Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-525/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızı, Zərərçəkmiş şəxsin iştirakı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilmiş X3 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 avqust 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim E.Z.Ağayev) 12 aprel 1993-cü ildə Masallı rayonu, Köhnə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Köhnə Alvadı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, yeni tikilidə yaşayan X5 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirliliyi sübuta yetir ilmədiyindən bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim M.Ə.Abbasov, hakimlər V.Ə.Mursaqulov və R.A.Qurbanovdan ibarət tərkibdə) 11 avqust 2020-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 avqust 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti vermişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, X9 Zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək ona məxsus televizor və digər aparatları sataraq pulunu verməyə dair yalan vəd verib ald atmaqla onun inamını qazanaraq 08 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 29 saylı evin qarşısında həmin dövrün məzənnəsinə görə 6950 manat təşkil edən hər birinin qiyməti 223 ABŞ dolları olan cəmi 4237 ABŞ dolları dəyərində 19 ədəd «Samsung S5» markalı mobil telefon aparatlarını, həmin dövrün məzənnəsinə görə 2461 manat təşkil edən hər birinin qiyməti 150 ABŞ dolları olan cəmi 1500 ABŞ dolları dəyərində 10 ədəd «Samsung S3» markalı mobil telefon aparatlarını, həmin dövrün məzənnəsinə görə 10482 manat təşkil edən hər birinin qiyməti 355 ABŞ dolları olan cəmi 6390 ABŞ dolları dəyərində 18 ədəd 1 TB yaddaşlı «Pleysteyşn 4» markalı oyun aparatlarını, həmin dövrün məzənnəsinə görə 4331 manat təşkil edən hər birinin qiyməti 48 ABŞ dolları olan cəmi 2640 ABŞ dolları dəyərində 55 ədəd 1 TB yaddaşlı «Pleysteyşn 4» markalı oyun aparatlarının costiklərini, həmin gün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, 19 a saylı evin qarşısında həmin dövrün məzənnəsinə görə 11958 manat təşkil edən hər birinin qiyməti 405 ABŞ dolları olan cəmi 7290 ABŞ dolları dəyərində 18 ədəd «LG 43LH 549V» markalı televizorları və 10 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən «Abordaş» kafesinin yanında həmin dövrün məzənnəsinə görə 1098 manat təşkil edən hər birinin qiyməti 223 ABŞ dolları olan cəmi 669 ABŞ dolları dəyərində 3 ədəd «Samsung S5» markalı mobil telefon aparatlarını, həmin dövrün məzənnəsinə görə 247 manat təşkil edən 150 ABŞ dolları dəyərində 1 ədəd «Samsung S3» markalı mobil telefon aparatını, həmin dövrün məz ənnəsinə görə 411 manat təşkil edən 250 ABŞ dolları dəyərində 1 ədəd «Samsung S7» markalı mobil telefon aparatını, həmin dövrün məzənnəsinə görə 214 manat təşkil edən 130 ABŞ dolları dəyərində 1 ədəd «Samsung S2» markalı mobil telefon aparatını, həmin dövrün məzənnəsinə görə 1058 manat təşkil edən 645 ABŞ dolları dəyərində 1 ədəd «İphone 6S» markalı mobil telefon aparatını, həmin dövrün məzənnəsinə görə 1993 manat təşkil edən hər birinin qiyməti 405 ABŞ dolları olan cəmi 1215 ABŞ dolları dəyərində 3 ədəd «LG 43LH 549V» markalı televizorları, həmin dövrün məzənnəsinə görə 2330 manat təşkil edən hər birinin qiyməti 355 ABŞ dolları olan cəmi 1420 ABŞ dolları dəyərində 4 ədəd 1 TB yaddaşlı «Pleysteyşn 4» markalı oyun aparatlarını, həmin dövrün məzənnəsinə görə 788 manat təşkil edən hər birin in qiyməti 48 ABŞ dolları olan cəmi 480 ABŞ dolları dəyərində 10 ədəd 1 TB yaddaşlı «Pleysteyşn 4» markalı oyun aparatlarının costiklərini, ümumilikdə həmin dövrün məzənnəsinə görə 44315 manat təşkil edən 27016 ABŞ dolları dəyərində əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə ələ keçirməklə sataraq pulunu öz şəxsi məqsədlərinə sərf edib zərər çəkmiş şəxs X4 Namazəliyevə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 avqust 2020-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi yeni apelyasiya baxışına qaytarılmalıdır. Belə ki, X3 istintaqa və məhkəməyə verdiyi ifadə sindən göründüyü kimi, o, 2014cü ildən etibarən fasilələrlə Dubay şəhərindən mobil telefon, televizor və digər məişət əşyalarını gətirib Bakı şəhərində satmaqla məşğul olmuş, bu işi yaxşı bacardığından Dubay şəhərindən mal gətirən tanışlarının xahişi ilə onların da mallarını üstünə cüzi qiymət qoymaqla satıb qazanc əldə etmişdir. Təxminən 2016-cı ilin may-iyul aylarında «28 may» metrostansiyasının yaxınlığındakı poçt şöbəsindən Dubaydan gəlmiş malları götürən zaman bu işlə məşğul olan X2lə, bir müddət sonra X2in vasitəsilə sonuncunun xalası oğlu Zərərçəkmiş şəxslə tanış olmuş, X2 və X4 ondan xahiş etmişlər ki, onların da eyni növlü mallarını satsın. Bundan sonra o, X2gilin də mallarını götürüb satıb pulunu qaytarmış və hər dəfə X2gilə 3000-4000 manat qazanc vermişdir. Əvəzində isə X2 və X4 ona çox cüzi miqdarda pul vermişlər. Sonuncu dəfə 2016-cı ilin təxminən ortalarında X2 və X4 öz mayası 20.000, satış qiyməti isə 27.000 ABŞ dolları dəyərində mobil telefon, televizor və digər məişət avadanlıqlarını satmaq üçün ona vermişlər. Təxminən bir həftədən sonra X2 və xalası oğlu X4lə görüşüb onlardan götürdüyü malın 12.000 ABŞ dollarını qaytarmış və bildirmişdir ki, malı verdiyi bir nəfər əslən Gürcüstanlı olan Mail adlı şəxs qaçıb getdiyindən 15.000 ABŞ dollarını qaytarmaq üçün X2gildən 5-6 ay vaxt vermələrini istəmiş, ya da ki, 10-15 gündən bir 1000-1500 ABŞ dolları qaytarmağı təklif etmişdir. Onun bu sözündən sonra X4 ona əl-qol atmağa başlamış, X2 isə yumruqla onun sifətindən zərbə vurmuşdur. X4 ona 10 gün möhlət verdiyini, pulun qalan hissəsini də gətirib verməsini, əks halda adam tapıb onu öldürtdürəcəyini bildirmişdir. O, isə çox yalvarmışdır ki, 15.000 ABŞ dollarını onların dediyi vaxtda qədər tapıb düzəldə bilməyəcəkdir. Bundan sonra X4 ona təklif etmişdir ki, o, həftədə 3000 ABŞ dolları pul qazanır, ona yaxşılıq olaraq təklif etmişdir ki, 30.000 ABŞ dollarını qaytarmaq şərti ilə müqavilə imzalasınlar. O, isə cavab olaraq bildirmişdir ki, o qədər pulu tapıb qaytara bilməyəcəkdir. Belə olduqda X4 yenidən demişdir ki, çıxıb getsin və 10 günə qalan pulu da tapıb gətirsin, yoxsa adam tutub onu öldürtdürəcəkdir. Bundan sonra onlar ayrılmışlar. O, çox çalışmışdır ki, nə isə iş görüb pul qazansın və onların pulunu qaytarsın. Lakin o, pul əldə edə bilməyəcəyini başa düşdükdən sonra öldürüləcəyindən qorxaraq 2016-cı ilin sentyabr ayının 30-da Qazaxıstan Respublikas ına getmişdir. Onlar arasındakı münasibətlər mülki xarakterli münasibətlər olmuşdur. Göründüyü kimi, Bəraət verilmiş şəxs özü də ifadəsində etiraf etmişdir ki, Zərərçəkmiş şəxs 27000 ABŞ dolları dəyərində malını götürərək satıb pulunu verəcəyini vəd etmiş, həmin malların bir hissəsini satıb 12000 ABŞ dollar pulu Zərərçəkmiş şəxsə vermişdir. Buna baxmayaraq Bəraət verilmiş şəxs 12000 ABŞ dollarını Zərərçəkmiş şəxsə hansı tarixdə və hansı şəraitdə ödəməsini dəqiq göstərə bilməmişdir. Bu da onu göstərir ki, əslində Bəraət verilmiş şəxs tərəfindən Zərərçəkmiş şəxsə hər hansı məbləğdə pul ödənilməmişdir. Bundan əlavə, X7 yaşayan Mail adlı şəxsin guya həmin mallara görə ona borclu olması və Mailin pulu verməyib ölkəni tərk etməsini göstərsə də, həmin Mail adlı şəxsin şəxsiyyəti barədə ətraflı məlumat verə bilməmiş, bu səbəbdən Mail adlı şəxsi müəyyən etmək mümkün olmamışdır. Təkcə adını bildiyi şəxsə Bəraət verilmiş şəxsin xeyli miqdarda malı nisyə satması isə inandırıcı sayıla bilməz. Bütün bunlar Bəraət verilmiş şəxsin istintaqa və məhkəməyə verdiyi ifadələrinin həqiqətə uyğun olmadığı və işin faktiki halları ilə ziddiyyət təşkil etdiyini, məsuliyyətdən yayınmaq məqsədi daşıdığını göstərsə də, məhkəmə bu ifadələri əsas götürüb guya Bəraət verilmiş şəxsin malların satışı ilə bağlı Zərərçəkmiş şəxsə hər hansı vəd verməməsi, bu səbəbdən Bəraət verilmiş şəxsin əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlmiş, bununla da əsassız olaraq ittiham edildiyi maddə ilə ona bəraət vermişdir. Zərərçəkmiş şəxs tərəfindən öldürməklə hədələnməsi və 30000 ABŞ doll arı ödəməyə məcbur edilməsi səbəbindən ölkəni tərk etməsi barədə Bəraət verilmiş şəxsnin ifadəsi onun qardaşı X5nin də istintaqa və məhkəməyə verdiyi ifadələri ilə uyğunsuzluq təşkil edir. Belə ki, X5 istintaqa və məhkəməyə verdiyi ifadələrində qardaşı Bəraət verilmiş şəxsin onunla dalaşdığına görə ölkəni tərk etdiyini bildirmişdir. Odur ki, Bəraət verilmiş şəxsin ölkəni tərk etməsi Zərərçəkmiş şəxsin onu hədələməsi ilə bağlı deyil, dələduzluqla ələ keçirdiyi əşyaların pulunu ödəmək istəməməsi və məsuliyyətdən yaxa qurtarmaq məqsədilə bağlı olmuşdur. Qeyd edilənlərdən məlum olur ki, Bəraət verilmiş şəxs öz ifadəsində dediyi kimi Zərərçəkmiş şəxs və X2 Cəfərli ilə aralarında yaranmış münasibətlərdən istifadə edərək sonunculardan malları alarkən həmin malları satıb pulunu verəcəyini vəd etmi ş, lakin malları sataraq pulunu verməyib ölkəni tərk etmişdir. Məhz bundan sonra Zərərçəkmiş şəxs X5yə zəng vurub pulunu istədikdə, bunu eşidən Bəraət verilmiş şəxs zəng vurub Zərərçəkmiş şəxsdən pulu qaytarmaq üçün vaxt verilməsini xahiş etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 avqust 2020-ci il tarixli qərarını ləğv etməklə cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analit ik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızı çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən Zərərçəkmiş şəxs bu iş üzrə ona dəymiş ziyanın heç bir hissəsinin ödənilmədiyini bildirib, kassasiya protestinin təmin olunmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməs i və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən məhkumun barəsində əsassız olaraq bəraət verildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1. 1, 416.1.2, 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 avqust 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin və dövləti ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının 11 avqust 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tədqiq olunmuş iş materiallarından, bi rinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, ittiham orqanı tərəfindən X5ə verilmiş xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının birinci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquql arını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın beşinci bəndinə görə şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil edir. Lakin talamanın digər formalarından fərqli olaraq, obyektiv cəhətdən bu cinayət törədilmə üsulunun özünəməxsusluğu ilə seçilir. Qanun əmlakın və ya əmlaka olan hüququn ələ keçirilməsinin üsulu kimi aldatma və ya etibardan sui-istifadəni nəzərdə tutur. Burada aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Aldatmanın məzmununu çox hallarda yalan vədlər təşkil edir. Həmin vədlərin köməyi ilə dələduz əmlakı ələ keçirmək məqsədilə zərərçəkmiş şəxsi öz həqiqi niyyəti barədə aldadır, özünü vəd etdiyi öhdəliyi yerinə yetirə biləcək şəxs kimi təqdim edir. Dələduzluğun ikinci törədilmə üsulu etibardan sui-istifadə etmə hesab edilir. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Göründüyü kimi, Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispozisiyasına görə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq kimi qiymətləndirilir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmasın və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulsun, bu zaman isə təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüqu qa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarını tədqiq edərək belə nəticəyə gəlir ki, X12 oğlu zərərçəkmiş şəxs X4və ümumilikdə 27016 ABŞ dolları dəyərində əmlakın verilməsi müqabilində ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar və heç bir vəd verməmişdir. Zərərçəkmiş şəxsdə həmin malların verilməsi üçün inam yaradan şəxs Bəraət verilmiş şəxs olmamış, ilk dəfə malları götürmək üçün gedəndə məhz Bəraət verilmiş şəxs gəldiyi üçün malların ona verilməsindən zərərçəkmiş şəxs tərəfindən imtina edilmiş və mallar ona verilməmiş, öncədən əldə olunmuş razılığa görə zərərçəkmiş şəxs X4 və məxsus əmlakın pulunu şəxsən özü q aytaracağı barədə üzərinə öhdəlik götürmüş və yalan vədlər vermiş şəxs Bəraət verilmiş şəxs deyil, başqası olmuşdur. Məhz başqa şəxsin təkrar verdiyi vədlərindən sonra Zərərçəkmiş şəxs özünə məxsus malları verməyə razılıq vermiş, vəd olunmuş vaxt çatdıqda malların pulu vədlər verib üzərinə öhdəlik götürmüş həmin şəxsdən tələb edilmiş, zərərçəkmiş şəxs özünə məxsus olan malların dəyərindən ucuz qiymətə satıldığını təsadüfən öyrənib onları satan şəxslə maraqlandıqda həmin şəxsin Bəraət verilmiş şəxs deyil, məhz ona yalan vədlər verib mallarını alan şəxs olduğu məlum olmuşdur. Birinci instansiya məhkəməsində tədqiq olunmuş, Bəraət verilmiş şəxsnin ifadəsi, şahidlər X2, X4, X6 və X7 ifadələrindən görünür ki, Bəraət verilmiş şəxsnin əmlakı əldə edərək onların verilməsinin şərtləri ilə bağlı ö hdəlikləri yerinə yetirmək niyyətində olmaması, onun Zərərçəkmiş şəxsin əmlakının talanmasına yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranması barədə yekun nəticəyə gəlməyə imkan vermir. Bəraət verilmiş şəxsnin Zərərçəkmiş şəxsə yalan vədlər təşkil edən məlumatlar verməsi, həmin vədlərin köməyi ilə əmlakı ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxsi öz həqiqi niyyəti barədə aldatması, özünü vəd etdiyi öhdəliyi yerinə yetirə biləcək şəxs kimi təqdim etməsi barədə istintaq orqanının gəldiyi nəticə birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqı ilə öz təsdiqini tapmamışdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən X4 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirsizliyi sübut a yetirildiyindən tamamilə düzgün olaraq bəraət verilmiş, apellyasiya məhkəməsi isə tamamilə haqlı olaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum Qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndiri lməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin t əqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində təsbit olunur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün və qərarın yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və X3 təqsirsizliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin q ərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10. 1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilmiş X3 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 avqust 2020-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-525/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-525/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver