Məhkəmə qərarları › İş №1(102)-520/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-520/2019

29.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-520/2019 29.05.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) –520/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "29" may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və X3 ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum, Müdafiəçi – “Ədalət” Vəkil Bürosunun vəkil Rzabəyli Fərid Fərhad oğlunun iştirakları ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi F.F.Rzabəyli ilə birlikdə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Həsənova Şəlalə Akif qızı) xx xxx 1981-ci il tarixdə Beyləqan rayonunun Eyvazalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Eyvazalılar kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Nə rimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 150A, mənzil 41-də yaşayanMəhkum Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15% məbləğində pul dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, işəgötürən kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü bəndində (İşəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs) nəzərdə tutulmuş tələbləri pozma qla, fiziki şəxs kimi sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanında yerləşən “Manqal" dönərxanasında 15 (on beş) nəfər işçini Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Belə ki, o, haqqı ödənilməklə 01.02.2017-ci il tarixdən 28.04.2017-ci il tarixədək qabyuyan işləyən Zərərçəkmiş şəxs6, 01.03.2017-ci il tarixdən 28.04.2017-ci il tarixədək kuryer işləyən Zərərçəkmiş şəxs7, 01.04.2017-ci il tarixdən 28.04.2017-ci il tarixədək kuryer işləyən Zərərçəkmiş şəxs13, 10.02.2017-ci il tarixdən 28.04.2017-ci il tarixədək ofisiant işləyən Zərərçəkmiş şəxs8, 01.04.2017-ci il tarixdən 28.04.2017-ci il tarixədək dönər ustasının köməkçisi işləyən Zərərçəkmiş şəxs14, 04.04. 2017-ci il tarixdən 28.04.2017-ci il tarixədək aşbaz köməkçisi işləyən Zərərçəkmiş şəxs5, 15.03.2017-ci il tarixdən 28.04.2017-ci il tarixədək ofisiant işləyən Zərərçəkmiş şəxs9, 24.04.2017- ci il tarixdən 28.04.2017-ci il tarixədək ofisiant işləyən Zərərçəkmiş şəxs10, 26.04.2017-ci il tarixdən 28.04.2017-ci il tarixədək kuryer vəzifəsində işləyən Zərərçəkmiş şəxs15, 01.04.2017-ci il tarixdən 28.04.2017-ci il tarixədək xadimə vəzifəsində işləyən Zərərçəkmiş şəxs4, 01.02.2017-ci il tarixdən 28.04.2017-ci il tarixədək pizza ustası işləyən Zərərçəkmiş şəxs12, 01.03.2017-ci il tarixdən 28.04.2017-ci il tarixədək xadimə vəzifəsində işləyən Zərərçəkmiş şəxs1, 10.03.2017-ci il tarixdən 28.04.2017-ci il tarixədək dəzgahdar (qablaşdırıcı) vəzifəsində işləyən Zərərçəkmiş şəxs3, 01.02.2017-ci il tari xdən 28.04.2017-ci il tarixədək dönər ustası vəzifəsində işləyən Zərərçəkmiş şəxs11 və 15.04.2017-ci il tarixdən 28.04.2017-ci il tarixədək inzibatçı işləyən Zərərçəkmiş şəxs2, yəni xeyli sayda 15 (on beş) nəfər işçini Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs kimi sahibkarlıq fəaliyyətini həyata keçirdiyi - ünvan 1 ünvanında yerləşən “Manqal” dönərxanasında müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Əhmədov Həsən Hüseyn oğlu, hakimlər Qasımov Faiq Adil oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) 08 oktyabr 2018-ci il tarixli qərarı ilə Bakı şə həri Nəsimi rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi F.F.Rzabəyli ilə birlikdə kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum və onun müdafiəçisi F.F.Rzabəyli kassasiya şikayətində birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarlarının cinayət-prosessual qanunvericiliyin 28-ci maddəsinin tələblərinin pozulması ilə qəbul olunduğuna, bu səbəbdən də həmin qərarların qanunsuz hesab edilib ləğv edilməl i olduğuna istinad etmişlər. Belə ki, kassatorlar iş üzrə istintaq aparıldığı dövrdə bir neçə şəxslərin adları çəkilsə də, məhkəmə dövründə həmin şəxslər məhkəməyə çağırılsalar da, sonradan onların iştirakları olmadan məhkəmə baxışının davam etdirilməsinin mümkün hesab olunduğunu, X4 ilə X5 məhkəməyə çağırılmadan birinci instansiyası məhkəməsində işə baxılmasının davam etdirildiyini, həmin şəxslərin mütləq qaydada dindirilməli olduqlarını, çünki həmin şəxslərin adlarının bir çox məsələlərdə hallandığını, kassasiya şikayətinə əlavə olunmuş doqquz ədəd notarial qaydada təsdiq olunmuş ərizələrdə zərərçəkmiş şəxslərin çox vacib və əhəmiyyətli halları bildirdiklərini, həmin halların birinci və apellyasiya instansiyası məhkəmələrinin protokollarında, eləcə də, qərarlarında öz əksini tapmadıqları nı göstərmişlər. Qeyd olunanları nəzərə alaraq apellyasiya məhkəməsinin qərarını ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından (hökmdən və apellyasiya məhkəməsinin qərarından) görü nür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla hökm və qərarda göstərilmişdir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Apellyasiya məhkəməsinin bunlara dair gəldiyi nəticə iş materiallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, qeyd olunmalıdır k i, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. İttihamda göstərilən şəxslərin Məhkum tərəfindən deyil, digər şəxslər tərəfindən işə cəlb edildiyinə dair kassasiya şikayətinin dəlili iş materiallarına uyğun deyildir. İbtidai istintaq orqanı tərəfindən toplanılmış, qanunla nəzərdə tutulmuş qaydada tədqiq olunmaqla yoxlanılmış və qiymətləndirilmiş sübutların məzmunu birmənalı olaraq göstərir ki, Məhkum verilmiş ittiham sübuta yetirilmiş, cinayətin onun tərəfindən törədilməsi təsdiq olunmuşdur. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində zərərçəkmiş şəxslərin onlara təzyiq nəticəsində Məhkumun əleyhinə ifadə vermələri iddia edilsə də, belə təsiri təsdiq edən hər hansı bir sübuta və ya dəlilə istinad edilməmiş, kim tərəfindən təsir göstərildiyi açıqlanmamışdır. Zərərçəkmiş şəxslər hələ ibtidai istintaq zamanı Məhkuma qarşı ifadələr vermiş və həmin ifadələri məhkəmədə dindirilərkən də təsdiq etmişlər. Yəni, ibtidai istintaq orqanı və məhkəmələr zərərçəkmiş şəxslərin istintaq gedişində və məhkəmə iclasında ardıcıl olaraq verdikləri ifadələri inandırıcı hesab edərək onlara əsaslanmışlar. Məhkəmə kollegiyası bununla yanaşı q eyd edir ki, Azərbaycan Respublikası CPM-nin 19.4.5ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüquqlarını təmin etməlidir. İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 3d bəndində qeyd edilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs ən azı onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırılması və dindirilməsi hüququna malik olmaq hüquqlara malikdir. Məhkəmə yuxarıda göstərilən normalara və müddəalara riayət etməklə Məhkum həmin normada və müddəada təsbit edilmiş hü quqlarını təmin edərək zərərçəkmiş şəxslərin məhkəmədə dindirilmələrini (o cümlədən Məhkum özü tərəfindən) həyata keçirmiş və zərərçəkmiş şəxslər sonuncunun iştirakı ilə onu ifşa edən ifadələr vermişlər. Odur ki, Məhkumun təqdim etdiyi notariat qaydasında təsdiq edilmiş ərizələr zərərçəkmiş şəxslərin həmin ifadələrini təkzib edən, onların həqiqiliyini şübhə altına alan amil kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, Məhkum təqsirinin mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi d edikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. M əhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Şikayətdə cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsa sən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Fərhad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar