Məhkəmə qərarları › İş №1(102)-524/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-524/2023

23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-524/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi - X8, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Müdafiəçilər – Məhkum1 müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli hökmünə əsasən Məhkum1 Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-374/2022 saylı, 24 dekabr 2014-cü il tarixli hökmü ilə (sədrlik edən hakim X6) xx.xx.1988-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20% pul tutulmaqla 01 (bir) il 06 (altı) ay m üddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum1 xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək, yəni 04 (dörd) ay 09 (doqquz) gün həbsdə olma müddətinin 1 (bir) günü 3 (üç) gün islah işlərinə bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 05 (beş) ay 03 (üç) gün müddətinə islah işləri cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablanması hökm edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmiş, o dərhal məhkəmə iclas zalından azad edilmişdir. Hökmlə Məhkum2, Məhkum3 və Məhkum4da təqsirli bilinərək məhkum edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 se ntyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim X3, hakimlər X7 və X1 ibarət tərkibdə) məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-374/2022 saylı, 24 dekabr 2014-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum1 xx.xx.2014-cü il tarixdə saat 12:00 radələrində atası Bayram Qorçiyevin baş həkimi işlədiyi “X17” kilinikasında həkimrentgenoloq işləyən Məhkum4 ilə mübahisə etdiyini bildikdən sonra sonuncu ilə mobil telefonla əlaqə saxlayaraq nəyə görə atası ilə mübahisə edib söyməsini irad bildirirərək bunu cuzi səbəb kimi gətirib olduğu yeri dəqiqləşdirdikdən sonra tanışları Məhkum2, X4 və şəxsiyyəti istintaqa məlum olmayan Abbas adlı şəxslə bir qrup şəxs halında həmin gün saat 16:00 radələrində Məhkum4 olduğu ünvan 2 ünvanında yerləşən bilyard klubunun yanına gəlmiş, orada sonuncu ilə görüşərək avtomobil yolunun kənarında, insanların gur olduğu ictimai yerdə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Məhkum4 ünvanına ucadan söyüşlər söyməklə fiziki zor tətbiq edərək öz gücünü nümayiş etdirmək məqsədilə sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi vuraraq ona sol almacıq və sağ saidin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurulması ilə müşayiət edilən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 29 sentyabr 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. Dövlət ittihamçısı tərəfindən kassasiya protesti, digər məhkumlar tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından da göründüyü kimi Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qərarında apellyasiya şikayətinin əsaslandırılmasının mahiyyətini düzgün göstərməyərək guya şikayətin əsasını “Məhkum1 hadisə zamanı aldığı xəsarətlər nəticəsində öz iradə ifadəsini düzgün bildirməməsi və əsassız yerə sonuncu tərəfindən verilmiş qismən etirafedici ifadələrə məhkəmə və istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilməməsi, işə baxan məhkəmə tərəfindən əməlin töfsifində səhvə yol verilməsi və Məhkum1 ilə Məhkum2 cinayətin törədilməsindəki rolunun müəyyən edilməməsi, əlavə hadisə zamanı həmin ərazidə olan və iş üzrə hər hansı marağı olmayan şahidlərin dindirilməməsinin” təşkil etməsini göstərmişdir. Məhkəmə kolleqiyası qərarda CPM-nin 33.1, 33.2, 125, 143- 146-cı maddələrinin tələblərinə istinad edərək Məhkum1 CM-in221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməlinin həmin tələblərə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla təsdiq olunduğunu qeyd etmişdir. Lakin bu sübutların mötəbər olmasının izahını yalnız formal olaraq “müdafiəçinin apellyasiya şikayətinin dəlillərini müdafiə mövqeyinə söykənən subyektiv mülahizə, törədilmiş cinayət əməlinə görə qanunla nəzərdə tutulmu ş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndir” sözləri ilə əsaslandırmışdır. Məhkum1 məhkəmənin hökmü ilə təyin olunmuş cəzasını 2015-2016-cı illərdə çəkib qurtarmış və artıq təyin olunmuş cəza ödənilmişdir. Aydın deyil, hansı məsuliyyətdən yaxa qurtarmaqdan, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhddən söhbət gedir. Apellyasiya şikayətini vermiş tərəf subyektiv mülahizələrlə yox, cinayət işinin materiallarında olan sübutların təhlilini aparmaqla mövqeyini bildirmişdir. Məhkəmə kollegiyası isə müdafiə mövqeyinin nədə, hansı məsələlər üzrə subyektiv mülahizə nümayiş etdirməsini açıqlamamışdır. Konkret cinayət işi üzrə Məhkum1 və dostu Məhkum2 cinayətin obyektiv cəhətinə aid eyni məzmunda ittiham irəli sürülmüşdür. Hər ikisinin konkret ro lunun nədən ibarət olduğu dəqiq müəyyən edilməmişdir. Məhkum4 bir zərbə nəticəsində alınan xəsarət həm Məhkum1 tərəfindən və həm də Məhkum2 tərəfindən yetirilməsi obyektiv həqiqət kimi göstərilmişdir. Göründüyü kimi cinayətin obyektiv əlamətlərinə dair sübutlar üzrə çıxarılmış hüquqi nəticə tövsif üçün kifayət etməmiş, onların arasında olan əhəmiyyətli ziddiyyətlər aradan qaldırılmamış, xuliqanlıq kimi qiymətləndirilmiş bir zərbənin yetirilməsi mexanizmi axıra kimi tam müəyyən edilməmiş, təqsirləndirilən şəxsin bu mexanizmlə bağlı bildirdikləri, o cümlədən özünün çox saylı xəsarət alması mexanizmi aydınlaşdırılmamış, onun müdafiə mövqeyi təkzib olunmamışdır. Müdafiə tərəfi hesab etmişdir ki, ədalət mühakimə siyasəti Məhkum1 tətbiq edildikdə ona qarşı hüquqi səhvlər nəticəsində edilmiş ədal ətsizlik aradan qaldırılmış olacaqdır. Çünki, Məhkum1 təqsirli bilinən cinayətinin hüquqi şərhi onu göstərir ki, ona qarşı irəli sürülmüş ittiham uydurulmuş ittihamdır. Müdafiə tərəfi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi CPM-nin 353.2.2-ci maddəsində göstərilən tələblərə əməl etməyərək “məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri”ni göstərmədən, obyektiv araşdırma aparmadan, tərəflərin çıxışlarında göstərilən dəlillərə münasibət bildirmədən, formal olaraq CPM-nin 42-ci maddəsində göstərilən halların müəyyən edilmədiyini qeyd etməklə kifayətlənmişdir. Halbuki cinayət işi üzrə toplanmış sübutların tərəfimdən aparılmış təhlili ilə CPM-in 42.2.4-cü maddəsində bəraət hökmün çıxarılması üçün əsasların mövcud ol ması müəyyən edilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin hökmünün və apellyasiya məhkəməsinin bu hökmdən irəli gələn qərarının əsasını yolverilməz sübutlar təşkil etdiyindən yuxarıda şərh olunanlara əsasən hökm ləğv olunmalı, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarı ləğv edilməli və Məhkum1 CM-nin 221.2.1-ci maddəsi ilə bəraət hökmü çıxarılmalıdır. CPM-nin 416.1.2 və 416.1.3-cü maddələri apellyasiya instansiyası məhkəməsitərəfındən bu Məcəllənin 143-146-cı maddələrinə uyğun olaraq sübutlar tədqiq edilmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinin və ya dəyişdirilməsinin əsasları barədə səlahiyyətlərinin hüdudlarını müəyyən edir. Yuxarıda göstərilənləri nəzərə alaraq CPM-nin 408.2.5, 409.1.1 və 410-cu maddələrini rəhbər tutaraq Ali Məhkəmənin Cinayət Kolleqiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1 (103)-l 788/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qərarını ləğv edilməsini və Məhkum1 barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1- ci maddəsi ilə bəraət verici əsaslarla yekun qərar çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının, kassasiya şikayətinin təmin olunmaması barədə müdafiəçilərin və Məhkum1 çıxışlarını dinləyib, işə baxmış birinci və ape llyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, Məhkum1 barəsində cinayət işi üzrə icraata xitam verilməlidir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq y alnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində əməlində xuliqanlıq cinayətinin tərkib əlamətləri olmadığı halda Məhkum1 əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilindiyini və cəzaya məruz q aldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum1 bəraət verilməsi barədə kassasiya tələbini məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum1 aid hissədə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsasları na dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının m üddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılm ış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən etdiyi, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hallar Məhkum1 hərəkətlərini bir qrup şəxs tərəfindən və ya təkrar törədilməsi ilə müşayiət edilən xuliqanlıq kimi Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif etməklə səhvə yo l vermişlər. Xuliqanlıq formal tərkibli cinayət olduğundan CM-nin 221-ci maddəsində qeyd olunan hərəkətlər törədildiyi anda başa çatmış hesab olunur. Xuliqanlıq subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilir. Təqsirkar şəxs ictimai qaydanı kobud sürətdə pozduğunu, cəmiyyətə açıqca hörmətsizlik ifadə etdiyini, habelə CM-nin 221-ci maddəsində sadalanan digər xuliqanlıq hərəkətlərini törətdiyini dərk edir və bunu arzu edir. Bu cinayətin motivi təqsirkarın qeyri- müəyyən şəxslər dairəsinin hüzurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı sürətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və sair törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Bu zaman təqsirkarın davranış ında ictimai qaydanı pozmağa yönəlmiş birbaşa qəsd mövcud olmalıdır. Belə ki, xuliqanlığın əsas tərkibini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edil məsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozul masına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli q ərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə aşıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərd ən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkəni n səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı və yaxud başqa gerçək səbəblər şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Hazırki işdə isə müəyyən edilən hallar odur ki, Məhkum1 xx.xx.2014-cü il tarixdə saat 12:00 radələrində atası Bayram Qorçiyevin baş həkimi işlədiyi “X17” kilinikasında həkimrentgenoloq işləyən Məhkum4 ilə mübahisə etdiyini bildikdən sonra sonuncu ilə mobil telefonla əlaqə saxlayaraq nəyə görə atası ilə mübahisə edib söyməsini irad bildirirərək bunu cuzi səbəb kimi gətirib olduğu yeri dəqiqləşdirdikdən sonra tanışları Məhkum2, X4 və şəxsiyyəti istintaqa məlum olmayan Abbas adlı şəxslə bir qrup şəxs halında həmin gün saat 16:00 ra dələrində Məhkum4 olduğu ünvan 2 ünvanında yerləşən bilyard klubunun yanına gəlmiş, orada sonuncu ilə görüşərək avtomobil yolunun kənarında, insanların gur olduğu ictimai yerdə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Məhkum4 ünvanına ucadan söyüşlər söyməklə fiziki zor tətbiq edərək öz gücünü nümayiş etdirmək məqsədilə sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi vuraraq ona sol almacıq və sağ saidin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurulması ilə müşayiət edilən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərkətləri etmişdir. (qeyd edilən hallar birinci instansiya məhkəməsində tədiqiq olunub hökmdə ətraflı təsvir edilmiş yuxarıda adı çəkilən məhkumun, zərərçəkmiş şə xsin və şahidlərin ifadələri, digər sübutlarla təsdiq olunduğundan, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir edilməsinə zərurət görmür). Hadisənin bu cür inkişaf etməsi Məhkum1 əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, onun hərəkətlərinin atası Bayram Qorçiyevin baş həkimi işlədiyi “X17” kilinikasında həkim-rentgenoloq işləyən Məhkum4 ilə atasının aralarında olan mübahisənin həll edilməsinin gerçək səbəbi olduğunu göstərir. Qeyd olunan əlamətlərin, xüsusilə də xuliqanlıq niyyətinin müəyyən olunmaması isə Məhkum1 əməlinin xuliqanlıq kimi qiymətləndirilib Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif olunmasını istisna edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübut lar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, m ötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndiməmiş, CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum1 tərəfindən ittiham edildiyi Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə dair təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən Məhkum1 məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tə qsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd olunanlar məhkəmələrin Məhkum1 əməlini Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif etməklə məhkəmə qərarının (Məhkum1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum edilməsi hissəsində) kassasiya qaydasında ləğv edilməsini tələb edən CPM-in 416.1.6 və 416.1.15-ci maddələrində təsbit olunmuş pozuntulara yol verdiklərini göstərir. Odur ki, Məhkum1 əməllərində xuliqanlıq cinayətinin tərkibi olmadığından, ona aid ittihamın Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsində göstərilən əsasla xitam verilməlidir. Yuxarıda təsvir edilənlərə görə, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini əsaslı müraciət kimi qiymətləndirir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum1, müdafiəçisi Müdafiəçi1, Müdafiəçi2 və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2022-ci il tarixli qərarı yuxarıda göstərilən qaydada Məhkum1 təqsirli bilinməsinə dair hissədə ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.3 və 419.10.5-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2022- ci il tarixli qərarı Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilsin. Məhkum1 əməlində xuliqanlıq cinayətinin tərkibi olmadığı üçün Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən həmin hissədə cinayət işi üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar