Məhkəmə qərarları › İş №1(102)-524/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-524/2020

08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-524/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin CinayətKollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuror-metodisti İmranov Hafiz Beykəs oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə A zərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş x1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi Məmmədova Rəna Məhəmməd qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ağayev Zeynal Qurban oğlu, hakimlər Məcidov Azad Əli Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlu) x1-xx.xx.1981-ci ildə ünvan 1 anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olan, ali təhsilli, subay, fərdi əməklə məşgul olan, ünvan 2 qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 06 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Azərbaycan Respublikası CM-nin234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək cəzasın ıümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, əvvəllər törətdiyi hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zortətbiq etmə cinayətinə görə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə 02 il müddətinə azadlıqdan məhrum cəzasına şərti məhkum edilməsinə baxmayaraq sınaq müddəti ərzində qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə, həmçinin külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə tanışı x2, “Baba” ləqəbli şəxslə və şəxsiyyəti məlum olmayan qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə x1 və x2 müxtəlif vaxtlarda x3 istifadəsində olan Türkiyə Respublikasının mobil operatorlarına məxsus +**********66 saylı və +**********77 saylı mobil telefon nömrələri ilə qeydiyyatdan keçmiş “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə sonuncu ilə əlaqə saxlayaraq danışıq zamanı aralarında ə ldə olunan razılaşmaya əsasən pulunu əvvəlcədən “Milliön” ödəmə sistemi vasitəsi ilə x3 onlara “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə göndərdiyi “xxxx” Açıq Səhmdar Cəmiyyətində olan **********260136 saylı bank hesabına köçürməklə x3 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib özünün tapşırığı ilə şəxsiyyəti məlum olmayan cinayətin digər iştirakçıları vasitəsi ilə Bakı şəhərində müxtəlif yerlərdə daşınaraq gizlədilməklə saxlanılmış, üzərilərində “Pfizer... LYRİCA... 300mg Preqabalin...01/2021” yazısı olan 08 ədəd blisterdə ümumisayı 112 ədəd kapsuldakı ümumi təsir maddəsi külli miqdar - 33,6 qram təşkil edən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən preqabalin dərman preparatını, Azərbaycan Respubli kasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci Siyahısına daxil olan bir ədəd polietilen paketdə hər bir həbdə 0,19 qramolmaqla 03 ədəd açıq yaşıl rəngli yelpik formalı təsir maddəsinin ümumi miqdarı 0,57 qram təşkil edən MDMA (metilendioksimetamfetamini, ekstazi) preparatı və ümumi təmiz çəkisi külli miqdar - 9,885 qram təşkil edən ağrəngli, kristal şəkilli metamfetamini x1 x2la birlikdə həmin yerlərdən satış məqsədi ilə qanunsuz əldə edib üzərilərində saxlamaqla daşıyaraq faktiki birgə yaşadıqları ünvan 3 gətirib orada gizlətməklə saxlamışlar. x2un və qeyrilərinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla M übarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxx 2018-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 21.10-da x2 ünvan 3 ünvanında yerləşən evin yaxınlığında saxlanılaraq üzərinə baxış keçirilən zaman sonuncunun polis əməkdaşlarının təklifinə əsasən sağ əlində olan qəhvəyi rəngli əl çantasının içərisindən çıxarıb təqdim etdiyi 02 ədəd damalı kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,437 qram və 0,413 qram olmaqla ümumilikdə 0,85 qram təşkil edən ağrəngli, kristal şəkilli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq x2un verdiyi məlumat əsasında xx xxx 2018-ci il tarixdə saat 21.40-da onun x1la birgə yaşadıqları ünvan 3 hər ikisinin icazəsi və iştirakları ilə baxış keçirilən zaman x1un polis əməkdaşlarını n təklifinə əsasən mənzilin qonaq otağında olan masanın üzərindəki bir ədəd qara rəngli qutunun içərisindən çıxarıb təqdim etdiyi üzərilərində “Pfizer.. LYRİCA...300mg Preqabalin...01/2021” yazısı olan 08 ədəd blisterdə ümumi sayı 112 olan kapsuldakı ümumi təsir maddəsi külli miqdar - 33,6 qram olan narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən preqabalin dərman preparatı, bir ədəd polietilen paketdə 03 ədəd açıq yaşıl rəngli yelpik formalı təsir maddəsinin ümumi miqdarı 0,57 qram (hərbirhəbdə 0,19 qram) olan psixotrop maddə MDMA (metilendioksi metamfetamin, ekstazi) preparatı, bir ədəd polietilen paketdəki folqa bükümdə külli miqdarda təmiz çəkisi 7,535 qram və 05 ədəd müxtəlif ölçüdə damalı kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,123 qram, 0,425 qram, 0,123 qram, 0,415 qram və 0,414 qram olmaqla ümumi təmiz çəkisi 1,5 qram olan ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetamin, 02 ədəd kiçik ölçülü elektron tərəzilər aşkar edilərək götürülmüşdür. Hökmdən məhkumun müdafiəçisi Məmmədova Rəna Məhəmməd qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş məhkuma təyin edilmiş yekun cəza 6 il 3 ay həddində müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi Məmmədova Rəna Məhəmməd qızı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilərək x1 təqsirliliyi sübuta yetmədiyindən barəsində cinayə t işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə baxılanadək məhkum cəzaçəkmə müəssisəsindən ərizə göndərərək kassasiya şikayətinin qeri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, məhkumun ərizəsinin dəlillərini müzakirə edib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsaəsn kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdi r. CPM-nini 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkumun x1nun ərizəsi təmin edilsin. x1nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı məhkumun müdafiəçisi Məmmədova Rəna Məhəmməd qızı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar