Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-520/2024 03.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun Bəraət almış şəxs X8 müdafiəçisi, “Pro Bono” Vəkil Bürosunun vəkili Məsimov Pərvin Nəbi oğlunun iştirakları ilə xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şuşa rayonu, Malıb əyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli hökmü ilə (hakimlər: L.S.Əsgərova-Məmmədova (sədrlik edən), R.Ə.Sadıxov və N.A.Kərimov) bəraət almış şəxs - Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi və əməlində cinayət tərkibi müəyyən edilməməsi əsası ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.H.Allahverdiyev (sədrlik edən), C.V.Hüseyn və H.Ç.Məmmədov) apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilən ittihama əsasən bəraət almış şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni külli miqdarda təmiz çəkisi 4,261 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daş ımış, 19 iyul 2022-ci il tarixdə saat 11:50-da Çevik Polis Alayının 7-ci Polis Bölüyünün əməkdaşları tərəfindən aparılan xidmət zamanı onları görüb özünü şübhəli apardığından Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən “Əfsun” şadlıq sarayının yaxınlığında saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 4,261 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 sentyabr 2023-cü il ta rixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Protest müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq bəraət almış şəxsyə CM-in 234.1-1-ci maddəsi ilə əsassız olaraq verilmiş bəraət hökmü qüvvədə saxlanmışdır. Belə ki, bəraət almış şəxsnin törətdiyi, CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməli şahidlərin ifadələri, üzləşdirmə protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də iş üzrə toplanmış digər materiallarla təsdiq edildiyindən, ona CM-in 234.1-1-ci maddəsi ilə ittiham elan edilmiş və iş baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin hər iki məhkəmə instansiyası tərəfindən iş üzrə şahidlərin ve rdikləri ifadələr nəzərə alınmamış, toplanmış sübutlar təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliyi müəyyənləşdirilməmiş və sübutların məcmusuna hüquqi qiymət verilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi P.Məsimovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessua l qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, bəraət almış şəxsnin əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq bəraət almış şəxsyə bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orq anı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. Belə ki, bəraət almış şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “1878” yükdaşıma xidmətləri göstərən şirkətdə evakuator sürücüsü vəzifəsində çalışmışdır. Əvvəllər taksi sürücüsü qismində də fəaliyyət göstərmişdir. Narkotik vasitələrdən yalnız 1- 2 dəfə marixuanadan istifadə etmiş, heroin, metamfetamin qətiyyən qəbul etməmişdir. Heroini ilk dəfə bölmədə ona üzərinə götürməsi üçün veriləndə görmüşdür. Marixuanadan istifadə etd iyi üçün qanında izləri aşkar edilmiş, özü də ekspertə etiraf etmişdir ki, həmin növdən istifadə edir. Lakin analizlər nəticəsində də məlum olmuşdur ki, narkotik vasitə istifadəçisi deyildir. Tutulduğu gün gecə saatlarında polis əməkdaşları ona “Əfsun” şadlıq sarayının qarşısında şəxsi maşınla yaxınlaşaraq üzərində nə olduğunu soruşmuş, o isə əyinlərindəki formadan ona yaxınlaşan şəxslərin polis əməkdaşı olduğunu başa düşdüyündən etiraz etmədən üstünün yoxlanılmasına icazə vermiş, üstündən heç nə aşkar edilməmişdir. Cibində olan hər şey tək-tək nəzərdən keçirilmiş, hətta telefonuna baxmaq istəmişlər, lakin o etiraz etmişdir. Polis əməkdaşları ona yaxınlaşarkən adı ilə müraciət etməmiş, təqsirləndirilən şəxsin özündən adı və soyadı soruşulmuş, sonuncu müvafiq sualları cavablandırdıqdan so nra da bildirdiyi məlumatlar hər hansı vasitə ilə yoxlanılmamışdır. Bundan sonra sonuncuya “burda nə edirsən?” sualı verilmiş, təqsirləndirilən şəxs verilmiş sualı cavablandıraraq bildirmişdir ki, qonaq gəlmişdir. Lakin sonra özü qorxaraq qaçmaq istəmiş, qaçarkən polislər onu tutaraq polis bölməsinə aparmışdır. Polis bölməsinə aparılarkən qoluna qandal da taxılmış, belə ki sonradan dostundan polis əməkdaşı təqsirləndirilən şəxsin hansı idman növü ilə məşğul olması barədə suallar verərək bildirmişdir ki, sonuncunun qoluna qandalı zorla taxmışlar. Hadisə yerindən qorxaraq qaçmasının səbəbi məhz “narkotiklə yükləmə halları” barədə eşitdiyi söz-söhbətlər olmuşdur. Polis bölməsində döyülmüş, videoçəkiliş aparılacağı barədə məlumat verilmiş, videoçəkiliş zamanı cibindən narkotik vasitə çıxarmalı olduğu bildirilmiş və cibinə qoyması üçün narokotik vasitə verilmişdir. Çəkiliş zamanı də məhz həmin narkotik vasitəni təqdim etmişdir. Narkotik vasitə heroinin istifadəçisi deyildir və satışı ilə məşğul olmur. Polis bölməsində möhkəm döyüldüyünə görə iki ay qabırğasının ağrısından yata bilməmiş, lakin nə döyülməsi ilə bağlı müvafiq orqanlara, nə də səhhətinin pozulması ilə əlaqədar xəstəxanaya müraciət etməmişdir. İttiham edildiyi əmələ görə müvafiq maddənin sanksiyasında 3 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğunu bilsə də, qanından narkotik çıxmamasını, əməlində satış faktının aşkar edilməməsini düşünərək döyülərək “yüklənməsi” barədə heç bir dövlət orqanına müraciət etməmişdir. Hal-hazırda heç bir xəsarəti yoxdur.Hadisə günü evinə qonaq getdiyi şəxs də Qarabağ q azisi olmaqla narkotik istifadəçisi deyildir. İş materiallarından görünür ki, X8 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair müvafiq olaraq 18 iyul və 19 iyul 2022-ci il tarixli protokollar elan olunmaqla tədqiq edilmişdir. Belə ki, X8 elan edilərək tədqiq edilən 18 iyul 2022-ci il tarixli şübhəli şəxs qismində dindirilmə protokolundan görünür ki, o ilk dəfə verdiyi ifadəsində 18 iyul 2022-ci il tarixdə saat 11:00 radələrində əvvəllər tanıdığı X10 adlı şəxsin ona zəng vuraraq Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən “Əfsun” şadlıq sarayının yaxınlığında ona məxsus narkotik maddəni götürməsini demiş və narkotik vasitəni haradan götürməsi üçün “Əfsun” şadlıq sarayının qarşısında dayanacağın rəsmini “Whats App” nömrəsinə atmış və həmin yerə gedən zaman polis əməkdaşları ona yaxınlaşmış və polis bölməsinə dəvət etmişlər. İfadə verərkən o, narkotik vasitələrdən istifadə etmədiyini, ona pul lazım olduğu üçün İldrımın təklifi ilə razı olduğunu, taksi fəaliyyəti ilə məşğul olduğu üçün X10ın ona taksi kimi 20 manat vəd etdiyini, 20 manat pulu X10ın ona narkotik vasitəni Xırdalana çatdırarkən verəcəyini, həmin şəxsin Xırdalanda kirayədə yaşadığını, əvvəllər sonuncunun təqsirləndirilən şəxsə belə təkliflər irəli sürməməsini bidirmişdir. Təqsirləndirilən şəxs X8 elan edilərək tədqiq edilən 19 iyul 2022-ci il tarixli şübhəli şəxs qismində təkrar dindirilmə protokolundan görünür ki, Azərbaycan Respublikası C Mnin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, bir müddətdir narkotik vasitə heroindən istifadə etmiş. Narkotik vasitəni bir neçə dəfə Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. Bu ilin iyun ayının ortalarında sosial şəbəkədə İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Bir dəfə də həmin İran İslam Respublikası vətəndaşından onlayn vasitəsi ilə heroin alıb istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında sosial şəbəkədə İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayıb ondan xahiş etmişdir ki, ona bir qədər heroin versin. Onun dediyi hesaba 30 manat pul köçürtmüşdür. Sonra İran vətəndaşı ona Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki «Əfsun» şadlıq sarayının yaxınlığından heroini g ötürə biləciyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə deyilən yerə gəlib orada zibil qutularının yaxınlığına qoyulan heroini götürmüş və evinə getmişdir. Narkotik vasitə heroini üzərində saxlayıb gəzdirmişdir ki, ehtiyac olanda qəbul etsin. xx.xx.2022-ci il tarixdə şəxsi işi ilə əlaqədar Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə getmişdir. İşlərini qurtarıb evə qayıtmaq üçün Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən “Əfsun” şadlıq sarayının yaxınlığındakı dayanacaqda dayanmışdır.Orada xidmət aparan polis əməkdaşlarını görmüşdür. Polis əməkdaşlarının da ona baxmasını görmüşdür. Polis əməkdaşlarının ona baxdıqlarını görəndə dayanacaqdan getmək istəmişdir. Oradan aralanan zaman polis əməkdaşları ona yaxınlaşıb ondan sənədlərinin olub- olmamasını soruşmuşlar. Sənədlərinin üzərində olmadığını bildirib, adının bəraət almış şəxs olduğunu və Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşadığını demişdir. Polis əməkdaşları onu Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis bölməsinə aparmışlar. Başqa yolu olmadığı üçün üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Polis bölməsində xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifləri izah olunmuş, hüquqlarının müdafiə olması üçün vəkil də dəvət olunmuş, həmçinin ona üzərində videoçəklişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra ona təklif olnmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və daşınması qanunla qadağan olunmuş hər hansı bir vasitə, maddə, əşya və alət varsa, təqdim etsin. Əynində olan boz rəngli şalvarının sol yan cibindəki bir ədəd «Nokia», bir ədəd «Samsung» m arkalı mobil telefonlarını və sağ yan cibindən isə bir ədəd içərisində narkotik vasitə heroin olan sellofan bükümü çıxarıb polislərə təqdim etmişdir. Təqdim etdiyi sellofan bükümünün içərisində narkotik vasitə heroin olduğunu demişdir. Polis əməkdaşları təqdim etdiyi heroini götürüb bir ədəd zərfə qoyub zərfi möhürləmiş və üzərində axtarışı davam etdirmişlər. Lakin üzərindən başqa heç nə aşkar olunmamışdır. Üzərindən bir ədəd sellofan bükümündə kütlə götürülməsi barədə polislər tərəfindən protokol tərtib olunmuş və protokolun məzmunu ilə tanış olub protokolu imzalamışdır. Səmimi olaraq bildirmişdir ki, üzərindən aşkar olunan heroini xx.xx.2022-ci il tarixdə İran İslam Respublikası vətəndaşından onlayn vasitə ilə 30 manat almış və öz istifadəsi üçün üzərində saxlayıb daşımışdır. Narkotik va sitə aldığı İran İslam Respublikası vətəndaşının şəxsiyyəti və yaşadığı ünvan barədə heç bir məlumatı yoxdur. Etdiyi əməlindən peşmandır. Narkotik vasitəni öz istifadəsi üçün alaraq əldə edib saxlamış və üzərində gəzdirmiş ki, lazım olanda özü qəbul etsin. Təhqiqat zamanı qorxduğu və həyəcanlı olduğu üçün yalandan X10 adlı şəxsin sifarişi ilə həmin narkotik vasitəni Qaraçuxur qəsəbəsindən götürüb, Xırdalan şəhərinə aparmalı olduğunu bildirmişdir. Əslində isə məsuliyyətdən yayınmaq üçün belə demişdir. Narkotik vasitənin satışı ilə məşğul olmamış, yalnız özü qəbul edirdi. Heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Narkotik vasitəni çox miqdarda ona görə almışdır ki, hər dəfə lazım olanda narkotik vasitə tapa bilməmiş, ona görə də çox miqdarda almışdır ki, lazım olanda istifadə edə bilsin. 19 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən bəraət almış şəxs şübhəli şəxs qismində təkrar dindirilməsi zamanı qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan olunan etirafedici ifadələrinə münasibət bildirən təqsirləndirilən şəxs bəraət almış şəxs göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən döyüldüyünə görə qeyd olunan məzmunda ifadə vermiş, videoçəkiliş zamanı ümumiyyətlə narkotik vasitə istifadəçisi olmadığını, satışını həyata keçirmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının 7-ci polis bölüyünün polis nəfəri, polis serjantı Şahid1 ifadə verərək bildirmişdir ki, digər əməkdaşlarla xidmət apardığı zamanı “Əfsun” Şadlıq sarayının yaxınlığınd a bir şəxsin ağaclar olan sahədən avtobus dayanacağı və əks istiqamətdə hərəkət etdiyini gördüklərindən, sonuncu onlarda hərəkətləri ilə şübhə yaratmış və bu səbəbdən həmin şəxsə yaxınlaşmış, şəxs polis əməkdaşlarını görən kimi özünü itirmiş, belə ki, şəxsə kim olduğu, burda nə işlə məşğul olduğu, narkotik vasitə istifadəçisi olub-olmaması soruşulmuş, sonuncu isə verilən suallara cavab verə bilməmiş və onu polis bölməsinə dəvət etmişlər. Narkotik vasitəylə bağlı sonuncuya ona görə suallar verilmişdir ki, dəfələrlə həmin ərazidə narkotik vasitə aşkar edilmişdir. Bölmədə sonradan çəkiliş zamanı məlum olmuşdur ki, üzərindən narkotik vasitə aşkar edilib. Şəxs özünü şübhəli apardığına görə bölməyə təhvil verildiyi üçün raport də eyni məzmunda yazılmışdır. Bölməyə dəvət edilməzdən əvvəl üzərin də kəsici deşici alətlərin olub– olmamasının müəyyən edilməsi üçün tərəflərindən əllə üstdən yoxlanılarkən şəxsin üstündə, cibində düyün, büküm olması hiss edilməmişdir. bəraət almış şəxs həyəcanlı olduğu üçün avtomobilə otuzdurulub bölməyə aparılarkən qabaqlayıcı tədbir kimi yanında əməkdaş otuzdurulmuş, qolundan tutmuşdur. Əllərinə qandal taxılmamış, lakin hər iki tərəfində polis əməkdaşı oturmaqla qolundan tutduğu üçün həmin şəxsin saxlanıldığı andan polis bölməsinə təhvil verilənədək əlini cibinə salıb narkotik vasitəni atmaq üçün imkana sahib olmamışdır. Bölməyə gətirildikdən sonra təqsirləndirilən şəxs təhqiqatçıya deyil, raport yazılaraq növbətçi hissəyə təhvil verilmişdir. Təhqiqatçının otağına hansı qaydada daxil olmağından isə xəbərləri olmamışdır. Növbətçi hissəyə təhvil verildi kdən sonra bəraət almış şəxs artıq sərbəst olmuş, əlini qolunu hərəkət etmək imkanına malik olmuşdur. Adətən şübhəli şəxsləri bölməyə təhvil verdikdən sonra müvafiq yazı-pozu işləri vaxt aparır deyə, bölmənin həyətində gözləyirlər. Bu səbəbdən təqsirləndirilən şəxsi bölməyə təhvil verdikdən 30-60 dəqiqə sonra onları şəxs barəsində videoçəkiliş aparılması üçün yenidən bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs üçün müdafiəçi dəvət olunmuş, hüquqları izah edilməklə videoçəkilişlə üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Çəkiliş zamanı təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni özü təqdim edərək bildirmişdir ki, narkotik vasitə istifadəçisi deyildir, həmin narkotik vasitəni dostuna vermək məqsədilə əldə etmişdir. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, xx.xx.2022-ci il tarixdə polis nəfərləri, Şahid2 və Şahid3 ilə birlikdə Suraxanı rayon, Qaraçuxur qəsəbəsi Mədən küçəsində xidmət apardıqları zaman saat 11:50 radələrində «Əfsun» şadlıq sarayının qarşısında bir nəfər cavan oğlanın onları görüb özünü şübhəli apararaq oradan uzaqlaşmaq istəməsi diqqətlərini çəkmiş, yaxınlaşıb sənədlərini tələb etdikdə o, özünü bəraət almış şəxs kimi təqdim etmiş və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşadığını bildirmişdir. Həmin şəxsin hərəkətləri şübhə yaratdığına görə X10 rayon Polis İdarəsinin 32-ci Polis bölməsinə dəvət etmişlər. Polis Bölməsinə gəldikdən sonra X17 bölməsinə şübhəli şəxs kimi gətirilməsi barədə raportla məruzə etdikdən sonra həmin şəxsin şəxsiyyəti müəyyən edilərək xx.xx.1991-ci il təvəllüdlü, Bakı şəhər ində anadan olmuş, Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatda olan və ünvan 1də yaşayan X8 olduğu dəqiqləşdirilmişdir. Polis bölməsində bəraət almış şəxs də səmimi olaraq üzərində narkotik vasitə olduğunu və ona görə onlardan uzaqlaşmaq istədiyini, həmin narkotik vasitəni təqdim edə biləcəyini demişdir. bəraət almış şəxsyə şübhəli şəxsin hüquq və vəzifələri izah olunaraq hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edildikdən sonra üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. bəraət almış şəxs əynindəki boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd «Nokia», b ir ədəd «Samsung» markalı mobil telefon, sağ cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir.Sellofan kəsiyi büküm açılıb baxıldıqda aydın olmuşdur ki, bükülünün arasında narkotik vasitə heroin vardır. bəraət almış şəxsnin üzərində şəxsi axtarış davam etdirilmiş, amma onun özünün təqdim etdiyi bir bükümdən əlavə heç nə aşkar edilib götürülməmişdir. Həmin kütlə bir ədəd zərfə qablaşdırılıb zərf möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və protokolun məzmunu ilə tanış olub protokolu imzalamışdır. Məhkəmə iclasında Şahid1 verdiyi ifadələr ilə iş materiallarında olan bəraət almış şəxsnin oğurluq hadisələri ilə əlaqədar tutularaq bölməyə gətirilməsi barədə raport və ifadələri arasında ziddiyyəti hadisənin və müvafiq raportun imzalanmasından uzun müddət keçməsi ilə izah etməyə çal ışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının 7-ci polis bölüyünün polis nəfəri, polis serjantı Şahid2 bildirmişdir ki, müvafiq sahədə səhər saatlarında xidmət aparılarkən “Əfsun” şadlıq sarayının yanında sağa-sola hərəkət etməklə polis əməkdaşlarında şübhə yaratdığı üçün təqsirləndirilən şəxsə yaxınlaşmış, sonuncudan harada yaşaması, üzərində şəxsiyyət vəsiqəsi olub-olmaması aydınlaşdırlarkən sonuncu həyəcanlanaraq suallara cavab verərkən düşünməyə başlamışdır. Təqsirləndirilən şəxsə verilən ilkin sual şəxsiyyət vəsiqəsinin olub-olmaması barədə olmuş, sonuncu isə vəsiqəsini təqdim edə bilməmişdir. Sonra harada yaşadığı soruşulmuş, sonuncu Suraxanıda yaşadığını bildirsə də ünvanı açıqlaya bilməmişdir. Sağa-sola baxma qda ifadə olunan hərəkətlərisonuncunun narkotik vasitə axtarması ilə bağlı polis əməkdaşlarında şübhə yaratmışdır. Şəxsi təhlükəsizliklərini təmin etmək üçün təqsirləndirilən şəxsin “üstü-başı” tərəflərindən yoxlanılmamışdır, belə ki, yaranmış zərurətlə bağlı yaranacaq təhlükənin qarşısını almaq üçün əvvəldən təchiz olunduqları silah, qaz balon və s.alətlərdən alətlər istifadə olunur. Şəxs saxlandıqdan sonra tərəflərindən şəxsin qeyd edilən şübhəli hərəkətləri barədə raport yazılmış və təqsirləndirilən şəxs şəxsiyyətinin müəyyən edilməsi üçün bölməyə təhvil verilmişdir. Lakin şəxsiyyəti müəyyən edildikdən sonra üzərində narkotik vasitə aşkar edilmişdir deyə sonuncu sərbəst buraxılmamışdır. Növbətçi hissədə təqsirləndirilən şəxsi onlardan təhqiqatçı təhvil almış, təhvil alınan zaman əlini c ibinə salmağa, kiməsə zəng etməyə cəhd etməmiş, tabesizlik göstərməmişdir. Təhqiqatçı ilə otağa tək və ya başqa şəxslərlə getməsi barədə məlumatı yoxdur. Şəxsi axtarış zamanı şəxsin üzərindən narkotik vasitə çıxmasının şahidi olmuşdur. Həmin zaman təqsirləndirilən şəxs bildirmişdir ki, nə narkotik istifadəçisi deyil, nə də satışı ilə məşğul olmamışdır, taksi xidməti kimi başqa şəxsə çatdırmaq məqsədilə əldə etmişdir. Şahid verilən sualları cavablandırarkən həmçinin bildirmişdir ki, növbətçi hissəyə təhvil verilən zaman təqsirləndirilən şəxsin cibləri boşaldılmış, çəkiliş növbətçi hissədə həyata keçirilmişdir. Məhkəmədə Şahid2 elan edilərək ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, Şahid2 və Şahid3 ilə birlikdə Suraxanı rayon, Qaraçuxur qəsəbəsi Mədən küçəsində xidmət apardı qları zaman saat 11:50 radələrində «Əfsun» şadlıq sarayının qarşısında bir nəfər cavan oğlanın onları görüb özünü şübhəli apararaq oradan uzaqlaşmaq istəməsi diqqətlərini çəkmiş, yaxınlaşıb sənədlərini tələb etdikdə o, özünü bəraət almış şəxs kimi təqdim etmiş və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşadığını bildirmişdir. Həmin şəxsin hərəkətləri şübhə yaratdığına görə ondan nə üçün həyacanlı olmağı soruşulmuşdur. bəraət almış şəxs də səmimi olaraq üzərində narkotik vasitə olduğunu demişdir. Ona görə də X10 rayon Polis İdarəsinin 32-ci polis bölməsinə dəvət etmişlər. Polis Bölməsinə gəldikdən sonra X17 bölməsinə şübhəli şəxs kimi gətirilməsi barədə raportla məruzə etdikdən sonra həmin şəxsin şəxsiyyəti müəyyən edilərək xx.xx.1991-ci il təvəllüdlü, Bakı şəhərind ə anadan olmuş, Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatda olan və ünvan 1-də yaşayan bəraət almış şəxs olduğu dəqiqləşdirilmişdir. bəraət almış şəxsyə şübhəli şəxsin hüquq vəzifələri izah olunaraq hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilib videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edildikdən sonra üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. bəraət almış şəxs əynindəki boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd «Nokia», bir ədəd «Samsung» markalı mobil telefon, sağ cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. bəraət almış şəxsnin üzərində şəxsi axtarış davam etdirilmiş, amma onun özünü n təqdim etdiyi bir bükümdən əlavə heç nə aşkar edilib götürülməmişdir. Həmin kütlə bir ədəd zərfə qablaşdırılıb zərf möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və protokolun məzmunu ilə tanış olub protokolu imzalamışdır. Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələri arasındakı ziddiyyəti Şahid2 hadisələrin üstündən uzun müddət keçməsi ilə əlaqələndirmişdi. Məhkəmədə şahid qismində dindirilərək ifadə verən X11 bildirmişdir ki, hadisə Suraxanı rayonunda işləyərkən gecə növbəsində baş vermişdir. Hadisənin üzərindən vaxt çox keçdiyinə görə təxmini xatırladığı qədər hadisə “Əfsun” şadlıq sarayının ətrafında baş vermişdir. Xidməti vəzifələrini yerinə yetirərkən təqsirləndirilən şəxsin özünü şübhəli apardığını, ağacın dibində nəsə axtardığını müşaiyət etmişlər. Həmin vaxt üç nəfər olmuşlar. Ona yaxınlaşaraq özlərini təqdim etmiş, sonuncu əvvəlcə kimisə gözlədiyini bildirmiş, sonra müxtəlif bəhanələr gətirmiş, telefonunu onlara göstərmək istəməmişdir. Elə oradaca biraz sorğu sual etdikdə zakladka yolu ilə əldə edəcəyi narkotik vasitəni axtardığını bildirmişdir. Telefonuna baxış keçirilərkən ona göndərilən şəkildə bükümün ağac tərəfdə olması görünmüşdür. Telefonun fənəri ilə axtarılarkən həmin büküm tapılaraq bəraət almış şəxsyə götürməsi üçün verilmişdir. bəraət almış şəxs narkotik vasitəni özü göstərmiş, müvafiq ünvana çatdıracağanı bildirmişdir. Narkotik vasitəni onlar götürsə də, videoçəkiliş zamanı bəraət almış şəxs onun özünə məxsus olduğunu qeyd etmişdir. Bükümü bəraət almış şəxsa verərək cibinə qoyması, bölmədə təhvil verməsi bildirilmişdir. Ağacın dibində narkotik götürülərkən videoçəkiliş həyata keçirilməmiş, həmin narkotik vasitəni bəraət almış şəxs növbətçi hissədə onların yanında təqdim etmişdir. Bükümü götürdükdən sonra təqsirləndirilən şəxsin bölməyə aparılması təklif edilmişdir. Qaçmağa cəhd etməsi bütün bu proseslərdən əvvəl olmuş, qaça bilmədiyini dərk etdikdən sonra telefonunu çıxarıb onlara göstərmişdir. Təqsirləndirilən şəxs onlardan qaçmağa cəhd etmiş, qaçarkən heç bir yerə çıxışı olmayan yerə girdiyindən yıxılmışdır. Bölməyə gətirilənə qədər üzərindəki paltarlarda hər hansı söküntü və s. müşahidə etməmişlər. Onlara müqavimət göstərmədiyindən şəxsə zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs onlardan qaçmaq istədiyinə görə qoluna qandal vurularaq bölməyə gətirilərək növbətçi hissədə növbətçiyə təhvil verilmişdir. Böl məyə gətirilərkən üzərindəki narkotik vasitəni çıxararaq növbətçi hissəyə təqdim edərək bildirmişlər ki, şəxsin üzərində narkotik vasitə aşkar edilmişdir. Bölməyə daxil olduqda üzərində olan hər şeyi telefon,kartı çıxararaq təhvil vermişdir. Səhv etmirsə telefon “Samsung” markalı telefon olmuşdur. Təhvil verildikdən sonra raport yazılmış və tərəflərindən imzalanmışdır. Raportun məzmununda hadisənin necə olduğu təsvir edilmişdir. bəraət almış şəxsı bölməyə təhvil verdikdən sonra əraziyə qayıtmış, həmin gün yenidən bölməyə qayıtmamışlar. Yalnız səhər yenidən bölməyə qayıdaraq bəraət almış şəxsın üzərində aparılan şəxsi axtarış zamanı iştirak etmişdir. Şəxs bükümü videoçəkiliş həyata keçirilərkən yenidən çıxardaraq təqdim etmışdır. Videoçəkiliş zamanı təhqiqatçı iştirak etsə də müdafiəçi olma mışdır. Videoçəkiliş zamanı çıxarılan büküm onların təhvil verdiyi büküm olmuşdur. Bükümü açmadıqlarına görə içərisindəkinin nə olmasını bilməmişdir. Şahid3 məhkəmə iclasında elan edilərək tədqiq edilən ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, o Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadələr verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə polis nəfərləri, Şahid2 və Şahid3 ilə birlikdə Suraxanı rayon, Qaraçuxur qəsəbəsi Mədən küçəsində xidmət apardıqları zaman saat 11:50 radələrində «Əfsun» şadlıq sarayının qarşısında bir nəfər cavan oğlanın onları görüb özünü şübhəli apararaq oradan uzaqlaşmaq istəməsi diqqətlərini çəkmiş, yaxınlaşıb sənədlərini tələb etdikdə o, özünü bəraət almış şəxs kimi təqdim etmiş və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində ya şadığını bildirmişdir. Həmin şəxsin hərəkətləri şübhə yaratdığına görə X10 rayon Polis İdarəsinin 32-ci polis bölməsinə dəvət etmişlər. Polis Bölməsinə gəldikdən sonra X17 bölməsinə şübhəli şəxs kimi gətirilməsi barədə raportla məruzə etdikdən sonra həmin şəxsin şəxsiyyəti müəyyən edilərək xx.xx.1991-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatda olan və ünvan 1-də yaşayan bəraət almış şəxs olduğu dəqiqləşdirilmişdir. Polis bölməsində bəraət almış şəxs də səmimi olaraq üzərindənarkotik vasitə olduğunu və ona görə onlardan uzaqlaşmaq istədiyini, həmin narkotik vasitəni təqdim edə biləcəyini demişdir. bəraət almış şəxsyə şübhəli şəxsin hüquq vəzifələri izah olunaraq hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edildi. Videoçək iliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edildikdən sonra üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. bəraət almış şəxs əynindəki boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd «Nokia», bir ədəd «Samsung» markalı mobil telefon, sağ cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir.sellofan kəsiyi büküm açılıb baxıldıqda aydın olmuşdur ki, bükülünün arasında narkotik vasitə heroin vardır. bəraət almış şəxsnin üzərində şəxsi axtarış davam etdirilmiş, amma onun özünün təqdim etdiyi bir bükümdən əlavə heç nə aşkar edilib götürülməmişdir. Həmin kütlə bir ədəd zərfə qablaşdırılıb zərf möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və pro tokolun məzmunu ilə tanış olub protokolu imzalamışdır. Şahidin ibtidai istintaq dövründə verdiyi ifadələri ilə məhkəmə iclasında verdiyi ifadələr arasında ziddiyyət müəyyən edilərkən o, əvvəlcə ibtidai istintaq dövründə dindirilmədiyini, daha sonra isə ifadəsini oxumadan imza etdiyini bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilən X2 dostu olduğunu, tutulduğu saatı dəqiq deyə bilməsə də 2022-ci il tarixdə 17 iyuldan 18 iyula keçən gecə saat 3-4 radələrində sonuncunun tutulması ilə əlaqədar bölməyə gəldiyini, bəraət almış şəxsın ailə üzvlərinə özünün xəbər etdiyini bildirmişdir. O həmçinin qeyd etmişdir ki, polis əməkdaşlarından biri ondan bəraət almış şəxsnin qoluna qandal vura bilmədiklərindən onun hansı idman növü ilə məşğul olması barədə sual vermiş, poli s əməkdaşlarına bəraət almış şəxsni vurub-vurmamaları barədə verdiyi sualı isə “ öz ucbatından olub” deyə cavablandırmışlar. Daxili İşlər Nazirliyinin 7-ci Polis bölməsinin polis nəfərləri tərəfindən tərtib edilən 18 iyul 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə səhər saat 11:50 radələrində xidmət aparılarkən Mədən küçəsi, Əfsun Şadlıq sarayının yaxınlığında bir nəfər şəxs şübhəli hərəkətləri ilə diqqət cəlb etmiş, həmin şəxsdən kim olduğu və harada yaşaması halı müəyyənləşdirilərkən özünü bəraət almış şəxs kimi təqdim etmiş və Ramanıda yaşadığını bildirmişdir. Şəxs oğurluq hadisələrində şübhəli şəxs kimi 32-ci bölməyə dəvət olunmuş və saat 12:00 radələrində növbətçiyə təhvil verilmişdir. Polis bölməsində isə sonuncu üzərində narkotik vasitə saxladığını bildirmişdir (Cild 1, iş vərəqə 5-6). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 iyul 2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X8 üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması Suraxanı rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşları Şahid1, Şahid2 və Şahid3, həmçinin təqsirləndirilən şəxs X8 iştirakları ilə Suraxanı Rayon Polis İdarəsinin 32-ci bölməsində saat 13:20-dən, saat 13-30-a dək olan müddətdə, yəni 10 dəqiqə müddətində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin təhqiqatçısı, polis mayoru Məmməd Əliyev tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında 18 iyul 2022-ci il tarixli qərara əsasən icra olunmuşdur. Həmçinin protokoldan görünür ki, şəxsi axtarış və gö türmə istintaq hərəkəti “İphone 8” markalı mobil telefondan istifadə olunmaqla videoçəkilişin Şahid1 tərəfindən həyata keçirilməsi bildirilmiş,ona Cinayət-Prosessual Məcəlləsinin 19-cu, 20-ci, 26-cı, 90-cı maddələri ilə nəzərdə tutulmuş hüquqları izah edilmiş, bundan sonra şəxsi axtarış keçirilməzdən əvvəl barəsində çıxarılan qərarla tanış edilmiş, ona üzərində qanunsuz əşyalar, narkotik vasitələr olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuş, o, əynindəki boz rəngli şalvarının sol yan cibindən bir ədəd «Nokia», bir ədəd üzərində «Samsung» markalı mobil telefon və sağ cibindən isə bir ədəd içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə olan bükülünü çıxarıb təqdim etmiş, təqdim etdiyi bir ədəd bükülünün arasında narkotik vasitə heroin olduğunu, özünün taksi sürücüsü o lduğunu, heroini X10 adlı şəxsin sifarişi ilə Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən “Əfsun” şadlıq sarayının qarşısında dayanacaqdan götürüb Xırdalan şəhərinə aparmalı olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı 01 ədəd DVD formatlı diskə yüklənmiş təqsirləndirilən şəxs X8 üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüləri nümayiş olunarkən isə müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin təhqiqatçısı Məmməd Əliyev tərəfindən təqsirləndirilən şəxs X8 üzərində Suraxanı Rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşları Şahid1, Şahid2 və Şahid3 iştirakları ilə şəxsi axtarış və götürmə aparılacağı bildirilmiş, iştirakçılar elan edilmiş, təqsirləndirilən şəxs bəraət almış şəxs şəxsiyyəti barədə məlumatları təqdim e tmiş, ona üzərində qanunla qadağan olunan əşyaları təqdim etmək təklif edilmiş, sonuncu əynindəki boz rəngli şalvarının sol yan cibindən bir ədəd «Nokia», bir ədəd üzərində «Samsung» markalı mobil telefon və sağ cibindən isə bir ədəd içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə olan bükülünü çıxarıb təqdim etmiş, təqdim etdiyi bir ədəd bükülünün nə olması soruşulduqda o, verilmiş suallara “kakosdu heroindi nədi” məzmunda cavab vermiş, narkotik vasitələrdən istifadə etmədiyini, özünün taksi sürücüsü olduğunu, heroini X10 adlı şəxsin sifarişi ilə Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən “Əfsun” şadlıq sarayının qarşısında dayanacaqdan götürüb Xırdalan şəhərinə aparmalı olduğunu bidlirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, məhkəmə iclasında elan edilərək tədq iq edilmiş 18 iyul 2022-ci il tarixli baxış protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X8 yazılı razılığına əsasən həmin tarixdə onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, Şuşa şəhərciyi 450 ünvanına hal şahidləri X4 və X1 iştirakları ilə baxış keçirilmiş, qanunla qadağan olunmuş maddə və əşya aşkar edilməmişdir (Cild 1, iş vərəqə 33-39). Cinayət işi materiallarına əlavə edilmiş, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş 18 iyul 2022-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Şübhəli şəxs (imza) bəraət almış şəxs...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,261 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tari xli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 4,211 qram təşkil etmişdir (Cild 1, iş vərəqə 4850). Cinayət işi materiallarına əlavə edilmiş, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş 20 iyul 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, bəraət almış şəxs götürülmüş üzərində 055 ***-**-** saylı mobil nömrəsi olan “Nokia” markalı mobil telefona baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən zənglər, SMS yazışmalar və ya şəkillər aşkar edilməmişdir (Cild 1, iş vərəqə 90-91). 20 iyul 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, bəraət al mış şəxs götürülmüş üzərində mobil nömrəsi olmayan “Samsung” markalı mobil telefona baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən zənglər, SMS yazışmalar və ya şəkillər aşkar edilməmişdir (Cild 1, iş vərəqə 92-93). 1 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, əməliyyat tapşırığına əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması, saxlaması barədə Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə əməliyyat məlumatı daxil olmuş, satışı ilə məşğul olması barədə məlumat daxil olmamış, lakin narkotik vasitələrin aldığı şəxsi, eləcə də “X10” adlı şəxsin sifarişi ilə götürüb ünvana çatdırması faktı öz təsdiqini tapmamış, “X10” adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır (Cild 1, iş vərə qə 125). 9 avqust 2022-ci il tarixli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, bəraət almış şəxs götürülmüş sidik nümunəsində THC aşkar olunub, MTD(-), MOP(-), BZO(-), COC(-) aşkar olunmamışdır. Deməsinə görə 6 aydır ki, arabir düşəndə marixuanadan siqaretə doldurub çəkməklə məşğul olur. Hal-hazırda X6 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı bəraət almış şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, iş vərəqə 126-127). 9 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərara əsasən bəraət almış şəxs götürülmüş təmiz çəkisi 4.261 qram nakrotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,211 qra m təşkil edən narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Eyni qərarla həmçinin X8 üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD diskin maddi sübut qismində tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (Cild 1, səh 133-147). Cinayət işinin materiallarında olmaqla ibtidai istintaq orqanı tərəfindən bəraət almış şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən və ittiham aktında öz əksini tapmış sübutlar – cinayət işi başlamamışdan qabaq əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən həyata keçirilən tədbir nəticəsində saxlanılaraq polis şöbəsinə g ətirilmiş bəraət almış şəxsnin üzərindən maddi sübutun (aşkar olunduğu xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokol, habelə məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli rəyi, ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli rəyi, X8 ibtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi və Suraxanı rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşları Şahid1, Şahid2 və Şahid3 iş üzrə şahid ifadələri olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəl i Qərarının 28-ci bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibəti ni bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1. 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək qeyd edir ki, təqsirləndirilən bəraət almış şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti ilə əlaqədar qeydə alınmış videogörüntülərin nümayişi zamanı müəyyən edilmişdir ki, nümayiş olunan videogörüntülərlə bəraət almış şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair 18 iyul 2022-ci il tarixli protokolun məzmunu arasında ziddiyyətlər mövcuddur. Belə ki, şəxsi axtarış və götürmə aparılmasına dair 18 iyul 2022-ci il tarixli protokolda şəxsi axtarışın saat 13:20-də başlanıb, saat 13:30-da başa çatması, yəni 10 dəqiqə müddətində istintaq h ərəkətinin həyata keçirilməsi, bəraət almış şəxsnin üzərində şəxsi axtarışa başlamazdan əvvəl onun şəxsi axtarış aparılması barədə qərarla tanış edilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi, şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilməsi və həmin protokolun ucadan oxunmaqla imzalanması göstərilsə də, reallığı və obyektivliyi videogörüntülərdə ehtiva olunan şəxsi axtarış və götürmə prosesi cəmi 6 dəqiqə davam etmiş, videogörüntülərdə bəraət almış şəxsnin şəxsi axtarış aparılması barədə qərarla tanış edilməsi öz əksini tapmamışdır. Bundan başqa, videogörüntülərdə iş üzrə ibtidai istintaq dövründə ifadə vermiş şahidlərin dediyi kimi bəraət almış şəxs Əlizadədən aşkar edilərək götürülmüş şübhəli maddə ümumiyyətlə açılmamış, həmçinin bükümün içində başqa bükümlərin ol ub-olmaması müəyyənləşdirilməmişdir. Bundan başqa videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs bəraət almış şəxs üzərindən aşkar edilmiş telefonlardan biri «Samsung» markalı mobil telefon sınmış, təqsirləndirilən şəxsin əynindəki mavi rəngli köynəyin yaxalığı cırılmış vəziyyətdə olmuşdur. Sonuncu həmin telefonun əvvəldən sındığını, düzəltdirmək üçün üstündə daşıdığını bildirsə də, yaxalığının cırıq olmasının səbəbləri barədə ümumiyyətlə ona sual verilməmişdir. Şəxsin üzərindən aşkar edilən narkotik vasitənin qablaşdırılaraq qoyulduğu konvertin isə üzərində cinayət prosesi iştirakçılarının adının əvvəlcədən yazılması açıq-aydın müşahidə olunmuşdur. Bundan başqa videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, müvafiq istintaq hərəkətinin videoçəkilişi proto kolda göstərildiyi kimi “İphone 8” markalı mobil telefon vasitəsilə deyil, “Samsung” markalı telefon vasitəsilə aparılmışdır. Azərbaycan Respublikasının CPM-nin 153.1-ci maddəsinə əsasən, hər hansı bir şəxs tutulduğu halda, onun hüquqi statusundan asılı olaraq, bu Məcəllədə şübhəli və yaxud təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin edilməli və Məcəllənin 153.2-ci maddəsinə əsasən tutulan şəxsin hüquqlarının təmin olunması məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməlidir, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulan şəxsi təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqət i saxlama yerinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı, tutulan şəxsi tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerində qeydiyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə əlaqədar digər vəzifələri yerinə yetirməlidir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldikləri nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlardan görünür ki, bəraət almış şəxsnin tutulması üçün cinayət törətməsinə bilavasitə şübhə yaranması ilə bağlı cinayət-prosessual qanunvericilikdə sadalanan əsaslar olmamışdır. O cümlədən onun barəsində narkotik vasitə əldə etməsi, saxlaması, daşıması barədə, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən hər hansı əməliyyat məlumatı əldə edilməmişdir. Şəxsin tutulması üçün əsas olan 18 iyul 2022-ci il tarixli raportda isə göstərilən hallar iş materialları ilə təkzib olunmuşdur. Belə ki, raportda bəraət almış şəxsnin “oğurluq hadisələrində şübhəli kimi” növbətçi hissəyə təhvil verilməsi bölmədə isə sonuncu üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasını bildirməsi qeyd edilsə də, məhkəmə istintaqında dindirilərkən Şahid1 və Şahid2 ifadə verərək bəraət almış şəxsnin şəxsiyyətinin müəyyən edilə bilməməsi, yəni yaşayış yeri və s. ilə əlaqədar məlumat verə bilməməsi, eləcə də sağa-sola çox baxdığından narkotik vasitə axtarması, Şahid3 isə şəxsin hərəkətlərinin məhz narkotik vasitə axtarması ilə əla qədar (ağacın dibində nə isə axtarması, sağa-sola baxması) onlarda şübhə yaratması səbəbindən şübhəli şəxs qismində bölməyə gətirildiyini bildirmişlər. Cinayət işi materiallarına əlavə edilmiş şahidlərin dindirilmə protokollarından isə görünür ki, hər üç şahid ibtidai istintaqda ifadə verərkən təqsirləndirilən şəxsin şəxsiyyəti, yaşadığı yer barədə dəqiq məlumatların verdiyini, lakin hərəkətləri ilə bağlı şübhə yaratdığı üçün bölməyə gətirildiyi, polis bölməsində şübhəli şəxs kimi gətirilməsi barədə rəhbərliyə raportla məruzə edilməsindən sonra təqsirləndirilən şəxsin şəxsiyyətinin müəyyən edilməklə verdiyi məlumatlarının doğruluğu təsdiqləndikdən sonra polis bölməsində onlara üzərində narkotik vasitə olduğunu etiraf etdiyini göstərmişlər. Halbuki, məhkəmə iclasında təqsirləndirilən şəxsin özünü şübhəli apardığına görə bölməyə təhvil verildiyi üçün raportun da eyni məzmunda yazıldığını bildirən Şahid1 bölməyə dəvət edilməzdən əvvəl təqsirləndirilən şəxsin üzərində kəsici deşici alətlərin olub–olmamasının müəyyən edilməsi üçün tərəflərindən əllə üstdən yoxlanılarkən şəxsin üstündə, cibində düyün, büküm olmasının hiss edilmədiyini, bölmədə sonradan çəkiliş zamanı üzərindən narkotik vasitə aşkar edilməsinin şahidi olduğunu, şəxsin saxlanılması zamanı bölməyə gətirilməzdən əvvəl üzərinin yoxlanması halını inkar edən və təqsirləndirilən şəxsin sağa-sola baxmaqla onlarda narkotik vasitə axtarması ilə bağlı şübhə doğuran hərəkətləri ilə bağlı raport yazıldığını qeyd edən Şahid2 isə təqsirləndirilən şəxsin yalnız çəkiliş zamanı üzərindən narkotik vasitə aşkar edildiyini bildirsə də, məhkəmə istintaqı zamanı verilmiş sualları cavablandırarkən növbətçi hissəyə təhvil verilən zaman təqsirləndirilən şəxsin ciblərinin boşaldılmasını, üzərində telefon və narkotik vasitə aşkar edilməsini, Şahid3 isə “Əfsun” Şadlıq sarayının yaxınlığında ağacın dibindən tapdıqları narkotik vasitəni bəraət almış şəxsnin cibinə qoyduqlarını, onu bölməyə təhvil verərkən sonuncunun üzərində olan hər şeyin, o cümlədən narkotik vasitənin çıxarılmasını, şəxsi axtarış zamanı isə üzərindən məhz həmin narkotik vasitənin aşkar edildiyini, təqsirləndirilən şəxsi növbətçi hissəyə təhvil verərək getdiklərini bildirməklə təqsirləndirilən şəxslə aralarında sonuncunun onlara üzərində narkotik vasitə olması məzmununda söhbət aparılması xüsusatını qeyd etməmişlər. Cinayət işi materiallarına əlavə edilmiş 18 iyul 2022-ci il tarixli raportdan, həm də şəxsi axtarış və götürmə haqqında eyni tarixli qərardan görünür ki, bəraət almış şəxs 18 iyul 2023-cü il tarixdə saat 11:50 radələrində saxlanılmış, saat 12:00 radələrində Suraxanı rayon Polis Bölməsinə gətirilmiş, 12:40 radələrində şübhəli şəxs qismində tutulması qərara alınmış, şəxsi axtarış və götürmə haqqında eyni tarixli protokoldan isə görünür ki, 13:20-də şəxsin üzərinə baxış keçirilmişdir. Məhkəmə iclasında isə bəraət almış şəxsnin həmin halları təkzib edərək gecə tutulması, səhərə kimi polis bölməsində saxlanılması, yalnız səhər üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilməsi barədə verdiyi ifadəsi Şahid3 tərəfindən təsdiq edilmişdir. Belə ki, məkəmə iclasında Şahid3 ifadə verərkən bildirmişdir ki, hadisə gecə vaxtı, gecə növbəsində öz xidməti vəzifələrini icra edərkən baş vermiş, təqsirləndirilən şəxsi növbətçi hissəyə təhvil verib getmiş, həmin gün bir daha növbətçi hissəyə qayıtmamışlar. Yalnız ertəsi gün səhər bəraət almış şəxsnin üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmək üçün bölməyə gəlmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxs bəraət almış şəxsnin anten məlumatlarının müəyyən edilməsi məqsədilə məhkəmə qərarına əsasən "xxxx" MMC-nin müşaiyət məktubu ilə daxil olmuş X8 istifadəsində olan 055 ***-**-** saylı mobil telefon nömrəsinin 16 iyul 2022-ci il saat 00:00 tarixindən 19 iyul 2022-ci il saat 00:00 tarixinədək olan olduğu yerin əhatə dairəsi (location) ilə bağlı məlumatları özündə əks etdiən CD diskə baxış keçirilməsi zamanı müəyyən edilmşdir ki, bəraət almış şəxsnin olduğu yerə d air məlumat onun həqiqətən də ən son 18 iyul 2022-ci il tarixdə, saat 00:40 radələrində “Əfsun” şadlıq sarayının ətrafında olmuşdur. Bundan əlavə ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş “Nokia” və “Samsung” markalı mobil telefonlara baxış keçirilmiş və müvafiq baxış protokollarda iş üçün əhəmiyyət kəsb edən hallara rast gəlinmədiyi göstərilmişdir. Halbuki təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsinə dair videogörüntüləri özündə əks etdirən DVD diskə baxış keçirilərkən görünmüşdür ki, “Samsung” telefonun üz səthinin sınıq vəziyyətdə olmuş, telefonun işlək vəziyyətdə olub-olmaması isə yoxlanılmamışdır. Həmin telefona baxış istintaq hərəkəti keçirildikdən sonra isə telefon müvafiq qaydada qablaşdırılaraq maddi sübut qismində tanınma dan müvafiq qəbz alınmaqla təqsirləndirilən şəxsin özünə qaytarıldığından “Samsung” markalı mobil telefona baxış” protokolunun mötəbərliliyinin (iş üzün əhəmiyyət kəsb edən məlumatların həqiqətən aşkar edilməsi və ya edilməməsi barədə məlumatların) ümumiyyətlə yoxlanılaraq qiymətləndirilməsi mümkün olmamışdır. Həmçinin müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxs bəraət almış şəxsnin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 01 yanvar 2022-ci il tarixindən 18 iyul 2022-ci il tarixinədək daxil olan və həmin nömrədən edilən zənglərin siyahısını, smslərin mətnlərinin, nömrələrin sahiblərinin şəxsiyyəti və yaşadıqları ünvanları barədə məlumatların məzmununu özündə əks etdirən, "xxxx" MMC-nin müşaiyət məktubu ilə daxil olmuş CD diskə baxış keçirilməsi zamanı “z ənglərin məxsusluq dərəcəsi” adlanan fayl qovluğu ilə X10 adlı şəxsin mövcudluğu müəyyən edilməmiş, “zənglərin detallaşması” adlı qovluqda isə İran İslam Respublikasının mobil operatorlarına məxsus nömrəyə, habelə bəraət almış şəxsnin tutulduğu gün üstündən aşkar edilən narkotik vasitənin əldə edilməsinə yönələn məzmunda sms-ə rast gəlinməmişdir. Həmçinin, əməliyyat tapşırığına əsasən həyata keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticələrinə dair təqdim edilmiş məktubda “X10” adlı şəxsin, eləcə də təqsirləndirilən şəxsin narkotik vasitələri aldığı şəxsin (İran İslam Respublikasının vətəndaşının) şəxsiyyətinin müəyyən edilməsinin mümkün olmaması, təqsirləndirilən şəxsin “X10” adlı şəxsin sifarişi ilə narkotik vasitəni götürüb ünvana çatdırması faktının öz təsdiqini tapmaması göstəril mişdir. Bununla belə məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mövqeyləri ilə razılaşaraq hesab edir ki, şəxsin azadlığının məhdudlaşdırılması zamanı istintaq orqanı tərəfindən cinayət prosessual qanunvericiliyin tələbləri pozulmuş, bəraət almış şəxsnin azadlığı faktiki olaraq əsassız məhdudlaşdırılmış, tutulması dərhal sənədləşdirilməmiş, hüquq və vəzifələri barədə ona məlumat verilməmiş və o, iki günə yaxın qanunsuz olaraq Suraxanı Rayon Polis Bölməsində saxlanmışdır. Bundan başqa, 18 iyul 2022-ci il tarixli raporta, təqsirləndirilən şəxs və şahid ifadələrinə, şübhəli şəxsin tutulması haqqında qərara və protokola, mənzilə baxış keçirilməsi haqqında protokola, cinayət işinin başlanılması haqqında qərara əsasən şəxsin həmin tarixdə Suraxanı rayon Polis İdarəsinin 32-ci polis Bölm əsinə gətirilməsi öz əksini tapsa da, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar və ittiham aktının nəticəvi hissəsində bəraət almış şəxsnin 19 iyul 2022-ci il tarixdə tutularaq üzərindən narkotik vasitə aşkar edilməsi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual həddlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmi n Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə t utan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmad ıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM- nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr var sa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, bəraət almış şəxs elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasın da yaranan şübhələr X8 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, bəraət almış şəxsnin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında bəraət almış şəxsnin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər s übutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsnin əməlində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, bəraət almış şəxsnin əməlində həqiqətən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi və saxlama cinayətinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüq uq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq bəraət almış şəxsnin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 sentyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğun dan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. bəraət almış şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 sentyabr 2023-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-520/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-520/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver