Məhkəmə qərarları › İş №1(102)-520/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-520/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-520/2023 09.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və X3 ibarət tərkibdə; Aytac Səfa qızı Əhmədlinin katibliyi ilə, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, Məhkum, məhkumun müdafiəçisi Müdafiəçi4, zərərçəkmiş şəxsin hüquqi varisi X1 və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə məhkum edilmə sinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmündən məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü ilə Məhkum əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilib təqsirli bilinmiş, cəzasının əvvəli 12 oktyabr 2019-cu il tarixdən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə hökmü ilə razılaşmayan cinayət işinin baxılmasında iştirak etmiş dövlət ittihamçısı apellyasiya protesti verərək, birinci instan siya məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmünün ləğv olunmasını və təqsirləndirilən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində ədalətli cəza təyin olunması barədə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apelyasiya protesti onunla əsaslandırılmışdır ki, dövlət ittihamçısı kimi Məhkum CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəməyə təklif edilmişdir. Lakin, hökmdə məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmişin hüquqi varisinin, şahidlərin ifadələrini bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməyib düzgün hüquqi qiymət verməmiş, nəticədə onun əməlini ittiham olunduğu CM-nin 120.2.2-ci maddəsindən bu Məcəllənin 1 20.1-ci maddəsinə tövsif edib səhvə yol vermişdir. İş materialına əsasən, Məhkum fiziki təsir göstərilməmiş, mərhum Zərərçəkmiş şəxs iradını bəhanə kimi istifadə edib heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyətilə özü ilə gətirdiyi bıçaqla vuraraq öldürmüşdür. Məhkum əmisi oğlu Şahid4la zərərçəkmiş Zərərçəkmiş şəxs tanışları arasında 11 oktyabr 2019-cu ildən bir neçə gün əvvəl Ş.Mustafayev küçəsində davaya çevrilmiş mübahisənin baş verdiyindən, Zərərçəkmiş şəxs bilərəkdən tanışlarının qisasını almaq üçün Məhkum sataşması, heç bir səbəb olmadan irad bildirib onu təhqir etməsi, bundan sonra Zərərçəkmiş şəxs kəmərində açılıb-qatlanan bıçaq görməsi, sonuncuya məhz bu bıçağı götürmək istəyərkən onu vuracağını zənn edib özünü müdafiə etmək üçün bıçaqla xəsarət yetirdiyi, öldürmək niyyətini n olmadığı barədə göstərdikləri məsuliyyətini yüngülləşdirmək və daha ağır məsuliyyətdən yaxa qurtarmaq üçün daşıdığından ifadələrində göstərdiyi dəlillər əsassız hesab edilərək özünü müdafiə üçün gətirilmiş dəlillər kimi qiymətləndirilməlidir. Belə olan halda Məhkum mərhum Zərərçəkmiş şəxs tərəfindən hadisə günü ona bildirdiyi iradı şişirdib bəhanə kimi istifadə edərək, Maarifzadəni cüzi səbəblə münaqişəyə cəlb edib heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə özü ilə bıçaq götürüb qəsdən öldürmüşdür. Məhkəmə Məhkum ifadəsində özünü müdafiə xarakterli göstərdiyi dəlillərə tənqidi və iş materialındakı bütün sübutların məcmusu ilə müqayisəli təhlil edib yanaşmamış, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən, onun səmimi və işin obyektiv hallarına uyğun ifadə verməsi kimi subyektiv mülahizələrə əsaslanmış və təqsirləndirilən şəxsin əməlinin sadə adam öldürmə kimi tövsif edilməsində səhvə yol vermişdir. Məhkəmənin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi X2 apelyasiya şikayəti verərək 29 mart 2021-ci il tarixli hökmünün ləğv olunmasını və X9 oglunun Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasının ən yuxarı həddində ağır azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarı ilə Dövlət ittihamçısının verdiyi apelyasiya protesti təmin edilməmiş və zərərçəkmişin hüquqi varisinin verdiyi apelyasiya şikayəti qismən təmin edilmiş, Məhkum Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məh kum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinin müddəaları hökmdən xaric edilib Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təyin edilmiş 10 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına qaldırılmış, onun cəzasının əvvəli 12 oktyabr 2019-cu il tarixdən hesablanaraq, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli Qərarından narazı qalan Dövlət ittihamçısı kassasiya protesti verərək, Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Eyni zamanda, Bakı Apelyasiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarı ndan Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasına dair qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum barəsində CM-nin 59-cu maddəsinin tətbiq edilməsi tamamilə qanunvericiliyin tələbinə uyğun olmuşdur. İş materiallarında Məhkum hadisədən sonra polis orqanına getməsi, hadisəni törətməsini etiraf etməsi, hadisənin baş vermə səbəb və şəraiti barədə məlumat verməsi ilə məhkəmə razılaşmış, Məhkum elan olunmuş ittihamın onun törətdiyi şəraitdə olmasına istinad edilərək, CM-in 120.1-ci maddəsinə tövsif edilmiş, bununla da məhkəmə Məhkum CM-nin 59.1.10-cu maddəsi ilə təqsirləndirilən şəxsin üzərinə qoyulmuş öhdəliyi n onun tərəfindən icra edilməsini qəbul etmişdir. Belə olan halda, onun hadisədən sonra könüllü gəlib təqsirini etiraf etməsini hadisə barədə polisin daha əvvəldən məlumatlı olması ilə mübahisələndirilməsi qanunvericiliyin tələbinə ziddir. Məhkum cinayət hadisəsini törətdikdən dərhal sonra 18-ci polis bölməsinə getməsi sübut edilir. Polis əməkdaşı tərəfindən barəsində könüllü gəlmə barədə protokolu tərtib etmək vaxtı ilə şəxsin polis bölməsinə gəlmə vaxtın üst-üstə düşməməsi cinayət törətmiş şəxsdən asılı deyildir. Məhkum əməli törətdikdən dərhai sonra harada olması, istintaqdan müəyyən müddət yayınıb-yayınmaması istitnaq orqanı tərəfindən araşdırılmamış, əksinə cinayət törətdikdən dərhai sonra polis bölməsinə getməsi işin mübahisəsiz halıdır. Bundan başqa, şəxs hadisəni törətdikdən sonr a polisə könüllü gedərkən ifşa olunub-olunmadığını və hüquqmühafizə orqanlarının hadisə barədə məlumatlarının olması barədə məlumatsız olmuşdur. Zərərçəkmişin hüquqi varisinin onun cinayət törətməsinə dair məlumat verməsindən əvvəl Rəhmanİsmayılov polisbölməsinə könüllü gedib artıq təslim olmuşdur. Digər tərəfdən, Bakı Apelyasiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə zərərçəkmiş şəxsin hüquqi varisi X6 vəkili və nümayəndəsi Nümayəndə ilə birlikdə imzalayaraq etiraz verərək Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kolle giyasının 27 aprel 2022-ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, kassasiya protesti isə təmin edilmişdir. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Bakı Apellyasiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilib iş yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli, 1(103)-1473/2022 saylı hökmü ilə Dövlət ittihamçısının verdiyi apellyasiya protesti təmin edilmiş və zərərçəkmişin hüquqi varisinin vəkili vənümayəndəsi tərəfindən verilmiş apellyasiyaşikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü ləğv edilsin və iş üzrə yeni ittiha m hökmü çıxarılmış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib, cəzasının əvvəli 12 oktyabr 2019-cu il tarixdən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Maddi sübutlar–Bakı şəhəri Nərimanov rayon prokurorluğunda saxlanılan təqsirləndirilən Məhkum cinayət törədərkən istifadə etdiyi bir ədəd bıçaq və hadisə yerində aşkar edilmiş qana bənzər ləkələrdən tampon vasitəsi ilə hopdurulmuş üç ədəd nümunə; Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd ağ rəngli qolsuz mayka, bir ədəd qara rəngli cins şalvar, bir ədəd açıq qəhvəyi rəngli qısaqol kofta və bir ədəd qara rəngli zəncirbəndli jaket; təqsirləndirilən Məhkum hadisə vaxtı əynində ol muş bir ədəd açıq göy rəngli cins şalvar, bir ədəd qəhvəyi rəngli uzunqol sviter, bir ədəd tünd göy rəngli gödəkcə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; hadisə yerinə əlavə baxış keçirilməsi zamanı götürülmüş videogörüntüləri əks etdirən bir ədəd CD disk iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli, 1(103)-1473/2022 saylı hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X6 və Məhkum tərəfindən apellyasiya şikayətləri verilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ittiham elan edilmiş ona görə ki, 11 oktyabr 2019-cu ildə saat 21:50 radələrində, bibisi Şahid2 məxsus o lan ünvan 1 ünvanının giriş qapısının qarşısında əmisi oğlu Şahid4, bibisi Şahid2 gəlini Şahid3 və qeyrirəsmi ər-arvad münasibətində olduğu Şahid1 ilə birgə küçədə dayanıb mobil telefonuna qoşulan səsgücləndirici ilə musiqiyə qulaq asarkən, həmin ünvanın yaxınlığında yaşayan və evi istiqamətində piyada addımlayan Zərərçəkmiş şəxs ona axşam vaxtı qonşuların sıx yaşadığı ərazidə yüksək səslə musiqəyə qulaq asmasının düzgün olmamasını irad tutduqda öz məhlələrinin qarşısında dayandığını bildirmiş, Zərərçəkmiş şəxs evinə gedib qayıtmaqla onunla görüşəcəyini deyəndən sonra, sonuncu uzaqlaşan kimi bibisinin evindən götürdüyü mətbəx bıçağını şalvarının sağ cibində gizlədib silahlanıb küçəyə çıxmaqla Zərərçəkmiş şəxs yaşadığı evindən gəlməsini gözləmiş və saat 22:05 radələrində sonuncunun küçəyə çıxdığını görəndə, ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs yaxınlaşaraq qohumlarının yanında ona irad bildirməsini cüzi səbəb kimi bəhanə edib heç bir səbəb və əsas olmadan davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul edilən əxlaq normalarına açıq etinasızlıq göstərib xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə şalvarının sağ cibindən çıxardığı bıçaqla sonuncunun qarın və döş qəfəsi nahiyələrinə zərbələr vuraraq insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsi sol yarısında orta qoltuqaltı xətt üzrə İV-V qabırğaarası sahədə döş boşluğu nüfuz edən sol ağ ciyərin aşağı payını zədələyən bir ədəd, arxa qoltuqaltı xətt üzrə V-Vİ qabırğaarası sahədə plevra boşluğuna nüfuz edən bir ədəd, qarnın ön divarında daxilə nüfuz edən nazik bağırsağı, müsariqə kökü və aşağı boş venanı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yaralar kimi xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi X6 verdiyi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli, 1(103)-1473/2022 saylı hökmünün qismən dəyişdirilməsini və Məhkum daha ağır cəza-20 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etmişdir. Məhkum verdiyi kassasiya şikayətində gənc, ailəli və ilk məhkumluğunun olmasını nəzərə alınaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2022ci il tarixli, 1(103)-1473/2022 saylı hökmünün dəyişdirilərək ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kolle giyası işin materiallarını öyrənib, kassasiya prostestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya prostesti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qan uniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyi şdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxsin hüquqi varisi və məhkum ayrı-ayrılıqda vermiş olduqları kassasiya şikayətlərində Bakı Apellyasiya Məhkəməsinin məlum hökmü ilə məhkuma təyin edilmiş cəzanın ağırlaşdırıması və yüngülləşdirilməsini xahiş etmişlər. Odur ki, kollegiya həmin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2022-ci il tarixli 1(103)-1832/2022 saylı qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yen i cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il t arixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə kollegiyası belə hesab edir ki, sübutlar ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, işə birinci instansiya məhkə məsində və apellyasiya məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən dəlillər də apellyasiya instansiyası məhkəməsinin hökmünün dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-1 maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını mə hkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kоllеgiyаsı apellyasiyainstansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum könüllü gəlib təqsirini boynuna almasını, ilk məhkumluğunu, gənc olmasını, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə edilməsini, məcburi köçkün olmasını və əməlindən peşman olmasını - onun cəzasını yüngülləşdirici halllar kimi nəzərə almış, onun barəsində ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq Azərbaycan Respublikası C M-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Odur ki, kassasiya şikayətlərinin şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən halların düzgün müəyyən edilməməsi barədə dəliləri əsassızdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, CPM-nin 405.1.1 maddəsinə görə haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya şikayətlərinin təmin edilməməsi, məhkum və onun müdafiəçisinin onlar tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi və vəkilinin onlar tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi və məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayə tləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli, 1(103)-1473/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli, 1(103)-1473/2022 saylı hökmü kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar