Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-526/2024 12.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il ta rixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarı ilə isə cinayət əməlinin CM-nin 128ci maddəsinə tövsif edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiya məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Dadaşova Şəfa Əliövsəd qızı) Məhkum, xx xxxxxxxx 1985-ci il tarixdədə Şirvan (Əli-Bayramlı) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər Ağır Cina yətlərə Dair İşlər Üzrə Аzərbaycan Respublikası Məhkəmənin 09 aprel 2009-cu il tarixli hökmü ilə CM-nin 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2009-cu il tarixli qərarı ilə həmin hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) ilədək endirilmiş, Qaradağ Rayon Məhkəməsinin 07 yanvar 2014-cü il tarixli hökmü ilə CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xaçmaz Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qərarına əsasən həmin hökmlə təyin olunmu ş cəzasının çəkilməmiş 01 (bir) il 01 (bir) ay 14 (on dörd) gün müddətə hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Qaradağ Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli 68VİQD saylı Qanununun tətbiq edilməsinə dair ərizəsi təmin edilərək barəsində CM-nin 80-1-ci maddəsi tətbiq olunmaqla cəzadan azad edilmiş, Qaradağ Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli hökmü ilə CM-nin 17 7.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məhkəmənin 14 yanvar 2022-ci il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsinə əsasən 01 (bir) il azaldılmış, Qaradağ Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərarı ilə həmin məhkəmənin 10 avqust 2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) ay 01 (bir) gün müddəti 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda yaşayan, olmaqla, ünvan 2 ünvanında CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 11 iyun 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək olan 02 (iki) gün müddət nəzərə alınmaqla üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum silah qismində olan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilm əsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək zərərçəkmiş şəxsə yüngül dərəcəli bədən xəsarətləri yetirmiş və özgənin əmlakını qəsdən zədələməklə xuliqanlıq etmişdir. Belə ki, Məhkum 13 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən “Spartanec” adlı kafedə sərxoş vəziyyətdə olarkən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan kafenin müştərisi Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlətməklə sonuncu ilə mübahisə yaradaraq dalaşmışdır. Bundan sonra hərəkətlərini davam edərək kafenin qarşısında dayanmış Zərərçəkmiş şəxs2 məxsus “Lexus” markalı **-XO-*** dövlət qeydi yyat nişanlı avtomaşının içərisində əyləşmiş Zərərçəkmiş şəxs1la mübahisəsini davam edərək onu yenidən nalayiq ifadələrlə təhqir etmiş, zor tətbiq edərək yumruqla sonuncunun bədəninin baş nahiyəsinə vurmuş və avtomaşından düşərək avtomaşının sağ qapısı və sağ qanadını təpik zərbələri ilə qəsdən vurub əzməklə avtomobilin sahibi zərərçəkmiş Zərərçəkmiş şəxs2 əmlakını zədələməklə ona 800 manat məbləğində maddi ziyan vurmuşdur. Daha sonra hərəkətlərini davam etdirərək “Spartanec” kafesinə qayıtdıqdan sonra oraya gəlmiş Zərərçəkmiş şəxs1 avtomaşını zədələdiyi üçün ona bildirdiyi iradları səmimi qəbul etməyərək yenidən münaqişə yaradıb masanın üzərində olan şüşə pivə qədəhindən silah qismində istifadə etməklə, həmin qədəhlə zor tətbiq etməklə qəsdən bir neçə dəfə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə vurmuş, sonuncu yerə yıxıldıqdan sonra təpik zərbələri ilə onun bədəninin müxətlif nahiyələrinə zərbələr endirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət olunan başın sol təpə nahiyəsinin əzilmiş yarası və sol qulaqarxası nahiyənin səthi əzilmiş yaraları, burun nahiyəsinin yumşaq toxumalarının qançır-şişkinlik halında əziyi, üst dodağın dodaq haşiyəsinin səthi əzilmiş yaralarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə, eyni zamanda kafedə olan kafeni işlədən Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd şüşə pivə qədəhini, bir neçə stəkan və nəlbəkini sındırmaqla və kafenin pərdəsini cırmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 50 manat məbləğində ziyan vuraraq xuliqanlıq etmişdir. Hökmdən Məhkum və onun müdafiəçisi Əliyev Əlisəfa Qurban oğlu tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Allahverdiyev Elbəy Hidayət oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 26 aprel 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Şəhər Qaradağ Rayon məhkəməsinin 23 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli CM-nin 221.3-cü maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilməklə ona həmin maddə əsasında 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 11 iyun 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək şühəli şəxs qismində saxlanıldığı 0 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarından dövlət ittihamçısı E.E.Bayramova kassasiya prostesti verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: CM-nin və Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) bir sıra maddələrinə, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarına, işin müəyyən edilmiş faktiki ha llarına və Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı E.E.Bayramova kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyasi məhkəməsi Məhkum qarşı irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edib qiymətləndirməmiş, Məhkum əməlini CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif etməkdə haqlı olmamış, münaqişənin məhz zərər çəkmiş şəxsin təşəbbüsü ilə başlaması barədə gəldiyi nəticə isə iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı işin halları ilə mübahisəsiz və birmənalı şəkildə müəyyən edilən hal ondan ibarətdir ki, təqsirləndirilən şəxs lə zərərçəkmiş şəxs arasında münaqişənin şəxsi münasibətlər zəminində, zərər çəkmiş şəxsin təşəbbüsü ilə başlamışdır. Lakin, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, münaqişə Zərərçəkmiş şəxs1in və Zərərçəkmiş şəxs3 söhbətinə Məhkum müdaxilə etməsi və Zərərçəkmiş şəxs1in ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən baş vermiş, bundan sonra bu münaqişə davam etmiş və hadisə Zərərçəkmiş şəxs1 sağlamlığa yüngül zərər vuran bədən xəsarətlərini alması ilə nəticələnmişdir. Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini, yəni CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə - onun özünün, zərərçəkmiş şəxslərin ifadələri, məhkəmə-tibbi ekspertizasının r əyi ilə və digər sübutlarla təsdiq olunsa da, apellyasiya instansiyası məhkəməsi onun həmin əməlini CM-nin 128-ci maddəsinə tövsif etməkdə haqlı olmamış və bu zaman maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, həmçinin iş üzrə yekun qərar qəbul edərkən tərəflərin hadisədən sonra barışıq əldə etməsini və bir-birlərinin xeyrinə ifadə vermələrini, həmin ifadələrinin qeyri-səmimi olmasını nəzərindən qaçırmışdır. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, iş üzrə digər Zərərçəkmiş şəxs3 ibtidai araşdırma zamanı verdiyi bütün ifadələr Zərərçəkmiş şəxs1 ifadələri ilə eynilik təşkil edir və onların sonradan başqa məzmunda ifadələr vermələri məhkum olunmuş şəxslə barışıq əldə etmələri halından irəli gəlir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin həmin halları nəzər ə almadan Məhkum əməlinin tövsifində gəldiyi nəticəni düzgün hesab etmək olmaz. Bundan başqa, zərərçəkmiş şəxsin Məhkum şikayətinin olmaması, onunla barışması və dəymiş ziyanın ödənilməsi barədə müvafiq ərizələrin olmasına baxmayaraq, məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli qərarı ilə Məhkum zərərçəkmiş şəxslə barışması əsası ilə CM-nin 128-ci maddəsi ilə cəzadan azad edildiyi üçün CM-nin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə görə (şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir) hazırki iş üzrə o, cinayət məsuliyyətindən azad edilə bilməz və Məhkum CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tut ulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddində cəza təyin edilməlidir. Bu hissədə nəzəri olaraq, hətta məhkəmənin əməlin tövsifində haqlı olduğu qəbul edilsə belə, məhkəmə cinayət qanunu normasının tətbiqində səhvə yol verilmişdir. Halbuki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışmasını və şikayətinin olmamasını, eləcə də zərərçəkmiş şəxsin barışıq ərizəsini və qanun normalarının imperativ tələblərini nəzərə alaraq Məhkum cinayət məsuliyyətindən azad olunması və cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul etməli olduğu halda, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının predmetini qanun normalarının tələbləri ilə əlaqəli surətdə dəyərləndirməyərək, tövsif etdiyi əmələ görə məsuliyyətdən azad edilməli olan şəxsə, Qaradağ Rayon Məhkəməsinin 11 dekabr 2020- ci il tarixli qərarı ilə zərərçəkmiş şəxslə barışması əsası ilə CM-nin 128-ci maddəsi ilə cəzadan azad edildiyi üçün CM-nin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə görə cinayət məsuliyyətindən azad edilə bilməməsi hallarını əsas gətirərək cəza təyin etməkdə haqsız mövqedə olmuşdur. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı E.E.Bayramova kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsasl anaraq kassasiya protestinə adları çəkilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Göründüyü kimi, dövlət ittihamçısı E.E.Bayramovanın kassasiya protestinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə toplanmış və araşdırılmış sübutları qanuna müvafiq qaydada tədq iq etməmiş və onlara düzgün qiymət verməmiş məhkumun əməli isə düzgün tövsif olunmamış və cinayət qanununun norması düzgün tətbiq edilməmişdir. Bununla da, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv olunması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı E.E.Bayramovanın protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünl üyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası mə hkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının p redmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosess ual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiy anın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətini cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanun un bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Q ərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri n müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquq i prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cin ayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Sübutların mümkünlüyünə dair qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1 -ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Məhkum qarşı CM-nin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla razılaşmamış və ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticədən fərqli o laraq araşdırılmış sübutlara əsasən çıxardığı 26 aprel 2023-cü il tarixli qərarında Məhkumla zərərçəkmiş şəxs arasında münaqişənin baş verməsinin qarşılıqlı anlaşılmazlıq nəticəsində, şəxsi münasibətlər zəminində baş verməsi, onların arasında qarşılıqlı davanın olması, ilkin olaraq yaranmış mübahisənin Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomaşınla kafedən uzaqlaşdıqda bitdikdən sonra onun yenidən kafeyə qayıdaraq Məhkumla mübahisəni davam edib dava etməklə sonuncu tərəfindən ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilməsinə dair gəldiyi nəticəyə əsasən sonuncunun əməlini CM-nin 128-ci maddəsinə tövsif etmişdir. Kassasiya kollegiyası da hesab edir ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi bu qənaət düzgündür, qanu nidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya protestində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmasına dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Məhkum pivə qədəhindən silah qismində istifadə etməklə xuliqanlıq əməlini törətməsinə görə ona qarşı ittiham irəli sürülsə də, apellyasiya instansiya məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən toplanmış və birinci instansiya məhəməsinin məhkəmə iclasında araşdırılm ış sübutlara əsasən Məhkum məhz CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə düzgün nəticəyə gələrək iş üzrə kassasiya qaydasında mübahisələndirilən yekun məhkəmə aktı qəbul etmişdir. Belə ki, hadisə ilə bağlı apellyasiya instansiyası məhkəməsi həm ibtidai araşdırma materiallarını, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutları müqayisəli şəkildə tədiq edib onlara qaquna müvafiq qiymət verərək müəyyən etmişdir ki, 13 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində (gecə vaxtı) Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən “Spartanec” kafesində Məhkumla Zərərçəkmiş şəxs1 arasında münaqişə ilk olaraq kafedə baş vermiş, sonra Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomaşında davam etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 hadısə yerindən idarə etdiyi avtomobillə uzaqlaşsa da, yenidən kafeyə qayıdıb Məhkum tərəfindən başqa şəxsə - Zərərçəkmiş şəxs2 məxsus avtomaşına vurduğu zərbələr nəticəsində zədələr yetirdiyini əsas gətirib mübahisəni davam etmiş, yəni sonrakı münaqişə onun təşəbbüsü baş vermiş və onların qarşılıqlı dalaşmaları nəticəsində Məhkum tərəfindən Zərərçəkmiş şəxs1 dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə tədqiq edilərək qiymətləndirilmiş sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Belə ki, birinci insansiya məhkəməsinin m əhkəmə iclasında Məhkum ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 13 aprel 2022-ci il tarixdə gecə saat 03:00 radələrində o, Ələt qəsəbəsində yerləşən “Spartanec” kafesində oturub pivə içmişdir. Həmin vaxt kafedə o, X adlı şəxs və kafeni işlədən Zərərçəkmiş şəxs3 olmuşlar. Onlar bir qədər oturduqdan sonra kafeyə əvvəllər də tanıdığı Zərərçəkmiş şəxs1 gəlmiş və ondan bir qədər aralıda oturmuşdur. O, X və Zərərçəkmiş şəxs3la danışıbgülərkən Zərərçəkmiş şəxs1 heç bir səbəb olmadan yerindən qalxıb onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, Zərərçəkmiş şəxs1ə fikir verməyib, söyüş söyməsinə görə iradını bildirdikdə sonuncu hərəkətlərinə davam edərək ona yaxınlaşmış və onların arasındakı mübahisə bir-birinə fiziki zor göstərmələri ilə nəticələnmiş dir. Bu zaman Zərərçəkmiş şəxs3 onları sakitləşdirmiş və Zərərçəkmiş şəxs1i çölə çıxarıb evə getməsini xahiş etmiş, Zərərçəkmiş şəxs1 isə söyüşlərinə davam edərək gəldiyi avtomaşına əyləşmişdir. O, bundan əsəbləşib avtomaşına yaxınlaşmış və qabaq sağ qapını açıb bərkdən çırpmış, nəticədə maşının qapısı və sağ qanadı əzilmiş, Zərərçəkmiş şəxs3 isə bunu görüb ona yaxınlaşaraq onu sakitləşdirmiş və kafeyə aparmışdır. Təxminən 5 dəqiqə sonra Zərərçəkmiş şəxs1 yenidən kafeyə qayıtmış, kafeyə girən kimi onun üstünə gəlib yenidən mübahisə etməyə başlamışdır. O, Zərərçəkmiş şəxs1lə aralarında yaranmış mübahisəni davam etdirmək istəməsə də, onu münaqişəyə məcbur etmiş və ondan özünə qarşı göstərdiyi qəzəbli münasibətin səbəbini müəyyənləşdirmək istəsə də buna nail ola bilməmiş, onunla heç bir düş mənçiliyinin olmadığını bldirmiş, söyüş söyməyə son qoymasını ondan tələb etmişdir. Zərərçəkmiş şəxs1 isə onu nalayiq ifadələrlə təhqir etməyə davam etmiş, onlar yenidən əlbəyaxa olmuş, o, 4-5 dəfə yumruq zərbələri ilə Zərərçəkmiş şəxs1in sifətinə və başına vurmuşdur. Həmin vaxt, yəni o, Zərərçəkmiş şəxs1la qarşılıqla dalaşarkən X kafedən çıxıb getmiş, Zərərçəkmiş şəxs3 isə onları yenidən sakitləşdirməyə çalışmışdır. Zərərçəkmiş şəxs1 onun zərbələrindən sonra stolda oturmuş, Zərərçəkmiş şəxs3 da onu kənara çəkmiş, sonra isə Zərərçəkmiş şəxs1i avtomaşınına mindirib yaşadığı evə aparmışdır. Dindirmə zamanı verilmiş süallara cavab olaraq Məhkum həmçinin bildirmişdir ki, hadisə Ələt qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs3 adlı tanışının işlətdiyi “Spartanec” adlı kafedə 13 aprel 2022-ci il tar ixdə gecə saat 03:00 radələrində baş vermişdir. Həmin vaxt orada ondan və Zərərçəkmiş şəxs1dən başqa X və Zərərçəkmiş şəxs3 adlı şəxslər olmuş, hadisə zamanı xəsarət almadığından ekspertizadan keçməkdən imtina etmiş, Zərərçəkmiş şəxs1la əvvəllər heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Eyni zamanda Məhkum Zərərçəkmiş şəxs1i pivə qədəhi ilə vurmadığını, onu yalnız yumruq zərbələri ilə vurduğunu qeyd etmiş, bunun səbəbi isə Zərərçəkmiş şəxs1in heç bir səbəb olmadan onu söyməsi və üzərinə hücum çəkməsi olmuşdur. Onlar dalaşarkən masanın üzərində olan qədəh və stəkanlar onların masaya toxunması nəticəsində yerə düşərək sınmışlar. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında göstərmişdir ki, o, nəqliyyat vasitələrin təmiri ilə məşğul olmuş və hadisədən əvvəl, təxminən aprel ayının 10-da t anışı Zərərçəkmiş şəxs2 məxsus “Lexus” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin mühərrikində bəzi nasazlıqlar olduğu üçün təmir etmək məqsədilə sonuncu həmin avtomobili ona vermiş, o, da təmir işlərinin bir hissəsini görmsüşdür. 13 aprel 2022ci il tarixdə gecə saat təxminən 04:00 radələrində o, sərxoş vəziyyətdə təmir işlərini davam etdirmək üçün ona verilmiş avtomobildə işlədiyi sexə getmiş, lakin həmin vaxt sex bağlı olduğundan yaxınlıqda olan “Spartanec” kafenin açıq olduğunu görüb kafeni işlədən Zərərçəkmiş şəxs3la münasibəti olduğu üçün həmin kafeyə getmiş və orada İqbal və Asif adlı şəxslərin pivə içdiklərini görmüşdür. O, Zərərçəkmiş şəxs3ın yanında oturub çay istəmiş, lakin çay olmadığına görə Zərərçəkmiş şəxs3 ona pivə içməyi təklif etsə də o, bu təklifdən imtina e tmişdir. Zərərçəkmiş şəxs3la söhbət edərkən Məhkum onların söhbətlərinə müdaxilə etməyə başlamış, o, İqbala onların arasında olan söhbətə qarışmamağı bildirdikdə isə Məhkum onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün o, sonuncunun üzərinə hücum çəkmişdir. İqbal çölə çıxıb söhbət etməyi təklif etmiş və onlar kafedən çıxaraq Zərərçəkmiş şəxs2 məxsus “Lexus” markalı avtomaşına əyləşmişlər. Avtomaşında olarkən onların arasındakı mübahisə davam etmiş, həmin mübahisə zəminində İqbal onu yumruqla vurmuş, o da İqbalın zərbəsini cavablandırmışdır. Bundan sonra Məhkum avtomaşından düşərək sağ ön qapını əli ilə qapının bağlanma istiqamətinin əksinə bərk itələmiş və daha sonra maşına təpiklə zərbələr vurmuşdur. O, qapının halqalarının sındığını görmüş və yaxınlıqda olan Zərərçəkmiş şəxs3dan İqbala m ane olmasını xahiş etmiş, lakin Zərərçəkmiş şəxs3 İqbala mane olmadığından o, avtomaşını sürüb bir qədər kafedan kənarda saxlamış və avtomaşının əzildiyini görmüşdür. Buna görə də o, əsəbləşib kafeyə geri qayıtmış, orada Məhkum avtomaşının ona məxsus olmadığını bildiyi halda nə üçün maşına zərər vurduğunu soruşmuş, sonuncu da kobud formada cavab ona vermiş və aralarında yenidən münaqişə yaranmış, İqbal baş zərbəsi ilə onu vurmuş, o, yerə yıxılmış və bunun nəticəsindədır. Yıxılarkən başı masaya dəymiş və başından xəsarət almışdır. Yerdə yıxılmış vəziyyətdə olarkən İqbal onun sinə nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən təpiklə də zərbələr vurmuş, o, huşunu itirmiş, yalnız bundan sonra Zərərçəkmiş şəxs3 onu kafedən çıxarıb avtomaşına əyləşdirərək evlərinə aparmışdır. O, xəsarət a ldığı üçün təcili tibbi yardım çağırmış və onu Kliniki Tibbi Mərkəzə aparmışlar. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadələrindən görünür ki, o, Ələt qəsəbəsində yerləşən “Spartanec” kafesini 2022-ci ilin mart ayının ortalarından aprel ayının ortalarına qədər icarə əsasında işlətmişdir. 13 aprel 2022-ci il tarixdə saat təxminən 02:30 radələrində qəsəbə sakini kimi tanıdığı Məhkum kafeyə gəlmiş və 1 qədəh pivə sifariş edib içməyə başlamışdır. Həmin vaxt ondan qonşuluqda yerləşən sexdə işləyən X adlı şəxs də kafeyə gəlmiş və o, sonuncuya da pivə vermiş, özü üçün də bir qədəh pivə süzüb oturmuş və onlar üçü söhbət etmişlər. Bir qədər vaxtdan sonra o, küçədə avtomaşın səsinin gəldiyini eşidib polis əmkdaşlarının jəldiklərin i güman edərək çölə çıxıb onlara kafeni bağlayacağını demək istəmiş, lakin bu vaxt avtomaşın ustası kimi tandığı Zərərçəkmiş şəxs1 “Lexus” markalı avtomaşınla kafenin qarşısına gəldiyini görmüşdür. Sonuncu kafeyə daxil olduqdan sonra o, Zərərçəkmiş şəxs1ə pivə, çay və kofe təklif etsə də, Zərərçəkmiş şəxs1 heç nə istəməmiş və kafedə olan kresloda oturmuşdur. O, Zərərçəkmiş şəxs1lə söhbət edərkən birdən bilmədiyi səbəbdən Zərərçəkmiş şəxs1lə İqbalın arasında sözlü mübahisə yaranmış, Zərərçəkmiş şəxs1 İqbalın yanına getmiş və onun yaxasından yapışmış, İqbal isə onu təhqir etmədiyini, boş yerə mübahisə yaratmamasını bildirmişdir. O, münaqişə yaranacağını görüb Zərərçəkmiş şəxs1i birtəhər çölə çıxarmış və sonuncu İqbalı oraya çağırarmış, Məhkum isə çölə çıxdıqdan sonra Zərərçəkmiş şəxs1 avtoma şına əyləşib mübahisələrini avtomaşında davam etdirməyi təklif etmişdir. Onlar avtomaşının salonunda olarkən biri-birinə yumruq zərbələri vurmuş, o, isə onları aralamaq məqsədilə avtomaşının sağ qapısını açıb İqbalı yerə düşürmüşdür. Bu an Məhkum avtomaşının sağ qapısını bərkdən çırpmış və avtomaşına təpiklə bir neçə zərbə vurmuş, Zərərçəkmiş şəxs1 maşını qəzəblə sürüb getmiş, onlar isə kafeyə qayıtmışlar. Təxminən 2-3 dəqiqədən sonra Zərərçəkmiş şəxs1 yenidən kafeyə gəlmiş, həmin vaxt yenə İqballa Zərərçəkmiş şəxs1 arasında mübahisə yaranmış, bu vaxt X kafedən çıxıb getmiş, o, isə İqballa Zərərçəkmiş şəxs1i aralamağa çalışmışdır. Onlar dalaşarkən masaya toxunmuşlar və bu səbəbdən masanın üzərində olan bir ədəd şüşə pivə qədəhi, stəkan və nəlbəkilər yerə tökülərək sınmışlar, kafenin pərdəl əri cırılmışdır. Zərərçəkmiş şəxs1 yerə yıxıldıqdan sonra o, İqbalı çətinliklə olsa da sakitləşdirməyə nail olmuş, onu kafedən çıxarararq avtomaşına əyləşdirmiş və evlərinə aparmışdır. Zərərçəkmiş şəxs1 baş nahiyəsindən xəsarət aldığı üçün üst-başı qan içində olmuş, o, sonuncuya Zərərçəkmiş şəxs1ə kömək edib aparanda onun da paltarı qana bulaşmışdır. Zərərçəkmiş şəxs1i qapılarında düşürüb kafeyə qayıtmışdır. İqbal isə kafeyə yad şəxslərin keçməsinin qarşısını almaq məqsədilə kafenin önündə gözləmişdir. O, kafeni təmizləmiş, sınıq qədəh və stəkanları süpürüb zibil qabına yığmış, pərdəni açıb zibillə birlikdə götürmüş və kafeni bağlayıb evinə getmişdir. Zərərçəkmiş şəxs3 həmçinin qeyd etmişdir ki, Məhkumla Zərərçəkmiş şəxs1 arasında mübahisə heç bir səbəb olmadan başlamış, onlar bir-birini t əhqir etməmiş, sadəcə olaraq sözləri uyğunlaşmadığından dalaşmışlar. Əvvəllər onların arasında mübahisə olub-olmaması barədə heç bir məlumatı yoxdur. İbtidai araşdırma zamanı dindirilərkən o, İqbalın Zərərçəkmiş şəxs1i pivə qədəhi ilə baş nahiyəsindən vurması barədə ifadə verməmiş, lakin bu hal dindirmə protokolunda qeyd olunmuş, o, isə onun görmə qabiliyyəti zəif olduğundan protokolu oxumadan imzalamışdır. Baş vermiş hadisə zamanı qədəhin, stəkanların sınması və pərdələrin cırılması nəticəsində ona vurulmuş 50 manat məbləğində ziyan ona tam ödənilmişdir. Təsvir edilən ifadələrin təhlili göstərir ki, ilk olaraq 13 aprel 2022-ci il tarixdə saat 03 radələrində Ələt qəsəbəsində yerləşən “Spartanec” kafesində mübahisə Məhkumla sərxoş vəziyyətdə olmuş Zərərçəkmiş şəxs1 arasında mübahisə onların biri-birinin ünvanına nalayiq ifadələr işlətmələri səbəbindən başlamış, həmin mübahisə sonuncunun idarə etdiyi, lakin Zərərçəkmiş şəxs2 məxsus “Lexus” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomaşının salonunda davam etmiş, orada onlar biri-birini yumruqla vursalar da, kafenin icarədarı Zərərçəkmiş şəxs3 onları aralamış, bu vaxt əsəbi halda olan Məhkum etdiyi hərəkətlərlə və vurduğu zərbələrlə avtomaşına zədələr yetirmiş, Zərərçəkmiş şəxs1 isə avtomaşınla hadisə yerindən uzqlaşsa da bir neçə dəqiqədən sonra yenidən kafeyə gələrək Məhkumla yenidən mübahisə etməyə başlamış və həmin mübahisə zəminində Məhkum onun sağlamlığına yüngül zərər vurulmasına səbəb olmuş bədən xəsarətləri yetirmişdir. Araşdırılmış sübutlarla təsdiq olunan bu hallardan görünən odur ki, münaqişə şəxsi münasibətl ər zəminində iki şəxs arasında gecə vaxtı baş vermiş və bu vaxt Məhkum niyyəti ictimai qaydanın pozulmasına, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönəlməmiş, o, cəmiyyətə qarşı hörmətsizlikdə ifadə olunan hərəkətlər etməmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bədən xəsarətlərinin yetirilməsi ilə nəticələnən münaqişənin davamı isə elə sonuncunun təşəbbüsü ilə başlamış və onun hərəkətlərinə qarşı çıxış edən Məhkum ona qarşı zor tətbiq edərək zərərçəkmişə məhkəmə-tibbi ekspertizasının 13 aprel 2022-ci il tarixli 237 saylı rəyi ilə müəyyən edilmiş xəsarətlər yetirmişdir. Eyni zamanda Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şə xs2 əmlakını qəsdən, digər Zərərçəkmiş şəxs3 əmlakını isə ehtiyatsızlıqdan zədələməsi nəticəsində birinciyə 800 manat dəyərində, ikincisinə isə 50 manat dəyərində, yəni xeyli miqdlar hesab edilməyən məbləğlərdə ziyan vurmuşdur ki, onun da bu hərəkətləri CM-nin 186.1, 187.1-ci maddələrinə və CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən ciayət tərkibi yaratmamışdır. Şərh olunanlardan çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam qanuni və əsaslı olaraq Məhkum törətdiyi əməllərini CM-nin 128-ci maddəsi ilə tövsif etmiş və həmin əməllərin başqa cür ixtisaslaşdırılması üçün heç bir əsas yoxdur, digər tərəfdən isə bu haqda nəticə həm cinayət qanunvericliyinin tələblərinə, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövne yinə, həm də Ali Məhkəmənin Plenum Qərarlarında əksini tapmış izah və tövsiyələrə tam uyğundur. Belə ki, xuliqanlıq cinayətinin tərkib əlamətləri nəzərdə tutulmuş CM-nin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Bu maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud surətdə pozulması; -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnm əsi. Təhlil edilən normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara (Məhkumla Zərərçəkmiş şəxs1 hadisədən əvvəl də biri-birini tanmışlar) qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetir mə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, xuliqanlığın əsas tərkibini təsbit edən CM-nin 221.1-ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şə rh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 17 fevral 2006-cı il tarixli və 20 may 2011-ci il tarixli Qərarlarından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004cü il tarixli Qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti, onu ictimai qaydanın pozu lmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgə yaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozm aq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə aşıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizl iyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Q ərarında göstərilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli Qərarının 1-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mə nasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Qərarın 2 və 3-cü bəndlərində məhkəmələrə izah edilmişdir ki, CM-nin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqa m hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmçinin təhlil edilən Qərarın 9-cu bəndində qeyd olunmuşdur ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah de dikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfin dən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 30-cu bəndində qeyd edilir ki, CM-nin müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-nin 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Məhkum qarşı irəli sürülmüş ittihamdan və onun bu ittiham üzrə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin hökmündən bu tövsiyələrə əməl olunması görünmür. Odur ki məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi əməllərində xuliqanlıq cinayətinin tərkibinin yaranması nı şərtləndirən subyektiv və obyektiv cəhətlərin zəruri elementləri müəyyən edilmədiyindən apellyasiya instansiyası məhkəməsi sonuncunun həmin əməllərini xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası da apellyasiya instansiyası məhkəməsinin bu nəticə üzrə müəyyən etdiyi halların sübuta yetirilməsi razılaşır və qeyd edir ki, belə nəticəyə gələrkən həmin məhkəmə aşağıda təsvir edilənlərə də əməl etmişdir. Belə ki, Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirs iz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqs irli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirsizlik prezumpsiyası nəzərdə tutulmuş konstitusiyon normaların tələblərinə uyğun olaraq CPM-nin 21.2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiq ində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində isə göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qeyd olumalıdır ki, təqsirsizlik prezumpsiyası prinsipinə həmçinin şəxsin əməlinin cinayət qanununun bu və ya digər normasının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması zamanı da əməl olunmalıdır. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin s übutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutl ar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhk əmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar da xilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və ə saslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqlar ı üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyə nlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olmas ı üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında s übutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və töbvsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yal nız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi həm də bu normaların tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərindən, habelə Ali Məhkəmənin Plenmunun izah və tövsiyələrindən ç ıxış edib işin faktiki hallarına (araşdırımış sübutlara) əsaslanaraq ehtimal xarakterli məhkəmə aktını qəbul etməkdən imtina etmiş və bütün şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll edərək Məhkum cinayət əməlinin CM-nin 128ci maddəsi ilə tövsif edilməli olması barədə qanuni və əsaslı qənaətə gəlmişdir. Buna görə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların CPM-nin 143-146-cı maddələrinə əsasən tədqiq edilməməsi və Məhkum əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya protestinin dəlilləri ilə razılaşmayıb həmin dəlilləri qəbul edilməz sayır və bu hissədə məhkəmənin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməməsini qeyd edərək göstərilən hissədə həmin protestin təmin edilməsi üçün əsaslar görmür. Bununla belə, məhkəmə k ollegiyası kassasiya protestinin o dəlilləri ilə razılaşır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum əməllərini CM-nin 128-ci maddəsi ilə tövsi edib ona bu maddə ilə cəza təyin edərkən və onun cinayət məsuliyyətində azad edilməsi, cinayət işinin icraatına isə xitam verməkdən imtina edərkən cinayət qanunvericiliyinin mütləq tələblərinə əməl etməmişdir. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əvvəllər də Qaradağ Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzasına məhkum olunmuş, sonradan isə həmin məhkəmənin hökmün icrası qaydasında qəbul etdiyi 1 1 dekabr 2020-ci il tarixli qərarla onun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli 68-VİQD saylı Qanununun tətbiq edilməsinə dair ərizəsi təmin edilərək o, CM-nin 80-1-ci maddəsinə əsasən həmin cəzadan azad edilmişdir. Hazırki cinayət işinin materiallarından görünür ki, Məhkum hələ işə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılaraq qərar qəbul edilənə qədər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanı tam ödəməklə onlarla barışıq əldə etmiş, sonuncuların ona qarşı hər hansı şikayət və tələbləri olmamış və bu hallar zərərçəkmişlərin məhkəmələrə təqdim etdikləri ərizələri ilə təsdiq olunur. Göründüyü kimi, cinayət təqibinin bu mərhələsində Məh kum CM-nin 73-2-ci maddəsinin tələblərinə uyğun olaraq CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün bütün əsaslar mövcud olmuşdur. Lakin, apellyasiya instansiyası məhkəməsi bu halları nəzərə almayaraq, digər tərəfdən isə Məhkum əvvəllər CM-nin 80-1-ci maddəsinə əsasən CM-nin 128-ci maddəsi ilə ona təyin olunmuş cəzadan azad edilməsinə istinad edib onun eyni maddə ilə cinayət məsuliyyətindən azad edilməsini mümkün bilməmiş və bu zaman CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsaslanmışdır. Həmin bəndin tələbinə görə, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İmperativ norma olan CM-nin 73.2-ci maddəsinə əsasən isə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkum edilmiş şəxsin cəza çəkərkən onun həmin cəzadan azad edilməsi üçün əsasların bir hissəsi təsbit edilmiş CM-nin 80-1-ci maddəsində göstərilmişdir ki, belə şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. Əvvəla məhukəmə kollegiyası vurğulayır ki, cinayət qanunvericilinin tələblərinə və hüquq nəzəriyyəsinə görə, cinayət məsuliyyətindən və cəzadan, habelə cəza çəkməkdən azad et mə institutları biri-birindən fərqli institutlardır və təsadüfi deyil ki, CM-nin Ümumi hissəsində də cinayət məsuliyyətindən və cəzadan azad etmənin əsasları müxtəlif cür təsbit edilərək ayrı-ayrı fəsillərdə (11 və 12-ci) nəzərdə tutulmuşdur. Yalnız CM-nin 80-1-ci maddəsində müəyyən edilmişdir ki, cəza çəkən şəxs cinayət məsuliyyətindən azad etmə ilə bağlı 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir, lakin onun sonradan CMnin həmin maddələri ilə cinayət məsuliyyətindən azad edilməsi istər bu maddədə, istərsə də CM-nin digər maddələrində qadağan edilməmiş və buna heç bir məhdudiyyət qoyulmamışdır. Yəni şəxs CM-nin 128-ci maddəsi ilə ona təyin olunmuş cəzanı çəkm əkdən əvvəllər CM-nin 80-1-ci maddəsinə əsasən azad edildiyi halda onun sonradan həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi heç bir normada istisna edilməmiş, əksinə, belə hallarda da həmin şəxs CM-nin 73.2-ci maddəsində göstərilən şərtlərə əməl edildikdə imperativ şəkildə cinayət məsuliyyətindən azad edilməlidir. Qeyd olunanlara əsaslanaraq və dövlət ittihamçısı E.E.Bayramovanın kassasiya protestinin təhlil edilən məsələ ilə bağlı dəlilləri ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum zərərçəkmiş şəxslərlə barışması, onlara vurulmuş ziyanı ödəməsi və sonuncuların ona qarşı şikayət və tələblərinin olmaması nəzərə alınmaqla o, CM-nin 73-2ci maddəsinə əsasən CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və onun barəsindəki cinayət işinin icraatına xi tam verilməldir. Beləliklə məhkəmə kollegiyası dövlət ittihamçısı E.E.Bayramovanın kassasiya protestinin tam təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun və həmin protestin təmin olunması ilə bağlı məsələnin məhkəmənin mülahizəsinə buraxılmasına dair Məhkum çıxışlarını dinləyərək yuxarıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya protesti qismən təmin edilməli, Məhkum CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarı ləğv edilməli və o, CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək onun barəsindəki cinayət işinin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419. 10.3-cü maddəsini tələblərini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D I: Kassasiya protesti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarı ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilməklə barəsindəki işinin icraatına xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-526/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-526/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver