Məhkəmə qərarları › İş №1(102)-521/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-521/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-521/2024 27.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun vəkili Ağayeva Nüşabə Fərman qızının iştirakları ilə, Bakı Ağı r Cinayətlər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Ağayeva Nüşabə Fərman qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 1(101)-226/2022 nömrəli (hakimlər: Ağalarov Mahmud Muradxan oğlu (sədrliyi ilə), Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx 1985-ci ildə Bərdə rayonunda doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olan, ün van 2, ev 2-də qeydiyyatda olub ünvan 1-da yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının, 234.4.1 və 234.4.3-cü maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qərarı müəyyən edilmiş cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olar aq vaxtından əvvəl azad etmənin ləğv edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) ay 17 (on yeddi) gün hissəsi qismən birləşdirməklə Məhkum qəti olaraq 16 (on altı) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 16 iyun 2021-ci il tarixindən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi t ədbir təyin edilməklə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmdən məhkum edilmiş şəxslər Məhkum və müdafiəçisi Ağayeva Nüşabə Fərman qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əhmədov Həsən Hüseyn oğlu (sədrliyi və məruzəsilə), Məmmədov Habil Çingiz oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət məhkəmə tərkibində) 29 sentyabr 2022-ci il tarixli 1(103)-1669/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 12 (on iki) il azadlıqdan məhrum etmə cəzasının müddəti 11 (on bir) il 6 (altı) aya endirilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə təyin olunmuş və hazırki qərarla Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunan cəzaları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hazırki qərarla cinayətlərin məcmusu üzrə təyin olunan 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) ay 17 (on yeddi) gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən qismən birləşdirməklə Məhkum hökmlərin məcmusu üzrə qəti olaraq 15 (on beş) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Ağayeva Nüşabə Fərman qızı tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 fevral 2016-cı il tarixli qərarı ilə cəzasının 7 il müddətə endirilməsinə, 23 may 2019-cu il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 8 ay 8 gün vaxtından əvvəl şərti azad edilməsinə, daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 31 may 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 1 ay 17 gün vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq, qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkoti k vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Əli» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Əli» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etm iş, bu məqsədlə «Əli» adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 28.482,84 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumi təmiz çəkisi 1.630 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Məhkum məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən «Əli» adlı şəxsin və qeydlərinin göstərişinə əsasən 6.000 (altı min) manat pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyat a keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin iki ədəd bükümdə olan 2,84 qramını üzərində, 18.580 qram narkotik vasitə heroini və 1630 qram psixotrop maddə metamfetamini idarə etdiyi «Azsamand» markalı, **-LP-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində, 9.900 qram narkotik vasitə heroini isə yaşadığı ünvan 1 ünvanına daşımaqla saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X6 16 iyun 2021-ci il tarixdə saat 23:00-da Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən Bakı-Qazax yolunun 47-ci kilometrliyində idarə etdiyi «Azsamand» markalı, **-LP-*** qeydiyyat nişanlı avtomobilinin yanında saxlanılaraq avtomobili ilə birlikdə Baş İ darəyə gətirilmiş və orada 17 iyun 2021-ci il tarixdə saat 00:30dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,584 qram və 2,256 qram olmaqla ümumi çəkisi 2,84 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 17 iyun 2021-ci il tarixdə saat 01:10 dəqiqədən etibarən Məhkum idarə etdiyi «Azsamand» markalı, **-LP-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin arxa yük yerindən bir ədəd yaşıl rəngli torbanın içərisində olan 10 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 2.000 qram, 2.000 qram, 2.000 qram, 2.000 qram, 2.000 qram, 2.000 qram, 2.000 qram, 2.000 qram, 2.000 qram və 580 qram olmaqla ümumi çəkisi 18.580 qram olan öz aralarında xarici görünüşü və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofan bağlamanın içərisində olan dörd ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1.000 qram, 500 qram, 40 qram və 90 qram olmaqla ümumi çəkisi 1.630 qram olan öz aralarında xarici görünüşü və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 17 iyun 2021-ci il tarixdə saat 4:40 dəqiqədən etibarən Məhkum icazəsi və iştirakı ilə yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman mənzilin ya taq otağında olan yataq dəstinin yanında yerdə qoyulmuş balışın arxasındakı bir ədəd göy rəngli sellofan torbanın içərisindən 10 ədəd şəffaf rəngli bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1.000 qram, 1.000 qram, 1.000 qram, 1.000 qram, 1.000 qram, 1.000 qram, 1.000 qram, 1.000 qram, 1.000 qram və 900 qram ümumi çəkisi 9.900 qram olan öz aralarında, həmçinin, üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş heroinlərlə kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Ağayeva Nüşabə Fərman qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 maddələri ilə tövsif edərkən onun ancaq və ancaq ibtidai araşdırma zamanı psixi təsir altında verdiyi ifadəsinə istinad etmişdir. Bundan əlavə Məhkum məhkəmədə ifadə verərkən onda ittihamda göstərildiyi miqdarda narkotik vasitə olmadığını bildirsə də, məhkəmə müdafiə tərəfinin vəsatətini təmin etməmiş, maddi sübuta məhkəmədə baxış keçirməmişdir. Məhkum həmin narkotik vasitənin necə, hansı yolla və hansı qaydada sərhəddən keçirilməsi barədə məlumatı olmamış, ancaq o həmin narkotik vasitəni Cəlilabad rayonunun ərazisindən yol kənarından əldə etmişdir, ancaq buna baxmayaraq o, eyni zamanda Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə də təqsirli bilinib cəza almışdır. Halbuki ona həmin maddə ilə cəza təyin edilməsi qanunsuzdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyi n edərkən Azərbaycan Respublikası CMin 8. 41 və 58.3 maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə aldığını hökmdə göstərsə də, cəza təyin edərkən onları nəzərə almamışdır. Birinci instansiya məhkəməsi Məhkum barəsində cəza təyin edərkən onun ilk dəfə məhkum olunmasını, əməlini qismən etiraf edib peşmançılığını bildirməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alsa da ona həddindən artıq ağır cəza təyin etmişdir. Məhkəmənin hökmdə gəldiyi nəticə nə cinayət işinin materiallarına, nə də məhkəmədə toplanmış sübutların məc musuna uyğun deyildir. Odur ki, göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli qərarının dəyidirilməsi, verilmiş ittihamından CM-in 32.5,206.3.2 və 234.4.1 maddələrinin xaric edilməsi və CM-in 234.4.3 maddəsinin sanksiyasının həddində nəzərdə tutulan daha yüngül cəza təyin edilməsi bəradə qərar qəbul edilməsini xahiş edir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində olan cinayət işində səhvlərə yol verilmiş, məhkəmələr tərəfindən onun barəsində çıxarılmış ittiham hökmü ədalətsiz olmaqla yanaşı, həmçinin əsassız və qanunsuzdur. Qeyd olunanlara əsasən, barəsində olan cinayət işinə ədalətlə baxılmasını təşkil etmək məqsədilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli qəra rının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Ağayeva Nüşabə Fərman qızı kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, verilmiş kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətlərinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 9 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını ka ssasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərində məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2 və 234.4.1-ci maddələri ilə qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, eyni zamanda ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə törətdiyi əmələ münasibətdə ağır cəza təyin edildiyi, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini ş ərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslı lığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayə t-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu norma da təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araş dırıb, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, məhkumun və müdafiəçisinin isə kassasiya şikayətlərinin təmin olunması barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin, psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə kömək etmə, o cümlədən qabaqcad an əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələr i ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlində Azərbaycan Respublikası CM-in 32.5,206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulan cinayətin tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə cinayət əməlini törətməsi özünün qismən təqsirli bilməsinə dair verdiyi ifadələri, şahid qismində dindirilmiş şəxslər Şahid1 və Şahid2 ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında”, “avtomobilə baxış keçirilməsi və götürmə haqqında” və “evə baxış keçirilməsi və götürmə haqqında” 17 iyun 2021-ci il tarixli protokolları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 17 iyun 2021-ci il tarixli 6 /2454 nömrəli rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 6 sentyabr 2021-ci il tarixli 3283 nömrəli rəyi, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında, avtomobilə baxış keçirilməsi və götürmə haqqında və evə baxış keçirilməsi və götürmə haqqında protokollardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 iyun 2021-ci il tarixdə saat 23.00-da Məhkum Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən BakıQazax yolunun 47-ci kilometrliyində idarə etdiyi «Azsamand» markalı, **-LP-*** qeydiyyat nişanlı avtomobilinin yanında saxlanılaraq avtomobili ilə birlikdə BNMİ-nə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Keçirilmiş tədbirlərin davamı olaraq 17 iyun 2021-ci il tarixdə saat 01:10-dan etibarən Məhkum idarə etdiyi «Azsamand» markalı, **-LP-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə baxış keçirilən zaman 10 ədəd bükümdə narkotik vasitə heroinə bənzər və bir ədəd sellofan bağlamanın içərisində olan 4 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Keçirilmiş tədbirlərin davamı olaraq 17 iyun 2021-ci il tarixdə sat 04:40-dan etibarən Məhkum yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman mənzilin yataq otağında olan yataq dəstinin yanında yerdə qoyulmuş balışın arxasındakı 1 ədəd göy rəngli sellofan torbanın içərisindən 10 ədəd şəffaf rəngli bağlamada narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür.. Müdafiə tərəfi kassasiya şikayətlərinin tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə məhkuma istinad edilən cinayətlərdə təqsirli bilinməsinə dair nəticələrin əsasına qoyulmuş faktiki halların qanunsuz psixi, fiziki təsirlər nəticəsində onun verdiyi həqiqətə uyğun olmayan ifadələr təşkil etməsi, verilmiş vəsatətlərə baxmayaraq onun qanunsuz psixi, fiziki təsirlərlə məruz qalmasına dair məhkəmələr tərəfindən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Cinayət-pro sessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb ed ir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmə kollegiyaları haqlı olaraq şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək şahidlərin verdikləri ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də həmin ifadələrin mötəb ər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətlərində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkə məsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar apellyasiya instansiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətlərində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetir ilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində eyni zamanda Məhkum təyin edilmiş cəzanın ağır olduğu iddia edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübariz ədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (himayəsində azyaşlı uşağının olması) və ağırlaşdıran (əməlində cinayətlərin təhlükəli residivinin olması) halların olmasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində m əhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun is lah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası bun lara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum və müdafiəçisi Ağayeva Nüşabə Fərman qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qə bul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və müdafiəçisi Ağayeva Nüşabə Fərman qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar