Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-527/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2023- cü il tarixli 1(106)-688/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nahid Hüseynov (sədrlik edən və məruzəçi), Nizami Quliyev və İslam Neymanov) 19 iyul 2023-cü il tarixli 1(099)-101/2023 nömrəli hökmü ilə xx xxxxxx 1980-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Füzuli rayonunun Pirəhmədli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5,206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) müddətə azadlıqdan məhrum etmə cəzasına, CM -in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum Şahid11 və Şahid10 ilə öz aralarında və barəsində hazırkı cinayət işi materiallarından başqa cinayət işinin ayrıca icraata ayrıldığı İran İslam Respublikası (bundan sonra - İran İR) vətəndaşı olan başqa şəxsə sonu ncunun İran İR-dən Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli yolla, yəni qaçaqmalçılıq yolu ilə keçirəcəyi külli miqdarda narkotik vasitələri gizlədiləcək yerdən götürəcəklərinə, gizlədəcəklərinə və həmin narkotik vasitəyə sərəncam verəcəklərinə dair qabaqcadan vəd verdikdən sonra, cinayətkar qrupun Azərbaycan Respublikasında və İran İR-də olan üzvləri ilə həmin kütlələrin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanmasi və daşınması barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən və sonuncudan həmin kütlələrin göstərilən üsul və məqsədlə İran İR-dən Azərbaycan Respublikası ərazisinə keçirilib gizlədildiyi müvafiq yer b arədə məlumat aldıqdan sonra ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, 2022-ci ilin iyun ayında İran İR vətəndaşı tərəfindən istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edilmiş 6 ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 990,0 qram, 1015,0 qram, 990,0 qram, 1010,0 qram, 1015,0 qram, 1000,0 qram, ümumi təmiz çəkisi 6020,0 qram olub külli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini ( bundan sonra - heroin) istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İR-dən Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirərək qeyd edilən bağlamalarda və çəkidə olan narkotik vasitə heroini 21 iyun 2022-ci il tarixdə gecə va xtlarında keçmiş Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən 191ci kilometrliyində üzərində “191” rəqəmi əks olunmuş məsafə göstərən yol nişanının yanına çatdırıb gizlədilməsi barədə Məhkum və onunla əlbir olaraq eyni niyyətlə hərəkət edən Şahid10 və Şahid11 mobil telefon vasitəsilə məlumat verməyi təmin etdikdən sonra Məhkum qrup üzvləri olan Şahid11 və Şahid10lə birlikdə göstərilən tarixdə Şahid10 idarə etdiyi “Dacia Logan” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə qeyd edilən lövhənin yanına gedərək orada gizlədilmiş altı ədəd bağlamada, ümumi təmiz çəkisi 6020,0 qram olan narkotik vasitə heroini onlara məlum olan yerdən Şahid11 tərəfindən götürüldükdən sonra əldə etdikləri külli miqdarda heroini Şahid10a məxsus olan “Dacia Logan” markalı **-DP- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsinə nəqliyyat vasitəsinin döşəməsinin üzərinə qoyub Masallı rayonu istiqamətində hərəkətdə olduqları zaman bu barədə əməliyyat məlumatları almış Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (bundan sonra – Lənkəran ŞRPŞ) əməkdaşlarının 21 iyun 2022-ci il tarixdə saat 04:30 radələrində həmin ərazidə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Məhkum polis əməkdaşlarından yayınaraq uzaqlaşmağa nail olsa da Şahid11 qrup üzvü Şahid10 ilə birlikdə qeyd edilən nəqliyyat vasitəsi ilə Lənkəran rayonu Qumbaşı kəndinin ərazisində saxlanılaraq polis şöbəsinin ünvanı olan ünvan 3 Şahid10 idarə etdiyi “Dacia Logan” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilən zaman qeyd edilən bağlamada və çəkidə heroin nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsindən – döşəmənin üzərindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Məhkum 2022-ci ilin sentyabr ayında, istintaqa məlum olmayan mənbədən və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, iki ədəd sellofan kəsiyi bükümündə, ayrıayrılıqda təmiz çəkiləri, 0,286 qram və 0,253 qram, ümumi təmiz çəkisi 0,539 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 13 sentyabr 2022-ci il tarixdə saat 03 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinin ünvanı ünvan 4irilən şəxsi axtarış zaman ı əynindəki şalvarının sol yan cibindən qeyd edilən çəkidə və bükümdə narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və Elşad Əliyev) 17 oktyabr 2023-cü il tarixli 1(106)-688/2023 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2023-cü il tarixli 1(099)-101/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 1(106)-688/2023 nömrəli qərarının ləğv edilməsi və barəsində daha yüngül və ədalətli qərar qəb ul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hökm çıxararkən işi hərtərəfli araşdırmamış, təqdim edilən sübutlara və işdə olan uyğunsuzluqlara məhəl qoymadan ağır və ədalətsiz qərar qəbul etmişdir. Belə ki, Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, o cinayət əməli törətməmişdir. Tanışları Şahid11la və Şahid10lə İİR vətəndaşı tərəfindən göndərilmiş narkotik vasitəni almaq məqsədi ilə avtomobillə Bakıdan Lənkəran rayonuna çıxsa da, yolda ona anasının özünü pis hiss etdiyi barədə telefon zəngi gəlmiş və o, avtomaşından düşmüş və geri qayıtmışdır. Narkotik vasitələri Şahid11 və Şahid10 onsuz götürmüşlər. İnanır ki, Ali məhkəmədə işə düzgün hüquqi qiymət verilərək və barəsində olan yüngülləşdirici halların ol masını nəzərə alaraq ədalətli qərar qəbul edəcəkdir. Belə ki, onun ilk məhkumluğunun olmasını, səmimi etirafını, ailəli olmasını, himayəsində 3 azyaşlı övladının və ürək xəstəsi olan anasının olmasını nəzərə alaraq yüngül cəza təyin ediləcəkdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məs ələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Belə ki, Məhkum narkotik vasitələrin dalınca gedərkən Şahid11 və Şahid10 ayrılaraq evə qayıtması və nəticə etibarilə cinayətdə iştirak etməməsi barədə kassasiya şikayətində irəli sürdüyü dəlil həm Şahid11 və Şahid10 cinayət işi üzrə ibtidai istintaq zamanı verdikləri ifadələrlə, həm də polis əməkdaşlarının istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri ilə təkzib olunur. Məhkəmələr haqlı olaraq Şahid11 və Şahid10 cinayət işi üzrə ibtidai istintaq zamanı verdikləri ifadələrin polis əməkdaşların ifadələri ilə üst-üstə düşməsini nəzərə alaraq həmin ifadələri həqiqətə uyğ un ifadə kimi qiymətləndirmişlər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Məhkum cinayət törədilməsində iştirak etməsi iş materiallarındakı sübutlarla tam təsdiq olunmuş və onun əməlləri Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntuları na yol verilməmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə təhqiqat və ibtidai istintaq orqanları sübutların toplanmasında, nə birinci və apellyasiya instansiyası məhkəmələri sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin təl əblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Buna görə də məhkəmə kollegiyası məhkumun cinayətin törədilməsində iştirak etmədiyinə dair irəli sürdüyü dəlili əsaslı hesab etmir. Məhkum kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən onun şəxsiyyətini və cəzasını yüngülləşdirici halların kifayət qədər nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olma lıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun əməlində yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, onun əməlində CM-in 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən etməmişdir. Həmçinin işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən qüvvəsində saxlamaqla, Məhkum əlavə cəzasını yüngülləşdirən hallar müəyyən etməmiş, nəticədə ona təyin olunmuş cəzanın yüngülləşdirməsini məqsədə müvafiq hesab etməmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 32.5,206.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsi ilə 1(bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu onun qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunmalıdır ki, qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəlilik dərəcəsi birbaşa qanunsuz olaraq əldə edilmiş və saxlanılmış narkotik vasitənin və ya psixotrop maddənin növü və miqdarı ilə bağlıdır. Cinayət işinin materiallarından isə görünür ki, məhkum tərəfindən qanunsuz olaraq külli miqdarda 6 kiloqram 20 qram heroini əldə etmiş və daşımışdır. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə, CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4-cü maddəsinin sanksiyasında isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum yuxarıda qeyd edilən maddələrlə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən təqsirləndirilən şəxsin şəxsiyyəti, işin halları və ailə vəziyyəti kifayət qədər nəzərə alınmışdır. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da mə hkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2023-cü il tarixli 1(106)-688/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 17 oktyabr 2023-cü il tarixli 1(106)-688/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-527/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-527/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver