Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-522/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızı, Müdafiəçi – Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Ələsgərov Hafiz Zakir oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsin in 19 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Ələsgərov Hafiz Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.İ.Əliyev, hakimlər C.İ.Hüseynov və E.H.İsmayılovdan ibarət tərkibdə) xx xxxx 1982-ci il tarixdə Lerik rayonunun, Rvarud kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ünvan1də qeydiyyatda olmaqla, Ünvan2də yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 29, 1 20.2.4-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkumun müdafiəçisi Ələsgərov Hafiz Zakir oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Ə.N.Bayramov, hakimlər Q.X.Babayev və N.E.Eyyubovdan ibarət tərkibdə) 16 iyun 2020-ci il tarixli qərarı ilə Məhkumun müdafiəçisi Ələsgərov Hafiz Zakir oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə məhkum olunmasına dair 19 fevral 2020-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmı şdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Ələsgərov Hafiz Zakir oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2020-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, rəsmi nikah münasibətində olsa da, şəxsi münasibətlərin pozulması ilə əlaqədar faktiki ayrı yaşadığı arvadı Zərərçəkmiş şəxs ilə 2019-cu ilin aprel ayının əvvəllərində aralarında yaranmış ailədaxili münaqişədən sonra sonuncunun onu evdən qovmaqla həmin evə buraxmamasından, qalmağa yeri olmadığından küçələrdə gecələməsindən bezərək, bu cür həyat tərzi yaşamağa arvadı Zərərçəkmiş şəxsin səbəbkar olmasını hesab edərək, sonuncuya qarşı yaranmış nifrət hissinin təsir i altında qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib, 2019-cu ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən mağazadan əldə edərək, üzərində gəzdirdiyi mətbəx bıçağı ilə silahlanaraq həmin niyyətini həyata keçirtmək üçün əlverişli fürsət əldə etmək məqsədilə 23 aprel 2019-cu il tarixdə, saat 11 radələrində yaşadıqları Binə qəsəbəsində xxxxi təqib etməklə, avtobusa minib Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində düşmüş, xxxxx oğlu X2 ilə birlikdə həmin küçədə yerləşən “Unibank”-a daxil olub çıxdıqdan sonra saat 11:20 radələrində ünvan 1 ünvanında yerləşən «Azərpoçt»un 44 saylı şöbəsinin qarşısında arxadan sonuncuya yaxınlaşıb bir əli ilə boynundan tutaraq digər əli ilə üzərində gəzdirdiyi mətbəx bıçağını çıxarıb, a zyaşlı oğlu X2un gözü qarşısında sonuncuya xüsusi əzab verdiyini dərk edərək, yəni xüsusi amansızlıqla, qəsdən öldürmək məqsədi ilə arvadı Zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi vuraraq, sonuncuya boynun sıyrığı kimi sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilməyən, döş qəfəsinin daxilə (döş boşluğuna) nüfuz etməyən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol əlin kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa yüngül dərəcəli zərər vurmaya aid və daxili qanaxma və sağ tərəfli pnevmatoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının arxa səthinin plevra boşluğuna (daxilə) nüfuz edən 01 (bir) ədəd həyat üçün təhlükəli olan sağlamlığa ağır dər əcəli zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs aktiv müqavimət göstərdiyindən, hadisə zamanı bıçağın tiyəsi sındığından, habelə, yoldan keçən şəxslər hadisəyə müdaxilə edərək ona mane olduğundan, eləcə də, Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olduğundan o, öz iradəsindən asılı olmayan səbəblərə görə sonuncunu xüsusi amansızlıqla qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxsi xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni, xüsusi amansızlıqla qəsdən həyatdan mərhum etməyə cəhd etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Ələsgərov Hafiz Zakir oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum məhkəmə istint aqı zamanı verdiyi ifadəsində həyat yoldaşı Zərərçəkmiş şəxs və azyaşlı oğlu X2ni çox sevdiyini, birgə nikahlarından X2 adlı azyaşlı övladının olduğunu, arvadının onu evdən qovduğunu, evə qayıtmaq üçün ona çox yalvardığını, sonuncu dəfə isə oğlu X2dən ayrı qala bilməməsi səbəbindən Zərərçəkmiş şəxsi qorxudub özü ilə birgə yaşamağa məcbur etmək üçün bıçaqla vurduğunu göstərmişdir. Məhkum məhkəmə istintaqı zamanı verdiyi sərbəst ifadəsində həyat yoldaşı Zərərçəkmiş şəxsi öldürmək məqsədinin olmadığını, həmçinin zərərçəkmiş şəxsi bıçaqla vurarkən ətrafda heç kimin olmadığını dəfələrlə göstərsə də, hökmdə Məhkum ifadəsində guya onları tanımadığı şəxslərin araladığını bildirdiyini göstərmişdir. Bu tamamilə yalandır. Belə ki, Məhkum müdafiəçinin iştirakı ilə verdiyi sərbəst ifadəsində Zərərçəkmi ş şəxsi bıçaqla vurarkən hadisə yerində heç kimin olmadığını, onları heç kimin aralamadığını, hadisə yerindən gedərkən zərərçəkmiş şəxsin ayaq üstə olduğunu göstərmişdir. Bundan əlavə, Məhkum Zərərçəkmiş şəxsi bıçaqla vurarkən oğlu X2ə mənəvi iztirablar vermək məqsədinin olmadığını, X2nin onlardan aralı olduğunu göstərmiş, mübahisənin çox qısa çəkdiyini, ətrafda heç kimin olmadığını və onları heç kimin aralamadığını göstərmişdir. Lakin, şahidlər X3 və X9 ibtidai istintaq zamanı verdikləri ifadələrində hadisəni uzaqdan gördüklərini, Zərərçəkmiş şəxs ilə Məhkumu kiminsə araladığını gördüyünü göstərmişdir. İbtidai istintaq zamanı beş yaşlı X2 rayon prokurorluğuna çağırılaraq şahid qismində dindirilmiş bununla da, istintaqı aparan müstəntiq tərəfindən Azərbaycan Respublikası CPM-nin 95.2-ci ma ddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, 5 yaşlı X2 anası Zərərçəkmiş şəxsin himayəsində olduğundan onun təsiri altında həqiqəti gizləmək imkanının nə dərəcədə mümkün olması məsələsi mübahisəlidir. Belə ki, X2vun cəmi 5 yaşı var və onun hadisələri və işin hallarını düzgün qavraya və düzgün ifadə etməsi mümkün deyildir. Bütün bu göstərilənlər Məhkum azyaşlı oğlu X2ə mənəvi iztirablar yetirmək məqsədinin olmadığının açıq isbatıdır. Cinayət hüquq nəzəriyyəsinə görə təqsirləndirilən şəxsin hərəkətlərində xüsusi amansızlıq o halda mövcud ola bilər ki, şəxsin adam öldürməkdə məqsədi 3-cü şəxsə mənəvi iztirablar yetirməyə yönəlmiş olsun. Məhkum hərəkətlərində isə bu hal mövcud olmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarını ləğv etməklə Məhkumun əməlinin tövsif edilməsi haqqında və ya cinayət işinin yenidən apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında məhkumun müdafiəçisi H.Z.Ələsgərov çıxış edərək kassasiya şikayətində qeyd etdiyi halları bir daha vurğulayaraq şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızı çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməs inin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin m addədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi Ələsgərov Hafiz Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayətində Məhkumun barəsində məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, məhkumun əməlinin düzgün tövsif edilmədiyi iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirə n əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual M əcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Məhkumun məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsinin dispozisiyası xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrin də göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlinin CM-nin müvafiq maddəsi ilə düzgün tövsif edilmədiyi məhkum olunmuş şəxs tərəfindən zərərçəkmişi öldürmək istəmədiyini, əməldə ümumiyyətlə “amansızlığın” olmadığı iddia edilir. Göstərilən dəlillərə qiymə t verərək məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarın 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə pr osesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkumun Zərərçəkmiş şəxsi azyaşlı oğlu X2nun gözü qarşısında sonuncuya xüsusi əzab verdiyini dərk edərək, yəni xüsusi amansızlıqla, qəsdən öldürmək məqsədi ilə bədəninin mü xtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi vuraraq xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etməsi bu hadisəni görən azyaşlı X2nun ağlaması hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Belə ki, işin faktiki hallarına cinayət əməlinin subyektiv cəhətinə əsasən qiymət verilərkən müəyyən olunur ki, cinayət hadisəsini törədən zaman Məhkum öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. Burada Məhkumun niyyətinin məhz zərərçəkmiş şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin xarakteri və lokalizasiyası, həmçinin məhkum un və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri məhkəmələr tərəfindən nəzərə alınmış, Məhkumun əməlinin xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd kimi tövsif edilməsi sübutların məcmusu ilə təsdiq olunmuşdur. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı ape llyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüy ü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkumun təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Odur ki, məhkumun əməlinin tövsifinin dəyişdirilməli olması barədə müdafiə tərəfinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Bundan əlavə qeyd edilən lərə əsasən müəyyən olunur ki, məhkumun müdafiəçisi kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürülmüş iş üzrə ifadə vermiş şahidlərin ifadələrinin sübut kimi qəbul edilməzliyi, azyaşlı X2nun ifadəsinin prosessual tələblərə əsasən alınmadığı ilə bağlı iddiaların əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və m üdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkumun hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkumun hərəkətlərində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiy ası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, təkrarlanan epileptiforum tutmalar xəstəliyinin olmasını, cinayəti qismən etiraf edib, səmimi peşman olmasını), cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cə zanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Ələsgərov Hafiz Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Ələsgərov Hafiz Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təq sirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarı məhkumun müdafiəçisi Ələsgərov Hafiz Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-522/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-522/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver