Məhkəmə qərarları › İş №1(102)-522/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-522/2022

14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-522/2022 14.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 oktyabr 2021-ci il tari xli, 1(106)-624/2021 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Sabir oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1993-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayır. 2. 20 may 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. İttiham aktı na görə, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 2 ədəd qara rəngli kağız bükülüdə - hər birində 0,549 qram və 0,504 qram olmaqla, ümumilikdə 1,053 qram çəkidə narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin narkotik vasitənin bir bükümdə olan 0,549 qramını 26 fevral 2020-ci il tarixdə Cəlilabad şəhəri, H.Əliyev prospektində qohumu Nəcəfov Emin Əliqulu oğluna pay verməklə qanunsuz olaraq satmış, sonuncu həmin gün saat 12 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad şəhəri H.Əliyev prospektində keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış ap arılarkən həmin 0,549 qram heroin qara rəngli kağıza bükülmüş halda Emin Nəcəfovun əynindəki sarı rəngli gödəkcənin sağ yan cibindən, əməliyyat tədbirinin davamı olaraq özü də həmin gün saat 12 radələrində eyni ərazidə saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılarkən qalan 0,504 qram heroin əynindəki qara rəngli şalvarın sağ yan cibindən qara rəngli kağıza bükülmüş halda aşkar olunaraq götürülmüşdür. 3. 09 iyun 2020-ci il tarixdə Cəlilabad Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 26 fevral 2020-ci il tarixd ə, saat 12 radələrində qohumu Nəcəfov Emin Əliqulu oğlu ilə birlikdə Cəlilabad şəhəri, H.Əliyev prospekti ilə piyada getdikləri zaman peşə məktəbinin yaxınlığında yerdə sellofan bükülü görərək, həmin bükülünü yerdən götürüb açdıqda, içərisində narkotik vasitə olan heroin olduğunu görmüşlər. Məhkum və Emin Nəcəfov həmin narkotik vasitəni iki yerə bölmək qərarına gəlmişlər və birlikdə bunu edib narkotik maddəni siqaret kağızına bükmüşlər. Emin Nəcəfov öz payını, Məhkum isə öz payını götürüb ciblərinə qoymuşlar. Həmin tarixdə, saat 12 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılarkən üzərində olan 0,504 qram heroin əynindəki qara rəngli şalvarının sağ yan cibindən qara rəngli kağıza bükülmüş hal da aşkar olunaraq götürülmüşdür.

5. Birinci instansiya məhkəməsinin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etməli olduğu halda, ibtidai istintaq orqanı düzgün olmayaraq onun əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif etmiş, məhkəmə istintaqı zamanı isə Məhkum istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onda narkotik vasitənin hazırlanması üçün avadanlığın olması və ya təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və ya saxlaması nə işdə olan sübutlarla, nə də ki, şahid ifadələri ilə öz təsdiqini tapmamışdır. Nəticədə birinci instansiya məhkəməsi hesab etmişdir ki, Məhkum narkotik vasitə - heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinə dair hər hansı bir mötəbər sübut olmadığı halda, sadəcə qeyd olunan narkotik vasitənin Nəcəfov Emin Əliqulu oğlu ilə birlikdə tapdıqdan sonra qarşılıqlı razılaşma əsasında Məhkum tərəfindən iki yerə bölünərək bir hissəsinin Emin Nəcəfova pay verilməsinə əsaslanaraq, Məhkum əməlinin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi kimi tövsif edilməsi yolverilməzdir.

6. Müvafiq olaraq, Cəlilabad Rayon Məhkəməsinin 1(073)-130/2020 nömrəli, 08 sentyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, ibtidai istintaq zamanı 26 fevral 2020-ci ildən 28 fevral 2020-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 3 (üç) gü n Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 6 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılması və üzərində 2 (iki) il 5 (beş) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, hökmlə digər məsələlər həll edilmişdir.

7. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün ləğv edilməsini, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməklə və həmin maddənin sanksiyası həddində cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apelyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəm ə əməlin hüquqi tövsifinə dair nəticəyə gələrkən faktiki olaraq təqsirləndirilən şəxsin işin obyektiv hallarına uyğun gəlməyən ifadəsinə əsaslanmış, işin digər hallarını ümumiyyətlə nəzərə almamışdır. Hökmdə məhkəmə iş üzrə toplanmış, məhkəmədə tədqiq edilmiş obyektiv sübutları qəbul etməməsinin motivlərini göstərməmiş, tədqiq olunan sübutları düzgün qiymətləndirməmiş, təqsirləndirilən şəxsin əməlini tövsif etməsinin motivlərini kifayət qədər əsaslandırmamış və iş üzrə qeyri-obyektiv nəticəyə gəlmişdir. Məhkəmə təqsirləndirilən şəxs Məhkum cinayət əməlinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, onun tərəfindən törədilən konkret cinayət əməlinin cəhətləri ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında tam uyğunluq ol masını nəzərə almamış, nəticə etibarilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olan Məhkum əməlini düzgün tövsif etməməklə, Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq və digər prinsiplərini pozmuşdur. Bundan başqa, məhkəmə Məhkum cəza təyin edərkən işin hallarını, cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə almamış və nəticədə ona yüngül cəza təyin etmişdir.

8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 oktyabr 2021-ci tarixli, 1(106)-624/2021 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 1(073)-130/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 oktyabr 2021-ci il tarixli, 1(106)-624/2021 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya protestinin dəlilləri

10. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eyni olmuş, kassasiya protestinin müəllifi onları təkrarlamaqla kassasiya protestində qeyd etmişdir ki, məhkəmələr tərəfindən yekun qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilmədiyindən, Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərkən səhvə yol verilmişdir. Həmçinin məhkum edilmiş şəxsə cəza təyin edilməsi zamanı qanunvericiliyin cəza təyini il ə bağlı müddəalarının tələblərinə əməl edilməmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 oktyabr 2021-ci il tarixli, 1(106)-624/2021 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

11. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiya məhkəməsində mə hkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasə n cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən 234.1-ci maddəsinə dəyişdirildiyini, həmçinin təyin edilən cəzanın yüngül olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 oktyabr 2021-c i il tarixli, 1(106)-624/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tər əfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Balakən Rayon Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərardadı, 23 iyul 2021-ci il).

22. Məhkəmə kollegiyası kassasiya protestinin dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

23. Belə ki, Məhkum əməlinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunmasının mübahisələndirilməsi üzrə dövlət ittihamçısı tərəfindən irəli sürülmüş dəlillər hər iki aşağı instansiya məhkəmələri tərəfindən yoxlanılmış, məhkəmələr həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişlər.

24. Apellyasiya instansiyası məhkəməsi hazırki kassasiya protesti ilə mübahisələndirilən qərarında tamamilə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Məhkum narkotik vasitə - heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsin ə dair hər hansı bir mötəbər sübut olmadığı halda, sadəcə qeyd olunan narkotik vasitənin onlar tərəfindən tapıldıqdan sonra qarşılıqlı razılaşma əsasında Məhkum tərəfindən iki yerə bölünərək bir hissəsinin Emin Nəcəfova pay verilməsinə əsaslanaraq, Məhkum əməlinin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi kimi tövsif edilməsi yolverilməzdir.

25. Bu səbəblərdən apellyasiya instansiyası məhkəməsi sübutları bir daha ayrıayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz Məhkum tərəfindən törədilmişdir, hərəkətlərində ona ittiham verilmiş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində yox, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün tərkib əlamətləri var dır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmiş, eləcə də onun əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir.

26. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi cinay ət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

27. Məhkəmələrin yuxarıda qeyd edilən nəticəsi müvafiq qanunvericilik normaları və məhkəmə praktikası ilə müəyyən edilmiş prinsiplərə də uyğun olmuşdur.

28. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə görə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkətlər yalnız əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədlə həyata keçirildikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

29. Qanunun istinad edilən normasın a şərh verən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarda həmçinin məhkəmələrin nəzərinə çatdırlmışdır ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həll i üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı, §§ 8 və 9, 04 mart 2011-ci il)

30. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (bax, İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səb əblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021).

31. Bu baxımdan, Məhkum narkotik vasitə - heroini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinə dair hər hansı bir mötəbər sübut olmadığı halda, onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan əməli törətdiyi əsasla cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı.

32. Kassasiya protestinin Məhkum təyin edilmiş cəza hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfin dən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).

33. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud di gər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

34. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

35. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

36. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CMnin 61-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

37. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

38. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

39. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

40. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyi şdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşd irilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

41. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlan masına dair qərar qəbul etmək səlahiyyəti verir.

42. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın açıq-aydın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.

43. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edildiyi cinayət əməli – satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kimi təsbit edilmişdir.

44. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzala rı nəzərdə tutulmuşdur.

45. Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, yəni sanksiya daxilində olan cəza təyin edilmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi Məhkum cəzа təyin еdərkən, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayəti etiraf edərək əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Məhkum cəzasını yüngülləşdirən hallar kimi, cəzanı ağırlaşdıran halların olmamasını, humanizm və ədalət prinsiplərini nəzərə alıb, habelə onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayıb, məhkuma 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə dair yekun nəticəyə gəlmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, təqsirləndirilən şəxs Məhkum şəxsiyyətini səciyyələndirən və törədilmiş əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi qəbul edərək, bu halları onun cəmiyyətdən tam təcrid olunmadan nəzarət altında islah olunmasının mümkünlüyünü təsdiq edən hallar kimi qiymətləndirmiş və Məhkum azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması barədə maddi hüquq normalarına riayət edilməklə, qanuni və əsaslı nəticəyə gəlmişdir. Bu səbəbdən apelyasiya protestinin birinci instansiya məhkəməsinin törədilən cinayətin xarakterinə və ict imai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olmayan cəza təyin etməsi barədə dəlilləri əsassız hesab edilmişdir.

48. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, aşağı instansiya məhkəmələrinin bu hissədə qəbul etdiyi qərarları maddi hüquq normalarına uyğundur. Məhkum cəza təyin edilərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətini səciyyələndirən hallar, təyin olunan cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsiri, o cümlədən cəzanı yüngülləşdirən hallar kimi törətdiyi cinayət əməlini etiraf edərək cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşadığı y er üzrə müsbət xarakterizə olunması, cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmış, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət edilmişdir.

49. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

50. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci ma ddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

51. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 oktyabr 2021-ci il tarixli, 1(106)-624/2021 nömrəli dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 15 oktyabr 2021-ci il tarixli, 1(106)-624/2021 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar