Məhkəmə qərarları › İş №1(102)-523/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-523/2021

25.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-523/2021 25.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və X2 ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X3, Məhkum müdafiəçisi-Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1998--ci ildə Cəlilabad rayonunun Göytəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında inzibati binada qeydiyyatda olan, Bakı ş əhəri, Sabunçu rayonu, Pirşağa qəsəbəsi, Bağlar massivi nömrəsiz evdə yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin (sədrlik edən S.Ə.Ağayev) 27 avqust 2020-ci il tarixli, 1(008)-124/2020 saylı hökmü ilə Məhkum oğlu CM-in 177.2.2--ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş.CM-nin 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün ona təyin olunmuş cəzadan çıxılmış və üzərində 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 27 avqust 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum Məhkum və müdafiəçisi X1 tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.N.Bayramov, hakimlər H.Ç.Məmmədov və H.H.Əhmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum tamah niyyətilə özgənin əmlakını gizli olaraq t alama məqsədi ilə 23.11.2019-cu il tarixdə təxminən saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu 2-ci mədən şəhər şosesi küçəsində, fərdi yaşayış evinin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus ** UC *** dövlət qeydiyyat nömrə nişanlı Saipa markalı avtomobilin arxa sol kiçik pəncərəsini vintaçan vasitəsilə sındıraraq 1 ədəd 25 manat dəyərində olan səs gücləndirici, 1 ədəd 50 manat dəyərində gödəkcə, 1 ədəd 100 manat dəyərində səs gücləndirici aparat, 1 ədəd 15 manat dəyərində yaddaş kartı və 30 manat dəyərində qəpikləri gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 220 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24.11.2019-cu il tarixdə gecə 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, B alaxanı qəsəbəsi, 2-ci mədən nömrəsiz evin qarşısında Zərərçəkmiş şəxs2 məxsus VAZ 2107 markalı ** BM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön sol qapısının kilidini sındıraraq 300 AZN pul, 1 cüt 40 manat dəyərində olan səs gücləndirici, 1 ədəd 150 manat dəyərində səs gücləndirici aparat (basovik), 1 ədəd 150 manat dəyərində olan pioner markalı maqnetofon və 15 manat dəyərində olan yaddaş kartını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 655 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25.11.2019-cu il tarixdə təxminən axşam saat 23 radələrində Balaxanı qəsəbəsində nömrəsiz evin qarşısında olan zaman Zərərçəkmiş şəxs4 məxsus Saipa markalı ** GN *** dövlət qeydiyyat nömrə nişanlı avtom obilin dayanıqlı vəziyyətdə olduğunu görmüş, ətrafın qaranlıq olmasından və heç kəsin onu görməməsindən istifadə edib özü ilə gətirdiyi vintaçanla avtomobilin qabaq sağ qapısını açaraq 1 ədəd dəyəri 500 manat olan pioner markalı maqnetofon, dəyəri 25 manat olan 1 ədəd yaddaş kartı və pul kisəsində saxladığı 47 manat pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 572 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26.11.2019-cu il tarixdə gecə 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədəndə yerləşən fərdi yaşayış evinin qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs3 məxsus VAZ-21074 minik markalı ** OU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön sağ qapısın ın kilidini sındıraraq pul kisəsindən 15 manat pul, 5 manat dəyərində qəpiklə pul, 1 cüt 170 manat dəyərində səs gücləndirici və 1 cüt ön hissədə yerləşən 150 manat dəyərində olan faraları gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 340 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07.12.2019-cu il tarixdə saat 23:00 radələrində Ramana Südçülük sovxozunda olan zaman Zərərçəkmiş şəxs5 məxsus VAZ 21074 markalı ** RC *** qeydiyyat nömrə nişanlı avtomobilə yaxınlaşıb arxa şüşəsini açaraq kənara qoyub özündə olan xüsusi təmir aləti vasitəsilə, həmin avtomobilin arxa hissəsində yerləşən biri 150 manat dəyərində olan iki ədəd səs gücləndirici, 200 manat dəyərində olan bir ədəd səs gücləndirici aparatı ( basovik) gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 500 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza ilə əvəz olunması barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Məhkum xəstə atası var, əməlindən səmimi peşmandır, dəymiş maddi zayanın bir qismini ödəmişdir, əvvəllər məhkum olunmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş ma terialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə kassasiya şikayətinin dəlillərini m üzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2,56.1.2, 58, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etmə li və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq c inayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci ma ddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək m əhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tu tulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılmas ı mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar