Məhkəmə qərarları › İş №1(102)-521/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-521/2025

11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-521/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 3 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 3 noyabr 2023-cü il tarixli hökmü ilə (hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə) Məhkum, 6 oktyabr 1975-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməmiş, əvvəllər Lənkəran Rayon Məhkəməsinin 15 yanvar 2003-cü il tarixl i hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 mart 2007-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Lənkəran Rayon Məhkəməsinin 9 fevral 2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək cəzası 1 (bir) müddətə azaldılmış, Lənkəran Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 1 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 68.1.1-1-ci maddəsinə əsasən ona Lənkəran Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 3 (üç) il 1 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər hesabı ilə hesablanmaqla 1 (bir) il 6 (altı) ay 15 (o n beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş və CM-in 67.1-ci maddəsinin tələbinə uyğun olaraq həmin cəza hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə sonuncuya qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, eləcə də onun cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyatda olmasının nəzərə alınması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 6 may 2023-cü il tarixdə, Lənkəran rayonunun Şilavar kəndində satış məqsədi ilə qanunsuz olaraq bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda - 15,156 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında 6 may 2023-cü il tarixdə saat 11:20 radələrində Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, Lənkəran şəhəri, M.M.Axund küçəsində yerləşən Lənkəran şəhər 5 saylı tam orta məktəbin qarşısında, küçədə, piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, həmin tarixdə saat 12:15 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd selofan bükümdə 15,156 qram narkotik vasitə heroin və sol yan cibindən isə üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 3 noyabr 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Məmmədli Orxan Məmmədqulu oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə) 30 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində CPM-in bir sıra maddələrinə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair” və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 4 mart 2011-ci il və 24 dekabr 2021-ci il tarixli Qərarlarına, iş üzrə toplanmış bəzi sübutlara, əsasən də özünün verdiyi ifadələrinə və barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən Məhkum həmin şikayətini onunla əsaslandırmışdır ki, o, 6 may 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evin yaxınlığında saxlanılarkən onun üzərində təqsirli bilindiyi ittihamda göstərilən növdə və çəkidə narkotik vasitə olmamış, lakin polis şöbəsində ona qarşı fiziki və psixi təsirlər göstərilərək polis əməkdaşları onun üzərinə həmin nar kotik vasitəni və elektron tərəzini qoyub yalnız CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağını vəd edərək bunların özünə məxsus olmasını etiraf etməyə məcbur etmiş, bu səbəbdən də təhqiqat və ibtidai araşdırmanın ilkin mərhələsində onların tələb etdikləri kimi izahat və ifadələr vermişdir. O, narkomaniya xəstəliyindən əzab çəkən şəxs kimi narkotik vasitələrdən istifadə etsə də, həmin vasitələrin satışı ilə heç vaxt məşğul olmamış, bu halı təsdiq edən sübutlar isə istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında əldə edilməmiş və araşdırılmamış, bununla da hətta onun əməlinin tövsifində ibtidai araşdırma orqanı ilə yanaşı məhkəmələr də səhvə yol vermişlər. Bütün bunlara baxmayaraq işə baxan məhkəmələr toplanmış və araşdırılmış sübutlara qanunda nəzərdə tut ulmuş qaydada düzgün qiymət verməmiş, nəticə də o, əsassız olaraq ümumiyyətlə törətmədiyi cinayətə görə təqsirli bilinərək məhkum olunmuşdur. Bu haqda birinci instansiya məhkəməsinin hökmünü və həmin hökmün dəyişdirilmədən saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edən Məhkum şərh etdiyi dəlillərə əsaslanaraq onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışı iclasının keçiriləcəyi yer və vaxt barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-in 419.4 -cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, sonuncu həmin şikayətində apellyasiya instansiyası məhkəməsinin iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutları CPM-in 143-14 6-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq etməyərək həmin sübutlara düzgün hüquqi qiymət verməməsini, onun narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamasına baxmyaraq əməlinin əsassız olaraq CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsini, həmçinin təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum olunmasını iddia edir və bununla da barəsindəki həmin məhkəmənin 30 yanvar 2024-cü il tarixli qərarının ləğv edilərək cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin olunması haqqında kassasiya tələbini CPM-in 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirir. CPM-in 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda, yaxud da törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qənuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya m üraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11 -ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya şikayətinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi v ə işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı ma ddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb icti mai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırıl masını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənə dək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, və “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qü vvəyə minmiş olsun. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirlən dirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həm Azərbaycan Respublikasının Əsas Qanununda, həm beynəlxalq müqavilələrdə, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə təkcə şəxsin ümumiyyətlə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsi həll olunarkən deyil, həm də onun cinayət əməlinin düzgün tövsif edilib-edilməməsinin, bu zaman törədilmiş əməlin bütün cəhətlərinin və ittihama uğun olaraq müvafiq tövsifedici əlamələtlərinin olub-olmamasının yoxlanılması zamanı da əməl olunmalıdır. Bu normaların mənas ı həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə CPM-in 318.1-ci maddəsinin tələblərinə uyğun olaraq sonuncunun əməlini CM-in bir maddəsindən digərinə tövsif etmək hüququna da malikdrlər o şərtlə ki, belə tövsif cinayət törətmiş şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılması na nail olsun, habelə müdafiə tərəfinin irləi sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. CPM-in 318.1-ci maddəsinin tələbinə görə isə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu normasına əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, eyni zamanda CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci ma ddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymə t verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsi ndə Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qanunçuluq p rinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və i şə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçıs ının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müə yyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllə nin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5 və 351-ci maddələri) tələb edirlər ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, iş üzrə yekun məhkəmə aktı qəbul edərkən isə - təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutsun. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetiri lməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühü m şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması əda lət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə edilmiş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, həm Lənkəran Ağır Cinayətlər Məhkəməsi, həm də həmin məhkəmənin 3 noyabr 2023-cü il tarixli hökmündən verilmiş apellyasiya şikayətinə məhkəmə istintaqı aparmadan baxmış apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə öz mülahizələrinə uyğun olaraq qiymətləndirməklə ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşaraq Məhkum ona elan olunmuş ittiham üzrə cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri etməsi barədə düzgün qənaətə gəlsələr də, məhkum olunmuş şəxsin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əməli məhz satış məqsədilə törətməsini, yəni cinayətin subyektiv cəhətinə aid olan halı, habelə narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən etməmiş, bununla bağlı mötəbər sübutları ittiham tərəfi də məhkəmələrə təqdim etməmiş və buna görə də belə sübutlar məhkəməl ər tərəfindən araşdırılmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini, yəni CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi barədə məhkəmələrin gəldikləri nəticəyə dair yekun məhkəmə aktları yalnız ehtimallara əsaslanmış və belə nəticə istər ayrı-ayrı sübutlarla, istərsə də onların məcmusu ilə təsdiq olunmamışdır. Gəldiyi qənaətlə bağlı, kassasiya şikayətinin dəlillərinə cavab verilməsi, digər tərəfdən isə qəbul etdiyi qərarın əsaslı və inandırıcı olması üçün məhkəmə kollegiyası həmin sübutların bir qisminə hazırki qərarda da müraciət etməyi zəruri bilir. Belə ki, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək 6 may 2023-cü il tar ixdə saat 11 radələrində polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə və elektron tərəzinin olmamasını, ittihamda göstərilən növdə və çəkidə olan narkotik vasitənin – heroinin isə polis əməkdaşları tərəfindən ona Polis Şöbəsində verilməsini, təsir və təzyiqlər nəticəsində həmin narkotik vasitənin və tərəzinin ona məxsus olmasını etiraf etmək məcburiyyətində qalmasını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamasını bildirsə də, ilkin təhqiqat və ibtidai araşdırma zamanı şübhəli şəxs qismində verdiyi izahatında, həmçinin sonradan ibtidai istintaq zamanı müvafiq olaraq 6 və 7 may 2023-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ardıcıl olaraq verdiyi eyni məzmunlu ifadələrində (məhkumun məhz bu ifadələri ibtidai ar aşdırma orqanı və məhkəmələr tərəfindən sübut kimi qəbul edilmiş, onun əldə etdiyi narkotik vasitəni satmaq niyyyətində olmaması barədə göstərdiklərini isə məhkəmələr özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirmişlər) göstərmişdir ki, o, əvvəllər bir neçə dəfə, sonuncu dəfə isə Lənkəran Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 3 il 1 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 30 ildən çoxdur ki, narkotik vasitə heroindən qəbul edir, bu səbəbdən də onda narkotik vasitələrdən aslılıq yaranmışdır. Narkotik vasitəni əldə edərkən çəkisində onu aldatmasınlar deyə o, 2023-cü ilin mart ayında Lənkəran mərkəzi bazarında elektron tərəzi almış, 6 may 2023-ci il tarixdə saat 10 radələrində istifadə etdiyi heroin almaqdan ötrü yaşadığı evdən çıxıb Lənkəran rayonunun Şilavar kəndi ərazisində yerləşən çayxanaya getmiş və orada narkotik vasitələrin satışı ilə məşğul olan, üzdən tanıdığı, adını “Dədə” kimi bildiyi şəxsi həmin çayxanada görüb ona yaxınlaşaraq ondan heroin olub-olmadığını soruşmuş və olduğu təqdirdə ona təxminən 15 qram çəkidə satmasını xahiş etmişdir. Həmin şəxs də, onu çayxananın arxa tərəfinə çağırıb, üzərində nə qədər pulunun olmasını soruşduqda, o, üzərində hazırda 200 manat məbləğində pulunun olduğunu bildirmiş, “Dədə” adlı şəxs də cibindən bir büküm çıxararaq həmin bükümün içərisində təxminən 15 qram “kakos”, yəni narkotik vasitə heroin omasını və bunu 250 manata satmasını demişdir. O, həmin narkotik vasitəni göstərilən şəxsdən alaraq ona 200 manat məbləğində pul verib, qalanını isə sonra ona verəcəyini vəd etmiş və sonuncu ilə bir qədər söhbətləşdikdən sonra onunla sağollaşıb yaşadığı ünvana doğru piyada hərəkət etməyə başlamışdır. Həmin tarixdə saat 11 radələrində o, Lənkəran şəhəri, M.M.Axund küçəsində yerləşən 5 saylı tam orta məktəbin yaxınlığında hərəkətdə olan zaman mülki geyimdə olan bir neçə nəfər şəxs ona yaxınlaşmış və özlərini polis əməkdaşları kimi təqdim edərək ona narkotik maddələrin qanunsuz saxlaması və satışı ilə məşğul olmağı barədə əməliyyat məlumatlarının olduğunu deyib, onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində yerləşən Regional Şöbəsinə gətirmişlər. Regional Şöbənin inzibati binasında o, şübhəli şəxs qismində tutulmuş, bundan sonra isə özünün seçdiyi müdafiəçinin iştirakı ilə video çəkilişdən istifa də edilməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Bu istintaq hərəkəti aparılmazdan əvvəl təhqiqatçı ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və maddə olduğu təqdirdə onları təqdim etməyi təklif etmiş, o, da, buna qədər əldə etdiyi 1 bükümdə yerləşdirilmiş heroini və üzərində gəzdirdiyi elektron tərəzini, “Samsung” markalı telefonunu, cib dəsmalını və 2 manat məbləğində pulu ciblərindən çıxarıb sonuncuya təqdim etmiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bir ədəd bükümün içərisində olan kütlə “kakos”adlandırılan narkotik vasitə heroindir, bu narkotik vasitəni o, 6 may 2023-cü il tarixdə şəxsi istifadəsi üçün Lənkəran rayonunun Şilavar kəndində yerləşən çayxanada “Dədə” adlı şəxsdən şəxsi istifadəsi üçün əldə etmiş, həmin heroinin hər hansı hissəs ini heç kimə verməmiş və satmamış, elektron tərəzini isə narkotik vasitə alarkən çəkidə aldatmasınlar deyə üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar edilmiş 1 bükümdə heroin elektron tərəzidə çəkilərək onun miqdarının 18,77 qram olması müəyyən edilmiş və həmin narkotik vasitə və elektron tərəzi, habelə mobil telefonu qablaşdırılaraq götürülmüş, 2 manat məbləğində pulu və cib dəsmalı isə ona qaytarılmışdır. Təsvir edilən ifadələri verərkən Məhkum hamçinin qeyd etmişdir ki, o, istər saxlanılarkən, istərsə də Polis Şöbəsində polis əməkdaşları tərəfindən fiziki və ya psixi təsirlərə və təzyiqə məruz qalmamış və üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və elektron tərəzi onun özünə məxsus olmuş, narkotik vasitələrin və ya psixotrop maddələrin satışını heç vaxt həyata keçirmə miş, əldə etdiyi heroini də satmaq niyyyətində olmamışdır. Hazırki iş üzrə ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Saray Polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkili polis kapitanı X2 və həmin bölmənin sahə nəfəri polis serjantı X1, hər birisinin ayrı-ayrılıqda verdiyi ifadələrindən görünür ki, 12 sentyabr 2022-ci il tarixdə Polis bölməsinə Saray qəsəbəsində yaşayan Məhkum külli miqdarda narkotik vastənin istifadəsinə, gəzdirməsinə və satışına dair məxfi əməkdaş tərəfindən əməliyyat məlumatı daxil olmuş və bu məlumata əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə həmin tarixdə qərar qəbul edilərək müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, bu tədbirlər nəticə sində isə Məhkum Saray qəsəbəsində hərəkətdə olarkən onlar tərəfindən saxlanılıb Polis bölməsinə aparılmışdır. Həmin vaxt Məhkum özü narkotik vasitə istifadəçisi olduğunu etiraf etmiş, bölməyə gətirildikdən sonra şübhəli şəxs qismində tutulmuş və onun üzərində şəxsi axtarış aparılmışdır. Bu istintaq hərəkətinin aparılması zamanı Məhkum təhqiqatçının təklifi ilə əlində olan göy rəngli sellofan torbadan iki ədəd bağlamada yerləşdirilmiş narkotik vasitəni çıxarıb təqdim etmiş və həmin narkotik vasitəni Zabrat qəsəbəsində 1.000 (bir min) manata öz istifadəsi üçün aldığını bildirmiş, narkotik vasitələrin satışı ilə məşğul olmasını isə inkar etmişdir. Məhkum üzərində 6 may 2023-cü il tarixdə aparılmış şəxsi axtarış nəticəsində ondan həqiqətən külli miqdarda – cəmisi 15,156 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi həmçinin bu istintaq hərəkətinin aparılması haqqında eyni tarixli protokolla, həmin protokola əlavə edilmiş video görüntülərlə, habelə məhkəmə-kimyəvi eskpertizasının 6 may 2023-cü il tarixli 19/519 saylı rəyi ilə təsdiq olunur. Məhkum narkomaniya xəstəliyindən əzab çəkməsi isə iş üzrə ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 1 iyun 2023-cü il tarixli 572 saylı rəyi ilə də müəyyən edilir. Həmin rəyə əsasən, Məhkum opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Rəydə həmçinin qeyd edilmişdir ki, o, 2020-ci ildən Ərazi Narkoloji xəstəzanasında “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İbtidai araşdırma orqanının əməliyyat tapşırığına verilmiş 17 may 2023-cü il tarixli 156/8937/23 saylı cavab məktubunda göstərilmişdir ki, Məhkum narkotik vasitələrin və psixotrop maddələrin üzərində saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra həmin məktubda təhqiqat zamanı tərtib edilmiş sənədlərdə əksini tapmış hallara və Məhkum ilkin ifadələrində göstərdiyi xüsusatlara istinad edilərək qeyd edilmişdir ki, şöbə tərəfindən “Dədə” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi, onun Məhkumlə nə kimi əlaqələrinin olması, sonuncunun narkotik vasitə satdığı şəxslərin dairəsinin müəyyən edilməsi i stiqamətində gücləndirilmiş əməliyyat tədbirləri davam etdirilir və bu barədə müsbət nəticələr əldə edildikdə istintaq orqanına məlumat veriləcəkdir. Lakin, cinayət işi üzrə toplanmış sübutların təhlili göstərir ki, həmin məktubda göstərilən xüsusatlar, o cümlədən Məhkum həqiqətən narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair heç bir sübut əməliyyat orqanı tərəfindən əldə edilməyərək ibtidai araşdırma orqanına, sonradan isə - məhkəmələrə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə dindirilmiş və polis əməkdaşları olan şahidlər Şahid1, Şahid2 və Şahid3 da ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrində Məhkum narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını göstərsə lər də, onlar da bu halı təsdiq edən hər hansı mötəbər sübuta əsaslanmamış və belə sübutları cinayət təqibini aparan orqana və məhkəməyə təqdim etməmişlər. Eyni zamanda həmin şahidlər eynilə Məhkum ifadələrində göstərdiyi və ilkin araşdırma zamanı toplanmış sübutlar üzrə müəyyən edilmiş hallar barədə ifadələr verərək hər birisi ayrı-ayrılıqda bildirmişlər ki, Məhkum qanuna müvafiq qaydada saxlayarkən və Polis Şöbəsinə gətirdikdən sonra ona qarşı heç bir təsir və ya təzyiq göstərilməmiş və hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış narkotik vasitə və elektron tərəzi onlar tərəfindən sonuncunun üzərinə qoyulmamışdır. İbtidai araşdırmanın sonrakı mərhələsində, məhkəmə iclasında verdiyi ifadələrində və apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya şikayətində Məhku m təhqiqat zamanı polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalmasını, şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş narkotik vasitənin və elektron tərəzinin isə sonuncular tərəfindən onun üzərinə qoyulmasını bildirsə də bu hallar toplanmış və araşdırılmış sübutlarla təsdiq edilməmiş, məhkum olunmuş şəxs isə onun barəsindəki cinayət işi üzrə toplanmış sübutların yolverilməz olmasını təsdiq edən hər hansı mötəbər sübuta əsaslanmamışdır. Halbuki, CPM-in 125.8-ci maddəsinə əsasən Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. İş materiallarından görünür ki, Məhkum həm ifadələrində, həm də kassasiya şikayətində göstərdiyi hallar üzrə ibtidai araşdırma zamanı və işə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən lazımi araşdırma aprılaraq müvafiq sübutlar əldə edilərək tədqiq olunmuş və həmin sübutlarla bu hallar öz təsdiqini tapmamışdır. Belə ki, adları yuxarıda göstərilən şahidlər nəinki şahid qismində dindirilərkən, həm də Məhkumlə üzləşdirilərkən sonuncuya qarşı hər hansı təsir və təzyiq göstərilməsini, habelə digər qanunsuz hərəkətlər edilməsini qəti şəkildə inkar etmiş və onun üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi barədə etirafedici ifadələr verməsini qeyd etmişlər. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, Məhkum elə tutulduğu tarixdə tibbi müayinədən keçirilmiş və bu müayinənin nəticələrinə görə, onun bədəni üzərində hər hansı xəsarət aşkar edil məmişdir (məhkəmə-tibb ekspertizasının 6 may 2023-cü il tarixli 446 saylı rəyi). Bundan başqa, birinci instansiya məhkəməsinin verdiyi sorğuya əsasən Bakı İstintaq Təcridxanasından daxil olmuş sənədlərdən görünür ki, Məhkum 8 may 2023-cü il tarixdə həmin Təcridxanaya daxil olarkən tibbi müayinə zamanı onun bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir. Bununla yanaşı Məhkum 6 may 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutulması zamanı işgəncəyə məruz qalması və döyülməsi barədə anası Şahid4 müraciəti əsasında Lənkəran rayon prokurorluğu tərəfindən də araşdırma aparılmış və bu araşdırma nəticəsində Məhkum qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, zor tədbiq edilməsi, onun işgəncəyə və qeyri-insani hərəkətlərə məruz qalması müəyyən edilmədiyindən 20 iyul 2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün bu və digər sübutlar əsasında məhkəmələr Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan 15,156 qram çəkidə heroini əldə edərək saxlaması və daşıması barədə əsaslı və qanuni nəticəyə gələrək onun ibtidai araşdırmanın sonrakı mərhələsində və məhkəmə iclasında verdiyi ifadələrini özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirmiş və buna görə ona hər hansı əsasla bəraət verilməsini mümkün bilməmişlər. Məhkəmə kollegiyası bu hissədə məhkəmələrin gəldikləri həmin qənaətlə razılaşır, lakin bununla belə qeyd edir ki, Məhkum törətdiyi əməlin subyektiv cəhətini, yəni onun narkoitik vasitəni məhz satış məqsədilə əldə edərək saxlamasını və daşımasını təsdiq edən mötəbər sübutlar istər əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, istərsə də ibtidai araşdırmanı aparan orqanlar və məhkəmələr tərəfindən əldə edilməmiş və bu cəhətin müəyyən edilməsi barədə ehtimal xarakterli nəticə yalnız narkotik vasitənin külli miqdarda olması və şəxsi axtarış zamanı Məhkum üzərindən elektron tərəzinin aşkar edilərək götürülməsi kimi hallara əsaslanmışdır. Lakin, iş üzrə toplanmış və araşdırılmış sübutların təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, hətta bu hallar Məhkum ona qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülərək bu ittiham üzrə onun təqsirli bilinməsi üçün kifayət etməmişdir. Belə ki, yuxarıda təsvir edilmiş sübutlarla yanaşı, Məhkum bu ittiham üzrə cinayət əməlini törətməsinə dəlalət edən telefon danışıqlarının və yazışmaların aparılmasına dair məlumatlar da əldə olunmamış ("xxxx" MMC-dən ibtidai araşdırma orqanına 21 iyul 2023cü il tarixli 16005 saylı məktubla verilmiş məlumata görə, Məhkum məxsus ********* saylı mobil nömrə ümumiyyətlə istifadə edilməmişdir), eləcə də onun tutulmamışdan əvvəl narkotik vasitələrin satışını həyata keçirdiyi şəxslər müəyyən edilməyərək dindirilməmiş, bununla əlaqədar məhkum olunmuş şəxsin kiminləsə sövdələşməsi, narkotik vasitəni satacağı müqabilində hər hansı şəxsdən pul alması, əldə etdiyi heroini isə onun satışını həyata keçirmək üçün xırda bükümlərə bölməsi, yaşayış yerində də narkotik vasitələr və psixotrop maddələr saxlaması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən ittihamın əsası kimi qəbul etd ikləri sübutlardan biri – Məhkum ilkin ifadələri digər sübutlarla uzlaşır, həmin ifadələrində isə o, israrla bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni özünün istifadəsi, yəni hər gün bu vasitədən istifadə edən şəxs kimi öz tələbatını uzun müddət ərzində ödəmək məqsədilə əldə etmiş, elektron tərəzini isə satıcı tərəfindən həmin vasitənin çəkisində aldadılmaması üçün üzərində gəzdirmişdir. Məhkum üzərində aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması barədə ibtidai araşdırma orqanının və birinci və apellyasiya instansiyası məhkəmələrinin ehtimal xarakterli nəticələri yalnız həmin vasitənin külli miqdarda olmasına və sonuncunun üzərindən elektron tərəzinin aşkar edilərək götürülməsinə əsaslansa da, məhkəmə kollegiyası hesab edir ki, opioidlərdən, o cümlədən heroindən sui-istifadə etməsi nəticəsində narkomaniya xəstəliyindən əzab çəkən, uzun müddət narkotik vasitələrdən istifadə edən şəxsin gündəlik tələbatını ödəmək məqsədilə əlavə risklərlə üzləşməməsi üçün bir dəfəyə 15,156 qram çəkidə heroini əldə etməsi və göstədiyi məqsədlə elektron tərəzini də üzərində gəzdirməsi ağlabatan görünür, bu hallar isə toplanmış sübutlarla təkzib edilmir. Hazırki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarında isə məhkəmələr ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında araşdırılmış sübutlara istinad edərək Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməlini törətməsi, yəni cinayətin obyektiv cəhətinə aid hərəkətlər etməsi barədə düzgün nəticəyə gəlsələr də, bu ə məlin subyektiv cəhətinin də sübuta yetirilib- yetirilməməsi ilə bağlı hər hansı əsaslandırma aparmamış, bu cəhət üzrə sübutlara qanuna müvafiq qaydada, yəni mötəbərliyi, mənsubiyyəti mümkünlüyü üzrə qiymət verməmiş və nəticə də Məhkum törətdiyi əməl düzgün tövsif edilməmiş, bununla da CPMin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmişdir. Hərçənd toplanmış və araşdırılmış sübutlarla Məhkum yalnız ona qarşı irəli sürülmüş ittihamda göstərilən külli miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlaması və daşıması, yəni onun CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri etməsi təsdiq olunur, lakin onun bu əməli satış məqsədilə törətməsi həmin sübutlarla müəyyən edilmir. Məhkəmə kollegiyasının qənaəti nə görə, Məhkum törətdiyi əməlin hüquqi tövsifi ilə bağlı məhkəmələrin gəldikləri nəticə cinayət qanunvericiliyi normalarının tələbləri ilə yanaşı Konstitusiyada, prosessual qanunvericilikdə və beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş, cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına da uyğun olmamışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, ibtidai araşdırma orqanı və birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Məhkum təqsirləndirildiyi CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin həmin cinayətin obyektiv cəhətinə aid olan hissəsi mübahisəsiz sübut olunsa da, bunlar sonuncunun əməlində qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət etmir. Belə ki, həmin madd ənin dispozisiyasında CM-in 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-in 234.2-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorları nın dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkot ik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndində adı çəkilən Qanunun 1.0.11-ci maddəsinə istinadən məhkəmələrə izah edilmişdir ki, həmin maddədə “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Plenum Qərarının 9-cu bəndində isə göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və y a saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından (əldə edilmiş sübutlardan) göründüyü kimi, Məhkum əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – narkotik vasitənin dövriyyəsi ilə bağlı məhkumun qanunsuz hərəkətlər etməsi və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, məhkumun ona istinad əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında əksini tapmış hallar da müəyyən edilmir. Məhkum CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham isə yalnız onun üzərindən aşkar edilmiş, dövriyyəsi qanunsuz qadağan olunmuş əşyanın – narkotik vasitənin külli miqdarda olmasına, onun üzərində axtarışın və götürmənin aparılmasında iştirak etmiş şəxslərin ifadələrinə əsaslanır ki, yuxarıda qeyd edildiyi kimi, bu ifadələrlə də Məhkum üzərində aşkar edilmiş narkot ik vasitəni satış məqəsədi ilə əldə edərək saxlaması və daşıması sübuta yetirilmir, məhkumun belə məqsədinin olmasına dair başqa sübutlar isə istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən əldə olunmamış və məhkəmə iclaslarında araşdırılmamışdır. Məhz əldə olunmuş və araşdırılmış bütün sübutların fonunda məhkəmə kollegiyası Məhkum istinad olunan cinayətin subyektiv cəhətinə aid olan əlamətin olmasının sübuta yetirilməsi ilə (narkotik vasitəni satış məqsədilə əldə etməsi, saxlaması və daşıması) bağlı ibtidai araşdırma orqanının və birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə razılaşmır, məhkum olunmuş şəxs tərəfindən yalnız narkotik vasitəni əldə edib saxlaması və daşımasına dair cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin edilməsini müəyyən edir və buna görə sonuncunun həmin əməllərini CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsini, bu hissədə də kassasiya şikayətinin təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli qərarının dəyişdirilməsini mümkün bilir, lakin yuxarıda göstərilən əsaslara görə həmin qərarın ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunması üçün əsaslar görmür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, yaxud da apellyasiya və kassasiya müraciətlərinə əsasən qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin tə qsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət tö rətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Belə tələblər isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının müddəalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törə tmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitin ə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gə lib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-in 61.2-ci ma ddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Yuxarıda da istinad olunan CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların möacudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 144, 145 və 349.5-ci maddələrinin tələblərinə həmçinin təqsirkar barəsində ci nayət hüquqi tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin şərh edilməsi haqqında” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühaki mə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci ma ddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu m addəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərər çəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzada n şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təh lükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngül ləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 26-cı bəndi ndə məhkəmələrə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirmələri, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etmələri tövsiyə edilmişdir. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olubolmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cə lb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlibyönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olubolmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin et mək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkum törətdiyi əməlin CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsini mümkün bilən məhkəmə kollegiyası ona həmin maddə ilə müvafiq cəzanın təyin edilməsini də müzakirə edərək ilk növbədə qeyd edir ki, həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş və CM-in 15.3-cü maddəsinin tələblərinə uyğun olaraq həmin maddədə göstərilən cinayət ağır cinayətlər kateqoriyasına aiddir. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətin, yəni satış məqsədi olmadan, lakin külli miqdarlarda narkotik vasitə olan heroini əldə edərək üzərində saxlaması və daşıması əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, CM-in 59.1.4-cü maddəsinə əsasən onun himayəsində azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinin tələbinə uyğun olaraq isə yaşayış yerindən müsbət cəhətdən xasiyyətləndirilməsini, habelə iş üzrə CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyən edilməməsini, lakin Lənkəran Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 1 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkməməsini və bu hökm üzrə məhkumluğunun ödənilməməsini nəzərə alıb cinayət qanunvericiliyinin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edərək məhkumm olunmuş şəxsə ilk növbədə CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını, eyni növdə qəti cəzanın müddətinin isə CM-in 67.1 və 68.1.1-1-ci maddələrinin tələblərinə müvafiq qaydada müəyyən edilməsini məqsədə uyğun hesab edir və eyni zamanda belə qənaətə gəlir ki, məhz belə cəza, CM-in 41.2-ci maddəsi tələb etdiyi kimi, cəzanın məqsədlərini təmin edə bilər. Belə liklə, məhkəmə kollegiyası bütün təsvir olunanlara əsaslanaraq və kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməklə Məhkum törətdiyi cinayət əməli CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə və hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və bu əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilməli, həmin qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin və ona bu maddə əsasında 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Məhkum Lənkəran Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 3 (üç) i l 1 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki gününun azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər hesabı ilə hesablanmaqla 1 (bir) il 6 (altı) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və CM-in 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin cəza hazırki qərarla təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar