Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-520/2021 11.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X7, bəraət almış şəxs Məhkum2 və onun müdafiəçisi Nümayəndə1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2020-ci il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti və Məhkum1 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) 10 iyun 2020-ci il tarixli 1(025)4/2020 nömrəli hökmü ilə, 17 avqust 1978-ci ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan; Məhkum1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlinin 10 iyun 2020-ci il tarixd ən hesablanmış, xx xxxx 1987-ci ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan; Məhkum2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlinin 10 iyun 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum1 оğlu, 06 aprel 2019-cu il tarixdə saat 18 radələrində Qəbələ rayonu Mıxlıqovaq kəndində həmkəndlisi Məhkum2 atasına məxsus işlətdiyi çay evində istirahət edən şəxslərin gözü qarşısında, orta dərəcəli sərxo ş vəziyyətdə sonuncunun qardaşı Taleh İsmayılovun ünvanına heç bir əsaslı səbəb olmadan nalayiq və təhqir xarakterli ifadələr işlədərkən, ona irad tutan Məhkum2la qarşılıqlı olaraq münaqışə yaradıb, ictimai qaydanı kobudcasına pozan, ətrafdakı vətəndaşlara açıqca hörmətsizlik ifadə edən və cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normalarına zidd hərəkətlər edərək, sonuncunun ünvanına ucadan nalayiq söyüşlər işlətməklə, ona fiziki zor tətbiq edərək əlbəyaxa olmaqla təpiklə və əli ilə onun bədəninin müxtəlif hissələrinə zərbələr vurmuş, çay evində müştəri qismində olan şəxslər davanı sakitləşdirib onları ayırmasına baxmayaraq, qərəzli hərəkətlərini davam etdirməklə, çayxanadakı dəmir materialdan olan stullardan birini silah qismində istifadə etməklə Məhkum2 vurmaq üçün tərəf atmış, lakin həmin stul çay evində müştəri qismində istirahət edən zərərçəkmişlər Zərərçəkmiş şəxs2 sifətinə dəyərək, ona burunun, sol gözün içəri bucağı nahiyyəsinin sıyrığı və sol göz alt nahiyyəsinin qançırı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri və digər müştəri zərərçəkmiş Zərərçəkmiş şəxs1 başının arxa hissəsinə dəyərək ona fiziki ağrı yetirmiş, sonra yenidən Məhkum2 vurmaq üçün silah qismində istifadə etdiyi dəmir materialdan olan digər stulu sonuncuya sifət nahiyyəsinə ataraq, ona burunun sol dodaq büküşü hissəsinin sıyrığı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, eləcə də qərəzli hərəkətlərini davam edərək, çay evindəki dəyəri 35 manat olan 01 ədəd plastik materialdan stolu, dəyəri 39 manat olan 03 ədəd dəmir materialdan olan stulu, dəyəri 15 manat olan03 ədəd plastik materialdan olan taburetkanı, ümumi dəyəri 30 manat təşkil edən 10 ədəd pivə bakalını, dəyəri 20 manat təşkil edən 1 ədəd pəncərə şüşəsindən ibarət özgənin əmlakını qəsdən məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən hərəkətləri ilə Zərərçəkmiş şəxs3 məxsus əmlakları qəsdən yararsız vəziyyətə salmaqla, ona ümumilikdə 139 manat dəyərində maddi ziyan vurmaqla, çay evində istirahət edən kənar şəxslərin rahatlıqlarının, çay evinin normal fəaliyyətinin təxminən 25 dəqiqə müddətində pozulması ilə nəticələnən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum2, 06 aprel 2019-cu il tarixdə saat 18 radələrində orta dərəcəli sərxoş vəziyyətdə Qəbələ rayon Mıxlıqovaq kəndində atası X5 məxsus çay evini işlədən zaman orada müştəri qismində olan həmkəndlisi Məhkum1 onun qardaşı X3 ünvanına heç bir əsaslı səbəb olmadan nalayiq və təhqir xarakterli ifadələr işlədərkən irad bildirib, Məhkum1la qarşılıqlı olaraq münaqişə yaradıb, ictimai qaydanı kobudcasına pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normalarına zidd sonuncunun ünvanına nalayiq söyüşlər söyərək ona fiziki zor tətbiq etməklə əlbəyaxa olub, təpiklə, əli ilə onun bədəninin müxtəlif hissələrinə vurmaqla ona sol əlin İİ daraq sümüyü sıyrığı kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, çay evində müştəri qismində olan şəxslər davanı sakitləşdirib ayırmasına baxmayaraq, qərəzli hərəkətlərini davam etdirməklə çay evində ki dəmir materialdan olan stullardan birini silah qismində istifadə etməklə Məhkum1 vurmaq üçün ona tərəf atmış, atdığı stul sonuncunun kürək nahiyyəsinə dəymiş, nəticədə ona bel nahiyyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə çay evində istirahət edən kənar şəxslərin rahatlıqlarının, çay evinin normal iş fəaliyətinin təxminən 25 dəqiqə müddətində pozulması ilə nəticələnən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Mirbahəddin Hüseynov və Gündüz Abbasovdan ibarət tərkibdə) 18 sentyabr 2020-ci il tarixli hökmü ilə Qəbələ Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmü Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22 1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə ləğv edilmiş və həmin hissədə yeni hökm çıxarılmış, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilmiş, Məhkum2 barəsində seçilmiş “həbs” qətimkаn tədbiri ləğv edilərək dərhal məhkəmə zalında həbsdən azad edilmiş, Məhkum2 müdafiəçisi Nümayəndə1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, təqsirləndirilən Məhkum1 müdafiəçisi Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu hökmündən narazı qalan Dövlət ittihamçısı2 verdiyi kassasiya protestində xahiş edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2020-ci il tarixli hökmü ləğv edilsin və cinayət işi apellyasiya məhkəməsində yenidən baxılmasına qaytarılsın, Məhkum1 müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edirlər ki, hökm Məhkum1 aid hissədə ləğv edilsin və ona şərti məhkum etmənin tətbiqi barədə qərar çıxarılsın. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Kassasiya protestinin dəlillərini Dövlət ittihamçısı2 onunla əsaslandırır ki, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2020-ci il tarixli hökmü məhkəmənin Məhkum2 CM-in 221.3-cü maddəsi ilə bəraət verilməsinə dair gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından mübahisə doğurur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin məhkəmə-tibbi ekspertizasının 10 aprel 2019-cu il tarixli 162 saylı rəyindən görünür ki, Məhkum1 bədəni üzərində sol əlin üstündə İİ daraq sümüyü və bel nahiyyəsinin sıyrığı kimi xəsarətlər vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən 06.04.2019-cu il tarixə uyğun gəlməklə sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Məhkəmə baxışında törədilmiş cinayət əməlinin, onun xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının düzgün müəyyən edilməsi şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, o cümlədən cəzalandırılması məsələlərinin həllində müstəsna əhəmiyyət kəsb edir. Məhkəmənin həmin hallara (onların sübut edilmiş sayılmasına və yaxud sübut edilməməsinə) dair qənaətini isə müvafiq qərarlarda, o cümlədən məhkəmənin hökmündə, apellyasiya məhkəməsinin yekun qərarında faktların təsvirindən və gə tirilmiş əsaslandırmadan (sübutların təhlilindən, müqayisəsindən) hasil etmək olar. Məhz buna görə CPM-nin 144-cü maddəsi məhkəmədən sübutları bir-biri ilə müqayisə etməklə təhlil etməyi, 145-ci maddəsi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməyi, ittihamı nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu əsasında həll etməyi, 349.3-cü maddəsi məhkəmə qərarının qanuni və əsaslı olmasını, 353.2.2-cİ maddəsi isə məhkəmənin nəticəyə gələrkən əsaslandığı sübutları və onun tərəfindən digər sübutların rədd edilməsinin motivlərini qərarda göstərməyi tələb edir. Apelyasiya instansiya məhkəməsinin hökmündən isə görünür ki, məhkəmə baxılmış sübutları və xuliqanlıq cinayətinin əlamətlərini təsvir etdikdən sonra baxılan işdə bu əlamətlərinin müəyyən edilmədiyini qeyd edib Məhkum2 CM-in 221.3-cü maddəsi ilə bəraət verilməli olmasını vurğulamışdır. Lakin, məhkəmə xuliqanlıq cinayətini xarakterizə edən məhz hansı əlamətləri müəyyən etmədiyinə görə və nə kimi faktlara, sübutlara əsasən təqsirkarın hərəkətlərində xuliqanlıq cinayətinin tərkibinin olmaması haqqında nəticəyə gəldiyini hökmdə əsaslandırmamışdır. Məhkəmənin inkar etmədiyi işin faktiki hallarına görə, hadisə çay evində olan şəxslərin istirahət vaxtında baş vermiş, habelə həmin hadisə zamanı Məhkum2 orta dərəcəli sərxoş vəziyyətdə olmuş, həmçinin çay evinin iş rejimi pozulmuş və orada olan müştərilərin istirahət hüququ pozularaq onların vaxtından əvvəl getməsinə səbəb olmuşdur. Bundan başqa Məhkum2 tərəfindən törədilən hadisə zamanı ictimai qayda insanlar arasında bərqərar olmuş birgəyaşayış qayd aları qərəzli surətdə pozulmuşdur. Belə ki, hadisə 06 aprel 2019-cu il tarixdə saat 18 radələrində çay evində baş vermişdir. Hadisənin baş verdiyi çay evinin ictimai yer sayıldığını nəzərə alaraq həmin dava-dalaş zamanı yaranmış səs-küydən orada olan insanların, o cümlədən digər zərərçəkmiş şəxslərin istirahət hüququ pozulmuş, hadisə onların narahatçılıq hissinə səbəb olmuşdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, şahid qismində dindirilmiş X8, X4, X6 ifadələrində hadisə zamanı Məhkum2la Məhkum1 qarşılıqlı olaraq bir-birini təhqir edərək mübahisə etdiklərini təsdiq edərək çay evinin normal iş rejiminin pozulduğunu, orada olan şəxslərin kafeni tərk etdiklərini bildirmişlər. Məhkəmə bu xüsusatlara səthi qiymət verərək, guya hadisə zamanı yalnız Məhkum1 vuraraq Məhkum 2 xəsarət yetirdiyini göstərmişdir. Məhkəmənin mövqeyinə görə qarşılıqlı mübahisə zamanı Məhkum1 vuraraq Məhkum2 xəsarət yetirsə də. Məhkum2 Məhkum1 qarşı zor tətbiq etməmiş, özünü müdafiə üçün belə hər hansı hərəkət etməmişdir ki, bu da inandırıcı deyildir. Məhkəmə nəzərə almamışdır ki, kafedə olan şəxslərin istirahət hüququnun pozulmasına səbəb məhz Məhkum2la Məhkum1 qarşılıqlı mübahisələri olmuşdur, Bununla yanaşı, Məhkum2 Məhkum1 vuraraq əlinə, stul ataraq kürək nahiyəsinə xəsarət yetirməsi ilə müşayiət edilən hərəkətləri özündə cəmiyyətə açıqca hörmətsizlik ehtiva edir. Belə ki, hadisə zamanı. Məhkum2 kafedə olan şəxslərə əhəmiyyət verməyərək söyüş söyərək Məhkum1la mübahisə etmiş, orada olan şəxslər onları aralaşdırmaq istəsələr də heç kimə məhəl qoymadan qərəzli hərəkətlərini davam etdirmişdir. Məhkəmənin iş üzrə mövqeyi onun hadisənin baş vermə mexanizmini düzgün müəyyən etmədiyini, sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməyini, bir tərəfdən Məhkum2 hadisə zamanı Məhkum1 vurmadığını, dolayısıyla da xuliqanlıq hərəkətləri etmədiyini qeyd etməsi, digər yandan Məhkum2 Məhkum1 vursa da hadisəni şəxsi münasibətlər zəminində baş vermiş mübahisə kimi qiymətləndirməsi onun öz mülahizələrində ardıcıl olmadığını sübut edir. Həmçinin təqsirləndirilən şəxslər arasında baş vermiş hadisəyə kimi hər hansı ədavət, düşmənçilik, qisas almaq üçün əsas ola biləcək konflikt olmamışdır. İstər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı alınmış ifadələr, keçirilmiş ekspertiza tədqiqatlarının nəticələrinə dair rəylər müqayisəli şəkildə tədqiq edildikdə təsd iq olunur ki, Məhkum2 hadisə zamanı çay evində olan şəxslərə əhəmiyyət verməmiş, Məhkum1 qarşı zor tətbiq etməklə dava-dalaş salmış, təxminən 25 dəqiqə ərzində davam edən həmin hərəkətləri ilə orada olan şəxslərin narahatçılığına, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasına səbəb olmuşdur, Məhkəmə həmçinin hökmdə göstərmişdir ki, təqsirləndirilən Məhkum1 hadisədən dərhal sonra yox, düz 3 ay 21 gün sonra cinayət işinin istintaqını aparan müstəntiqə baş vermiş hadisə nəticəsində Məhkum2 ona xəsarət yetirməsi barədə ərizə ilə müraciət etmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, Məhkum1 həm birinci instansiya məhkəməsində, həm də apelyasiya instansiya məhkəməsində Məhkum2 hər hansı şikayət və tələbinin olmadığını bildirmiş, hadi sədən sonra da Məhkum2 dərhal şikayət etməyərək onunla barışmağa cəhd etmiş, uzun müddət Məhkum2 şikayət etməyərək sonuncunun da onun barəsində şikayət etməyəcəyini düşünüb cinayət məsuliyyətindən azad olunmasını arzu etmişdir. Məhkum1 özünün də əməlində cinayət tərkibi olduğu üçün Məhkum2 barəsində hüquq mühafizə orqanlarına şikayət etməməsi, ilkin olaraq aralarında baş vermiş mübahisəni gizlətməyə çalışması başa düşləndir. Beləliklə, məhkəmə işi qeyri-obyektiv, birtərəfli və qərəzli şəkildə apararaq cinayət qanunun normalarının tələblərini pozaraq şəxsə CM-nin 221.3-cü maddəsi ilə bəraət verməklə işin faktiki hallarına uyğun olmayana mövqe nümayiş etdirib səhvə yol vermişdir. Sübutların tədqiq edilməsi qaydalarının pozulması ilə əldə olunmuş işin faktiki hallarına və əməlin hüquqi tövs ifinə dair nəticə isə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Qeyd olunan məcburi tövsiyələr məhkəmələrdən tələb edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibi düzgün müəyyən edilsin və düzgün tövsif edilsin. Apellyasiya instansiyası məhkəməsi isə bu vəzifələri yerinə yetirməmiş, Məhkum2 istinad olunan əmələ qanunun aliliyi prinsipi baxımdan düzgün qiymət verməmiş, nəticədə ona əsassız olaraq bəraət verilmişdir. Məhkəmənin mövqeyi İnsan Hüquqları üzrə Avropa Konvensiyanın 6-cı maddəsinin tələblərinə və digər beynəlxalq hüquqi sənədlərin müvafiq normalarına da zidd olmuşdur. Kassasiya şikayətinin dəlilərini Məhkum1 müdafiəçisi Müdafiəçi onunla əsalandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini po zmuş və iş üzrə bir sıra xüsusatları nəzərə almayaraq Məhkum1 törətdiyi əmələ görə ağır cəza təyin etmişdir. Belə ki, məhkəmə Məhkum1 cəza təyin edərkən müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzam yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı olduğu halda bunu etməmişdir. Belə ki, məhkəməyə təqdim etdiyim 14 noyabr 2013-cü il tarixli 2(025)-545/2013 saylı Qəbələ rayon qətnaməsinin kserosurətindən görünür ki, yetkinlik yaşına çatm ayan 13 mart 2008-ci il təvəllüdlü X12 atası Məhkum1 himayəsində olmaqla onunla birlikdə Qəbələ rayonun Mıxlıqovaq kəndində yaşayır. Həmin qətnamə əsasında İlqar İmaməddin oğlu X1 arasında Qəbələ rayon İHB-nin Mıxlıqovaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 2007-ci il fevralın 27-də qeydə alınmış 02 saylı nikah pozulmuşdur. Belə vəziyyətdə, təqsirləndirilən şəxs Məhkum1 subay olmaqla himayəsində qalan azyaşlı uşağına tək baxmasını, onu uşağına qazanc gətirən yeganə şəxsin olduğunu, onun yaşadığı yerdən müsbət xarakterizə olduğunu, ilk dəfə olaraq az ağır cinayətin törədilməsini, habelə baş vermiş cinayət hadisədən bir ildən çox müddətin ötdüyünü nəzərə alaraq mövcud cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azaldığını, eləcə onun cəzanı ağırlaşdıran hallann olmadığını, onun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışdığını, iş üzrə digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 hər iki təqsirləndirilən şəxs tərəfindən vurulan 139 manat dəyərində maddi ziyanın könüllü olaraq ödəməsinə razılaşdığını, cinayətin açılmasına fəal kömək etməsini və ən əsas Məhkum1 təyin olunmuş cəzanın onun islah olunmasına və onun ailəsinin (yəni himayəsində qalan azyaşlı uşağının) həyat şəraitinə təsirini nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza apellyasiya məhkəməsi tərəfindən öz sərtliyinə görə məhkumun şəxsiyyətinə uyğun olmayan hesab edilməlidir. İş materiallarından görünür ki, Məhkum1 ilk dəfədir cinayət törətmişdir, himayəsində az yaşlı uşaqları vardır, maddi ziyanı ödəmiş, zərərçəkmiş şəxslərlə barışmışdır. Yuxarıda qeyd edilənlərə əsasən kassator müdafiəçi Məhkum1 təyin olunmuş cəzanın yüngülləşdirilməsini və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayır və cinayət qanunvericiliyinin şərti məhkum etmə ilə bağlı müddəalarının tətbiq edilməsini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayətləri təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkum1 müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili müdafiə etdiyi şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və ya 70-ci maddələrinin tətbiq edilməməsinin q anunsuz və əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 62.1ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. İşin materiallarından görünür ki, iş üzrə cinayətin m əqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmaması barədə məhkəmələrin gəldiyi nəticə ədalətli olmaqla bərabər əsaslıdır. Müdafiəçinin kassasiya şikayətinin digər dəlilinə, yəni məhkumun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunması ilə əlaqədar məhkəmə kolle giyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halla rı nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. İş materiallarından, o cümlədən hökmdən və qərardan görünür ki, məhkəmələr qeyd olunan normada göstərilən bütün halları təhlil edərək nəzərə alıb məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymamış və nə səbəbdən belə qənaətə gəldiyini qərarlarında şərh etmişlər. Məhkəmələrin gəldiyi bu nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğun olduğundan məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə kassasiya şikayətində istinad olunan halların heç biri Məhkum1 barəsində şərti məhkum etmənin tətbiq olunmasını mümkün sayıla bilən amillər kimi qiymətləndirilə bilməz. Həmçinin kollegiya məhkəmələr tərəfindən Məhkum1 təyin edilmiş cəzanın ağır olması dəlilinə də münasibət bildirərək qeyd edirlər ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakter i və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərba ycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum1 cəza təyin edərkən onun ilk dəfə olaraq cinayətin törədilməsini, törətdiyi əməli qismən etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona qarşı heç bir şikayət və tələbin olmamasını, himayəsində bir azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi olmasını nəzərə almış və əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona CM-in 221.3-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasını təyin etmişdir. Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin sanksiyasında 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi maddənin sanksiyasının minimum həddində cəza təyin etmişdir. Belə cəzanı heç də ağır hesab etmək mümkün deyildir. Həmçinin, cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin bu barədəki dəliləri ilə razılaşmaq olmur. Kassasiya protestinin başlıca dəlili apellyasiya instansiyası məh kəməsi tərəfindən Məhkum2 bəraət verilməsinin qanunsuz olmasıdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə məhkum edilmiş şəxs Məhkum2 verilmiş ittiham üzrə onun əməlində cinayət tərkibi olmadığına bəraət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gələrkən Məhkum2 birinci və apellyasiya instansiyası məhkəmələrində verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş təqsirləndirilən şəxs Məhkum1 ifadəsini, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə və işin digər materiallarına istinad etmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum2 Аzərbаycаn Respublikаsı CM-in 221.3-cü mаddəsi ilə оnа qarşı elаn оlunmuş ittihаmdа özünü təqsirli bilməyərək və birinci instansiya mə hkəməsində verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, çay evində ancaq çay və pivə satmışdır. Tanış adamlar ərzaq gətirdiyi halda onların xahişi ilə həmin ərzaqdan yemək də bişirirmişdir. 06 aprel 2019-cu il tarixdə saat 12 radələrində çay evinə İlqar öz qohumu Rəsulla gəlmiş, İlqarın əlində sosiska, yumurta olmuşdur. İlqar gətirdiyi sosiska və yumurtanı onlar üçün bişirməyi xahiş etmiş, o da razılaşmışdır. Yemək hazır olanda onu gətirib İlqar və Rəsula vermişdir. Rəsul və İlqarın 1 ədəd 700 qramlıq “Xan” arağı olmuş, həmin vaxt İlqar ona da yemək təklif etmişdir. Ayaqüstü Rəsul və İlqarla yemək yeyərək 100 qramа qədər araq içmiş, sonra isə onlardan uzaqlaşıb çayxanada olmuşdur. Saat 14 radələrində Rəsul və İlqar yeməklərini yeyib qurtarmış, gedən zaman İlqar yemək və çaya görə 4 manat hesab pulu verərək, çıxıb getmişlər. Həmin gün saat 18 radələrində İlqar yenidən çay evinə gəlmiş, çayxanada olan öz qohumu Hüseyinlə, kənd sakini Niyaməddinlə birgə onların stolunda oturmuşdur. Hüseyin pivə sifariş etmiş, lakin, İlqar pivə içməmiş, bu zaman İlqar ucadan kənd sakini Aqil adlı şəxsin adını çəkərək onun ünvanına ağır nalayiq söyüşlər söyərək təhqir etmişdir. Həmin vaxt Aqil orada olmamış, İlqarın Aqillə aralarında nə baş verdiyini də bilməmişdir. İlqara irad bildirərək söyüş söyməməsini tələb etmişdir. İlqara irad bildirdikdə İlqar bu zaman heç bir əsaslı səbəb olmadan onun qardaşı Taleh İsmayılovun da ünvanına nalayiq söyüşlər söyərək ona qoduq və sair bu kimi ifadələr işlətmişdir. Buna görə İlqarla aralarında mübahisə dərinləşməyə başlamış, İlqar ayağa qalxmış, ot urduğu dəmirdən olan stulu əlinə götürüb yuxarı qaldıraraq ona tərəf atmış, stulu havada tutan zaman stulun ayağı uzun olduğundan burnunun sol tərəfinə sifətinə bitişən yerdən dəymiş və bu zaman orada olan şəxslər Alqayıt, Hüseyin, Altıay onu tutub bayıra çıxartmışlar. O, çay evindən bayıra çıxmış, Məhkum1 Hüseyinlə çayxanada qalmışdır. Bu vaxt İlqar çay evində stolların üzərində olan pivə bakallarını götürüb yerə çırparaq sındırmış, çayxanada olan stol və stulları təpiklə vuraraq qırmışdır. İlqаrın аtdığı pivə bakalının biri pəncərənin şüşəsini sındırmışdır. Çay evində plastik stol və stullar qırılmışdır. O, içəri daxil olub İlqarı sakitləşdirmək istəmiş, lakin onu içəri girməyə qoymamışlar. Hüseyin isə İlqarı çay evində sakitləşdirməyə çalışmışdır. Kənd sakinləri Altıay və Alqayıt da İlq arı sakitləşdirmək istəyəndə İlqarın o tərəf bu tərəfə atdığı dəmir stullardan biri Altıayın sifətinə, burnuna və gözünə dəymiş, həmçinin həmin stul Alqayıtın başına dəymişdir. Bu zaman çay evinə bitişik bağında olan atası Müsavər səs-küyü eşidib gələrək nə baş verdiyini soruşduqda İlqarın hərəkətlərini atasına söyləmişdır. Atası Müsavər çay evinə daxil olmuş, İlqara sakit olmasını demiş, İlqar ona da qulaq asmayaraq içəridə ucadan gah ünvansız, gah da onun ünvanınа nalayiq söyüşlər söymüşdür. Atası da bayırda dayanmalı olmuş, təxminən 35-40 dəqiqə belə vəziyyət davam etmişdir. Hamı bayırda gözləmiş, İlqar isə çay evini dağıtmış, sonra Hüseyin güclə İlqarı sakitləşdirmiş, İlqar Hüseyinlə birgə çay evindən çıxıb evləri tərəfə getmişlər. İlqar getdikdən sonra çay evinə girmiş, çay evinin zal ının tam olaraq dağınıq vəziyyətə olduğunu görmüş, içəridə bütün bakalları, pəncərənin şüşəsini sınmış, stolları yıxılmış və plastik stolları da sınmış, dəmir stulların isə döşək oturacaq hissəsinın çıxıb yerə tökülmüş vəziyyətdə görmüş, bu barədə polis şöbəsinə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, o, nə İlqarı vurmuş, nə ona qarşı stol atmış, nə də onu söymüşdür. Onun İlqarı guya bakalla vurması barədə İlqarın dedikləri yalandır. Məhkum2 ifadəsini zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və şahid X4 da təsdiq etmişlər. Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olun ması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər–təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyə tli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq obyektiv cəhətdən Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzəri ndə zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir”. Konstitusiya Məhkəməsinin həmin qərarında daha sonra göstərilmişdir ki, “cinayət hüququnda ictimai qayda dedikdə ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kob ud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur... Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarında (3-cü bənd) izah olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Xuliqanlığın əsas tərkibini təsbit edən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli Qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə...” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edi lməsinə dair” 20 may 2011-ci il tarixli Qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın əsas xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surət də pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Məhkəmə təcrübəsində formalaşmış hüquqi mövqeyə görə, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənl əşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsinin və Ali Məhkəmənin istinad olunan Qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma və xuliqan lıq) kimi qiymətləndirilməməlidir. Göründüyü kimi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, işin müəyyən edilmiş sayılan halları, Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyası, xuliqanlıq cinayətinin tərkibinin əlamətləri ilə müqayisə etdikdə, həmin sübutların işin müəyyən edilmiş sayılan (sözügedən cinayət tərkibinin əlamətləri ilə şərtləndirilən) halları ilə uzlaşmadığı aydın olur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Məhkum2 barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə ləğv edərək, həmin hissədə yeni hökm çıxarılması, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməsi ilə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi hərtərəfli araşdırıb ittihamın təsdiqi üçün sübutların kifayət etməməsi, bəraət üçün isə kifayət etməsi barədə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini hökmdə göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirsizliyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsa slı hesab edir. Azərbаycаn Respublikаsı Cinayət Prosessual Məcəlləsinin 42.1 və 42.1.2-ci maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosess ual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum1 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum1 və Məhkum2 barəsindəki hökmü nün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2020-ci il tarixli Məhkum1 və Məhkum2 haqqındakı hökmün dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 haqqındakı 18 sentyabr 2020-ci il tarixli hökmü də yişdirilməsin. Kassasiya protesti və Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-520/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-520/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver