Məhkəmə qərarları › İş №1(102)-522/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-522/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-522/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxs Xıdırov Mehdi Zahir oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətn də: Azərbaycan Respublikası CM-in və ya CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2023-cü il tarixli, 1(103)-895/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum 8 aprel 1988-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu 11-ci Xrebtovı küçəsi ev 159-a ynvanında qeydiyyatda olmaqla yaşayır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş in faktiki hallarına görə, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgə əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə «STAR» RENTACAR şirkətini işlətdiyini bildirib «əgər hər hansı avtomobil alıb onun şirkətinə icarə verərsə, aylıq ona əlavə gəlir verəcəyini» deyib işbirliyi quracaqlarına vəd verib vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin oktyabr ayının sonlarında Niva markalı avtomobil alıb şirkətinə icarəyə götürəcəyi və ayda 400 manat gəlir verəcəyinə vəd verməklə Bakı şəhəri Nəsimi rayonu ərazisində Səməd Vurğun bağının yaxınlığında Xıdırov Mehdi Zahir oğlundan 1000 0 manatı, hər ay 700 manat gəlir verəcəyini vəd verməklə 2018-ci ilin noyabr ayında Bakı şəhəri Nərimanov rayonu ərazisində olan “Gənclik” metrosu yaxınlığında 19.000 manata aldığı “Hyundai Elantra” markalı **-NE-*** dövlət nömrə nişanlı avtomobili, əvvəl aldığı Niva markalı avtomobilə əlavə qurğular alacağı adı ilə aldadaraq 5000 manatını, 2018-ci ilin dekabr ayının axırında Bakı şəhəri Yasamal rayonu A.Abbasov küçəsi-1C ünvanında sahibi tərəfindən təcili satıldığını dediyi “Ford Mustang” markalı **-VU-*** dövlət nömrə nişanlı avtomobili almaq və həmin avtomobilə görə ayda 1000 manat gəlir verəcəyini vəd verib aldadaraq 20.400 manat məzənnəsi ilə 12.000 ABŞ dollarını, avtomobilin cəriməsini ödəmək və daha sonra gəlirdən qaytaracağını vəd verib aldadaraq 700 manatı, övladının anadan olma sına görə borc adı ilə aldadaraq 600 manatını, hər gündə 40 manat gəlir verəcəyini vəd verib aldadaraq 2019-cu ilin yanvar ayında Nərimanov rayonunun Gənclik metrosu yaxınlığında 20.000 manata aldığı Hyundai Elantra markalı **-KX-*** dövlət nömrə nişanlı avtomobili, “Media Balans” turizm şirkətin Azərbaycanda müqavilə bağladığı otellərə qonaqların yerləşdirilməsi işinə qoşulmaq və hər ay 5.000 manat gəlir götürməyi vəd verib aldadaraq 60.000 manat verməsini təklif edib 26 fevral 2019-cu ildə Bakı şəhəri Nərimanov rayonu Həsən Əliyev küçəsindəki 03 saylı Asan Xidmət mərkəzində 30.000 manatını, 27 fevral 2019-cu ildə Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 01 saylı Asan xidmət mərkəzin notariusunda borc müqavilələri bağlamaqla 30.000 manat pulunu, azyaşlı övladının ürəyindəki problemlə b ağlı Moskva şəhərində əməliyyat olunması adı ilə aldadıb 2020-ci ilin oktyabr ayında Bakı şəhəri Yasamal rayonu A.Abbasov küçəsi-1C ünvanında 10.000 manat pulunu, göstərilən müddətdə vahid niyyətlə əhatə olunan qəsdlə «Rent A Car» işlətmək və gəlirdən qaytaracağını vəd verib etibarından sui-istifadə edib aldadaraq hissə-hissə 13.300 manat nəqd pulu, baha qiymətə satılan “Mersedes Qalenvagen”, “Hundai Elantra” markalı avtomaşınları göstərib, yeni “RENTACAR” açıb işlədəcəyi və bu avtomaşınları baha qiymətə icarəyə verib pulunu qaytaracağını vəd verib aldadaraq və etibarından sui-istifadə edib vahid niyyətlə həyata keçirilən qəsdlə 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayının 15-nə kimi dövrdə Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi-1 ünvanında nəqd, «E Manat» ödəmə terminalı və kart dan-karta ödəməklə 7.230 manat və 6.800 manat məzənnə ilə 4000 ABŞ dolları alaraq ələ keçirmiş, vəd verdiyi gəlirləri bir müddət ödəməklə etibarını qazanıb öz etibarından sui-istifadə edib ondan aldığı avtomobilləri başqalarına satmaqla, nəqd pulları şəxsi ehtiyacları üçün xərcləyib zərərçəkmiş Mehdi Xıdırova ümumilikdə 173.030 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X10 (sədrlik edən), X5 və X2 qızından ibarət məhkəmə tərkibində) 11 oktyabr 2022-ci il tarixli, 1(101)-1672/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikasının CM-in 178.3.2-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə, cəzasının əvvəlinin 5 iyul 2022-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi müəyyən edilmişdir.

4. Hökmdən zərərçəkmiş şəxs Xıdırov Mehdi Zahir oğlu apellyasiya şikayəti verərək, məhkum barəsində təyin edilmiş cəzanın ağırlaşdırılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən), X11 və X6 ibarət məhkəmə tərkibində) 19 yanvar 2023-cü il tarixli, 1(103)-266/2023 nömrəli qərarı ilə zərərçəkmiş şəxs Xıdırov Mehdi Zahir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 1(101)-1672/2022 nömrəli hökmünün zərərçəkmiş şəxsin şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Daha sonra, Bakı Ağır C inayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 1(101)1672/2022 nömrəli hökmündən Məhkum apellyasiya şikayəti verərək, barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən), X12 və X1 ibarət məhkəmə tərkibində) 31 may 2023-cü il tarixli, 1(103)-895/2023 nömrəli qərarı ilə təqsirləndirilən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən Məhkum barəsində olan 11 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası CM- in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, 3 (üç) il sınaq müddətinə şərti olaraq t ətbiq edilməsi, Məhkum davranışı üzərində nəzarəti həyata keçirməyin Bakı şəhər İcra və Probasiya şöbəsinə tapşırılması, Məhkum üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmə, elektron nəzarət vasitəni gəzdirmə və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması, sınaq müddətinin əvvəlinin Məhkum İcra və Probasiya Şöbəsi tərəfindən onun qeydiyata alındığı gündən hesablanması müəyyən edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2023-cü il tarixli, 1(103)895/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etira zlar:

9. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına istinadlar edərək göstərmişdir ki, məhkum edilmiş şəxs barəsində şərti məhkum etmə institutu tətbiq olunarkən apellyasiya məhkəməsi tərəfindən cinayət qanununun müvafiq normalarının, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı mövqeyə əməl edilməmiş, cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (törədilməsi halları) nəzərə alınmamış, cəzanı yüngülləşdirən hallar isə düzgün müəyyən edilməmişdir. Belə ki, təqsirləndirilən şəxsin ittiham olunduğu CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət əməli ağır cinayətlər kateqoriyasına aid olmaqla əməlin əsas bilavasitə obyektini mülkiyyətin toxunulmazlığını təmin edən ictimai münasibətl ər təşkil edir ki, hazırki iş üzrə Məhkum əməlinin ictimai təhlükəlilik dərəcəsi zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın 173.030 manat olmasıdır.

10. Kassator həmçinin qeyd edir ki, Məhkum özünü təqsirli bilməməsi qeyri-səmimilik göstərməsinin təzahürü kimi çıxış etməklə, ona elan edilmiş ittiham üzrə təqsiri məhkəmə baxışında mötəbər sübutlarla kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, özünü təqsirli bilməməsi onun islah olmamasına dəlalət edən haldır. Məhkum şəxsiyyətini səciyyələndirən bu halın mövcudluğu onun barəsində şərti məhkum etmə institutunun tətbiqini istisna edən hal kimi qəbul edilməli idi.

11. Bundan başqa Məhkum şəxsiyyətini səciyyələndirən digər bir hal ondan ibarətdir ki, hazırki cinayət işi ilə paralel olaraq onun barəsində Yasamal rayon məhkəməsində də CMin 306.1-c i maddəsi ilə cinayət işi üzrə araşdırma aparılmışdır. Göründüyü kimi Məhkum başqa bir iş üzrə də fiziki şəxsin mənafeyinə qəsd edən cinayət törətmişdir.

12. Bundan başqa məhkəmə sözügedən qərarın nəticəvi hissəsində də kobud pozuntuya yol vermişdir. Belə ki, məhkəmə kollegiyası Məhkum təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasını CM-in 70-ci maddəsini tətbiq etməklə 3 il sınaq müəyyən edərək şərti hesab etsə də, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinə qiymət verməmişdir.

13. Bununla da dövlət ittihamçısı protestdə göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPMin və ya CPM-in) 416.1.21 maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 31 may 2023-cü il tarixli, 1(103)-895/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

14. Kassasiya protestinə qarşı etiraz verilməmişdir.

15. Qərardan məhkum və zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Xıdırov Mehdi Zahir oğlu kassasiya protestinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

18. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

19. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

20. Qanu nvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

21. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdiril ə bilər.

22. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini qanunsuz olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

23. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 31 may 2023-cü il tarixli, 1(103)-895/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

24. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).

25. Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə a lınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

26. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

27. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərba ycan Respublikası CM-in 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

28. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

29. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər

30. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün o lduqda, şərti məhkum etmənin tətbiqinə yol verir.

31. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

32. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

33. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

34. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

35. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraci ətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

36. Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül olması və həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında nəticə çıxarmaq üçün əsas vermir.

37. Azərbaycan Respublikas ı CM-in 178.3.2-ci maddələrinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

38. Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və həmin cəza CM-in 70-ci maddəsinə əsasən 3 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir.

39. Apellyasiya instansiya məhkəməsinin icraatı zamanı zərərçəkmiş Xıdırov Mehdi Zahir oğlu məhkəmə kollegiyasına Məhkum tərəfindən vurulmuş ziyanın tam şəkildə ödənilməsi, onunla barşımasını, məhkuma qarşı hər hansı bir şikayət və tələbinin olmaması və gələcəkdədə olmayacağı barədə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, Məhkum həbslə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etmişdir.

40. Apellyasiya instansiya kollegi yası Məhkum ailəli olmaqla himayəsində iki azyaşlı övladının olmasını, xəstə atasının himayəsində olmasını və zərərçəkmiş Mehdi Xıdırova dəymiş ziyanı tam ödəməklə zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq təqsirləndirilən şəxsin məhz azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsini məqsədəuyğun hesab etmiş, eyni zamanda onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir.

41. Kassasiya protestinin dəlilləri qismində istinad edilən məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi, həmçinin ona təyin edilən cəza növünün onun şəxsiyyətinə və törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyinə uyğun olmaması, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın 173 030 manat olmasına münasibətdə kollegiya qeyd edir ki, sözügedən hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, Məhkum məhz, apellyasiya icraatı zamanı zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını qeyd edərək, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi qənaətinə gəlmişdir. Hazırki halda isə apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək eyni əsaslarla yenidən yeni baxışa qaytarılması üçün əlavə əsaslar müəyyən edilmir.

42. Belə ki, əmələ görə barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və həmin cəzanın CM-in 70ci maddəsinə əsasən 3 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi istər əməlin, istərsə də məhkumun şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğ un olmuş, ədalətli və əsaslı hesab edilməlidir.

43. Kassasiya kollegiyası dövlət ittihamçısının protestində göstərdiyi “...özünü təqsirli bilməməsi onun islah olmamasına dəlalət edən haldır. Məhkum şəxsiyyətini səciyyələndirən bu halın mövcudluğu onun barəsində şərti məhkum etmə institutunun tətbiqini istisna edən hal kimi qəbul edilməli idi...” dəlillərinə münasibətdə qeyd edir ki, istər ibtidai istintaq, istərsə də məhkəmə icraatı zamanı şəxsin özünü təqsirli bilməsi onun islah olmasına dəlalət edən hal qismində qiymətləndirilmədiyi kimi, eyni zamanda şəxsin özünü təqsirli bilməməsi də onun islah olmamasına dəlalət edən hal qismində qiymətləndirilə bilməz. Çünki bu məqsədlə təqsirli şəxs barəsində cinayət-hüquqi xarakterli tədbir qismində cəza tətbiq edilir. Məqsəd - istəkdən qaynaqlanan, hərəkətə keçmə mərhələsinin ilk addımıdır. Yəni, məhkəmələr tərəfindən şəxsin əməlinə qiymət verilib barəsində cinayət-hüquqi xarakterli tədbir qismində cəza tətbiq edilərkənki məqsədi onun gələcək yönümlü islah olunmasından ibarətdir. Şəxsin özünü təqsirli bilməməsi islah olmamasına dəlalət edən hal qismində göstərilib onun barəsində daha ağır cəzanın təyin edilməsinə əsas verə bilməz və ya təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini istisna edən hal qismində qiymətləndirilə bilməz.

44. Həmçinin, kassasiya kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin özünün təqsirli olduğunu bildirməsi və ya təqsirli olmadığını bildirməsi CPM-in 91.5.17-ci maddəsinə əsasən onun hüquqları qismində tənzimlənmişdir. CPM-in 91.7-ci maddəsində qeyd edilir ki, təqsirləndirilən şəxsin öz hüquqlar ından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Göründüyü kimi təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, onun üçün arzuolunmaz nəticələr (barəsində daha ağır cəzanın təyin edilməsi, ona münasibətdə şərti məhkum etmə institutunun tətbiqinin istisna edilməsi və.s) doğura bilməz, əks təqdirdə təqsirləndirilən şəxsin ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasının real təminatı kimi çıxış edən pisləşməyə doğru çevrilmənin yolverilməzliyi prinsipinin tələbləri pozulmuş olar, bununla da, şəxsin öz vəziyyətini ağırlaşdırmaq təhlükəsi hətta təqsirli olmamasına əsaslar olduğu halda da öz hüququndan istifadə etməkdən imtinaya məcbur edə bilər.

45. Həmçinin qeyd edilməlidir ki, şərti məhkum etmə məhku mun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Bununla yanaşı, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Yəni, şərti məhkum etmə cəza növü olmasa da, cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunma sının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Təhlil edilənlərə əsasən dövlət ittihamçısının qeyd edilən dəlili əsassız dəlil qismində qiymətləndirilir.

46. Bundan əlavə, protestdə göstərilən “...Məhkum şəxsiyyətini səciyyələndirən digər bir hal ondan ibarətdir ki, hazırki cinayət işi ilə paralel olaraq onun barəsində Yasamal rayon məhkəməsində də CM-in 306.1-ci maddəsi ilə cinayət işi üzrə araşdırma aparılmışdır. Göründüyü kimi Məhkum başqa bir iş üzrə də fiziki şəxsin mənafeyinə qəsd edən cinayət törətmişdir...” dəlilinə münasibətdə kassasiya kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının və CPM-in təqsirsizlik prezumpsiyasını özündə ehtiva edən müddəalarına istinadən qeyd edir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs o nun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Göründüyü kimi şəxsin barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan onun barəsində aparılan cinayət işi üzrə araşdırmanın onun şəxsiyyətini mənfi xarakterizə edən hal qismində qiymətləndirilməsinə dair kassasiya protestinin dəlili əsassız və qanunsuz olmuşdur.

47. Həmçinin, protestdə göstərilən “...məhkəmə sözügedən qərarın nəticəvi hissəsində də kobud pozuntuya yol vermişdir. Belə ki, məhkəmə kollegiyası Məhkum təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasını CM-in 70-ci maddəsini tətbiq etməklə 3 il sınaq müddəti müəyyən edərək ş ərti hesab etsə də, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinə qiymət verməmişdir...” dəlilinə münasibətdə kassasiya kollegiyası qeyd edir ki, cinayət işi materiallarına əlavə edilmiş 7.6.2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarından görünür ki, Məhkum barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən başqa cinayət işi üzrə axtarışda olan məhkumun dərhal həbsdən azad edilməməsi qanunvericiliyin tələblərinə zidd olmamışdır.

48. Əksinə, kassasiya protestinin dəlillərində “...hazırki cinayət işi ilə paralel olaraq onun barəsində Yasamal rayon məhkəməsində də CM-in 306.1-ci maddəsi ilə cinayət işi üzrə araşdırma aparılmışdır...” qeyd edilmiş, lakin məhkumun həmin iş üzrə axtarışda olması hissəs inə diqqət yetirilməmiş, əsassız olaraq məhkəmə tərəfindən kobud pozuntuya yol verilməsi iddia edilmişdir.

49. Kassasiya kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlilləri qismində sadalanan hallar qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün kifayət qədər əsas hesab edilməli deyil.

50. Qeyd olunan hallar baxımından Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş və apellyasiya instansiyası məhkəməsi tərəfindən şərti olaraq tətbiq edilmiş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkil də nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, yüngül cəza kimi qiymətləndirilə bilməz.

51. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

52. Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş dövlət ittihamçısının və zərərçəkmiş şəxsin çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 31 may 2023-cü il tarixli, 1(103)-895/2023 nömrəli qər arı dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2023-cü il tarixli, 1(103)-895/2023 nömrəli qərarı apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar