Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-524/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və zərər çəkmiş şəxs X1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2016- cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi barədə həmin apellyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə (hakimlər Məcidov Azad Əli Ağa (sədrlik edən və məruzəçi), Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1970-ci il tarixdə Ağsu şəhərində anadan o lmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, evli, himayəsində iki azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmuşdur. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədi ilə tanışı X2 qızıl-zinət əşyalarının satışı ilə məşğul olmaqla birlikdə biznes q urub əldə etdiyi gəlirdən ona da verəcəyinə yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq ilk dəfə X11 xx xxxxxxx 2013-cü il tarixdə ünvan 2 ünvanında yerləşən valyuta dəyişmə məntəqəsinin qarşısında 100.000 manat, daha sonra xx xxxxxx 2013-cü il tarixdə ünvan 3 ünvanında yerləşən zərgərlik sexidə milli manat məzənnəsi ilə 78.430 manat təşkil edən 100.000 ABŞ dolları, üçüncü dəfə xx xxxxxx 2013-cü il tarixdə yenə həmin ünvanda 100.000 manat və sonuncu dəfə xx xxxx 2014-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, ev 1, mənzil 1-də 40.000 manat məbləğində pulunu alıb sonradan həmin məbləğdən 45.000 manat pul qaytararaq, qalan pulu ələ keçirib öz ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs X12a ümumilikdə 273.430 manat məbləğin də külli miqdarda ziyan vurmaqda dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədi ilə tanışı X10 qızıl- zinət əşyalarının satışı ilə məşğul olmaqla birlikdə biznes qurub əldə etdiyi gəlirdən ona da verəcəyinə yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə davamlı olaraq X13dən ilk dəfə xx xxxxxx 2014-cü il tarixdə ünvan 4 ünvanında yerləşən özünə məxsus zərgərlik sexində milli manat məzənnəsi ilə 31.376 manat təşkil edən 40.000 ABŞ dolları və daha sonra xx xxxx 2014-cü il tarixdə həmin ünvanda milli manat məzənnəsi ilə 47.058 manat təşkil edən 60.000 ABŞ dolları məbləğində pulunu alıb sonradan həmin məbləğdən mili manat məzənnəsi ilə 3.922 manat təşkil edən 5.000 ABŞ dollarını q aytararaq qalan pulu ələ keçirib öz ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs X14ə ümumilikdə 74.512 manat məbləğində külli miqdarda ziyan vurmaqda dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədi ilə tanışı X5 qızıl-zinət əşyalarının satışı ilə məşğul olmaqla birlikdə biznes qurub əldə etdiyi gəlirdən ona da verəcəyinə yalandan vəd verib aldadaraq X15an xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, İnşaatçılar prospekti, 23 ünvanının yaxınlığında 200.000 manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs X15ya külli miqdarda ziyan vurmaqda dələduzluq etmişdir. Hökmdən Məhkum müdafiəçisi X15 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət K ollegiyasının (hakimlər X11 (sədrlik edən və məruzəçi), X16 və X8 ibarət tərkibdə) xx xxxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. xx xxxx 2020-ci il tarixdə Məhkum Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini və onun barəsində təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda məhkum apellyasiya instansiyası məhkəməsinin göstərilən qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elmar Eldar oğlu (sədr lik edən və məruzəçi), Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Məhkum vəsatəti təmin edilməmişdir. Həmin qərardan Məhkum kassasiya şikayəti verərək onun ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və vəsatətin dəlilləri: Məhkum kassasiya şikayətini belə əsaslandırmışdır ki, özünü ona ittiham olunmuş cinayət əməllərini törətməkdə təqsirli bilməmiş, məhkəmələr onun barəsindəki cinayət işinə baxarkən bütün sübutları tam, hərtərəfli araşdırmamış və nəticədə ona ağır cəza təyin edilmişdir. Vəsatəti isə məhkum onunla əsaslandırmışdır ki, o, İİ qrup əlil olmaqla bir sıra xroniki xəstəliklərdən əzab çəkdiyi nə görə uzun müddət müalicə müəssisəsində müalicədə olmuş və hüquqi savadı olmadığı üçün bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxmışdır. Kassasiya şikayətində göstərdiyi hallara əsaslanaraq Məhkum onun Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin təmin edilməsini və xx xxxx 2017-ci il tarixli qərardan kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum və zərərçəkmişlər X17 və X9 qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkum məhkəmə iclasında iştira kı ilə bağlı Ali Məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxslər isə məhkəmə iclasında naməlum səbəblərdən iştirak etməmişlər. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə adları çəkilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməs i birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edil ən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən be lə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. CPM-nin xx xxxx 2020-ci il tarixədək qüvvədə olmuş 410.1.4-cü maddəsində təsbit edilmişdir ki, məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verilə bilərdi. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2020-ci i tarixli Qanunun 1.40.5-ci maddəsinə əsasən CPM-nin 410.1.4-cü maddəsində göstərilən müddət 12 (on iki) ay müəyyən edilmiş və eyni zamanda həmin Qanunun 1.40.6-cı maddəsi ilə CPM-nə aşağıdakı redaksiyada 410.1-1-ci maddə əlavə edilmişdir: “410.1-1. Azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır.” Həmçinin göstərilən Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş “Keçid müddəalarına” müəyyən edilmişdir ki, bu Qanunun 1.40.3-1.40.5-ci maddələri apellyasiya instansiyası məhkəməsinin bu Qanun qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunur. Qanunvericiliyin şərh olunan həm köhmə, həm də yeni normalarına və xx xxxx 2020-ci il tarixli Qanunun “Keçid müddəalarına” əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum - ona qərarın verildiyi tarixdən, müdafiəçisi isə - həmin qərarın çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarından kassasiya şikayəti verə bilərdilər. Cinayət işinin materiallarına əsasən, Məhkum hüquqlarını birinci instansiya məhkəməsində müqavilə əsasında vəkil X15, apellyasiya instansiya məhkəməsində isə vəkil X12 müdafiə etmişlər. Cinayət işinin materiallarına əsasən, Məhkum müdafiəçisi Ə.Ə.Məmmədli xx xxxx 2017-ci il tarixli qərardan qanunvericilikdə nəzərdə tutulmuş müddətdə kassasiya şikayəti vermiş, lakin sonradan Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə həmin şikayət geri qaytarılmışdır. Həmçinin iş materiallarından görünür ki, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2017-ci i l tarixli qərarının surəti xx xxxx 2017-ci il tarixli 1(103)-928/2017 saylı məktubla, Azərbaycan Respublikası Baş Prokurorluğuna, məhkuma verilməsi üçün isə onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Göründüyü kimi, Məhkum qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək imkanında olsa da, bu müddətdə məhkəməyə təkrar müraciət etmək hüququndan müdafiəçisi tərəfindən kassasiya şikayətinin verilməsi vasitəsilə bir dəfə istifadə etmiş, lakin kassasiya şikayətini geri götürdüyünə görə həmin şikayətə mahiyyəti üzrə baxılmamış, sonradan isə təkrarən kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş həmin müddəti üzrlü səbəblər olmadan buraxmış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası da bu müddətin bərpa edilməsi üçün aşağıda göstərilən əsasları müəyyən etməyərək özünün xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə bu haqda məhkumun vəsatətini təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını qanuni və əsaslı hesab edərək vurğulayır ki, CPM-nin 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-nin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-nin 411.2.1-ci maddəsi); - CPM-nin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-nin 411.2.1-ci maddəsi); Məhkum barəsindəki cinayət işinin materialarından görünür ki, sonuncu və onun müdafiəçiləri istər işə birinci, istərsə də apellyasiya instansiyası məhkəmələrində baxılmasında və hökmün və iş üzrə yekun qərarın elan edilməsində şəxsən iştirak etməsinə, məhkəmə aktlarının qanunda nəzərdə tutulmuş müddətlərdə onlara verilməsinə baxmayaraq, Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarından həmin qərarın qəbul edildiyi gündən 03 (ü ç) il 01 (bir) ay 14 (on dörd) gün sonra, yəni CPM-nin 410.1.4-cü maddəsində nəzərdə tutulmuş 18 (on səkkiz) ay müddəti buraxmaqla kassasiya şikayəti vermiş, həmin müddətin buraxılmasını isə məhkumun müəyyən etdiyi səbəblərlə - müxtəlif xəstəliklərdən əzab çəkməsi və hüquqi savadsızlığı ilə izah etmişdir. Bununla belə, Məhkum kassasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətdə və bundan sonra hər hansı xəstəlikdən əzab çəkməsini və bununla əlaqədar müalicədə olmasını təsdiq edən sənədləri öz vəsatətinə əlavə etməmişdir. Halbuki, CPM-nin 411.2-ci maddəsinin tələbinə görə, kassasiya şikayəti verən şəxs məhkəməyə müddətin bərpası barədə vəsatət verərkən qeyd olunan maddədə göstərilən əsaslarla kassasiya şikayəti vermək imkanından məhrum olmasını təsdiq edən sübutları göstər məklə həmin sübutları vəsatətinə əlavə etməlidir. İş materiallarından, o cümlədən məhkumun vəsatətindən onun barəsində hökm çıxarıldıqdan və apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edildikdən sonra Məhkum uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş məhkumun iradəsindən asılı olmayan digər halın baş verməsi görünmür. Bu isə o deməkdir ki, Məhkum xx xxxx 2017-ci il tarixli qərardan kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamışdır. Onun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, öz hüq uqlarından qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2017-ci tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması üçün heç bir əsas yoxdur və bu baxımdan Məhkum xx xxxxxxx 2020-ci il tarixli qərardan verdiyi kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılmalıdır. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı C.R.İsgəndərovun və zərərçəkmiş şəxsin çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, hazırki iş üzrə Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Ko llegiyasının xx xxxx 2017-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi barədə həmin apellyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır, bu qərardan Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə - təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış mü ddətin bərpa edilməməsi barədə həmin apellyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-524/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-524/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver