Məhkəmə qərarları › İş №1(102)-523/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-523/2020

29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-523/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 iştirakları ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Təqsirl əndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim M.S.Zeynalova) xx xxxx 2019cu il tarixli hökmü ilə xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, AzərbaycanRespublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2017- ci il tarixli hökmünə əsasən CMnin 126.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 07 (yeddi) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzası bir il sınaq müddətinə şərti hesab edilmiş, Bakı şəhərinin Yasamal rayonunda Salamzadə küçəsində 1055-ci məhəllədə qeydiyyatda olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM- nin 177.2.1, 177.2.3 və 177.2.4 maddələri ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2017-ci iltarixli hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunduğu 2 (iki) il 7 (yeddi) ay 17 (on yeddi) gün azadlıqdan məhrum etmə cəzasının 1 (bir) il sınaq müddətinə tətbiq edilmiş şərti məhkum etmə CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilmiş,həmin məcəllənin 67.1-ci maddəsinə əsasən həmin hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə həmçinin X11 və X7 təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşi n halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinərək məhkum edilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs, yəni başqa şəxslərlə cinayət əlaqəsinə girərək, xx xxxxxx 2017-ci ildə, saat 19:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhərinin Sabunçu rayonunda Maştağa qəsəbəsində Ramana Südçülük sovxozunda yeni tikili evin ikinci mərtəbəsində yerləşən yataq otağının plastikdən ibarət pəncərəsini yumruqla vurub açdıqdan sonra əvvəlcədən razılaşmalarına əsasən Emil Hüseynovun yanına qayıdıb kənar şəxsləringələcəyi təqdirdə işıq vasitəsi ilə xəbər vermək məqsədi ilə birlikdə gözləmiş, İntiqam Əmiraslanov ilə o, otağa qanunsuz daxil olub, oradan termonun birinci siyirməsindən bir ədəd 2.200 manat dəyərind ə qızıldan ibarət 27 qram çəkidə qadın qolbağını, həmin qolbağın 1.700 manat dəyərində 20 qram çəkidə sırğa və üzük dəstini, bir ədəd 1.200 manat dəyərində qızıldan ibarət İtaliya istehsalı olan 11 qram çəkidə boyunbağı, bir ədəd 1.000 manat dəyərində brilyant qaşı olan sırqa, bir ədəd 2.300 manat dəyərində qızıldan ibarət 33 qram çəkidə qadın qol saatı, iki ədəd hər biri 20 manat dəyərində gümüşdən ibarət üzüyü, həmin otaqda olan dolabdan içərisində 4.300 manat, 306 manat nisbətində 180 ABŞ dollar, 314 manat 60 qəpik nisbətində 500 lari, 19 manat 99 qəpik nisbətində 10 Evro pul olan bir ədəd 10 manat dəyərində pul kisəsini, bir ədəd 50 manat dəyərində kiçik əl çantasını, hər biri 30 manat dəyərində altı dəst yataq dəstini, hər biri 50 manat dəyərində səkkiz ədəd stolüstü süfrəni, hər biri 20 manat dəyərində 20 ədəd əl-üz dəsmalı, hər biri 20 manat dəyərində altı ədəd bədən dəsmalı, hər biri 15 manat dəyərində on beş ədəd çay dəsmalını, bir ədəd Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 məxsus 50 manat dəyərində vilvet pencəyi, Zərərçəkmiş şəxs1 əri Zərərçəkmiş şəxs4 məxsus hər biri 150 manat dəyərində iki dəst qara və göy rəngli kostyumları gizli olaraq talamaqla, zərərçəkmiş şəxslərə xeyli miqdarda 15.115 manat 59 qəpik (on beş min yüz on beş manat əlli doqquz qəpik) miqdarında ziyan vuraraq oğurluq etmişdir. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlilləri: Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək apelly asiya qərarının ləğv edilməsini və məhkuma bəraət verilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı,birinci instansiya və apellyasiya instansiyası məhkəməsində əsassız olaraq ona qarşı qaldırılmış cinayət işi üzrə özünü təqsirli bilməmişdir. Ona görə ki, Təqsirləndirilən şəxs heç bir cinayət törətməmiş, baş vermiş hadisədə onun heç bir iştirakı olmamış, ümumiyyətlə baş vermiş hadisəyə onun heç bir aidiyyatı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələr əsasən psixoloji və qismən də fiziki təzyiqlər nəticəsində alınmışdır. 14-cü PB-də “lazımi” ifadələr verməyəcəyi təqdirdə şəxsiyyətini alçaldan hərəkətlərə məruz qalacağı ilə hədələri ilə ilk ifadələrin alınmasını Təqsirləndirilən şəxs özü məhkəmədə geniş iz ah etmişdir. Bundan başqa, xx xxxxxx 2017-ci il tarixdə Zərərçəkmiş şəxs1 evindən edilən oğurluqda iştirak edən və Sabunçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə həmin oğurluğa görə məhkum edilən və hazır ki iş üzrə şahid qismində dindirilmiş X9 öz ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə Zərərçəkmiş şəxs1 evindən edilən oğurluqda o, Əmiraslanov İntiqam və Emil Hüseynov iştirak etmişlər. Həmin oğurluq hadisəsində Təqsirləndirilən şəxs iştirak etməmişdir. İbtidai istintaqda ona təzyiqlər göstərilmişdir və habelə xx.xx.2019-cu il tarixdə hakim Fəqan Əhmədovun sədrliyi ilə onun cinayət işinə baxılarkən o, verdiyi ifadəsində də ümumiyyətlə Təqsirləndirilən şəxs adınıçəkməmişdir.Bildirmişdir ki, oğurluq cinayətində onunla birlikdə İntiqamla Emil olmuşlar, Orxan isə üm umiyyətlə orada olmamışdır. Konkret olaraq Təqsirləndirilən şəxs məhkəmə iclaslarında onun həmin hadisədə iştirakına dair ən minimum səviyyədə belə sübut təqdim edilmədi.Belə olan halda isə onun bu əməldə təqsirli sayılması tam qanunsuzdur.Zərərçəkmiş şəxs1 evindən edilən oğurluqda bilavasitə iştirak edən İntiqam Əmiraslanov və oğurluq əşyaların bölünməsində bilavasitə iştirak edən şəxslər X3 və X2 şahid qismində ümumiyyətlə dindirilmədilər ki, iş materiallarında buna dair çoxsaylı vəsatətlər vardır. Qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasınınxx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və məhkum Təqsirləndirilən şəxs barəsindəki cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərarqəbul edilməsini xahiş etmişdir. Hüquqi məs ələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsi bərədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məc əlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1 -ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı mаddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci və apellyasiya instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmişdir. Beləliklə, Təqsirləndirilən şəx s ona istinad edilən cinayət əməlini törətməməsi barədə gətirdiyi dəlillər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, təqsirləndirilən şəxsin onlara qarşı irəli sürülən cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspert rəyləri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə birbirini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Məhkumun təqsirsiz olması barədə dəliləri məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019cu il tarixli qərarının ləğv edilməsi və ya d əyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar