Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-523/2023 06.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum2 və onun müdafiəçiləri Əlimərdanov Fərid Qalib oğlu və X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2022-ci il tarixli, 1(103)-1785/2022 nömrəli qərarından Mə hkum2 müdafiəçisi Əlimərdanov Fərid Qalib oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları Məhkum2 xx xxxxxx 1964-cü il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin A-0539/2003 saylı, 28 aprel 2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.1 və 181.3.2-ci maddələri ilə təqsirli bilinərək 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəasına məhkum edilmiş, 05 iyul 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonunun Balaxanı qəsəbəsində nömr əsiz evdə yaşamışdır.
1. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum2 oğlu Məhkum3, tanışı Məhkum1 və istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Muhammed” adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda psixotrop maddə sayılan metamfetaminin satışının həyata keçirilməsi ilə əlaqədar cinayət əlaqəsinə girməklə əldə ediləcək psixotrop maddə metamfetamin Məhkum1 tərəfindən satılıb sonuncu özünün payına düşən qazancı götürəndən sonra gələcəkdə həmin metamfetaminə görə ona 300 (üç yüz) manat pul verəcəyi barədə razılaşaraq 10 fevral 2022-ci il tarixdə, saat 15:30 radələrində oğlu Məhkum3 tapşırığına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində qabaqcadan gizlədilmiş yer dən ümumi təmiz çəkisi 18,44 qram olan 5 (beş) ədəd bükümdə külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz əldə edib üzərində saxlayaraq göstərilən tarixdə, saat 16 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə daşımış və əldə etdiyi metamfetaminin külli miqdarda olmaqla 17,486 qram çəkidə 4 (dörd) ədəd bükümünü aralarındaki razılığa əsasən tamah niyyəti ilə satmaq məqsədilə orada Məhkum1 təqdim edəndən sonra, təmiz çəkisi 0,954 qram olmaqla 1 (bir) ədəd bükümünü üzərində saxlayaraq 11 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 10 ünvanına daşımış, göstərilən tarixdə, saat 16:10 dəqiqədə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi Narkotiklə Mübarizə Bölməsi və Cinayət-axtarış Şöbəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli gödəkcəni sol yan cibindən təmiz çəkisi 0,954 qram olan 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 1(101)-1166/2022 saylı hökmü ilə Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
3. Hökmdən təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Əlimərdanov Fərid Qalib oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir.
4. Bakı Apellyasiy a Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2022-ci il tarixli, 1(103)-1785/2022 saylı qərarı ilə təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Əlimərdanov Fərid Qalib oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum2 barəsində 03 avqust 2022-ci il tarixli, 1(101)-1166/2022 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2022-ci il tarixli, 1(103)-1785/2022 saylı qərarından Məhkum2 müdafiəçisi Əlimərdanov Fərid Qalib oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri 6.Məhkumun müdafiəçisi Fərid Əlimərdanov verdiyi kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyasında icraat zamanı məhkəmə isti ntaqının təzələnməsi ilə bağlı verilmiş vəsatət təmin olunmamış, bununla da iş üzrə həqiqətin müəyyənləşdirilməsinə şərait yaradılmamışdır. 7.Belə ki, şahidlərin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə bağlı Məhkum2 şahidlərin ifadələrində göstərdikləri kimi 11 fevral 2022-ci il tarixdə, saat 16.10-da ünvan 4 ünvanda deyil, 10 fevral 2022-ci il tarixdə, təxminən saat 19 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən Neftçı kafesinin qarşısında saxlayaraq Bakı Şəhəri Nərimanov rayon Polis İdarəsinə aparmışlar və Məhkum2 üzərinə baxış keçirilərkən gödəkçəsinin sol yan cibindən aşkar olunmuş şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümdə olan psixotrop maddə metamfetamin əvvəlcədən polis əməkdaşkarı tərəfindən onun üzərinə qoy ulmuşdur. 8.Bundan başqa, apellyasiya İnstansiyası məhkəməsində qeyd olunan xüsusatların araşdırılması məqsədi ilə məhkəmə istintaqının təzələnməsi barədə vəsatət verilsə də, məhkəmə kollegiyası tərəfindən vəsatət təmin edilməmiş, bununla da iş üzrə həqiqətlərin müəyyənləşdirilməsinə şərait yaradılmamışdır. Məhkəmə qərarında yalnız ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutları sadalamaqla kifayətlənmiş, həmin sübutların həqiqiliyinin müəyyənləşdirilməsi ilə bağlı heç bir tədbir görməmişdir. 9.Kassasiya şikayətinin müəllifi ibtidai istintaqın kobud pozuntularla aparıldığını, məhkum barədə əsassız və ədalətsiz ittiham hökmü çıxarıldığını, apellyasiya instansiyası məhkəməsinin sübutların tədqiqindən əsassız imtina etməsini iddia edərə k Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2022-ci il tarixli, 1(103)-1785/2022 saylı qərarının ləğv edilməsini və cinayət işinin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər 10.Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir. 11.Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. 12.Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə bax ılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 13.Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. 14.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM- nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. 15.Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib, qiymətləndirilmədiyi əsas gətirilərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. 16.Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərin ə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2022-ci il tarixli, 1(103)1785/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 18.Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. 19.Şəxsin əməlində cinayət tərkibinin elementlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Apellyasiya instansiya məhkəməsi mübahisələndirilən qərarında cinayət işi üzrə toplanmış sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək, hesab etmişdir ki, istər birinci instansiya məhkəməsində tətqiq edilmiş sübutlar, istərsə də ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı müdafiəçilərinin iştirakı ilə verdiyi ifadələri ilə yanaşı digər təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, baxış və götürmə haqqında protokollar, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur.
21. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum2 törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. 22.Apellyasiya məhkəməsi qərarında cinayət işinin material larına istinad edərək, məhkum edilmiş şəxs Məhkum2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı müdafiəçilərinin iştirakı ilə verdiyi ifadələri ilə yanaşı digər təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, baxış və götürmə haqqında protokollar, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunması qənaətinə gəlmişdir. 23.Kassasiya məhkəməsi cinayət kollegiyası şikayətlə əlaqədar qeyd edir ki, apelyasiya məhkəməsi cinayət işi materialları üzrə tədqiq edilmiş sübutlara əsaslanmış, onlara qiymət verərək işin faktiki halı üzrə qənaətə gəlmişdir. 24.Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi qəbul etdiyi qərar üzrə heç bir prosessual və maddi hüquq normalarının pozulması hallarına yol verməmişdir. 25. əlavə olaraq qeyd etmək lazımdır ki, birinci instansiya və apelyasiya məhkəməsinin istinad edib tədqiq etdiyi sübutlar bir-biriləri ilə əlaqəli şəkildə, kompleks olaraq, işin faktiki hallarını müəyyən edir. 26.Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum2 törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir. 27.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə pros esi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 28.Məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2022-ci il tarixli, 1(103)-1785/2022 nömrəl i qərarı dəyişdirilmədən saxlanılmalıdır. 29.Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2 barəsində 11 oktyabr 2022-ci il tarixli, 1(103)-1785/2022 saylı qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.