Məhkəmə qərarları › İş №1(102)-525/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-525/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-525/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum1 müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Məhkum2 iştirakları ilə xx xxxxx 1979-cu il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Cəlilabad şəhəri, M.Hadi küçəsi, ev 40-da qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən küçəsi, 3-cü korpus, yeni massivdə nömrəsiz fərdi evdə yaşamış, hal hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, döngə 2, ev 59-da qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq ünvan 1 ünvanında nömrəsiz fərdi yaşayış evin də yaşamış, 07 yanvar 2021-ci il tarixdən həbsdə olan Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2022-ci il tarixli, 1(103)-183/2022 nömrəli hökmündən Məhkum1 müdafiəçisi Müdafiəçi4 və Məhkum2 tərəfindən verilmiş ayrı-ayrı kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: Ə.Məmmədov (sədrlik edən), F.Qəribov və T.Hüseynov) Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci m addəsi üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1,234.4.2 və 234.4.3-cü maddələri üzrə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzanın əvvəlinin tutulduğu vaxtdan, yəni 07 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi üzrə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzanın əvvəlinin tutulduğu vaxtdan, yəni 07 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən, həmçinin Məhkum2 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2022-ci il tarixli hökm ü ilə, (hakimlər: Z.B.Babayev (sədrlik edən), İ.A.İbrahimli və Z.A.Şirinov) apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə təqsirli bilinərək, məhkum edilmələrinə dair hissədə birinci instansiya məhkəməsinin hökmü ləğv olunmuş, Məhkum1 və Məhkum2 təqsirlilikləri sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə bəraət verilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 (on) il müd dətinə azadlıqdan məhrumetmə cəzası və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin 9 (doqquz) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2022-ci il tarixli hökmündən Məhkum1 müdafiəçisi və Məhkum2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddələrlə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitd ə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 20,180 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 1ci Mədən küçəsi, 3-cü korpus, yeni massivdə yerləşən nömrəsiz fərdi yaşayış evinin zirzəmisində gizlədərək saxlamış, həmçinin qanunsuz olaraq külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmə, təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və göndərmə barədə qohumu Məhkum2 ilə, eləcə də şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Məmmədhüseyn” adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum1 aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Məmmədhüseyn” adlı şəxsin qeyriləri vasitəsi ilə naməlum tarixdə, vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla qanunsuz keçirməklə satışını təşkil edib birgə qazanc əldə etmək məqsədi ilə göndərdiyi və istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Güzdək daş karxanası istiqamətində uzanan yolun 3-cü kilometrliyində yol kənarındakı torpaq sahədə 1 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisində g izlədilib yerləşdirilmiş külli miqdarda ümumilikdə 11.275 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə əldə etmək üçün İran İslam Respublikasının vətəndaşı “Məmmədhüseyn” adlı şəxsin təlimatı əsasında 07 yanvar 2021ci il tarixdə axşam saatlarında öz qohumu Məhkum2la birlikdə özünün idarə etdiyi “Chevrolet Cruze” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisinə getdikdən sonra həmin külli miqdarda narkotik vasitə heroini orada Güzdək daş karxanası istiqamətində uzanan yolun 3-cü kilometrliyində yol kənarındakı torpaq sahədə 1 (bir) ədəd sarı rəngli sellofan torbada gizlədilmiş yerdən Məhkum2la birgə götürüb satış məqsədi ilə əldə edib saxlayaraq daşımış, Məhkum1 və Məhkum2 qanunsuz əməlləri barədə daxi l olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum1 və Məhkum2 07 yanvar 2021-ci il tarixdə, saat 21:38-də Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Güzdək daş karxanası istiqamətində uzanan yolun 3-cü kilometrliyində yol kənarındakı torpaq ərazidə saxlanıldıqdan dərhal sonra həmin gün saat 21:43-dən etibarən orada Məhkum1 və Məhkum2 üzərilərinə baxış keçirilərkən həmin külli miqdarda narkotik vasitə heroin Məhkum1 əlində saxladığı və təqdim etdiyi 1 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 2.550 qram, 3.170 qram, 2.990 qram və 2.565 qram olmaqla, 4 (dörd) ədəd bağlamada aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra həmin faktla bağlı Məhkum1, Məhkum2 və qeyrilərinin barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə başlanmış cinayət işi üzrə aparılan istintaq zamanı Məhkum1 yaşadığı evdə narkotik vasitələr saxladığına dair əsaslı şübhələr yarandığından 19 yanvar 2021-ci il tarixdə, saat 17:00-dan etibarən Məhkum1 yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, 1 -ci Mədən küçəsi, 3-cü korpus, yeni massivdə yerəşən nömrəsiz fərdi yaşayış evində axtarış aparılarkən Məhkum1 satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin 20,180 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana 1 (bir) ədəd şəffaf sellofan bükümdə olmaqla üzərində "Digital Scale” sözləri yazılmış 1 (bir) ədəd qara rəngli elektron tərəzi ilə birlikdə həmin evin zirzəmisindən 1 (bir) ədəd mavi rəngli sellofan torbanın içərisində aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddələrlə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qanunsuz olaraq külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və göndərmə barədə qohumu Məhkum1 ilə, eləcə də şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı "Məmmədhüseyn” adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum2 aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı "Məmmədhüseyn” adlı şəxsin qeyriləri vasitəsi ilə naməlum tarixdə, vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla qanunsuz keçirməklə satışını təşkil edib birgə qazanc əldə etmək məqsədi ilə göndərdiyi və istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Güzdək daş karxanası istiqamətində uzanan yolun 3-cü kilometrliyində yol kənarındakı torpaq sahədə 1 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisində gizlədilib yerləşdirilmiş külli miqdarda ümumilikdə 11.275 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə əldə etmək üçün İran İslam Respublikasının vətəndaşı "Məmmədhüseyn” adlı şəxsin təlimatı əsasında 07 yanvar 2021-ci il tarixdə axşam saatlarında öz qohumu Məhkum1lə birlikdə sonuncunun idarə etdiyi "Chevrolet Cruze” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisinə getdikdən sonra həmin külli miqdarda narkotik vasitə heroini orada Güzdək daş karxanası istiqamətində uzanan yolun 3-cü kilome trliyində yol kənarındakı torpaq sahədə 1 (bir) ədəd sarı rəngli sellofan torbada gizlədilmiş yerdən Məhkum1lə birgə götürüb satış məqsədi ilə əldə edib saxlayaraq daşımış, Məhkum1 və Məhkum2 qanunsuz əməlləri barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum1 və Məhkum2 07 yanvar 2021 ci il tarixdə, saat 21:38-də Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Güzdək daş karxanası istiqamətində uzanan yolun 3-cü kilometrliyində yol kənarındakı torpaq ərazidə saxlanıldıqdan dərhal sonra həmin gün saat 21:43-dən etibarən orada Məhkum1 və Məhkum2 üzərilərinə baxış keçirilərkən həmin külli miqdarda narkotik vasitə heroin Mə hkum1 əlində saxladığı və təqdim etdiyi 1 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 2.550 qram, 3.170 qram, 2.990 qram və 2.565 qram olmaqla, 4 (dörd) ədəd bağlamada aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 dekabr 2021-ci il tarixli 1(103)1990/2021 saylı ilkin baxış qərarında hazırkı işin aidiyyət məsəllələri düzgün həll edilməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin ərazi aidiyyətinə aid olan hazırkı cinayət işini qanunsuz olaraq öz icraatına qəbul etmiş və nəticədə məhkəmə aidiyyətinin pozulması ilə nə ticələn yekun məhkəmə aktı qəbul etmişdir. Həmçinin müdafiə etdiyi Məhkum1 qanunsuz yollarla əldə edilmiş sübutlar, o cümlədən işgəncənin təsiri ilə verdiyi ifadələr əsasında törətmədiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə təqsirli bilinib cəzalandırılmışdır. Əlavə olaraq qeyd edir ki, həyata keçirilmiş cinayət təqibi üzrə ciddi prosessual pozuntular olmuşdur ki, məhkəmələr buna göz yummuşlar. Odur ki, müdafiəçi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının apelyasiya şikayətlərinə ilkin baxış iclasında baxılmasına dair 07 dekabr 2021-ci il tarixli qərarını və 25 yanvar 2022-ci il tarixli ittiham hökmünü ləğv edərək cinayət işinin materiallarının yenidən baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi haq qında qərar qəbul edilməsini xahiş edir. Məhkum2 verdiyi kassasiya şikayətində istintaq və məhkəmə araşdırmaları zamanı özünün təqsirli olduğunu sübut edəcək yetərli dəlillərin olmadığını, özünü təqsirli bilmədiyini bildirmişdir. Odur ki, məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsini və ona bəraət verilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Pro sessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətində məhkəmələr tərəfindən s übutların və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, Məhkum1 təqsirliliyi ilə bağlı məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyini, nəticədə sonuncunun cinayət törətmədiyi, əməlində cinayət tərkibi olmadığı halda əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyini, həmçinin Azərbaycan Respublikası CPM-nin 75.1-ci maddəsinin tələblərini pozaraq apellyasiya məhkəməsi aidiyyət qaydalarına nəzərə almadığını iddia etməklə, apellyasiya məhkəməsinin ilkin və yekun məhkəmə aktlarının ləğv edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2, 416.1.3, 416.1.11-cı və 416.1.20-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğ v edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Məhkum2 isə kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayətprosessual qaydaların pozulduğunu, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda barəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarıldığını iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2, 416.1.3, və 416.1.11-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələn dirmişdir. Odur ki, kollegiya müdafiəçilərin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu şikayətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk öncə Məhkum1 müdafiəçisi Müdafiəçi4 apellyasiya icraatının aidiyyət qaydalarının pozulması (göstərilən hal faktiki olaraq cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması ilə nəticələnməsinə əsas olduğundan) ilə aparılmasına dair kassasiya şikayətində istinad e tdiyi dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsində ‘‘məhkəmə aidiyyətinə əməl olunması” cinayət mühakimə icraatının əsas prinsiplərindən biri kimi nəzərdə tutulmaqla, həmin maddənin müddəasının tələblərinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz, şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Cinayət mühakimə icraatının həmin təməl prinsipi Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsində nəzərdə tutulan müddəalara əsaslanır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı ol madan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Məhkəmə aidiyyətinə əməl edilməsinin əhəmiyyəti həmçinin onda ifadə edilir ki, aidiyyətlə bağlı tələblər ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə istiqamətlənmişdir. Qeyd edilən hüquqi mövqe İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da öz əksini tapmışdır. “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 22 dekabr 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75-ci maddəsində cinayət işinin, mə hkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların AR-in məhkəmə sisteminə daxil olan məhkəmə orqanlarına aidiyyəti CPM-in 67-77-ci maddələrində müəyyən edilmişdir. Adı çəkilən normalar ərazi, növ (predmet) və şəxslərə görə aidiyyəti, habelə məhkəmə orqanlarının səlahiyyətinə görə aidiyyəti fərqləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Cinayət mühakimə icraatını həyata keçirən hər bir məhkəmə orqanının səlahiyyətlərinin şamil edildiyi ərazi CPM-in 67-73-cü maddələrində müəyyən edilmişdir. Cinayətin törədildiyi yer dedikdə, ictimai təhlükəli nəticələrin baş verməsindən asılı olmayaraq, cinayət əməlinin (ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyin) törədildiyi, yer başa düşülür. Eyni zamanda, cinayət işinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə aidiyyəti onun məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən mütləq yoxlanılmalıdır. Belə yoxlama birinci instansiya və apellyasiya məhkəmələrinin hazırlıq iclası zamanı həll edilməli olan ilk məsələdir. Hər bir məhkəmə ona d axil olmuş cinayət işi və digər materiallar barədə hər hansı prosessual hərəkət etməmişdən (hazırlıq iclasınadək olan hərəkətlər istisna olmaqla) əvvəl həmin işin və ya materialların aidiyyətini yoxlamalıdır. Yuxarıda sadalanan müddəalar özlüyündə cinayət mühakimə icraatının təməl prinsipi olaraq “məhkəmə aidiyyətinə əməl olunmasının əhəmiyyətini əks etdirir. İş materiallarından görünür ki, ibtidai araşdırma orqanı tərəfindən verilmiş ittiham əsasən: 1) Məhkum1 satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 20,180 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən kü çəsi, 3-cü korpus, yeni massivdə yerləşən nömrəsiz fərdi yaşayış evinin zirzəmisində gizlədərək saxlamışdır. 2) Həmçinin o, qanunsuz olaraq külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmə, təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və göndərmə barədə qohumu Məhkum2 ilə, eləcə də şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “X” adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum1 aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “X ” adlı şəxsin qeyriləri vasitəsi ilə naməlum tarixdə, vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla qanunsuz keçirməklə satışını təşkil edib birgə qazanc əldə etmək məqsədi ilə göndərdiyi və istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Güzdək daş karxanası istiqamətində uzanan yolun 3-cü kilometrliyində yol kənarındakı torpaq sahədə 1 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisində gizlədilib yerləşdirilmiş külli miqdarda ümumilikdə 11.275 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə əldə etmək üçün İran İslam Respublikasının vətəndaşı “X” adlı şəxsin təlimatı əsasında 07 yanvar 2021 -ci il tarixdə axşam saatlarında öz qohumu Məhkum2la birlikdə özünün idarə etdiyi “Chevrolet Cruze” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisinə getdikdən sonra həmin külli miqdarda narkotik vasitə heroini orada Güzdək daş karxanası istiqamətində uzanan yolun 3-cü kilometrliyində yol kənarındakı torpaq sahədə 1 (bir) ədəd sarı rəngli sellofan torbada gizlədilmiş yerdən Məhkum2la birgə götürüb satış məqsədi ilə əldə edib saxlayaraq daşımış, Məhkum1 və Məhkum2 qanunsuz əməlləri barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum1 və Məhkum2 07 yanvar 2021-ci il tari xdə, saat 21:38-də Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Güzdək daş karxanası istiqamətində uzanan yolun 3-cü kilometrliyində yol kənarındakı torpaq ərazidə saxlanıldıqdan dərhal sonra həmin gün saat 21:43-dən etibarən orada Məhkum1 və Məhkum2 üzərilərinə baxış keçirilərkən həmin külli miqdarda narkotik vasitə heroin Məhkum1 əlində saxladığı və təqdim etdiyi 1 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 2.550 qram, 3.170 qram, 2.990 qram və 2.565 qram olmaqla, 4 (dörd) ədəd bağlamada aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Göründüyü kimi məhkəmələrin razılaşdığı ayrı-ayrı epizodlarla bağlı elan edilmiş ittiham görə Məhkum1 cinayət əməlləri cinayətlərin təsnifatı baxımından az ağır və ağır cinayətlər olmaqla ayrı-ayrı vaxtlarda və müxtəlif ərazilərdə törədilmişdir. Belə ki, verilmiş ittiham əsasən Məhkum1 1-ci epizodla bağlı az ağır cinayət hesab olunan əməlinin (20,180 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi və saxlaması barədə) Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən küçəsi, 3-cü korpus, yeni massivdə yerləşən nömrəsiz fərdi yaşayış evində törədildiyi ehtimal olunduğu halda, onun 2-ci epizodla bağlı ağır cinayət hesab edilən əməlinin 1 ədəd sarı rəngli sellofan torbanın içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 2.550 qram, 3.170 qram, 2.990 qram və 2.565 qram olmaqla, 4 (dörd) ədəd bağlamanı yəni külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmə, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və göndərmə) törədilmə yerinin Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Güzdək daş karxanası istiqamətində uzanan yolun 3-cü kilometrliyinin olması müəyyən edilmişdir. Yuxarıda sadalanmış hallardan müəyyən edilir ki, verilmiş ittihama əsasən Məhkum1 ağır cinayət hesab edilən əməli Abşeron rayon ərazisində baş vermiş və cinayət təqibi yurisdiksiyası bir inzibati ərazi vahidi ilə məhdudlaşmayan (respublika yurisdiksiyalı) ibtidai istintaq orqanı tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə əsasən, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır. CPM-in 69.3-cü maddəsinə əsasən “hər bir ağır cinayətlər məhkəməsinə onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir”. Sadalanan maddələrin tələblərinə əsasən qanunverici cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılmasını imperativ qaydada müəyyən etmiş və bu halda məhkəmə aidiyyəti ağır cinayət əməlinin törədilməsi ilə (o cümlədən, məhz onun törədildiyi yer) şərtləndirdiyindən cinayət işinə ağır cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsində baxılmalıdır. Həmçinin ibtidai istintaq yurisdiksiyası müəyyən inzibati ərazi vahidi ilə məhdudlaşmayan ibtidai istintaq orqanı tərəfindən tamamlandıqda da belə, CPM-in 69.3 və 74.5-ci maddələrində nəzərdə tutulmuş, işlərə ərazi aidiyyəti (ərazi yurisdiksiyası) üzrə baxılması haqqında əsas tələbə əməl olunmalıdır. Öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, işi üzrə ittiham aktı 27 may 2021-ci tarixdə təsdiq olunmaqla, müvafiq cinayət işi 31 may 2021-ci tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş, 01 iyun 2021-ci tarixdə hazırlıq iclasının təşkil olunması barədə qərar qəbul olunmaqla, 14 iyun 2021-ci tarixdə məhkəmənin hazırlıq iclası keçirilmişdir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cü il tarixli “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məh kəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə qərara dəyişiklik edilməsi ilə bağlı Şuranın qəbul etdiyi 31 may 2021-ci il tarixli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyası müəyyən edilmişdir. Yəni, başqa sözlə desək Sumqayıt Ağır Cinayətlər Məhkəməsi həmin tarixdən işləri qəbul etməklə fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.4-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Hazırkı işi üzrə hökm çıxarmış Bakı Ağır Cinayətlər Məhkəməsi aidiyyət qaydalarına dair yuxarıda sadalanmış prosess ual hüquq normalarına, həmçinin CPM-nin 300.1.4-cü maddəsinin tələblərinə zidd olaraq, eyni zamanda Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə qərara dəyişiklik edilməsi haqqında 31 may 2021-ci il tarixli qərarına məhəl qoymayaraq cinayət işinə mahiyyəti üzrə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsində işə baxan məhkəmə kollegiyası da öz növbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 391.2 və 391.3-cu maddələrin tələblərinə əməl etməyərək, pozuntuya yol verməklə aidiyyət məsələsini kifayət qədər araşdırmadan, yuxarıda qeyd edilən prosessual normaları nəzərə almadan apellyasiya şikayətinə ilkin baxılması qərarında məhkəmə aidiy yətının müəyyən edilməsində səhvə yol verərək apellyasiya şikayəti üzrə işi məhkəmə baxışını təyin etmişdir. Belə olduğu halda məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində göstərmiş olduğu “apellyasiya instansiya məhkəməsi aidiyyət qaydalarını pozmaqla cinayət işini icraata qəbul etməsinə” dair dəlilləri ilə razılaşır, bununla da, CPM-nin 416.1.21-ci maddəsinin tələblərinin pozulduğunu müəyyən edib bu pozuntunun həmin məhkəmənin qəbul etdiyi qərarların (həm ilkin həmdə yekun qərarların) ləğv edilməsi üçün əsası kimi görür və buna görə də müdafiəçinin kassasiya şikayətinin qismən təmin edilməsini mümkün bilir. Məhkəmə kollegiyası cinayət işi üzrə apellyasiya instansiya məhkəməsində məhkəmə aidiyyətinin düzgün müəyyən edilməməsi əsası ilə apellyasiya məhkəməsinin hökmü və apellya siya şikayətinə ilkin baxılması qərarı ləğv edildiyindən hazırki iş üzrə kassasiya müəlliflərinin ayrı ayrılıqda kassasiya şikayətlərində istinad etdikləri digər dəlilərə qiymət verilməsini mümkünsüz hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair müdafiəçi və məhkum edilmiş şəxsin və Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinin (aidiyyətinin düzgün müəyyən edilməməsi hissəsində) qismən təmin edilməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2022-ci il tarixli, 1(103)183/2022 nömrəli hökmü və apellyasiya şikayətinə ilkin baxılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 dekabr 2021-ci tarixli 1(103)-183/2022 nömrəli qərarı ləğv edilməli, apellyasiya şikayətləri üzrə iş ilkin məhkəmə baxışına təyin edilməldir. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Ci nayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2022-ci il tarixli, 1(103)183/2022 nömrəli hökmü və apellyasiya şikayətinə ilkin baxılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 dekabr 2021-ci tarixli 1(103)-183/2022 nömrəli qərarı ləğv edilsin. Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən, həmçinin Məhkum2 və onun müdafiə çisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışa təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar