Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-522/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkum x1, onun müdafiəçisi-vəkil Quliyeva Nurlanə Nazim qızının iştirakları il ə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş x1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum x1 müdafiəçisi-vəkil Quliyeva Nurlanə Nazim qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim H.E.Kamranov) x1- xx xxxxx 1960-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta texniki təhsilli, “Bahar enerji” NQÇİ-də operator işləyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış Azər baycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmənin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Həmin hökmlə x2 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, x1 x2 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək x3 etibarından sui-istifadə edib onun oğlu x4 Azərbaycan Respublikası Daxili İşlər N azirliyinin Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə polis nəfəri kimi işə düzəldilməsini təmin edəcəyinə dair yalan vəd verib aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə, əvvəlcə xx xxxxxx 2016-cı il tarixdə ünvan 3 ünvanda fəaliyyət göstərən 46 saylı notariat kontorunda 7000 (yeddi min) manat məbləğində pulunu, daha sonra isə xx xxxxxxxx 2016-cı il tarixdə ünvan 4 ünvanda fəaliyyət göstərən 38 saylı notariat kontorunda 3000 (üç min) manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs İ.Ə.Məmmədovaya ümumilikdə 10000 (on min) manat məbləğində xeyli miqdar ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən məhkum x1 müdafiəçisi-vəkil Abduləzizli Şair Abbas oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Ko llegiyasının (hakimlər: Q.X.Babayev (sədrlik edən və məruzəçi), F.A.Qasımov və K.H.Əkbərovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, x1 həbsdə olduğu 1 (bir) ay 07 (yeddi) gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 23 gün azadlıqdan məhrum etmə cəzası saxlanmış, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edilərək, onun çəkilməmiş qalmış 2 (iki) il 4 (dörd) ay 23 gün azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum x1 müdafiəçisi-vəkil Quliyeva Nurlanə Nazim qızı kassasiya şikayəti verərək Bak ı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünü və həmin hökmü qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarını ləğv edib, x1 barəsində bəraət verilməsi və x2 barəsində verilmiş şərti məhkumetməni ləğv edib barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum x1 müdafiəçisi-vəkil Quliyeva Nurlanə Nazim qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, faktların etirafına dair CD disklər, şahidlərin onun xeyrinə ifadələri nəzərə alınmamışdır. x1 niyyəti zərərçəkmiş şəxs x3 aldatmaq, əmlakını mənimsəmək olmamış, onu x2 tanış etməmiş, onlar arasında olan pul vəsaitinin təyin edilməsində və alınmasında heç bir rolu olmamış, tək iştirakı x2na ina ndığı üçün zərərçəkmiş x3 deyil onun oğlu x4 tanış etmişdir. Məqsədinin isə polis əməkdaşı olduğuna inandığı yaşlı biri vasitəsilə x4 işə düzəlməsinə kömək etmək olmuşdur. Ona görə də kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin və məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətb iqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlillərindən biri x2 barəsində verilmiş şərti məhkumetməni ləğv edib barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədədir. Azərbaycan Respublikası CPM-nin 409.2-ci maddəsinə əsasən məhkum edilmiş təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi yalnız məhkumun mənafelərinə aid hissədən kassasiya şikayəti vermək hüququna malikdirlər. Məhkumun müdafiəsi naminə verilmiş kassasiya şikayəti digər məhkumun və ya bəraət almış şəxsin vəziyyətinin pisləşdirilməsi üçün əsas ola bilməz. Bu qanunun mənasına görə nə məhkum x1 və nə də onun müdafiəçisi-vəkil Quliyeva Nurlanə Nazim qızının digər məhkum x2nun hüquqi vəziyyətinin pisləşdirilməsi barədə kassasiya şikayəti vermək s əlahiyyətinə malik olmamışlar. Ona görə də bu hissədə onlar tərəfindən verilmiş kassasiya şikayəti də təmin oluna bilməz. Kassasiya şikayətinin digər tələbi x1na bəraət verilməsi barədədir. x1 cinayət əməlləri digər təqsirləndirilən şəxs x2nun və zərərçəkmiş şəxs x3ın həm ibtidai istintaqdakı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasındakı ifadələri, ibtidai istintaq zamanı onların arasında keçirilmiş və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmələr zamanı ifadələri, şahidlərin ifadələri ilə tam sübut edilmişdir. Müdafiə tərəfinin kassasiya şikayətində göstərilən dəlillər eyni məzmunlu apellyasiya şikayətində də göstərilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasında həmin dəlillərin əsaslılığı cinayət işinin materialları üzrə yoxlanılaraq hüquqi qiymət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü x1 cinayət əməlinin hüquqi tövsifinə dair hissədə dəyişdirilmədən saxlamaqla, zərərçəkmiş şəxsə vurulmuş zərərin tamamilə aradan qaldırılması da digər cəzanı yüngülləşdirən hallarla birlikdə nəzərə alınaraq x1 barəsində azadlıqdan məhrum etmə cəzasına şərti məhkumetmə tətbiq edilmişdir. Cinayət işinin materiallarında x1na bəraət verilməsinə aid hər hansı əsaslı dəlil və mötəbər sübut müəyyən edilməmişdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, x1 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsas sız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum x1 müdafiəçisi-vəkil Quliyeva Nurlanə Nazim qızı kassasiya şikayəti təmin edilməsin. x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət K ollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-522/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-522/2020
15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver