Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-521/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan s onra CM-in) 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 194.1, 228.4 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Cəfərov Səlahəddin İsmayıl oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən (hakimlər: M.M.Ağalarov (sədrlik edən), Ə.M.Abasov və E.Ə.Mikayılov) Məhkum CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 194.1, 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, ona CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 194.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş, CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X11, X9, X6 və X10 da təq sirli bilinib məhkum edilmişlər. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumlar və məhkumların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.E.Rəhimov (sədrlik edən), V.Ə.Mursaqulov və M.Ə.Abbasov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları X9 və X11 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında x xxxxxx 2018-ci il tarixdə saat 2 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Suraxanı rayonu, Binə qə səbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi hesab edilən 23 nömrəli evin plastik pəncərəsini dəmir parçası ilə açıb qanunsuz daxil olaraq evdə olan 1 ədəd 950 manat dəyərində «LG» markalı televizoru, 1 ədəd 50 manat dəyərində tikiş maşınını və evin həyətində olan 1 ədəd 100 manat dəyərində su qızdırıcısını gizli talayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 1.100 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx xxxxxx 2018-ci il tarixdə saat 20 radələrində qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə X7 və X4 1 ədəd 250 manat dəyərində «Hoffman» markalı televizoru və 1 ədəd 40 manat dəyərində «YonCHN» markalı elektrik tənzimləyicisini yaşadığı Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən 12 nömrəli evində 100 manata əldə edib, «Hoffman» markalı televizoru həmin ünvanda, «YonCHN» markalı elektrik tənzimləyicisini isə yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən 26 nömrəli evində saxlayaraq sahiblik etmişdir. Bundan sonra, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları X9 və X11 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında x xxxxxx 2018-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi hesab edilən 76 nömrəli evin plastikdən hazırlanmış pəncərəsini dəmir parçası ilə açıb qanunsuz daxil olaraq, evdə olan 1 ədəd 600 manat dəyərində qızıl boyunbağını, 1 dəst 400 manat dəyərində mirvaridən hazırlanmış bujiteriyanı, 1 ədəd 800 manat dəyərində «Samsung» markalı televizoru və 1 ədəd 20 manat dəyərində rəqəmsal peyk qəbuledicisini gizli talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 1.820 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı X9 və X11 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında x xxxxxx 2018-ci iİ tarixdə saat 1 radələrində X5 məxsus Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi hesab edilən 43 nömrəli evin pəncərəsini açıb qanunsuz daxil olaraq, evdə olan 1 ədəd 300 manat dəyərində «İNDEZİT» markalı paltaryuyan maşınını, 1 ədəd 50 manat dəyərində “Pereferator” aparatını, hər birinin dəyəri 20 manat olmaqla 2 ədəd 40 manat dəyərində hamam dəsmallarını, 80 manat dəyərində çəngəl-qaşıq dəstini, 40 ma nat dəyərində bıçaq dəstini, 1 ədəd 70 manat dəyərində ətçəkən maşını, 30 manat dəyərində yataq dəstini gizli olaraq talayaraq, zərərçəkmiş şəxs Yaqut Səfərovaya ümumilikdə 610 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, xx xxxxxx 2018-ci il tarixdə saat 11 radələrində qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə X7 və X4 40 manat dəyərində olan «Supermax» markalı istilik vuran kondisioneri yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən 26 nömrəli evində əldə edib həmin ünvanda saxlayaraq sahiblik etmişdir. Bundan başqa, o, xx xxxxxx 2018-ci il tarixdə saat 22 radələrində qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə X18, X4 və X3 1 ədəd 300 manat dəyərində «Asus» markalı notbuku yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən 26 nömrəli evində əldə edib həmin ünvanda saxlayaraq sahiblik etmişdir. Bundan sonra o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları X11, X9 və X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2018-ci il tarixdə saat 3 radələrində Zərərçəkmiş şəxs21 məxsus yaşayış sahəsi hesab edilən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Gənclik 1 nömrəli evinə örtülü qapını açıb qanunsuz daxil olmaqla yataq qonaq otağında olan 7000 manat pulu və 120 manat qiymətində “LG” markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs21 7120 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, xx xxxxxx 2018-ci il tarixdə saat 11 ra dələrində qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə X7 və X4 500 manat dəyərində «LG» və 390 manat dəyərində «Samsung» markalı televizorları yaşadığı Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən 12 nömrəli evində cəmi 200 manata əldə edib həmin ünvanda saxlayaraq sahiblik etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda, naməlum mənbədən zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli, «BLOVV Magnum mod: 2000 VOLTRAN» modelli qaz və travmatik patronlardan atəş açmaq üçün nəzərdə tutulmuş trammatik qaz tapançasını, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdar hesab edilən, bir ədəd bükümdə, təmiz çəkisi 2,725 qram olan narkotik vasitə heroini və külli miqdar hesab edilən ümumi çəkisi 5 71,25 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən 26 nömrəli evində saxlamış, habelə istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdar hesab edilən ümumi çəkisi 4055 qram (4 kq 55 qram) olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən 12 nömrəli evinin qarajında saxlamış, xx xxxxxx 2018-ci il tarixdə saat 10 radələrində Suraxanı rayon polis idarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı həmin 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli, «BLOW Ma gnum mod: 2000 VOLTRAN» modeli qaz və travmatik patronlardan atəş açmaq üçün nəzərdə tutulmuş trammatik qaz tapançası onun Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən 26 nömrəli evin qonaq otağındakı televizor altlığının sol siyirtməsindən, həmin otaqdakı pianonun alt iç hissəsindən isə külli miqdar hesab edilən bir ədəd bükümdə, təmiz çəkisi 2,725 qram olan narkotik vasitə heroin, 8 (səkkiz) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkilən 5,787 qram; 2,467 qram; 3,423 qram; 3,278 qram; 2,354 qram; 5,041 qram; 5,825 qram; 5,880 qram, ümumi təmiz çəkisi - 34,055 qram və 1 (bir) ədəd kağız bağlamada külli miqdar hesab edilən təmiz çəkisi-537,195 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmçinin Suraxanı rayon polis idarə sinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən həmin əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 16 radələrində Məhkum yaşadığı Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən 12 nömrəli evinə baxış keçirilərkən evin qarajından avtomobil təkərlərinin arasında olan qırmızı rəngli idman çantasının içərisindən bir ədəd göy rəngli polietilen torbada təmiz çəkisi 1.715 qram, bir ədəd narıncı rəngli polietilen torbada təmiz çəkisi 1.500 qram, üç ədəd qəzet bükülüdə ümumi təmiz çəkisi 180,0 qram, 10 (on) ədəd kağız bükülüdə ümumi təmiz çəkisi 130,0 qram, bir ədəd karton qutuda təmiz çəkisi 165,0 qram, digər karton qutuda təmiz çəkisi 320,0 qram və onun içərisində iki ədəd kağız bükülüdə ümumi təmiz çəkisi 45,0 qram külli miqdar hesab edilən ümumi təmiz çəkis i 4.055 qram (4 kq 55 qram) olan narkotik vasitə-qurudulmuş marixuana aşkar olunub götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 194.1, 228.4-cü madələri ilə məhkum edilməsinə aid hissədə bəraət verilməsi, CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair yeni qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünü qanunsuz və əsassız olduğu üçün ləğv etməli, təqsirləndirilən şəxs Məhkum CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 194.1, 228.4-cü madələri ilə ittiham edilməsinə a id hissədə bəraət hökmü çıxartmalı, CM-nin 234.4.3-cü maddəsi ilə olan əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etməklə ədaləti cəza təyin etməli olduğu halda, qanunsuzluqları araşdırmamış, ədalətsiz qərar çıxarmışdır. Müdafiəçi hesab edir ki, Məhkum baş vermiş hadisəyə heç bir aidiyyəti yoxdur. Müdafiəçinin fikrincə, Məhkum külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olmaqla yanaşı, xırda oğurluqlar törətməsi məntiqə uyğun deyil. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı Cəzaçəkmə Müəssisəndən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-521/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-521/2020
07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver