Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-527/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1576/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qə rarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxx 1996-cı il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamışdır. 2. 19 mart 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 177.2.1, 177.2.2, 185.2.1, 185.2.2 və 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 09 aprel 2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi m əhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs təşkil etmiş, 14 dekabr 2020-ci il tarixdə, saat 23 radələrində cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə, Təqsirləndirilən şəxs1 gələn olduğu halda xəbər vermək üçün kənarda dayanmış o, isə ünvan 2 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus ağ rəngli “VAZ-2106” markalı, 99-SL497 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısının kiçik pəncərəsini açaraq, avtomobilin qapısının kilidini açıb salonda olan qoltuqaltından avtomobilin ehtiyat açarını götürərək mühərriki işə sa lmış, bu zaman Təqsirləndirilən şəxs1 avtomobilə əyləşmiş, onlar avtomobili idarə etməklə talama məqsədi olmadan, qanunsuz olaraq avtomobili ələ keçirməklə qaçıraraq, Bakı şəhəri, Suraxanı rayonu, Binə Sovxoz istiqamətində sürmüş, orada avtomobilin yanacağı bitdiyi üçün həmin ərazidə saxlamış, həmin zaman sonuncular özgənin əmlakını talama məqsədi ilə avtomobilin salonunda olan 60 manat dəyərində maqnitofonu və avtomobilin mühərrik hissəsində olan 80 manat dəyərində akkumulyatoru gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 140 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs təşkil etmiş, 15 dekabr 2020-ci il tarixd ə, saat 06 radələrində Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs1 gələn olduğu halda xəbər vermək üçün kənarda dayanmış, o isə Zərərçəkmiş şəxs5 məxsus ağ rəngli “VAZ-21074 ” markalı, 10- NA-778 dövlət qeydiyyat nişanlı avtomobilin sol qapısını üzərində olan vintaçan vasitəsi ilə açmış, həmin zaman onlar avtomobilin salonunda olan 1 ədəd 170 manat dəyərində “Pioneer” markalı maqnitofonu gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs5 cəmi 170 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs təşkil etmiş, 16 dekabr 2020-ci il ta rixdə, saat 02 radələrində cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə, o, gələn olduğu halda xəbər vermək üçün kənarda dayanmış, Təqsirləndirilən şəxs1 isə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 97 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus ağ rəngli “VAZ-2106" markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısının kiçik pəncərəsini açaraq, avtomobilin qapısının kilidini açıb sükanın altında olan kilid hissəsini sındıraraq, kilidin içərisində olan elektrik naqilləri birbirinə toxundurmaqla mühərriki işə salmış, həmin zaman o, avtomobilin qabaq sağ hissəsində əyləşmiş, onlar avtomobili idarə etməklə talama məqsədi olmadan, qanunsuz olaraq, avtomobili ələ keçirməklə qaçıraraq, Bakı ş əhəri, Xətai rayonu, İ.İsmayılov istiqamətində sürmüş, orada avtomobilin yanacağı bitdiyi üçün, avtomobili həmin ərazidə saxlamış, həmin zaman sonuncular özgənin əmlakını talama məqsədi ilə avtomobilin salonunda olan cəmi 50 manat dəyərində təmir alətlərini (domkrat və 3 ədəd açar) və avtomobilin mühərrik hissəsində olan 100 manat dəyərində akkumulyatoru gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 150 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs təşkil etmiş, 16 dekabr 2020-ci il tarixdə, saat 06 radələrində ünvan 4 ünvanının qarşısında cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dai r aralarında əldə edilmiş razılığa görə, Təqsirləndirilən şəxs1 gələn olduğu halda, xəbər vermək üçün kənarda dayanmış o, isə Zərərçəkmiş şəxs3 məxsus ağ rəngli “VAZ21074” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerini üzərində olan vintaçan vasitəsi ilə açmış, həmin zaman onlar avtomobilin yük yerində olan 1 ədəd 750 manat dəyərində dreli, 1 ədəd 350 manat dəyərində lazer aparatını, 1 ədəd 80 manat dəyərində laqondanı, 1 ədəd 160 manat dəyərində mismar vuran aparatı, içərisində 10 ədəd təmir açarları olan 150 manat dəyərində santexnik qutusunu, 20 metr uzunluğunda 20 manat dəyərində naqilləri və 1 ədəd içərisində 200 manat dəyərində təmir alətləri olan əl çantasını, 1 ədəd 60 manat dəyərində açar dəstini gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 1770 manat mə bləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, 07 yanvar 2021-ci il tarixdə, saat 01 radələrində cinayətkar niyyətin həyala keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus 4000 manat dəyərində ağ rəngli “VAZ2104” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobili itələyərək saxlandığı yerdən bir az kənarlaşdırmış, Məhkum avtomobilin qapısının açıq olmasından istifadə edərək, avtomobilin üzərində olan açarla mühərriki işə salmış, həmin zama n Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobilə əyləşmiş, onlar avtomobili idarə etməklə, salonunda olan 1 ədəd 120 manat dəyərində perfaratoru, 1 ədəd “Candan” markalı 50 manat dəyərində plastik boru yapışdırmaq üçün ütü, 1 ədəd 30 manat dəyərində su nasosu, 1 ədəd 20 manat dəyərində açar dəsti, 1 ədəd 120 manat dəyərində kombi aparatının platası, 1 ədəd 25 manat dəyərində elektrik dreli və 1 ədəd 500 manat dəyərində “X6 8 ” markalı mobil telefon ilə birlikdə ələ keçirib qaçıraraq, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsinə sürməklə gizli talayıb, orada Kamran adlı şəxsə satmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs4 cəmi 4865 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak m iqdarından artıq miqdarda, 1 büküm külli miqdarda, kustar üsulla hazırlanmış təmiz çəkisi 2,87 qram olan narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-ni 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 09 yanvar 2021-ci il tarixdə, saat 09:15-də Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsində saxlanılıb ünvan 6 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gətirilərək, üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarın arxa sağ cibindən ağ rəngli salfetkanın içərisində, üzəri gümüşü rəngli siqaret kağızına bükülmüş şəffaf sellofanda, 01 bükümdə külli miqdarda, təmiz çəkisi 2,487 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
5. Bakı şəhəri Xətai Rayon Məh kəməsinin 1(011)-211/2021 nömrəli, 09 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 185.2.1, 185.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 185.2.1, 185.2.2-ci maddəsi ilə 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum e tmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 09 yanvar 2021-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da təqsirli bilinərək məhkum edilmişlər.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib hökmün ləğv edilməsi, əməlinin düzgün və ədalətli tövsif edilərək barəsində obyektiv, qanuni və əsaslı qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1576/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsini n 1(011)-211/2021 nömrəli, 09 avqust 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində təyin edilmiş cəzanın ağır olduğu iddia edilməklə, daha yüngül cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiy ası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum verdiyi kassasiya şikayətində ona təyin edilən cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şər tləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1576/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
19. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsi rli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
21. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumu n azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
23. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran ha llar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
24. Məhkəmə kollegiyası Məhkum ona daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.
25. İş materiallarınd an göründüyü kimi, məhkəmələr Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hal kimi əməlini qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslərin bir hissəsi ilə barışıq əldə etməsini, əməlində cinayətlərin residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alib barəsində qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.
26. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
27. M əhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
28. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1576/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilən kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1576/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.