Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-527/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakları ilə xx xxxxxxx 1994-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, ünvan qeydiyyatda olmaqla yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in ) 120.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən (hakimlər: A.Ə.Musayev (sədrlik edən), X.A.Nuriyev və O.Y.Cəlilov) Məhkum CM-nin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 17 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yu xarıda qeyd edilən hökmündən məhkum və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.Ə.Novruzov (sədrlik edən), E.İ.Əliyev və E.Ə.Camalov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum xx xxxxxxxx 2018-ci il tarixdə saat 22:35-də qonşusu X2 Ağcabədi şəhəri, H.Aslanov küçəsində yerləşən “Qızıl Saray” şadlıq sarayında keçirilmiş, ictimai yer olan toy məclisində alkoqol sərxoşluğu vəziyyətində olarkən onunla eyni stolun baş tərəfində əyləşmiş qonşusu X3 ona arxasını çevirib əyləşməsinə haqlı irad bildirməsini cüzi bəhanə edib hər ha nsı əsaslı səbəb olmadan sonuncunu qəsdən öldürmək qərarına gələrək, bu məqsədlə Xun əvvəlcə baş nahiyəsinə qarşısındakı masanın üzərində iç-içə qoyulmuş boşqablarla möhkəm zərblə bir dəfə, döş qəfəsinin sol yarısının ön səthi, döş qəfəsinin sol yarısının arxa səthi və sol bud nahiyəsinə əvvəlcədən əldə edib şalvarının sağ cibində gəzdirdiyi təsərrüfat-məişət təyinatlı qatlanan turist bıçağı ilə müvafiq olaraq iki-bir-bir dəfə olmaqla, cəmi beş dəfə qəsdən zərbə vuraraq Xa kəskin qan itirmə ilə nəticələnərək ölümünə səbəb olan və yetirilmə anında həyat üçün təhlükəli olmaqla dərəcəsinə görə sağlamlığa ağır vurmaya aid olan, döş qəfəsinin sol yarısının ön səthində Vİ qabırğa səviyyəsindən döş boşluğuna keçərək ürəyin sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yara, da xilə keçməyən və dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid olan başın orta təpə nahiyəsində kəsilmiş yara, döş qəfəsinin sol yarısının arxa səthində Vİİ-Vİİİ qabırğa səviyyəsində döş boşluğuna keçməyən deşilmiş- kəsilmiş yara, döş qəfəsinin sol yarısının ön səthində Vİ qabırğa səviyyəsindən 3 sm. aşağıda səthi kəsilmiş dəri yarası və sol budun yuxarı üçdə birinin arxa səthində kəsilmiş səthi dəri yarası ilə nəticələnən xəsarətləri yetirib ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə X4 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş və ya qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirv an Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi, Məhkum əməlinin CM-nin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyası həddində qiymət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, müdafiə etdiyi şəxs barəsində apellyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Belə ki, işin hallarından aydın olur ki, baş verən hadisə xuliqanlıq niyyətilə qəsdən adam öldürmə kimi qiymətləndirilə bilməz. Burada mübahisə və dalaşma zəminində hadisə baş vermişdir və təşəbbüskar zərərçəkmiş şəxs X6 olmuşdur. Müdafiəçi həmçinin hesab edir ki, Məhkum cəza təyini zamanı da məhkəmələr ədalətsizliyə yol vermiş, cəzanı yüngülləşdirən halları, o cümlədən təqsirləndirilən şəxsin könüll ü olaraq təslim olmasını nəzərə almamışlar. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya ins tansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-527/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-527/2020
11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver