Məhkəmə qərarları › İş №1(102)-527/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-527/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-527/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 17 iyun 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Səbuhi Hüseynov, hakimlər Azad Məcidov və Zeynal Ağayev) 22 fevral 2021-ci il tarixli, 1(101)-350/2021 nömrəli hökmü ilə xx xxxxxx 1988-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmuş (Nəsimi rayon məhkəməsinin 27 iyun 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 318.1-ci maddələri ilə təqsirli bilinib 3 (üç) 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 1 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il ta rixli Amnistiya Aktının tətbiq edilməsi barədə qərarının 2.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş), məhkumluğu ödənilmiş, Gürcüstan Respublikası, Tbilisi şəhəri, Ponicala qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsi, ev 97, mənzil 1102-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Məhkum Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 13 fevral 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 1 ədəd zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, nömrəsi silinmiş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı yivli odlu silah hesab edilən “Makarov” konstruksiyalı tapançanı, 1 ədəd “Makarov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəs i olan texniki cəhətdən saz, bircərgəli, 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş darağı, 32 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı və sair həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş istifadəyə və atəş üçün yararlı döyüş sursatı sayılan patronları, eləcə də, “UZRQM” tipli partlayıcı ilə birlikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı olmaqla MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunan müdafiə təyinatlı “F-1” tipli əl qumbarasının gövdəsini və 1 ədəd “UZRQM” tipli partlayıcını qanunsuz əldə etmiş, bundan başqa, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda, şəraitdə qanunsuz olaraq külli miqdarda 8,895 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda 4,403 qram çəkidə psixotrop maddə metamfetamini əldə etmiş, həmin odlu silahı, onun komplekt hissəsini, döyüş sursatını, həmçinin külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini üzərində gəzdirərək saxlamaqla yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsi, 97 saylı evin 1102 nömrəli mənzilinə qanunsuz daşımış, həmin narkotik vasitə heroinin külli miqdarda 3,218 qramını 1 ədəd bükümdə qablaşdıraraq 2 ədəd patronla birlikdə üzərində, qalan külli miqdarda 5,677 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 4,403 qram çəkidə psixotrop maddə metamfetamini, 1 ədəd “Makarov” konstruksiyalı tapançanı, içərisində 8 ədəd patron olan darağı, 22 ədəd patronu, 1 ədəd “F-1” tipli əl q umbarasının gövdəsini, 1 ədəd “UZRQM” tipli partlayıcı ilə birlikdə yaşadığı həmin mənzildə gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 fevral 2020-ci il tarixdə saat 12 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsi, 97 saylı evin qarşısında saxlanılaraq qeyd edilən Baş İdarəyə dəvət edilmiş və orada həmin tarixdə saat 14:20-də keçirilən şəxsi axtarış zamanı əynindəki idman gödəkcəsinin sağ yan cibindən 2 ədəd istifadəyə və atəşə yararlı 9x18 kalibrli döyüş sursatı hesab edilən patron və 1 ədəd bükümdə külli miqdarda 3,218 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürül müşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Məhkum razılığı və iştirakı ilə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsi, 97 saylı evin 1102 nömrəli mənzilə 13 fevral 2020-ci il tarixdə saat 16:50-dən etibarən baxış keçirilərkən mənzilin dəhlizində yerləşən divanın altından 1 ədəd zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, nömrəsi silinmiş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı yivli odlu silahı hesab edilən “Makarov” konstruksiyalı tapança, 1 ədəd “Makarov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan texniki cəhətdən saz, bircərgəli, 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş daraq, 32 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı və sair həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş istifadəyə və atəş üçün yararlı döyüş sursatı sayılan patronlar, həmçinin “UZRQM” tipli partlayıcı ilə birlikdə zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə yaralı olmaqla MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunan, müdafiə təyinatlı “F-1” tipli əl qumbarasının gövdəsini və 1 ədəd “UZRQM” tipli partlayıcı, eləcə də, satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd polietilen bükümdə külli miqdarda 5,677 qram çəkidə narkotik vasitə heroin, 1 ədəd polietilen bükümdə külli miqdarda 4,403 qram təmiz çəkidə psixotrop maddə metamfetamin, içərisində 1 ədəd metamfetaminin izləri olan qələm qabı və heroin izləri olan 1 ədəd plastik qab aşkar edilə rək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vaqif Mursaqulov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Həsən Əhmədov) 1(103)-707/2021 nömrəli, 17 iyun 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəza müddətinin aşağı həddə müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona təyin edilmiş cəza ağırdır. Məhkəmə kollegiyası işin materiallar ını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-c ü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır və kassasiya şikayətində də əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkumun kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin obyekti ictimai təhlükəsizlikdir və əməlin ictimai təhlükəliliyi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin obyekti narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsidir və əməlin ictimai təhlükəliliyi külli miqdarda narkotik vasitənin saxlanılmasında ifadə olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd etmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun törətdiyi cinayətin xarakteri, ağırlığı və ictimai təhlükəlilik dərəcəsini, işin hallarını nəzərə almış və ona təqsirli bilindiyi 228.1-ci maddənin sa nksiyasında nəzərdə tutulmuş yuxarı həddə, CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş orta həddə cəza təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq nəticəyə gəlir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edərkən cinayət qanununun yuxarıda göstərilən normalarına riayət etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici t əsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Məhkumun kassasiya şikayətinin dəlilləri əsassı zdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsinə göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dar cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar