Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-527/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Məhkum Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Yaqubov Fərid Murtuza oğlu) Məhkum, xx xxxxxxxx 1972-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 66 saylı MKİS-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilin ib 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 01 (bir) gün həbsdə saxlanılma müddəti 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası kimi hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Məhkum üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzanın icrasının əvvəli Məhkum cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, məhkum edilmiş Məhkum üzərinə yaşayış yerini saat 22:00-dan 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhər inin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum xx xxxxxx 2019-cu il tarixdə, saat 05 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi, 25 saylı ünvanda ucadan söyüşlər söyməsinə iradını bildirmiş qonşusu Zərərçəkmiş şəxs iradlarını qəbul etməyib, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət, həmçinin cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş edilən hərəkətlər edərək, əsaslı səbəb olmadan ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, sonuncunu nalayiq sözlərlə təhqir edib, yumruq və silah qismində istifadə etdiyi bel ilə Zərərçəkmiş şəxs sifətindən vurub, ona burnun sümüklərinin yerini dəyişmiş qapalı sınığı, burnun yumşaq toxumalarının, sol və sağ almacığın qançırları ilə, yumruqla sinəsindən vurub döş qəfəsinin ön və sağ yan səthlərinin qançırları ilə, təpiklə isə ayaqlarından vurub sol və sağ baldır nahiyələrinin qançır və sıyrıqları, sol baldır nahiyəsinin sıyrığı ilə müşayiət olunan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş, xuliqanlıq niyyəti ilə qəsdən sağl amlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək, xuliqanlıq etmişdir. Hökmdən dövlət ittihamçısı Sadiq Əkbərov tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruzəçi), X10 oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ləğv edilərək yeni hökmlə Məhkum CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 127.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə, CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cəzasını ümumi reji mli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə olduğu müddət, yəni 01 (bir) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmündən Məhkum kassasiya şikayəti verərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmələr onun barəsindəki cinayət işinə baxarkən yüngülləşdirici halları kifayət qədər nəzərə almamışlar və nəticədə ona həddindən artıq ağır cəza təyin edilmişdir. Belə ki, məhkum kassasiya şikayətində bildirir ki, onun himayəsində iki azyaşlı uşağı var və bu hal cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmaqla ona təyin edilmiş cəza yüngülləşdirilməli, bu əsasla da onun barəsindəki apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilməlidir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkum kassasiya şikayətinə baxılmasında iştirak emək arzusu ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxs isə məhkəməyə naməlum səbəblərdən gəlməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun və zərər çəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum apellyasiya instansiyası məhkəməsinin hökmündən verdiyi həmin şikayətində ona cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək ona daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyas ı məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkumun şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyas ı qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud d əyişdirməyə haqlıdır. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasyia şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayətin məzmununa görə, Məhkum öz şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun apellyasiya instansiası məhkəməsinin hökmü ilə təqsirli bilindiyi cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirmir və yalnız məhkəmə tərəfindən onun barəsində cəza təyini hissəsində qeyri-humanist və ədalətsiz hökmün çıxarılmasını iddia edir. Ona görə də, məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir və məhkumun barəs ində cəza tədbirinin seçilməsi ilə bağlı ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqq ında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar ı nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum cinayət əməlini A zərbaycan Respublikası CMnin 127.2.3 və 221.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Kassasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər sonuncu tərəfindən mübahisələndirilməmişdir. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə, ailə vəziyyətinə, o cümlədən cəzanı yüngülləşdirən hallara uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin tələblərindən göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edi lən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1 -61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hök mü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə v ə ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, h əm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Cinayət qanunvericiliyinin yuxarıda təsvir edilən tələblərindən, Konstitusiya Məhkəməsinin öz qərarlarında ifadə etdiyi hüquqi mövqedən və Ali Məhkəmənin tövsiyələrindən çıxış edib cinayət işnin materialları öyrənildikdə və apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində çıxardığı hökm yoxlandıqda, həmin hökmün CPM-nin 353-cü maddəsinin tələblərinə cavab verməməsi, eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 346-cı maddəsinin də tələblərinin pozulması müəyyən edilir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası tərəfindən müşavirə otağında müzakirə edilmiş məsələlərə dair tərtib edilən protokoldan görünür ki, həmin kollegiya CPM-nin 346-cı maddəsində sadalanmış əsas məsələləri müzakirə edib bu məsələlərlə bağlı müvafiq nəticəyə gəlsə də, CPM-nin 346.1.7-ci madəsinin tələb etdiyi kimi, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və ya yüngülləşdirən halların olubolmadığı ümumiyyətlə müzakirə edilməmişdir. Məhkəmənin çıxardığı xx xxxxxx 2020-ci il tarixli hökmün təhlili göstərir ki, həmin hökmün təsviri-əsaslandırıcı hissəsində məhkəmə c əza təyini ilə bağlı cinayət qanununun hər hansı normasına istinad etməyərək, bu məsələyə dair gəldiyi nəticəni əsaslandırmayaraq, o cümlədən iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını müzakirə etməyərək nəticədə CPM-nin 353.2.3, 353.2.6 və 353.2.7-ci maddələrində nəzərdə tutulmuş tələblərin pozulmasına yol vermiş və yalnız hökmün nəticəvi hissəsində Məhkum həm təqsirli bilindiyi ayrı-ayrı cinayətlərə görə, həm də cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə növündə qəti cəzanın təyin edilməsini qeyd etmişdir. Təsvir edilən hallar eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya da yol verilməsinə dəlalət edir. Məhkəmə kollegiyası belə vəziyyət də həmin hökmü əsaslı və qanuni yekun məhkəmə aktı saymır və hesab edir ki, aşağıdakı əsaslara görə həmin hökm dəyişdirilməlidir. Əvvəla, Məhkum xx xxxxxx 2020-ci il tarixli hökmlə təqsirli bilindiyi CM-nin 127.2.3 və 221.3-cü madələrində nəzərdə tutulmuş cinayətlər CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddirlər ona görə ki, hər iki maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti beş ildən artıq deyil. Bu halı məhkəmə kollegiyası ona görə xüsusilə vurğulayır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli Qanunu ilə CM-nin 66.2-ci maddəsi aşağıdakı yeni redaksiyada verilmişdir: “Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz”. Cinayətlər in məcmusu üzrə cəzanın təyin edilməsinə dair bu normada edilmiş dəyişiklik cəza siyasətinin humanistləşdirilməsinə yönəlməklə məhkəmələrə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər törətmiş şəxsə qəti cəzanın ayrı-ayrı cinayətlərə görə təyin edilmiş cəzaları təkcə tam və ya qismən toplamaq yolu ilə deyil, həm də az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilməsi üçün imkanlar yaradır. Qanunun bu normasının tətbiqi ilə bağlı Ali Məhkəmənin Cinayət Kollegiyasının da mövqeyi ondan ibarətdir ki, işin halları buna əsas verdikdə, məhkəmələr iki və ya daha çox yalnız az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayətlər törətmiş şəxsə cinayətlərin məcmusu üzrə qəti cəzanı məhz az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilməsinə üstünl ük verməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum da barəsindəki cinayət işi üzrə ona cinayətlərin məcmusu üzrə qəti cəzanın məhz az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmasına mane olan heç bir məhdudiyyət müəyyən edilmir. Bununla yanaşı məhkəmə kollegiyası R.N.Səfərovun barəsində cəza tədbirinin seçilməsi zamanı aşağıdakı halların da nəzərə alınmasını məqsədə uyğun hesab edir. Belə ki, iş materiallarında olan AZ-İİ 203179 və AZ-İİ 688576 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Məhkum himayəsində xx xxxxxxx 2008-ci il təvəllüdlü X8 və xx xxxx 2010-ci il təvəllüdlü X7 adlı iki azyaşlı uşaqları var. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən bu halı CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən ha l kimi nəzərə alsa da, apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə bu məsələyə münasibət bildirməmişdir, baxmayaraq CM-nin 59.1.4-cü maddəsi cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasını imperativ şəkildə tələb edir. Məhkəmə kollegiyası Məhkum barəsində cəza tədbirinin seçilməsi zamanı yuxarıda göstərilən halla yanaşı həmçinin onun ilk dəfə az ağır cinayətlər törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsini, Ağdam rayonundan məcburi köçkün olmasını, törətdiyi əməllərdən peşmançılıq çəkməsini də CM-nin 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilməsini və bu halların, habelə iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsinin nəzərə alınmasını mümkün bilir. Bütün təsvir edilənlərdən və qanunvericiliyin tələblərindən çıxış edən məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq onları qəbul edilən sayır və bu dəllərə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin hökmünün dəyişdirilməsi haqqında qərarın qəbul edilməsini məqsədə uyğun hesab edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək belə nəticəyə gəlir ki, məhkumun kassasiya şikayəti təmin edilməli, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla Məhkum təqsirli bilindiyi CM-nin 127.2.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılmalı və CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona qəti c əza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilməli, bununla da onun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmü göstərilən əsaslarla dəyişdirilməlidir. Şərh oluanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA Kasassiya şikayəti təmin edilsin. A L D İ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məh rum etmə cəzasının müddəti 01 (bir) il 06 (altı) ayadək endirilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Məhkum hazırki qərarla Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təyin edilmiş az ciddi cəzanı xx xxxxxx 2020-ci il tarixli hökmlə CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş daha ciddi cəza ilə - 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əhatə etmək yolu ilə ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və məhkumun xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-527/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-527/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver