Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-521/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, zərər çəkmiş şəxs X4 və Məhkum müdafiəçisi Heydərov Çingiz Məmmədxan oğlunun iştirakları il ə, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Ç.M.Heydərov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (hakimlər Abdullayev İlkin Qismət oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1995-ci il tarixdə Lerik rayonunun Vamazqon kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də yaşamış, CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum həmkəndlisi X6 onunla aralarında olan sevgi və intim münasibətlər barədə digər şəxslərə məlumat yaymasından şübhələndiyinə görə ona qəsdən ağır xəsarət yetirmək qərarına gəlmiş, bu məqsədlə xx xxxxxxxx 2019-cu ildə saat 22 radələrində zərərçəkmiş 1 yaşadığı Lənkəran rayonunun Ləj kəndində yerləşən fərdi yaşayış evinin otağında cinsi əlaqədə olarkən aralarındakı münasibətlər barədə digər şəxslərə məlumat verdiyi üçün sonuncuya etirazını bildirib əvvəlcə yanında olan bıçaqla ona bir dəfə, sonra zərərçəkmiş şəxs durub otağın qapısını açmaq istəyərkən arxadan daha iki dəfə zərbə endirməklə ona dös qəfəsinə nüfuz edən, sağ plevranı zədələyən, hemotoraksla müşaiyət olunan, yetirildiyi anda insan həyatı üçün təhlükəli olub sağlamlığa ağır zərər vuran bir ədəd kəsilmiş-deşilmiş yara xəsarəti, habelə onurğa sütununun döş qəfəsində iki ədəd kəsilmiş yara ilə müşaiyyət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vuran xəsarətlər yetirmişdir. Hökmdən zərər çəkmiş şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Bəşirov Kamil Sücəddin oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsi ilə barəsində CM-nin 62-ci maddəsi tədbiq edilməklə təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Ç.M.Heydərov kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin CM-nin 126.1-ci maddəsindən CM-nin 130-ci maddəsinə tövsif edilməsi və həmin maddəyə əsasən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin olu nması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Ç.M.Heydərov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi qanunun tələblərini pozaraq məhkəmə istintaqı zamanı düzgün araşdırma aparmamış və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Cinayət qanunvericiliyinə istinad edən müdafiəçi Ç.M.Heydərov kassasiya şikayətində bildirir ki, zərərçəkmiş şəxsin ifadələrində zidiyyətlər var. Belə ki, zərərçəkmiş ifadəsində qeyd edir ki, bıçaqlandığı gecə o, Əfsanə ilə iki dəfə ardıcıl cinsi əlaqədə olmuş, sonradan aralarında mübahisə yaranmışdır. Lakin Məhkum ifadəsində qevd edir ki, Zərərçəkmiş 1 onu təkrar zorlamaq istədikdə onu bıçaqla vurmuşdur. Məhkəmə bu ifadələr arasındakı ziddiyyətə münasibət bildirməmişdi r. Həmçinin hadisə baş verən gecə Məhkum ginekoloji tibbi müayinə olunması barədə cinayət işində olan rəydən də görünür ki, sonuncu zərər çəkmiş şəxslə intim münasibətdə olmamışdır. Bununla belə nəticəyə gəlmək olar ki, hüquqularını müdafiə etdiyi şəxs zorlanmadan özünü müdafiə etmək üçün başqa çarəsi qalmadığı üçün bıçaqla zərərçəkmişə xəsarət yetirmişdir. Bu əməli törədərkən Məhkum yalnız zərərçəkmiş şəxsin ona qarşı etdikləri zorakılıq hərəkətlərinin qarşısını almaq niyyəti izləmiş və bundan sonra heç bir hərəkət etməmişdir. Lakin işə baxan məhkəmələr bu xüsusatları kifayət qədər nəzərə almamış və Məhkum əsassız və qanunsuz olaraq CM- nin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur. Müdafiəçi qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Göründüyü kimi, müdafiəçi Ç.M.Heydərovun kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr əhəmiyyətli sübutları araşdırmış, lakin ziddiyyətli sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkumun əməli CM-nin 126.1-ci maddəsi ilə düzgün tövsif edilməmiş və hüquqlarını müdafiə etdiyi şəxs əsassız və qanunsuz olaraq ağır cinayətin törədilməsinə görə təqsirli bilinib məhkum edilmişdir. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv olunması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilm əsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cin ayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəl lənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialı n qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutl ar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları (ibtidai araşdırma zamanı toplanmış bəzi fərqli sübutlarla birlikdə) araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, zərərçəkmiş tərəfindən hökmdən verilmiş apellyasiya şikayətinə münasibətdə əsasən Məhkum təyin olunmuş cəzanı müzakirə edərək, araşdırılmış sübutların isə Məhkum t əqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş Məhkum həm ibtidai araşdırma zamanı heç bir təsir göstərilmədən, müdafiəçinin iştirakı ilə verdiyi ifadələrlə yanaşı, onun məh kəmə iclasında da verdiyi eyni məzmunlu qismən etirafedici ifadələri ilə, habelə zərərçəkmişin, şahidlərin ifadələri, məhkəmə-tibbi və digər ekspertizalarının rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Bu sübutların (əsasən də Məhkum, zərərçəkmişin və şahidlərin ifadələrinin) əlaqəli şəkildə təhlilindən görünür ki, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, xx xxxxxxxx 2019-cu il tarixdə saat 22 radələrində Məhkum ilə Zərərçəkmiş 1 arasında baş vermiş münaqişə zamanı Məhkum heç də zəruri müdafiə vəziyyətində olmamış, və sonuncunun özünün də göstərdiyinə görə, Zərərçəkmiş 1 onun evinə ondan razılıq aldıqdan sonra gəlmiş və o, Zərərçəkmiş 1in hərəkətlərindən əsəbləşdiyi üçün (Zərərçəkmiş 1i n onu rüsvay etdiyini yəqin etmişdir) və sonuncunun onunla cinsi əlaqədə olmağa başladığı zaman Zərərçəkmiş 1in hərəkətlərini dayandırmaq üçün yaxınlıqda olan bıçağı götürərək Zərərçəkmiş 1in kürək nahiyəsinə bir dəfə zərbə endirmişdir. Zərbənin təsirindən Zərərçəkmiş 1 ayağa qalxaraq paltarlarını götürüb qaçmağa çalışmış, həmin vaxt o, ağacla Zərərçəkmiş 1ə bir neçə dəfə zərbə vurub yüksək səslə qaynatasmı çağırmışdır. Qaynatası otağa daxil olana qədər Zərərçəkmiş 1in kürək nahiyəsindən bıçaqla daha iki zərbə endirmişdir. Bu ifadələrin cinayət işi üzrə toplanmış digər sübutlarla (zərərçəkmiş Zərərçəkmiş 1un cinayət təqibinin bütün mərhələlrində verdiyi eyni cür ifadələri, onunla Məhkum arasında telefon yazışmalarının mətni, şahid 1-in ifadələri, ekspertiza rəyləri və sair) müqayisəli təhl ili belə nəticəyə gəlməyə əsas verir ki, əvvəla Zərərçəkmiş 1 xx xxxxxxxx 2019-cu il tarixdə saat 22 radələrində Məhkum yaşadığı evə hər hansı zor tətbiq etməklə və ya digər qeyri-qanuni yolla deyil, məhz Məhkum təkidli dəvəti ilə gəlmiş (əks halda Məhkum Zərərçəkmiş 1i evə buraxmamaq üçün kifayət qədər vaxtı və imkanı olmuşdur), bundan əvvəl də onlar gizli şəkildə dəfələrlə həmin evdə görüşmüşlər, lakin sonuncu dəfə görüşməzdən əvvəl Məhkum Zərərçəkmiş 1un onların arasında olan münasibətlər barədə digər şəxslərə məlumat verib onu kənddə rusvay etdiyini zənn edərək onu cəzalandırmaq qərarına gəlmiş və bu məqsədlə Zərərçəkmiş 1un uzanmış vəziyyətdə olmasından və diqqətinin yayınmasından istifadə edərək əvvəlcə onun döş qəfəsindən, sonuncu qaçmaq istəyərkən isə - iki dəfə kürək nahiyəsində n bıçaqla zərbələr endirərək zərərçəkmişin sağlamlığına ağır və yüngül zərərin yetirilməsinə səbəb olan xəsarətlər yetirmişdir. Bu təhlildən görünən odur ki, Məhkum Zərərçəkmiş 1ə bıçaq zərbələrini yetirməzdən əvvəl, sonuncu Məhkum qarşı hər hansı qanuna zidd hərəkətlər törətməmiş, o cümlədən onu zorlamamış və məhkumun törətdiyi əməlin subyektiv cəhəti yalnız onun zərərçəkmiş tərəfindən rusvay edilməsi səbəbindən (məhkumun ehtimallarına görə) ondan qisas almaq və cəzalandırmaq məqsədi izləməsindən ibarət olmuşdur. Bu hallar isə ona dəlalət edir ki, Məhkum ona ittiham olunan əməlləri törədərkən özünü hər hansı qəsddən müdafiə vəziyyətində olmamış və buna görə də, həmin əməlləri özünü müdafiə həddini aşmaqla törətməmişdir. Belə nəticə ilə əlaqədar məhkəmə kollegiyası kassasiya şikayətinin də lillərinə cavab verilməsi üçün işin müəyyən edilmiş faktiki hallarından çıxış edərək eyni zamanda aşağıda şərh edilənlərin də nəzərə alınmasını zəruri bilir. Belə ki, CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-nin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbay can Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında da ifadə olumuşdur. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Zəruri müdafiə institutu təsbit edilmiş CM-nin 36.1-ci maddəsinə əsasən, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamış dırsa, cinayət sayılmır. CM-nin 36.2-ci maddəsində göstərilmişdir ki, peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. CM-nin 36.3-cü maddəsinin tələbinə görə, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Göründüyü kimi, cinayət qanunvericiliyi qəsdə məruz qalan şəxsə təhlükədən qaçmaq imkanına, yaxud da başqa şəxslərə, ya da dövlət orqanlarına kömək üçün müraciət etmək imkanından asılı olmayaraq zəruri müdafiədən istifadə hüquq u verir. Buna görə də hücuma və ya digər qəsdə məruz qalan şəxs təhlükəni başqa vasitələrlə aradan qaldırmaq imkanının olduğu halda belə zəruri müdafə hüququndan istifadə edərək, qəsd edənə zərər vurmaq yolu ilə belə təhlükəni aradan qaldırmışsa, belə fəaliyyət qanunauyğun hesab edilir. Qəsd edənə zərər vurma yolu ilə ictimai-təhlükəli qəsdin qarşısını almağa yönəldilən hərəkət formal cəhətdən cinayət qanununda nəzərdə tutulan əməlin əlamətlərinə uyğun gəlmiş olsa da zəruri müdafiə vəziyyətində yol verildiyindən məsuliyyəti aradan qaldırır. Qanunun mənasına görə, yol verilən hərəkətlərin zəruri müdafiə vəziyyətində törədilən əməl hesab edilməsi və cinayət məsuliyyətinin aradan qalxması üçün zəruri müdafiə institutuna xarakterik olan iki qrup şərtlərə riayət edilməlidir: 1) qəsd əməli ilə bağlı zəruri müdafiənin hüquqi şərtləri; 2) müdafiə hərəkətləri ilə bağlı zəruri müdafiənin hüqulilik şərtləri. Qəsdə aid olan şərtlər ondan ibarətdir ki: əməl ictimai-təhlükəli olmaqla şəxsiyyətə, cəmiyyətə, yaxud dövlət mənafeyinə mühüm zərər yetirməklə davam etdirilməli, yaxud bilavasitə zərər yetirmək təhlükəsi yaratmalıdır; qəsd real olmalıdır; qəsd real olmalı, obyektiv olaraq baş verməlidir, qəsd müdafiə edənin yalnış təsəvvürü ilə uydurulmamalı; qəsd mövcud olmalıdır. Kriminal qəsd başlamalı, davam etməli, hələ qurtarmamış olmalıdır və bu zaman intervalında zəruri müdafiə vəziyyəti yaranır. Müdafəyə aid olan şərtlər isə aşağıdakılardır: müdafiə şəxsin özünün, başqasının şəxsiyyətinin və hüquqlarının qorunmasına və ya cəmiyyətin, dövlətin mənafeyinin qorunmasına yönəlməlidir; müdaf iə zəruri müdafiə həddini aşmamalıdır; müdafiə qəsd edənə zərər vurma yolu ilə həyata keçirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, şəxsin zəruri müdafiə vəziyyətində olubolmamsı, o cümlədən belə vəziyyətdə olaraq zəruri müdafiə həddini aşıb-aşmaması barədə nəticəyə gəlmək yuxarıda göstərilən hər iki qrup şərtlərin olması müəyyən edilməldir. Yalnız belə şərtlərin mövcudluğunda təqsirkarın ona istinad edilən əməlin zəruri müdafiə vəziyyətində törətməsi və ya zəruri müdafiə həddini aşaraq törətməsi, kassasiya şikayətində irəli sürülmüş dəlillərə və tələbə müvafiq olaraq müzakirə predmeti ola bilər. Məhkəmə kollegiyası onu da vurğulayır ki, müdafiəyə aid olan şərtlərin mövcudluğu isə qəsdə aid olan şərtlərin müəyyən edilib-edilməməsindən asılıdır. Yəni əgər cinayət işi üzrə toplanmış sübutlarla təqsirkara qarşı hər hansı qəsdin edilməsi müəyyən olunmursa, bundan sonra onun müdafiə vəziyyətində olub-olmamasının aydınlaşdırılmasına ehtiyac qalmır. Cinayət qanunvericiliyində zəruri müdafiənin şərtləri və əsasları ilə yanaşı həmçinin zəruri müdafiə həddini aşmaqla bir sıra əməllərin törədilməsinə görə də cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, bunlardan biri də CM-nin 130.1-ci maddəsidir (müdafiəçinin kassasiya şikayətində Məhkum əməlinin tövsif edilməli olması iddia edilən norma). Həmin maddədə nəzərdə tutulmuş cinayət əməli zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma kimi təsbit edilmışdir. Məhkum təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə (“qəsdən sağlamlığa ağır zərər vurma) “insan həyatı üçün təhlükəli o lan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma” kimi müəyyən edilmişdir. Görünüdüyü kimi, CM-nin 130.1-ci maddəsinin dispozisiyasında göstərilən əməlin qəsdən sağlamlığa ağır zərər vurmanın hallarından fərqləndirən obyektiv cəhətə aid zəruri əlamət ondan ibarərtdir ki, zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır zərər vurma özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilməsində və eyni zamanda həmin əməllər törədilərkən zəruri müdafiə həddini aşmada (müdafiə tədbirlərinin edilən qəsdin xarakterinə uyğun olmamasında) göstərirsə, qəsdən sağlamlığa ağır zərər vurma əməlləri əsasən şəxsi münasibətlər zəminində, qisas almaq məqsədilə törədilir və bu zaman təqsirkara qarşı heç bir qəsd edilmir, yəni sonuncu CM-nin 36-cı maddəsinə göstərilən müdafiə vəziyyətində olmur. Məhkum barəsindəki cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş 1 ona xəsarət yetirilməzdən əvvəl Məhkum qarşı hər hansı hüquqa zidd hərəkət, yəni qəsd etməmiş, sonuncu onun ehtimal etdiyi əməlləri törətməsinə görə ondan qiysa almaq məqsədilə əvvəlcə yanında olan bıçaqla ona bir dəfə zərbə endirdikdən sonra Zərərçəkmiş 1 ondan ayrılmış, ona qarşı hücum etməmiş, ona zərbələr vurmağa cəhd göstərməmiş, otağın qapısına yaxınlaşıb çıxıb getmək istəmiş, lakin Məhkum bundan istifadə edərək arxadan bıçaqla daha iki dəfə zərbə endirməklə ona dös nəfəsinə nüfuz edən, sağ plevranı zədələyən, hemotoraksla müşaiyyət olunan, yetirildiyi anda insan həyatı üçün təhlükəli olub sağlamlığa ağır zərər vuran bir ədəd kəsilmiş-deşilmiş yara xəsarəti, habelə onurğa sütununun döş qəfəsində iki ədəd kəsilmiş yara ilə müşaiyyət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vuran xəsarət yetirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu hallar Məhk um müdafiə vəziyyətində olmamasına və ona istinad edilən əməlləri zəruri müdafiə həddini aşmaqla deyil, məhz Zərərçəkmiş 1un ona qarşı etdiyi hərəkətlərə görə (aralarındakı münasibətlər barədə digər şəxslərə məlumat verdiyi üçün) ondan qisas almaq məqsədilə törətməsinə dəlalət edir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikyətinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır və Məhkum cinayət əməlinin CM-nin 126.1-ci maddəsindən CM-nin 130.1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar görmür. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum hökmdə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsinə dair sübutlar kassasiya şikayətində iddia olunanların əksinə olaraq bi rinci instansiya məhkəməsində CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə hərtərəfli tədqiq edilmiş və işin faktiki halları bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş həmin sübutların məcmusu ilə müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən də hər hansı pozuntuya yol verilməmişdir. Belə ki, bu məsələni həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58, 59 və 62-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun himayəsində iki azyaşlı uşaqların olmasını, onun əvvəllər məhkum olunmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını və cəzasını ağırlaşdıran halların iş üzrə müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu hallara əsaslanaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən az müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə də razılaşaraq həmin məhkəmənin nəzərə aldığı halları fərqli şəkildə qiymətləndirmək, onları məhkumun cəzasının daha da yüngülləşdirilməsini mümkün edən hallar kimi səciyyələndirmək üçün əsas görmür. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları baxılan işdə kassasiya şikayəti ilə ehtiva olunan CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisi Ç.M.Heydərovun, həmin şikayətin təmin edilməməsi barədə isə zərərçəkmiş Zərərçəkmiş 1un və dövlət ittihamçısı C.R.İsgəndərovun çıxışlarını dinləyib, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, müdafiəçi Ç.M.Heydərovun kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib mə hkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-521/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-521/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver