Məhkəmə qərarları › İş №1(102)-525/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-525/2019

01.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-525/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X4 Zərərçəkmiş şəxs X2 Məhkum2 iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şuşa şəhəri, **************************-də qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.2.1-ci maddəsi ilə xx xxxxxxx 1993-cü il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı övladı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şuşa şəhəri, *************************-də qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan Məhkum1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli hökmündən zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim V.N.Məmmədov) Məhkum2 - Аzərbаycаn Respubli kаsı CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək, qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Məhkum1 - Аzərbаycаn Respublikаsı CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək, qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli hökmü ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), Q.X.Babayev və V.Ə.Mursaqulov) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli hökmü ləğv edilmiş və Məhkum1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş və həmin maddə ilə ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkum2 da Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş və həmin maddə ilə ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, onlar birlikdə, bir qrup şəxs halında, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində 04 avqust 2017-ci il tarixdə saat 23 radələrində məskunlaşdıqları Bakı şəhəri, ****************************** küçəsində yerləşən X7 Stansiyasının yarım tikili yaşayış binasının 6-cı mərtəbəsinin dəhlizində, cəmiyyətd ə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını aşkar surətdə pozaraq, təxminən yarım saat ərzində ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək qonşuluqda yaşayan X2 qarşısını kəsərək onu nalayiq sözlərlə təhqir etmiş, onu təqib etmiş, daha sonra onu təqib edərək həmin binanın 6-cı və 7-ci mərtəbəsinin dəhlizində Məhkum1 sillə ilə sifətindən, yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirmiş, Məhkum2 isə saçından tutub sürütləmiş, onun əl çantasını içində olan əşyalarla birlikdə dəhlizdə yerə atmış, sonra yumruq, sillə ilə sifət, təpiklə ayaq nahiyələrinə qəsdən zərbələr endirmiş, nəticədə Zərərçəkmiş şəxsaya sağ gözün ağlı qişasına qa nsızma ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyənin qançırı, burun belinin, sol gözün bayır bucağının qançırları, sağ bazunun dərialtı hematoması və sol bazunun sıyrığı ilə nəticələnən və ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişlər. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2018-ci il tarixli hökmünün ləğv edilməsi, təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunması xahiş edilir. Şikayət müəllifi hesab edir ki, məhkəmə H6 və M6 qardaşlarının barəsində ağırlaşdırıcı halların olmaması nəticəsinə gələrkən səhvə y ol vermiş, onların öz əməllərindən peşman olmamalarını, əksinə qanuna zidd davranışlarını davam etdirmələrini, onların qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini nəzərə almayaraq ədalətsiz olaraq yüngül cəza təyin etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Zərərçəkmiş şəxsanın, kassasiya şikayətinin təmin edilməməsi barədə Məhkum2 və dövlət ittihamçısı İ6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu madd əsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi y oxlanılır. Kassasiya şikayətində işin faktiki halları və əməlin tövsifi deyil, məhkumlar barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və ağırlığı nəzərə alınmadan onlara yüngül cəzanın təyin edilməsi mübahisə edilir. Odur ki, məhkəmə kollegiyası cinayət işi üzrə məhkumların təqsirliliyi və əməllərinin tövsifi ilə bağlı işin hallarının təhlilini zəruri hesab etmir. Məhkum еdilmiş şəхslər Məhkum2 və Məhkum1 cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbu l edilmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən məhkumların törətdikləri cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətlərini düzgün nəzərə almış, onlara törətdikləri cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 52-1.2, 58.3-cü maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumların şəxsiyyətlərini nəzərə almış və onlara təqsirli bilindikləri maddə əsasında ədalətli cəza təyin etmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin ed ilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləlik lə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edi lən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxs iyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından görünür ki, məhkəmə cəza təyin edərkən məhkumların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətlərini, onların əvvəllər məhkum olunmamalarını, Məhkum1 himayəsində iki azyaşlı uşağının olmasını yüngülləşdirici hallar kimi, eyni zamanda cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Məhkum2 və Məhkum1 təqsirli bilindikləri maddənin sanksiyası daxilində cəza təyin etmişdir. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş kassasiya şikayətində göstərildiyinin əksinə olaraq, hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əs aslar mövcud deyildir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq məhkumlar Məhkum2 və Məhkum1 daha ağır cəza təyin edilməsindən ötrü apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin hökmündən verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2018-ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tut araq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum2 və Məhkum1 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2018-ci il tarixli hökmü zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar