Məhkəmə qərarları › İş №1(102)-522/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-522/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-522/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 1(106)-634/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxxx 1996-cı il tarixdə Masallı rayonu, Qızılavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiy a məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum, İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə naməlum şəxs (şəxslər) tərəfindən, yəni Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirilmiş istintaqa məlum olmayan tarixdə və vaxtda köhnə Bakı-Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində üzərində “122” sayı yazılmış plakatın yaxınlığında yerləşən köhnə tikiliyə qoyulmuş külli miqdarda narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə etmək üçün Təqsirləndirilən şəxs ilə birlikdə cinayətə aidiyyəti olmayan X7 idarə etdiyi “VAZ 21154” markalı, “**-OD-***” dövlət qeydiyyat nişanlı avtomobillə həmin ərazidə olan köhnə tikilinin yanına gələrək Təqsirləndirilən ş əxslə aralarında olan razılaşmaya uyğun olaraq içərisində ayrı-ayrılıqda təmiz çəkiləri- 1940 qram və 1945 qram olmaqla, ümumi təmiz çəkisi- 3885 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş “marixuana”, 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri- 975 qram və 960 qram olmaqla, ümumi təmiz çəkisi- 1935 qram külli miqdarda narkotik vasitə olan “tiryək”, 10 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla, ümumi sayı 100 ədəd, ümumi təmiz çəkisi- 04 qram külli miqdarda narkotik vasitə olan “metadon”, 1 ədəd ağ rəngli torbanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla götürdüyü yerdən bir neçə addım kənara daşımışdır. Həmin vaxt, yəni 30 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçiri lən əməliyyataxtarış tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində (ibtidai istintaq orqanı tərəfindən xx.xx.2022-ci il tarixli qərarı ilə Şahid6 barəsində cinayət işinin başlanması rədd edilmişdir. cild 2, iş.v.121) Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilmişdirlər.

3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X9 (sədrlik edən), X10 və X4 ibarət məhkəmə tərkibində) 10 iyul 2023-cü il tarixli, 1(099)-295/2023 nömrəli qərarı ilə Məhkum CM-in 32.5, 206.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısı tərəfindən cinayət təqibindən imtina edildiyinə görə Azərbaycan Respublikası CPM-in 43.1.1-ci maddəsinə əsasən onun barəsində olan cinayət təqibinə xitam verilməsi qərara alınmış, qərarla həmçinin digər T əqsirləndirilən şəxs da cinayət təqibi məsələsi həll edilmişdir.

4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X9 (sədrlik edən), X10 və X4 ibarət məhkəmə tərkibində) 10 iyul 2023-cü il tarixli, 1(099)-295/2023 nömrəli hökmü ilə Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi və cəza çəkməsinin əvvəlinin onun “şübhəli şəxs” qismində tutulduğu gündən, yəni 30 noyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması və onun hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılması, Azərbaycan Respubli kası CM-in 93 və 93-1-ci maddələrinə əsasən Məhkum cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin digər Təqsirləndirilən şəxs məsuliyyət məsələsi, maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

5. Birinci instansiya məhkəməsinin həmin hökmündən Təqsirləndirilən şəxs Böyükağa oğlunun müdafiəçisi Müdafiəçi1 və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət məhkəmə tərkibində) 11 oktyabr 2023-cü il tarixli, 1(106)634/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərə findən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Təqsirləndirilən şəxs Böyükağa oğlu və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 1(099)-295/2023 nömrəli hökmünün apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 1(106)-634/2023 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

8. Məhkum kassasiya şikayətinin dəlilləri qismində tərəfindən verilmiş apellyasiya şikayəti əsasında cinayə t işinə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən prosessual pozuntulara yol verilməsi, düzgün araşdırma aparılmaması, barəsində olan yüngülləşdirici halların kifayət qədər nəzərə alınmaması qeyd edilərək, həmin əsaslarla məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

10. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, cinayət işi üzrə digər məhkum tərəfindən isə kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:

12. Kassasiya instansiyası məhkəməsini n kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müə yyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

15. Məhkum kassasiya şikayətində barəsində təyin edilmiş cəzanı mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

16. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 1(106)-634/2023 nömrəli qərarının qan uniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

18. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tut an Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

21. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit o lunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

22. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

23. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstə rən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

24. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

25. Belə ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın həddi ilə razılaşarkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cəza təyin edilərkən Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzasını ağırlaşdıran halların olmaması, cəzasını yüngülləşdirən hallar kimi yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və anasının İ qrup əlil olması nəzərə alınmış, bu əsasla da məhkəmənin cəza təyini zamanı gəldiyi nəticə qanuni və əsaslı olmaqla cinayət qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.

26. Göründüyü kim i, Məhkum barəsində təqsirli bilindiyi maddə ilə bəraət verilməsinə həsr olunmuş məhkumun müdafiəçisinin apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncuya bəraət verilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş tələblərin fonunda onun cəzasının yüngülləşdirilməsi üçün də əlavə əsaslar müəyyən etməmiş və bununla da hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmiş və bu qənaətə gələrkən məhkumun kassasiya şikayətinin dəlilləri qismində sadaladığı hallara da hüquqi qiymət vermişdir.

27. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respubli kası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

28. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

29. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 1(106)-634/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 1(106)-634/2023 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar