Məhkəmə qərarları › İş №1(102)-526/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-526/2019

22.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-526/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X7 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2018-ci i l tarixli qərarından Məhkum verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim K.F.Əliyev, hakimlər F.N.Mahmudov və S.Ə.Əzizovdan ibarət məhkəmə tərkbi) Məhkum (xxx xx xxx 1993-cü ildə ünvan2nda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan3ndə qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4 və 264-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasi tələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplanılmaqla, qəti olaraq 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 17 iyul 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.G.Abdullayev, hakimlər T.A.Muxtarov və E.İ.Xasməmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmi n edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ və etibarnamə olmadan, X11 istifadəsində olan QAZ-3110 markalı ** xx xx xx *** dövlət nömrə nişanlı avtomobili sonuncunun razılığı ilə xxxx xx xxx 2017-ci il tarixdə, saat 22 radələrində ünvan4 istiqamətindən, ünvan5 ilə “Mərkəzi Univermaq” adlanan ticarət mərkəzinin yerləşdiyi istiqamətə doğru idarə edərkən, Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tə ləblərini pozaraq, 3.24 -“Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə maksimum hərəkət sürətinin 50 km/saata qədər məhdudlaşdırıldığı yol sahəsində avtomobili 60 km/saat və daha yüksək sürətlə hərəkət etdirərkən həmin prospektdə 501 saylı ünvanda yerləşən evin yaxınlığında “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyərək, yolun sol kənarından sağına hərəkət edib yolun orta hissəsində dayanıb sonra yolu keçmək istəyən piyadalar, 02 noyabr 1987-ci il təvəllüdlü X4 və sonuncunun əlindən tutduğu azyaşlı övladı 04 oktyabr 2012-ci il təvəllüdlü X8 a vtomobilin qabaq sağ hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, nəticədə X1 tağı və kəllə əsası sümüklərinin sınıqları, baş beynin sərt qişasının cırılması, baş beynin əzilməsi, baş beyinə qansızma, basın yumşaq toxumalarına, alın təpə nahiyələrinə uyğun hissələrdə qansızma, döş qəfəsinin qapalı küt travması, sağ ağ ciyərin cırılması, sağ İ-Xİİ-dək qabırğaların onurğayanı xətti üzrə sınıqları, Vİ döş fəqərəsinin köndələn çıxıntısının sınığı, sınıq ətrafı yumşaq toxumlara qansızma, burun sümüyünün qapalı sınığı, sağ baldır sümüklərinin açıq sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, alın nahiyəsinin və üst dodağın selikli qişasının yarası, hər iki göz ətrafı yumşaq toxumaların hematoması, sağ yanaq, sağ kürək, hər iki əl nahiyələrinin və sol ayaq pəncəsinin üst səthinin sıyrıqları ilə müşay iət edilən və ağırlıq dərəcələrinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə, açıq kəllə beyin travması nəticəsində kəllə tağı və kəllə əsası sümüklərinin sınığı, baş beyinə qansızma ilə əlaqədar ölməsinə, habelə X2 tağı və kəllə əsası sümüklərinin xətti formalı sınığı, baş beyinə qansızma, başın yumşaq toxumlarına alın-təpə və ənsə nahiyələrinə uyğun hissələrdə böyük ölçülü qansızma, sağ ağ ciyərin kontuziyası, sağ İİİ qabırğanın məmə xətti üzrə sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki alın-təpə nahiyələrinin yaraları, sol yanaq, sol almacıq, alt çənə, döş qəfəsinin ön və arxa səthlərinin, hər iki bazu, sol qalça, sağ dirsək, sağ dirsək, sağ bud, sağ baldır nahiyələrinin sıyrıqları ilə müşayiət edilən və ağırlıq dərəcələrinə gör ə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə, açıq küt kəllə beyin travması nəticəsində kəllə tağı və kəllə əsası sümüklərinin sınığı, baş beyinə qansızma ilə əlaqədar ölməsinə səbəb olmaqla, ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən əməllərindən peşman olması, könüllü gəlməklə təqsirini boynuna alması, yol-nəqliyyat hadisəsinin ehtiyatsızlıqdan baş verməsi, zərərçəkmiş şəxslərin hüquqi varisi ilə barışıq əldə etməyə cəhdlər etməsi nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum cəzasının yüngülləşdirilməsinə əsas verən hal kimi xüsusilə ona istinad edir ki, artıq zərərçəkmiş şəxslərin hüquqi varisi ilə barışıq əldə olunmuş, sonuncunun ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2018-ci il tarixli qərarının ləğv edilməsini, barəsində daha ədalətli qərarın qəbul edilməsini, yəni faktiki olaraq ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublik ası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şik ayətində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşı sını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Təqsir karın himayəsində azyaşlı uşağın olması, könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxslə və yaxud zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışığın əldə edilməsi Cinayət Məcəlləsinin müvafiq olaraq 59.1.4, 59.1.10 və 59.1.12ci maddələrində xüsusi olaraq göstərilmiş cəzanı yüngülləşdirən hallardır. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi q aydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsində təsbit olunmuşdur ki, Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilmə sinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum hökmlə təyin edilmiş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış) cəzanın yüngülləşdirilməsinə əsas yaradan halların olduğu müəyyən edilir. Belə ki, hökmdən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən ediıməmiş, Məhkum könüllü gəlib təqsirini boynuna alması Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə müvafiq olaraq təqsirkara cəzanın Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında təyin edilməsini tələb edən cəzanı yüngülləşdirən hal qismində müəyyən edilmişdir. Bununla yanaşı, Məhkum himayəsində iki azyaşlı uşağının olması - Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, cinayət əməlini etiraf edərək peşmançılıq çəkməsi, yaşayış yerindən müsbət xarakterizə olunması, ailəli olması isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Hökmdə zərərçəkmiş şəxslərin yaxın qohumu olan hüquqi varis X12 ilə barışığın əldə olunması (CM, maddə 59.1.12) təqsirkarın cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilsə də, apellyasiya baxışı zamanı XXX35 müdafiəçinin cəzanın yüngülləşdirilməsi məqsədilə verilmiş apellyasiya şikayətinə qarşı etiraz etmiş və məhkəmə bunu hökmün (o cümlədən, cəzanın) dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən nəzərə almışdır. Lakin, Məhkum kassasiya şikayətində zərərçəkmiş şəxslərin hüquqi varisi ilə birmənalı olaraq barışığın əldə olunduğunu, XXX35un ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmiş və hüquqi varisin özü də bunu kassasiya baxışına dair məhkəmə iclasında təsdiq etmişdir. Belə olan halda həmin xüsusat nəzərə alınmalı və Məhkum cəzasının azaldılmasında özünü göstərməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən və hökmlə müəyyən edilmiş digər cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərlən digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmalı və Məhkum hökmlə Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təyin olunmuş əsas cəzanın - azadlıqdan məhrum etmənin müddəti 8 (səkkiz) ildən 7 (yeddi) il 6 (altı) aya, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə isə əlavə cəzanın (nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmənin) müddəti 2 (iki) ildən 1 (bir) il 6 (altı) aya endirilməli, müvafiq olaraq ona cinayətlərin məcmusu qaydasında – Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən (cəzaların qismən toplanılması yolu ilə) qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə nəqliyyat vasi tələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, bu cəza vasitəsi ilə də Məhkum islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və zərərçəkmiş şəxsin hüquqi varisinin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, onun barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2018-ci tarixli qərarı Azərbaycan Respublikası Cina yət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 22 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təyin olunmuş əsas cəza azaldılmaqla 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təyin olunmuş əlavə cə za azaldılmaqla 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Məhkum təyin olunmuş əsas cəzalar və əlavə cəzalar qismən toplanılsın, ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar