyyətində olması ö z təsdiqini tapmışdır. Sözügedən məhkəmə onun satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edərək saxlaması və daşıması əməlini, yəni CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi haqda ittiham hökmünün çıxarılmasını qanuni və əsaslı hesab etmiş, apellyasiya instansiyası məhkəməsi də bu mövqe ilə razılaşmışdır. Cinayət işində olan və aşağı instansiya məhkəmələri tərəfindən məhkəmə istintaqında tədqiq edilmiş: Bakı şəhəri Nİzami RPİ-nin rəisinə ünvanlanan 22 mart 2021-ci il tarixli raportdan müəyyən olunur ki, Bakı şəhərində yaşayan «İsa və Elməddin» adlı şəxslər mütəmadi olaraq narkotik maddələrin əldə edilməsi, saxlanılması, qəbulu və satışı ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Bakı şəhəri Nizami RPİ-nin rəisinə ünvanlanan 2 2 mart 2021-ci il tarixli raportdan müəyyən olunur ki, 22 mart 2021-ci il tarixdə saat 22:20 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində X13, Məhkum və Şahid1 Bakı şəhəri, Nizami rayonu inzibati ərazisində saxlanılıb Nizami RPİ-nə gətirilmişdir. "Şəxsi axtarış və götürülmə aparılması haqqında» 23 mart 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla Məhkum üzərinə şəxsi axtarış zamanı Məhkum əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş ağ rəngli, kristal şəkilli maddəni təqdim edərək həmin maddənin psixotrop maddə olduğunu, 2 gün əvvəl öz istifadəsi üçün Q.Qarayevdə tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/1159 saylı rəyindən müəyyən olun ur ki, "Tədqiqata təqdim edilmiş üzərində AR DİN "Zərflər üçün N162 möhür əksi, "Saxlanılan şəxs... Məhkum...” vəs. yazılar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,025 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.” Təkrar təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2058 saylı rəyindən müəyyən olunur ki, Məhkum psixotrop maddə olan metamfetamindən suiistifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3114 saylı rəyindən müəyyən olunur ki, üzərində "saxlanılan şəxs... Ü.A.Salmanova...” sözləri soyadlar və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,975 qram olan psixotrop maddə metamfetamin ilə üzərində "saxlanılan şəxs...Məhkum...” sözləri soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,422 qram olan metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent və tərkibinə görə eynilik təşkil edir. "Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, "Azerfon” MMC-dən daxil olmuş hadisə zamanı Məhkum məxsus ***-***-**-** mobil nömrəsinə aid məlumatların olduğu 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2021-ci il tarixdə 15:16, 19:44, 20:33 və 20:40 radələrində 20:48 radələrində ***-*****-** nömrəsi ilə danışıqları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi narkotik vasitənin külli miqdarda olmasını, bu çəkidə narkotik vasitələrin özünün şəxsi ist ehlakı üçün əldə etdiyi halda üzərində daşımasını nəzərə alaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması istintaq orqanı tərəfindən düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və məhkum edilmiş şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar mövcud deyil. Apellyasiya instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanu nsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və ya daşıma) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxlaması və daşıması barədə verilən itt ihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi narkotik vasitəni satmağa yönəldiyi sübuta yetirilməli, psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 4 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehs al etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkum istinad edilən, hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkar hərəkətləri törətməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, daşıması və saxlaması birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilib, apellyasiya məhkəməsi tərəfindən yenidən təhlil edilmiş sübutların məcmusu ilə müəyyən edildiyindən, məhkəmə kollegiyası ittihamın bu hissəsi üzrə aşağı instansiya məhkəmələrinin gəldikdiyi nəticəni şübhə altına almaq üçün əsas görmür. Kassasiya şikayətində məhkum edilmiş şəxsin narkotik vasitəni öz istifadəsi üçün daşıması, narkotik vasitəni satmaq barədə niyyətinin olmaması bildirilsə də, şikayətin bu barədə dəlilləri subyektiv mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır. Aşağı instansiya məhkəmələri tərəfindən bu xüsusatlara tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlərin ifadələri, ekspert rəyləri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilərək müdafiə mövqeyinə söykənən subyektiv mülahizələr, məhkum edilmiş şəxsin törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətindən yaxa qurtarmağa, cinayət məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası Məhkum qanunsuz olaraq satış məqsədilə külli miqdarda psixotrop maddə əldə etməsi, daşıması və saxlaması cinayət əməlini bir qrup şəxs halında törətməsinə (CM-in 234.4.1 mad.) münasibətdə isə aşağıdakıları qeyd edir: Aşağı instansiya məhkəmələrinin də razılaşdığı istintaq orqanı tərəfindən ittihamdan göründüyü kimi, CM-in 234.4.1-ci maddəsi ilə ittiham ona X13 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 3,497 qram olan psixotrop maddə metamfetamini əldə edərək daşıyaraq saxlaması ilə əlaqədar verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yus ifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə) 22 iyul 2022-ci il tarixli qərarı ilə məhkum X13 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X5 barəsində olan 11 oktyabr 2022-ci il tarixli, 1(103)-1302/2022 nömrəli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (hakimlər: -Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə) 13 mart 2024-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs X5 müdafiəçisi X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, X5 Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmişdir. Cinayət işi üzrə X5 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Sözügedən yekun məhkəmə aktından göründüyü kimi, elan olunmuş ittihamda formal olaraq Ü.Salmanovanın Məhkumlə qabaqcadan əlbir olması qeyd olunsa da, sonuncunun iştirakçılıqda hərəkətlərinin nədə ifadə olunması cinayə t işinin materiallarından, o cümlədən ittiham aktından və birinci instansiya məhkəməsinin hökmündən görünmür. İstintaq orqanı X5 narkotik vasitələrin satılmasında şübhəli olmasını və qeyrisi ilə əlbir olmasını göstərsə də, əslində həmin məlumatın mənbəyi cinayət işi üzrə qeyri-müəyyəndir, bununla bağlı cinayət işinin materiallarında hər hansı məlumat mövcud deyildir. Beləliklə, iş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum satış məqsədi ilə 3,497 qram olan psixotrop maddə əldə edilməsi, daşınması və sair qanunsuz dövriyyəsi ilə bağlı hərəkətlərində Ü.Salmanovanın iştirak etməsi, eləcə də Məhkum tərəfindən Ü.Salmanovaya psixotrop maddəni verdikdən sonra sonuncunun əldə edilmiş narkotik və psixotrop vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar etdiyi hərəkətlərdə i ştirakının konkret nədə ifadə olunması işə baxan əvvəlki məhkəmələr tərəfindən ümumiyyətlə araşdırılmamışdır. İşə baxan sonuncu apellyasiya instansiyası məhkəməsi isə kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq bu hala qiymət verərək X5 Məhkumlə qabaqcadan əlbir olmasının sübuta yetirilmədiyi qənaətinə gəlmiş və Ü.Salmanovanın əməlini CM-in 234.1-ci maddəsinə tövsif etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən “qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur”. Bu maddədə iki və ya daha çox şəxsin “qabaqcadan razılaşması” dedikdə, onların əvvəlcədən, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsinə başlayana qədər (cinayətə hazırlıq mərhələsində) cinayətin birgə törədilməsi barədə razılığa gəlmələri başa düşülür. Belə (qabaqcadan) razılaşmanın olmadığı iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət isə Cinayət Məcəlləsinin 34.1-ci maddəsində “bir qrup şəxs” tərəfindən törədilmiş cinayət kimi təsnif edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il 2 №-li Qərarın 11- ci bəndində qeyd edilir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə bi rgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsi rkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin ) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və "ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Məhkum satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmək məqsədilə X13 ilə cinayət əlaqəsinə girməmiş və bu cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməmişdir, bu barədə ittiham mötəbər sübutlar olmadan və ehtimallar üzərində qurulmuşdur. Məhkəmə kollegiyası Məhkum əməlinin CM-in 234.4.1-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşmayaraq həmçinin vurğulayır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törət məkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı) Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan Qərarında həmçinin vurğulayır ki, cinayətin tövsifi törədi lən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tə ləb edir. Məhkəmə kollegiyası cinayət işi üzrə araşdırılmış sübutların fövqündə qanunvericiliyin tələblərinə əsaslanaraq, təqsirləndirilən şəxsin CM-in 234.4.1-ci maddəsi elan olunmuş ittiham üzrə təqsirli bilinməsi məsələsinə bu sübutların mümkünlüyü və kifayət etməsi nöqteyi nəzərindən yanaşıb qiymətləndirərək və məhkəmənin hökmünün ehtimallara əsaslana bilməməsi, bütün şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə həll olunmasına dair qanunvericiliyin tələblərindən çıxış edərək cinayət işi üzrə məhkəmə aktlarından Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsinə və cəzalandırılmasına dair müddəaların xaric edilməsini qanuni və əsaslı hesab edir. Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2. 3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında vurğulayır ki, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, on un motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, "X16rşı” 9 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübut etməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, cinayət işi üzrə məhkəmə aktlarından Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsinə və cəzala ndırılmasına dair müddəalar xaric edilməlidir. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin məhkum edilmiş şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə dəlillərinin əsaslı saymır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Məhkum əməlində cəzanı ağırlaşdıran halların olmamasına, o cümlədən cəzasını yüngülləşdiriən müsbət xarakterizə edilən şəxs olmasına baxmayaraq, cəzanın həddini müəyyən edən zaman törədilmiş cinayətin xarakterini, ictimai təhlükəsizlik dərəcəsini, məhkumun şəxsiyyətini və təyin ediləcək cəzanın məhkumun ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almadığı qənaətinə gəlmiş və şəxsə ağır cəza təyin etdiyindən Məhkum təyin edilmiş cəza yüngülləşdirilməklə hökmün dəyişdirilməsini qanuni və ədal ətli ədalətli hesab etmişdir. Göstərilən məhkəmənin Məhkum təyin etdiyi 5 il azadlıqdan məhrum etmə cəzası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında aşağı həddini təşkil edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyi şdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2022-ci il tarixli qərarından və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2022-ci il tarixli hökmündən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsinə və cəzalandırılmasına dair müddəalar xaric edilsin. Məhkum üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1(102)-52/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-52/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver