Məhkəmə qərarları › İş №1(102)-525/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-525/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-525/2024 12.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Məhkum və onun müdafiəçisi Qədirli Va sif Vaqif oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2023-ci il tarixli hökmü ilə Məhkum CMnin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3, Məhkum tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə və məhkumun müdafiəçisi V.V.Qədirli tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2023-cü il tarixli hökmü ilə (hakimlər Həsənzadə İradə Xəlil qızı (sədrlik edən və məruzəçi), Hüseynov Səbuhi Sabir oğlu və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1997-ci il tarixdə Rusiya Federasiyasının Volqoq rad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, heç yerdə işlməmiş, ünvan 1 qeydiyyatda olmaqla ünvan 2 yaşamış, ünvanında ünvanında CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə dostu Zərərçəkmiş şəxs1 adına kreditə mobil telefon götürərək özü istifadə edib bir ay ərzində kre diti tam şəkildə ödəyəcəyini, əks halda telefonu Zərərçəkmiş şəxs1 qaytaracağı barədə yalan vəd verməklə aldatmış, 2022-ci il iyunun 17də Bakı şəhəri Xətai rayonunun Sarayevo küçəsindəki «Kontakt Home» mağazasında Zərərçəkmiş şəxs1 adına altı ay krediti ödəmək şərti ilə ayrılan 3.805 manat dəyərində «İphone 13 pro max» markalı mobil telefonu alaraq verdiyi vədə əməl etməmiş, mobil telefonu Zərərçəkmiş şəxs1 xəbərsiz başqa dükana satıb pulunu özünə götürməklə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 ilə ailə həyatı quracağına dair yalan vəd verib inandırmaqla özünü hüquq-mühafizə orqanlarında işləyən şəxs kimi təqdim edərək və xi dməti işində yaranmış problemlərin aradan qaldırılması üçün pul və yaxud digər əmlak verməsini xahiş edib qısa zamanda qaytaracağına söz verərək aldatmış, bu adla Zərərçəkmiş şəxs2 2022-ci il iyunun 12-də Bakı şəhəri Nərimanov rayonunun ərazisindəki «Nəriman Nərimanov» metrostansiyasının qarşısında 1.800 manat dəyərində «Samsung S21» markalı mobil telefon, 2022-ci il iyunun 22-də Bakı şəhəri Nərimanov rayonunun ərazisindəki «Gənclik» metrostansiyasının qarşısında 5.000 manat, 2022-ci il iyunun 23-də Bakı şəhəri Nərimanov rayonunun ərazisindəki «Nəriman Nərimanov» metrostansiyasının qarşısında 1.900 manat, 2022-ci il iyunun 25-də eyni ünvanda bir ədəd 4.000 manat dəyərində «Samsung S22» markalı ULTRA modelli telefon və bir ədəd 589 manat dəyərində «Samsung» markalı qulaqcıq, 2022-ci il iyun un 30-da eyni ünvanda 3.000 manat dəyərində «İphone 13 pro» markalı mobil telefon, 2022-ci il iyul ayının əvvəllərində Bakı şəhəri Nərimanov rayonunun ərazisində yerləşən «BakuElektronics» dükanının yanındakı «E-Manat» terminalı vasitəsi ilə bank kartına köçürülən 250 manat olmaqla ümumilikdə 16.539 manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 ilə ailə həyatı quracağına inandırıb və özünü uğurlu iş adamı kimi təqdim etməklə avtomobillərin alınaraq icarəyə verilməsi sahəsində birgə iş qurmalarına dair yalan vəd verib aldatmış, bu adla Zərərçəkmiş şəxs3 2022-ci ilin may ayında Bakı şəhəri Nizami rayonunun ərazisindəki «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığında 10.000 manat, 2022-ci il iyun ayının ortalarında eyni ünvanda 10.000 manat, 2022-ci il iyun ayının axırlarında ünvan 4 ünvanının qarşısında 10.000 manat, 2022-ci il iyul ayının ortalarında Bakı şəhəri Nizami rayonunun ərazisindəki «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığında 12.600 manat, 2022-ci il iyul ayının axırlarında eyni ünvanda 3.000 manat, 2022-ci il avqust ayının əvvəllərində eyni ünvanda 4.000 manat, bundan 2 gün sonra isə eyni ünvanda əlavə olaraq 4.000 manat olmaqla ümumilikdə 53.600 manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hök mdən Məhkum, onun müdafiəçisi V.V.Qədirli və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Əyyubov Fərid İlham oğlundan ibarət tərkibdə) 21 sentyabr 2023-cü il tarixli qərarı ilə Məhkum və onun müdafiəçisi V.V.Qədirlinin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri qismən təmin edilmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum hökmlə CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ilədək endirilmiş, hökm qalan h issələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarından: - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkum ağır cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini; - Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini; - məhkumun müdafiəçisi V.V.Qədirli isə hüquqlarını müdafiə etdiyi şəxsin kassasiya şikayətinə əlavə verərək apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirilərək Məhkum əməlinin CM-nin 178.2.4-cü maddəsinə tövsif olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına və Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə istinad edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 kassasiya şikayətini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışması və digər zərər çəkmiş şəxslərə vurulmuş ziyanı qismən ödəməsi nəzərə alınaraq onun cəzasının yüngülləşdirilməsi məqsədə müvafiq hesab edilsə də, məhkəmə nəzərə almamışdır ki, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə onunla, yəni Zərərçəkmiş şəxs3 ilə ailə həyatı quracağına inandırıb və yalan vədlər verib aldatmış, ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Məhkum aldığı borcu 2022-ci il sentyabrın 23-dək ödəyəc əyini öhdəsinə götürsə də, ona vurulmuş ümumilikdə 53.600 (əlli üç min altı yüz) manat məbləğində ziyandan heç bir məbləği ödəməmişdir. Həmçinin şikayət müəllifi bildirmişdir ki, habelə o, eyni əməli bir çox şəxsə qarşı da təkrarən törətmişdir. Belə olan halda ona təyin edilmiş cəza həddən artıq yüngül olduğuna baxmayaraq daha da yüngülləşdirilmiş, bu cəza onun törətdiyi cinayətin ağırlığına uyğun deyil, bu haqda ədalətsiz qərar qəbul edilərkən isə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən Məhkum kassasiya şikayətini belə əsaslandırmışdır ki, mə hkəmələr tərəfindən iş üzrə toplanmış sübutlar düzgün araşdırılmamış, ona qarşı irəli sürülmüş ittiham faktiki törətdiyi əməllərə uyğun olmamış, o, CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətdiyi halda, əsassız olaraq daha ağır maddə ilə - CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş, ibtidai araşdırma zamanı isə ona qarşı zor tətbiq edilərək qanunsuz sənədlərə imza etdirilmişdir. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 Sabunçu rayon 13-cü PB-də verdiyi ifadəsində ona dəymiş ziyanın 35000 manat olduğunu qeyd etsə də, daha sonra yalan ifadə verərək Sabunçu RPİ-də həmin məbləğin 53600 manat, daha sonra BMCMİ-də isə məbləği daha da şişirdərək 70000 manat olmasını bildirmişdir. BMCMİ-də o, qərəzli olaraq ağır cinayət törətməkdə ittiham edilmi şdir. Bu barədə istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələrində bildirib müvafiq vəsatətlər versə də həmin vəsatətlər təmin olunmamış, nəticədə CPM-nin prinsipləri pozulmuşdur. Həmçinin şikayət müəllifi bildirmişdir ki, etdiyi ödənişlər barədə məhkəməyə sübutlar təqdim etsə də, məhkəmələr bu sübutları qəbul etməmiş, iş üzrə digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 işə apellyasiya instansiyası məhkəməsində baxılarkən telefon vasitəsi ilə hakimin köməkçisi ilə əlaqə saxlayaraq məhkəməyə gələ bilmədiyini və apellyasiya şikayətini geri götürdüyünü bildirsə də məhkəmə bu halı da qiymətləndirməmişdir. Qeyd olunanları nəzərə alaraq Məhkum onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış bəzi sübutlara, Məhkum barəs ində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək İşin faktiki hallarını mübahisələndirən Məhkum müdafiəçisi V.V.Qədirli hüquqlarını müdafiə etdiyi şəxsin kassasiya şikayətinə verdiyi əlavəsini həmin şikayətdə göstərilən eyni dəlillərlə əsaslandıraraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilərək irəli sürdü kassasiya tələbi üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası prosses iştirakçıklarının bununla bağlı rəylərini dinləyib CPMnin 419.4-cü maddəsinin tələbl ərinə əsaslanaraq kassasiya şikayətlərinə və məhkumun kassasiya şikayətinə onun müdafiəçisi tərəfindən verilmiş əlavəyə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, işə kassasiya instansiyası məhkəməsində baxılarkən məhkəmə iclasında iştirak edən Məhkum ərizə ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarından özü tərəfindən verilmiş kassasiya şikayətini və müdafiəçisi V.V.Qədirli tərəfindən verilmiş kassasiya şikayətinə əlavəni geri götürdüyünü bildirərək həmin kassasiya müraciətlərinin baxışdan çıxarılmasını xahiş etmişdir. Məhkum ərizəsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hü ququna malikdir. CPM-nin 414.5-ci maddəsinin tələbindən görünür ki, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsinin tələbinə görə, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdən keçirib kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin geri qaytarılması haqda cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyərək və qanunvericiliyin tələblərinə əsaslanara q hesab edir ki, Məhkum CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və onun müdafiəçisi V.V.Qədirli tərəfindən verilmiş kassasiya şikayətinə əlavə geri qaytarılmalı, həmin müraciətlər üzrə kassasiya icraatına xitam verilməli, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş kassasiya şikayətinə isə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum açıq-aşkar yüngül cəzanın təyin edilməsini iddia edərək sonunc uya daha ağır cəzanın təyin olunması haqqında qərarın qəbul edilməli olması barədə irəli sürdüyü tələbi CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassa siya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya i nstansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tə rəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüq uq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, bu və ya digər cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilmə sini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CPM-nin 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum qismən etirafedici ifadələri ilə yanaşı zərər çəkmiş şəxslərin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum əməlinin CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi və onun həmin maddə ilə təqsirli bilinməsi haqdı yekun nəticəyə gəlmişlər. Kassasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 tərəfindən mübahisə ləndirilmir və məhkəmə kollegiyası da bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür. Kassasiya şikayətində Məhkum təyin edilmiş cəzanın yüngül olması iddia olunaraq həmin cəzanın ağırlaşdırılması barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə kollegiyası həmin şikayətdə irəli sürülmüş tələbə cavab olaraq ilk növbədə vurğulamağı lazım bilir ki, cinayət-prosessual qanunvericiliyinin, o cümlədən CPM-nin 419-cu maddəsinin tələblərinə və mənasına görə, kassasiya instansiyası məhkəməsi CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birini və ya bir neçəsini (apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün müəyyən edilmiş əsaslar) aşkar etsə belə, məhkum olunmuş şəxsin vəziyyətinin hansısa şəkildə ağırlaşdırılması, məsəl ən onun əməlinin təqsirli bilindiyi CM-nin müvafiq maddəsindən daha ağır cinayətə görə məsuliyyət nəzərdə tutan maddə ilə tövsif edilməsi və ya ona təyin olunmuş cəzanın ağırlaşdırılması, yaxud nəzərə alınmamış cəzanı ağırlaşdıran halların nəzərə alınması, habelə təmin olunmamış mülki iddianın təmin edilməsi və sair belə məsələlərin kassasiya şikayətinə və ya kassasiya protestinə məhkəmə baxışı nəticəsində həll olunmasına dair yekun qərar qəbul etmək səlahiyyətinə malik deyil və bu kimi hallarda kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş Zərərçəkmiş şəxs3 kassasiya şikayətində irəli sürülmüş tələbin təmin olunmasını m ümkün bilmir və öz səlahiyyətləri çərçivəsində iş materiallarını təhlil edərək aşağıdakı qənaətə gəlir. Əvvəla, məhkəmə kollegiyası Məhkum təyin olunmuş cəzanın açıq-aşkar yüngül olması barədə kassasiya şikayətində göstərilən dəlillərlə bağlı qeyd edir ki, məhkumun təqsirli bilindiyi CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, apellyasiya instansiyası məhkəməsi də məhkum olunmuş şəxsə həmin maddənin sanksiyasında müəyyən edilmiş həddə, yəni 6 (altı) il müddətində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə də, bu cəza kifayət qədər ədalətlidir və apellyasiya instansiyası məhkəməsi haqlı cəza təyini ilə bağlı da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb ona həmin məhkəmənin hökmü ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsini məqsədə müvafiq hesab etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında sərgilədiyi hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələri tələb edir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun tör ədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinin tələbindən görünür ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8,59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilm əsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün aşağı həddinin yox, son həddinin dörddə üçündən artıq o la bilməz. Eyni zamanda CM-nin 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış s übutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunun bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkc ə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üz rə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət hüquqi tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğ unluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalı dır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Azərbaycan Respublikası Kons titusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımda n cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xar akterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə izah edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyə tinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərb aycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət -hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən apellyasiya instansiyası məhkəməsi törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, CM-nin 59cu maddəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdikləri halları – məhkumun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1la barışıq əldə etməsini, onun ilk dəfə məhkum olunmasını, xəstəliyini, cavanlığını, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyanın qismən ödənilməsini (apellyasiya şikayətlərinə məhkəmə baxışı zamanı məhkumun müdafiəçisi tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 1300 manat məbləğində pulun ödənilməsini təsdiq edən ödəniş qəbzi təqdim edilmişdir), CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar ın müəyyən edilməməsini kifayət qədər nəzərə almaqla qanuni və ədalətli cəza təyin etmiş və məhkəmə kollegiyasının qənaətinə görə, bu cəzanın açıqaşkar yüngül olmasının hesab edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Kassasiya şikayət inin məzmunundan göründüyü kimi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 cəza təyini ilə bağlı nəzərə alına bilən hər hansı hala dair heç bir dəlil irəli sürməmiş, digər tərəfdən isə belə dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki, CPM-nin 139.0.5-ci maddəsinin tələbinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlar əsasında müəyyən edilir. Qeyd olunanlar apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda məhkəmə kollegiyası Məhkum yü ngül cəzanın təyin edilməsi və həmin cəzanın ağrlaşdırılmalı olması barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi şərti ilə (CPM-nin 416.1.21ci maddəsində nəzərdə tutulmuş əsasla) həmin şikayətin təmin edilməsini mümkün bilmir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, kassasiya şikayətinin təmin edilməsi ilə bağlı məsələnin məhkəmənin mülahizəsinə buraxılmasına dair Məhkum, həmin şikayətin təmin edilməməsi haqda isə məhkumun müdafiəçisi V.V.Qədirlinin və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib yuxarıda göstərilənlərə əsaslanaraq belə nəticəyə gəlir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 kassasiya şikayəti təmi n edilməməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023cü il tarixli qərarı isə həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1, 414.8 və 419.10.1-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və onun müdafiəçisi V.V.Qədirli tərəfindən verilmiş kassasiya şikayətinə əlavə geri qaytarılsın, həmin müraciətlər üzrə ic raata isə xitam verilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarı baxılmış kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar