Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-522/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2, cinayət məsuliyyətindən azad edilmiş şəxs Məhkum və onun müdafiəçisi Müdafi əçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1387/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərarından mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə, cinayət təqibinə xitam verilmiş şəxs Məhkum və onun Müdafiəçi Nəcəf oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1959-cu il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, hazırda "xxxx" MTK-da hüquqşünas işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşayan.
2. İstintaq orqanı tərəfindən Məhku m Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 213.2.2-ci maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki o, kooperativin digər faktiki rəhbəri X9 və X5 ilə birlikdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayışsahəsi, 13m ünvanda 4 girişli, 12 mərtəbəli, 322 mənzilli yaşayış binası inşa etmiş, 2010- cu ildə həmin binanın 1ci və 2-ci girişlərinin, 2012-ci ildə isə 3-cü və 4-cü girişlərinin tikintisini başa çatdıraraq, vətəndaşların sərəncamına vermiş, 2007-2015-ci illər ərzində həmin binanın yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirmiş, kooperativin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları yerinə yetirərək, sahibkarl ıq fəaliyyəti ilə məşğul olub, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Məhkum X9 və X5 ilə qabaqcadan əlbir olub Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82, 154.1, 177.1.2, 177.1.3, 177.2. 218.1.3 və 203.1-ci maddələrinin tələblərini pozaraq xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr ərzində satışdan əldə olunmuş cəmi 9.500.378,0 manat məbləğində gəlirlər barədə məlumatları vergi orqanına təqdim etdiyi bəyannamələrdə bilə-bilə təhrif etməklə və bəya nnamə təqdim etməməklə, xx.xx.2009-cu ildən xx.xx.2015-ci il tarixədək olan dövrdə ümumilikdə külli miqdar təşkil edən 801.593,78 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-8/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə (həmin maddəyə «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli, 816-VQD nömrəli Qanunu ilə dəyişiklik edilənədək qüvvədə olmuş redaksiyada) təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti həmin Məcəllənin 75.1.2-ci maddəsinə əsasən keçdiyinə görə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi, Az ərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mülki iddiasının qismən təmin edilməsi, Məhkum 9.852 (doqquz min səkkiz yüz əlli iki) manat 94 (doxsan dörd) qəpik tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsinin həmin qərarından mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən apellyasiya şikayəti verilərək, qərarın qismən - mülki iddianın rədd edilməsi hissəsində ləğv edilərək iddianın həmin hissədə də təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntular ına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində, Azərbaycan Respublikası CM-nin 213-cü maddəsində nəzərdə tutulan vergi ödəməkdən yayınma cinayət əməlinə görə məsuliyyətə cəlb etmə müddəti isə həmin Məcəllənin 75-ci maddəsində nəzərdə tutulan qaydada tətbiq olunmalıdır. Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinə əsasən bu Məcəllənin 213-cü maddəsində nəzərdə tutulan əməlləri törətmiş şəxs cinayət törətdiyi gündən 7 il keçdikdə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət mühakimə icraatında mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərində əmlak məsuliyyəti qoyula bilən şəxsə qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddiadır. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi cinayət təqibini istisna edən hallardan biridir. Lakin bu mülki iddianın da rədd edilməsinə əsas vermir. Çünki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 179.4-cü maddəsinə görə cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Məhkəmə istintaqı zamanı toplanılmış sübutlara əsasən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli olması öz təsdiqini tapmış, lakin Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işi üzrə icraata xitam verilmiş, mülki iddia isə qismən təmin edilmişdir. Nəticədə məhkəmə qərar qəbul edərkən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır.
5. Bakı Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1387/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-8/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qərarı mülki iddiaya dair hissədə dəyişdirilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş mülki iddianın təmin edilməməsinə dair hissədə baxılmamış saxlanılmış, qərar qalan hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən kassasiya şikayəti, barəsində cinayət təqi binə xitam verilmiş şəxs Məhkum və onun Müdafiəçi Nəcəf oğlu tərəfindən birgə kassasiya şikayəti vermişlər. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
7. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eynidir, kassator onları təkrarlamaqla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2022-ci il tarixli qərarının qismən – mülki iddianın baxılmamış saxlanılması hissəsində ləğv edilməsini, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş mülki iddianın həmin hissədə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.
8. Barəsində cinayət təqibinə xitam verilmiş şəxs Məhkum və onun Müdafiəçi Nəcəf oğlu tərəfind ən birgə verilmiş kassasiya şikayətində qeyd edilmişdir ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 213-cü maddəsinin redaksiyasına əsasən 9.852,94 manat məbləğində vergiləri ödəməkdən yayınma cinayət sayılmır. Məhkum 2015-ci ilin mart-aprel ayları üzrə 9.852,94 manat məbləğində vergiləri ödəməkdən yayınması Azərbaycan Respublikası CM-nin 213-cü maddəsinin tərkibini yaratmadığından, birinci instansiya məhkəməsi onu cinayət məsuliyyətinə cəlb etməmiş və mülki iddianı həmin məbləğdə təmin etmiş, Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsi barədə cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti həmin Məcəllənin 75.1.2-ci maddəsinə əsasən keçdiyinə görə xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi cinayət təqibinə (cinayət işi üzrə i craata) xitam verildikdə cinayət prosesi çərçivəsində mülki iddiaya baxılmasının yolverilməz olduğunu qeyd etsə də, mülki iddianın təmin edilmiş hissədə dəyişdirmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı mülki iddianın təmin edilməmiş hissədə baxılmamış saxlanılması və mülki iddiaçıya mülki iddiaya sonradan mülki mühakimə icraatı qaydasında vermək hüququnun izah edilməsi hissəsində əsassızdır. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, Məhkum 2015-ci ilin mart ayınadək olan dövr üzrə törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilə bilmədiyindən cinayət təqibinə xitam verilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq mülki iddianı 2015-ci ilin mart ayınadək olan dövr üzrə təmin etməmişdir. Göründüyü kimi, qanunvericilik cinayət məsul iyyətinə cəlb etmə müddəti keçdikdə, şəxsin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətinə cəlb edilməsini və vergi öhdəliklərinin yaranmasını istisna edir. Belə olan halda, mövcud olmayan vergi öhdəliyinə görə mülki iddianın təmin edilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1387/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərarının mülki iddianın təmin edilməmiş hissədə baxılmamış saxlanılmasına aid hissəsində ləğv edilməsi və mülki iddianın həmin hissədə təmin edilməməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
9. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciə tlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməl ərindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal G əlirlər Baş İdarəsi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının mülki iddianın həllinə aid hissəsində işin faktiki hallarına uyğun olmadığını iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
15. Barəsində cinayət təqibinə xitam verilmiş şəxs Məhkum və onun Müdafiəçi Nəcəf oğlu birgə verdikləri kassasiya şikayətində həmçinin apellyasiya instansiyası məhkəməsinin qərarının mülki iddianın həllinə aid hissəsində işin faktiki hallarına uyğun olmadığını iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdiri lməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1387/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 17. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
18. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etm əklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
19. Məhkəmə kollegiyası hər iki kassasiya şikayətində mülki iddianın 2015-ci ilin mart ayından əvvəl dövrə aid hissəsi barədə dəlillərini nəzərdən keçirərək qeyd edir ki, mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin verdiyi apellyasiya şikayətinin araşdırılması zamanı bu dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımınca tədqiq edilib müvafiq əsaslandırma verilməklə cavablandırılmışlar. Mülki iddiaçı hazırda apellyasiya instansiyası məhkəməsinin qərarını həmin hissədə mübahisələndirsə də, qərarı n müvafiq nəticəsini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etməmiş və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmamışdır. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələ üzrə gəldiyi nəticə mülki iddiaçının təqdim etdiyi bütün iş materiallarının obyektiv araşdırılmasına, əlaqəli maddi və prosessual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətlərində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin həmin hissədə gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarın mülki iddianın 2015-ci ilin mart ayından əvvəl dövrə aid hissəsinin kassasiya şikayətinə münasibətdə ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən hissədə gəldiyi qənaətini şübhə altına almaq üçün əsas görmür.
20. Bununla belə, mübahisələndirilən qərardan görünür ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum barəsində cinayət təqibinin istər 2015-ci ilin mart ayından əvvəl, istərsə də sonra olan aid hissələrinə xitam verilməli olduğu haqda nəticəyə gəlsə də (qərarın həmin hissədə qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkün olduğuna görə, məhkəmə kollegiyası artıq verilmiş müvafiq ətraflı şərhin yenidən təkrarlanmasına lüzum görmür), verilən mülki iddianın bir hissəsinin baxılmamış hesab edilməli olduğu barədə nəticəyə gəlib, digərinin - 9.852,94 manat pul vəsaitinin Məhkum tutulara q dövlət büdcəsinə ödənilməsinə münasibətdə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
21. Halbuki, apellyasiya instansiyası məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında mülki iddianın baxılmasını tənzimləyən XİX-cu fəslinin normalarını öz qərarında düzgün olaraq təfsir etməklə və artıq formalaşmış məhkəmə təcrübəsinə əsaslanmaqla qeyd etmişdir ki, cinayət mühakimə icraatında mülki iddia şəxsə qarşı irəli sürülmüş ittihama baxılması ilə eyni zamanda həll olunur. Şəxsin əməlinə cinayət mühakimə icraatı qaydasında baxılmalı olmadığı (şəxsin barəsində cinayət təqibinin aparılmasını istisna edən halların mövcud olduğu) aşkar edildikdə, həmin əməllə bağlı qaldırılmış mülki iddianın belə icraat çərçivəsində həll edilməsi üçün əsaslar da aradan qa lxmış olur. Nəticədə, cinayət təqibinin, müvafiq olaraq cinayət işi üzrə icraatın aparılmasını istisna edən hal icraatın davam etdirilməsini və şəxsə qarşı irəli sürülmüş ittiham üzrə həmin icraat çərçivəsində araşdırmanın davam edilməsini mümkünsüz etdiyindən, cinayət prosesində irəli sürülmüş mülki iddia üzrə ayrıca (müstəsna olaraq mülki iddiaya baxmaq məqsədilə) məhkəmə araşdırmasının davam etdirilməsi də istisna olunur.
22. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərarına münasibətdə gəldiyi, mülki iddianın təmin edilməmiş hissəsinin baxılmamış saxlanılması barədə nəticə düzgün olsa da, bununla yanaşı 9.852,94 manat məbləğində pul vəsaitinin təmin edilməsi barədə hissəsinə hər hansı münasibət bildirmədən həmin hissənin qüvvədə saxlan ılması barədə qərarı qanuni və əsaslı hesab edilə bilməz.
23. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, barəsində cinayət təqibinə xitam verildiyindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Məhkum qarşı verdiyi mülki iddia bütövlükdə baxılmamış saxlanılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, mülki iddiaçının kassasiya şikayəti təmin edilməməli, barəsində cinayət təqibinə xitam verilmiş şəxs Məhkum və onun Müdafiəçi Nəcəf oğlunun kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiy a Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1387/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərarı yuxarıda qeyd edilən qaydada dəyişdirilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təmin edilməsin. Barəsində cinayət təqibinə xitam verilmiş şəxs Məhkum və onun Müdafiəçi Nəcəf oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1387/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.