Məhkəmə qərarları › İş №1(102)-528/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-528/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-528/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi3 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə və Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər X11 və X1 ibarət tərkibdə) 18 iyul 2022-ci il tarixli hökmü ilə 7 dekabr 1988-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 15 (on beş) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcının 31 dekabr 2021-ci il tarixdən hesablanması, ona təyin edilmiş aza dlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X13 (sədrlik edən, məruzəçi hakim), X5 və X3 ibarət tərkibdə) 20 oktyabr 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçiləri, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 və onun nümayəndəsi və müdafiəçisi "Qanunçuluq” Vəkil Bürosunun vəkili Nümayəndə ilə birlikdə verdikləri apellyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1000/2022 saylı, 18 iyul 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs Məhkum müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, zərərçəkmiş şəxsin hüquqi varisi Nizaməddin Balayev və onun nümayəndəsi və müdafiəçisi Nümayəndəla birlikdə verdikləri apellyasiya şikayətinə, həmçinin dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət i ttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum sinif yoldaşı kimi uzun müddət dostluq münasibəti saxladığı Zərərçəkmiş şəxs 2018-ci ildə borc verdiyi 400 manat pulu dəfələrlə geri tələb etməsinə baxmayaraq Zərərçəkmiş şəxs borcunu qaytarmaması, hər dəfə onu və ailə üzvlərini nalayiq sözlərlə təhqir etməsi səbəbindən sonuncunu öldürmək qərarına gələrək 31 dekabr 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı mənzildə saxladığı qanunsuz olaraq əldə etdiyi deşici-kəsici xassəyə malik zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı soyuq silah hesab e dilən qatlanan ov bıçağını götürüb Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 116 saylı binanın 7-ci blokunun zirzəmisində yerləşən yaşayış yerinə gəlib, yataq otağında yatan Zərərçəkmiş şəxs oyatmaq üçün əlində olan bıçağın tiyəsi ilə sağ qoluna üç dəfə vuraraq, ona sağ bazunun orta 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yaralarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bu zaman Zərərçəkmiş şəxs yuxudan oyanaraq ona müqavimət göstərməsi nəticəsində əlindəki bıçaq qatlanmasına baxmayaraq, həmin bıçağın dəstəyi ilə Zərərçəkmiş şəxs başından və sağ qolundan vuraraq, ona ənsə nahiyəsinin sağ yarısının, ənsə-təpə nahiyəsinin sol yarısının əzilmiş yaralarından, sağ bazunun orta 1/3nin bayır səthini n qançırlı fonda sıyrığından ibarət ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətləri yetirdikdən sonra əlindəki bıçağın düyməsini sıxıb açaraq onun tiyəsi ilə Zərərçəkmiş şəxs sinəsinə və bədəninin digər nahiyələrinə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıqla bir neçə dəfə zərbə endirərək, ona daxilə nüfuz etməyən döş qəfəsinin arxa səthinin sağ yarısının, döş qəfəsinin arxa səthinin sol yarısının, sol bazunun yuxarı 1/3-nin bayır səthinin, sol budun yuxarı 1/3-nin ön səthinin, sol budun yuxarı 1/3-nin bayır səthinin, sağ budun yuxarı 1/3-nin arxa səthinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin deşilmişkəsilmiş, sol saidin aşağı 1/3-nin ön-iç səthlərini əhatə edən kəsilmiş yaralarından ibarət dərəcəsinə görə sağla mlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya və daxilə nüfuz edərək, onun ölümünə səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin ürəyin və sol ağciyərin zədələnməsi ilə müşayiət edilən deşilmişkəsilmiş yarasından ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək, qanunsuz əldə etdiyi soyuq silah hesab edilən bıçaqla ümumilikdə on beş bədən xəsarəti yetirib Zərərçəkmiş şəxs qəsdən xüsusi amansızlıqla öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyini birmənalı olaraq müdafiə edən Apellyasiya məhkəməsi yekun qərarında törədilmiş cinayətin xarakteri və ictimai təhlükəl ilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, yalnız yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları sadalamaqla kifayətlənmiş və təqsirləndirilən şəxsə yüngül cəza təyin etmişdir. Apellyasiya məhkəməsi Məhkum özünü qismən təqsirli bilərək səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Hazırki iş üzrə qeyd olunan əməl böyük ictimai təhlükə törətməyən deyil, xüsusilə ağır cinayət hesab edilir. Belə olan halda məhkəmə kollegiyası Məhkum hərəkətində «səmimi peşmançılığın» olması qənaətinə gəlməkdə səhvə yol vermişdir. Bundan başqa apelyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin dəfələrlə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Məhkəmə cəza təyi n edərkən Məhkum sinif yoldaşı kimi uzun müddət dostluq münasibəti saxladığı Zərərçəkmiş şəxs öldürməsini nəzərə almamışdır. Qeyd edilən cinayəti təhlükəli və “dəhşətli” edən sadalanan haldır ki, cəza təyini düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qeyd edilən halları nəzərə almadan yüngül cəza təyin etməsi gələcəkdə bu tip işlər üzrə düzgün olmayan təcrübənin formalaşmasına gətirib çıxarır. Bu növ cinayətlərin təkrarlanmaması və qarşısı alınması üçün Məhkum ağır cəza təyin edilməsi labüddür. Habelə, xüsusilə qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin xırda problemlərə dözüm gətirməyərək, öz bildiyi və başa düşdüyü formada həll etməsi, dostluq münasibətində olduğu şəxsə ziyan verə biləcək halda olması təqsirləndirilən şəxsi cəmiyyət üçün daha təhlükəli edir. Bu səbəbdən də, məhkəmə cəza təyini məsələsinə xüsusi həssaslıqla yanaşmalı və düzgün cəza təyin etməklə cəmiyyətin təhlükəsizliyini bu tip hadisələrin qarşısını almaqla sığortalamalıdır. Məhkəmənin cəza təyin edərkən nəzərə almadığı digər xüsusat isə cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsidir. Məhkəmə tərəfindən Məhkum yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə, təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları ü çün də təhlükəlidir. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin tələblərini, eləcə də törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, təyin olunan cəzanın məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün yetərli olub-olmasını nəzərə almamaqla və cinayət qanunvericiliyində göstərilməmiş halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul etməklə cinayət qanunu normasını düzgün tətbiq etməyərək, törədilən cinayətin xarakterinə və İctimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Kassa siya protestində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətində qeyd edilir ki, məhkəmə hökmünün və ittihamın əsassızlığını göstərən vacib məqamlardan biri məhz əməlin tövsifi ilə əlaqəlidir. Belə ki, Məhkum CM-in 120.2.4-cü maddəsi ilə, yəni xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə əməlini törətməkdə ittiham olunur. Lakin cinayət işinin materiallarına və verilmiş ifadələrə nəzər saldıqda işlə bağlı hər hansı bir xüsusi amansızlıqla törədilmiş əməlin mövcud olmadığı müşahidə olunur, i şin faktiki hallarından müşahidə olunur ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə 15 zərbə yetirilmişdir. Həmçinin verilmiş ifadələrə də əsəsən zərərçəkmiş Zərərçəkmiş şəxs yuxudan oyandıqdan sonra təqsirləndirilən şəxsə müqavimət göstərməsi, onu vurması da təkzib olunmaz faktlarla sübuta yetirilir. Yetirilmiş xəsarət və zərbələrin sayı və müxtəlifliyi də bununla düz mütənasib olaraq dəyişməkdədir. Bundan əlavə, yetirilmiş bıçaq zərbələrinin sayının çoxluğu da bilavasitə aktın mümkün qədər tez yekunlaşmasına xidmət etmişdir. Əməlin xarakterində hər hansı bir xüsusi amansızlıqdan söhbət gedə bilməz. Həmçinin hadisə törədilməmişdən Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə olan borcunu ödəməməsi, onun anasını və ailə üzvlərini dəfələrlə təhqir etməsi də təqsirləndirilən şəxsi təhr ik edən hərəkətlərdən olmuşdur. Qanunvericilik xüsusi amansızlıqla adam öldürmə cinayətinin tərkib hissələrini müfəssəl formada izah etmişdir və Məhkum tərəfindən edilən heç bir hərəkət həmin bu maddənin təsir dairəsinə düşməməkdədir. Belə olan halda isə həmin maddənin tövsifı ilə bağlı mütləq formada məhkəmə tərəfindən hüquqi qiymətləndirmə aparılmalıdır. Əks halda ədalət mühakiməsindən söhbət belə gedə bilməz. Belə ki, hadisə birbaşa olaraq qarşılıqlı mübahisə və müqavimət şəraitində baş vermiş, yetirilən bıçaq zərbələri də yalnızca ümumi niyyətə-yəni şəxsi qəsdən həyatdan məhrum etməyə yönəlmişdir. Hadisənin törədilmə xüsusiyyətlərində xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayətinin tərkib elementləri mövcud deyildir. Məhz bu səbəbdən də törədilmiş əməl CM-in 120.2.4-cü maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif edilməlidir. Nəzərinizə çatdırmaq istədiyi digər məqam isə yekun məhkəmə hökmü çıxarılarkən nəzərə alınmayan yüngülləşdirici hallar ilə əlaqədardır. Belə ki, təqsirləndirilən şəxs Məhkum özünün polis orqanlarına təslim olmağı və ailəsinin yeganə gəlir gətirən şəxs olması kimi bir çox yüngülləşdirici hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçinin Məhkum ilk məhkumluğunun olması və cəmiyyətə faydalı şəxs kimi yetişməsi də məhkəmə tərəfindən nəzərə alınmalı idi. Ən əsas nəzərə alınmayan yüngülləşdirici hal isə Zərərçəkmiş şəxs qanunsuz və əxlaqsız hərəkətləri ilə bağlıdır. Belə ki, məhkəmə bu faktı ümumiyyətlə yüngülləşdirici hallar siyahısına əlavə etməmiş və qiymətləndirməmişdir. Halbuki CM-in 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanu nsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi cəzanı yüngülləşdirən hallardan hesab edilməkdədir. Zərərçəkmiş tərəfindən Məhkum məxsus pul vəsaitinin mənimsənilməsi, onun davamlı olaraq ailə üzvlərini və xüsusilə də xəstə anasını təhqir etməsi bu qəbildən olan hərəkətlərdəndir. Buna baxmayaraq məhkəmə tərəfindən bu hal nəzərə alınmamışdır. Məhkum təqsirləndirildiyi bir digər əməl isə CM-in 228.4-cü maddəsi ilə əlaqədardır. Belə ki, məhkəmə-tibbi-kriminalistik ekspertizasının 28 fevral 2022-ci il tarixli 44MTKŞ/2022 nömrəli rəyinə əsasən ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silah hesab edilir. Əslində isə keçirilmiş ekspertiza birbaşa olaraq istintaq orqanının qurduğu saxta ssenariyə xidmət etmişdir. Belə ki, cinayətin törədilməsində istifadə olunan bıçağın heç bir xarici əlaməti hökmdə qeyd olunmamış, həmin bıçağın ov bıçağı olması qənaətinə gəlinən zaman hansı tədqiqat üsulundan istifadə olunduğu açıqlanmamışdır. Bu isə həmin ekspertiza rəyinin mötəbərliliyinə şübhə yaradır. Müdafiə tərəfi olaraq dəfələrlə həmin ekspertiza rəyi mübahisələndirilsə də məhkəmə tərəfindən buna qiymət verilməmişdir. Əslində isə sözügedən bıçağın soyuq silah kateqoriyasında qiymətləndirilməsi tamamilə qanunaziddir və məhkəmə hökmünün bu fakta əsaslanaraq ittihamedici hökm çıxarması başa düşülən deyildir. Buna görə də hesab edir ki, Məhkum CM-in 228.4-cü maddəsi ilə bəraət verilməlidir. Ka ssasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1748/2022 saylı, 20 xx.xx.2022-ci il tarixli qərarını dəyişdirərək Məhkum əməlinin CM-in 120.2.4-cü maddəsindən CM-nin 120.1-ci maddəsinə tövsif edilməsi və təqsirləndirildiyi CM-in 228.4-cü maddəsi ilə bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması, kassasiya protestinin təmin olunmaması barədə müdafiəçilərin, kassasiya protestinin təmin olunması, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyy ən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya şikayətinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddə sinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət- prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkumun Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə olan əməlinin hüquqi tövsifi, CM-in 228.4-cü maddəsi ilə təqsirlilik məsələsi, həmçinin hər iki kassasiya müraciətlərində məhkuma təyin edilmiş cəza mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcə lləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesin in tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşd ıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərin dən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası ilk növbədə kassasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, kassasiya şikayətinin əsas dəlili Məhkumun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilməsi və təqsirləndirildiyi Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə bəraət verilməsindən ibarətdir. Apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən bu dəlillərə qiymət verən və məhkum edilmiş şəxsin CM-in 120.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı cinayət işinin materiallarını bir daha təhlil edərək hesab etmişdir ki, Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləs inin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkum edilmiş şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər biri mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinini mövqeyini əsaslı sayaraq cinayət işi üzrə müəyyən edilmiş hallara və toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə təqsirli olmasını təsdiq edən sübutların mövcud olması barədə əsaslı nəticəyə gəlmişdir. Göstərilən məhkəmənin məhkumun əməli nin tövsifi barədə qənaəti əsaslı olmaqla kassasiya şikayətində iddia olunanların əksinə olaraq cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X6 publik hüquqi şəxsinin 31 dekabr 2021-ci il tarixli 135 nömrəli meyitin ekspertizasının 31 dekabr 2021-ci il tarixli 135 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir:

1. Döş qəfəsinin ön səthinin sol yarısında orta körpücük xətti üzrə, döş giləsindən 2,5 sm aşağıda, V-Vİ qabırğaarası sa hədə ayaqaltından 126 sm yuxarıda yerləşən 2,0x0,5 sm ölçüdə daxilə nüfuz edən deşilmişkəsilmiş yarası. Yara saat siferblatının 2 və 7 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir. Yara kanalının dərinliyi 910 sm-dir, istiqaməti isə öndən-arxaya, bir qədər aşağıdanyuxarıya və soldan-sağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar zədələnmişdir, yara daxilə nüfuz edərək sol ağ ciyərin yuxarı payını səthi kəsərək ürəyin boşluğuna daxil olmuşdur.

2. Döş qəfəsinin arxa səthinin sağ yarısında kürək xətti üzrə, ayaqaltından 141 sm yuxarıda yerləşən 2,5x0,6 sm ölçüdə daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası. Yara saat siferblatın 5 və 11 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir. Yaranın istiqaməti arxadan önə, sağdan sola və bir qədər aşağıdan yuxarıya doğru gedərək kürək əzələlə ri arasında qurtarır və daxilə nüfuz etmir.

3. Döş qəfəsinin arxa səthinin sol yarısında arxa qoltuq xətti üzrə, ayaqaltından 123 sm yuxarıda yerləşən 1,5x0,6 sm ölçüdə daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası. Yara saat siferblatın 5 və 11 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir. Yaranın istiqaməti arxadan önə, soldan sağa və bir qədər aşağıdan yuxarıya doğru gedərək kürək əzələləri arasında qurtarır və daxilə nüfuz etmir.

4. Sol bazunun yuxarı 1/3-nin bayır səthinin 2,5x0,6 sm ölçüdə deşilmişkəsilmiş yarası. 5-6-7. Sağ bazunun orta 1/3-nin bayır səthinin 3 ədəd 2,0x0,6 sm, 1,9x0,6 sm, 1,9x0,5 sm ölçülərdə deşilmiş-kəsilmiş yaraları. 8.Sol budun yuxarı 1/3-nin ön səthinin 2,0x0,6 sm ölçüdə deşilmiş-kəsilmiş yarası.

9. Sol budun yuxarı 1/3-nin bayır səthinin 2,0x0,6 sm ölçüdə d eşilmiş-kəsilmiş yarası.10.Sağbudun yuxarı 1/3-nin arxa səthinin 2,5x0,6 sm ölçüdə deşilmiş-kəsilmiş yarası.

11. Sağ baldırın yuxarı 1/3-nin ön səthinin 2,5x0,6 sm ölçüdə deşilmiş-kəsilmiş yarası. Qeyd edilən xəsarətlər həyatidirlər, Zərərçəkmiş şəxs ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021 -ci il tarixdə əmələ gəlmişdir. Qeyd edilən xəsarətlər deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər. Yuxarıda göstərilən xəsarətlərdən (1) döş qəfəsinin ön səthinin sol yarısında orta körpücük xətti üzrə, V-Vİ qabırğaarası sahədə yerləşən 2,0x0,5 sm ölçüdə daxilə nüfuz edərək ürəyi və sol ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, Zərərçəkmiş şəxs ölümü ilə səbəbli əlaqəlidir. Digər xəsarətlər isə (2-11) həm ümumilikdə, həm də ayrı- ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər.

12. Sol saidin aşağı 1/3-nin öniç səthlərini əhatə edən 4x0,9 sm ölçüdə kəsilmiş yarası həyatidir, ölümündən az əvvəl iti kənara malik olan əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdir. Meyitin bədən səthində aşkar edilmiş digər xəsarətlər isə ənsə nahiyəsinin sağ yarısının və ənsə- təpə nahiyəsinin sol yarısının əzilmiş yaraları, sağ bazunun orta 1/3-nin bayır səthinin qançırlı fonda sıyrığı. Bu xəsarətlər həyatidirlər, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsir indən əmələ gəlmişdirlər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edərək ürəyin və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qan itirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən və ölümün kəskin qan itirmə nəticəsində baş verməsini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2021 -ci il tarixdə saat 17:30-da) təxminən 4-6 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsirə malik maddələr aşkar edilməmişdir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş deşilmiş-kəsilmiş (yaralar iti ucu, iti ülgücü və küpü olan qabırğaları özlərini biruzə verən yastı tiyə tipli deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş deşilmişkəsilmiş yaraların ekspertizaya təqdim edilmiş bıçağın və ona oxşar digər bıçaqların tiyəsinin deşici-kəsici təsirindən törənmələri mümkündür. Meyitin alətlə yetirilməyə xarakterik dəri üzərində çapıcı alətin formasını özündə əks etdirən izlər, çapılmış yaralar, sınıqlar aşkar edilməmişdir. Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən, ürəyin və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan deşilmişkəsilmiş yarası yetirildikdən sonra o, dəqiqələrlə ölçülən zaman kəsiyində məqsədyönlü hər əkətlər (hərəkət etmək, danışmaq, köməyə çağırmaq və s.) edə bilərdi. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş çoxsaylı deşilmiş- kəsilmiş yaralar yetirilərkən o, ayaqüstü, oturaq, yarımoturaq və uzanmış vəziyyətlərdə, eləcə də müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdi. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlər qısa zaman kəsiyində yetirildiyindən xəsarətlərin ardıcıllığı barədə fikir söyləmək mümkün olmamış, “davadalaş", "mübarizə” və "özünü müdafiə” hüquqi məfhum olduğundan məhkəmə-tibbi baxımından qiymətləndirilməsi mümkün olmamışdır. Zərərçəkmiş şəxs hadisə anında əynində olmuş paltarlarında olan xəsarətlərin və üzərində qan ləkələrinin təyini üçün xüsusi tibbikriminalistik və məhkəmə-bioloji tədqiqatı əhəmiyyət kəsb edir; Məhkəmə-tibbi-kriminalistik ekspertizasının 28 f evral 2022-ci il tarixli 44-MTKŞ/2022 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bıçaq üzərində aşkar edilmiş qəhvəyimtil rəngli qeyri müəyyən formalı ləkələr qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Ekspertizaya təqdim edilmiş balta dəstəyinin və İşçi hissəsinin üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Ekspertizaya təqdim edilmiş balış üzünün bir tayının ön səthində və döşək üzünün bir kənarında aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar. Ekspertizaya təqdim edilmiş tə qsirləndirilən şəxs Məhkum məxsus paltarlar (gödəkcə, sviter, şalvar) üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş balta zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlıdır və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silah hesab edilir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndində göstərilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsd iq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəm ə kollegiyası qeyd edir ki, cinayət işi üzrə müəyyən edilmiş hallara əsasən Məhkum qəsdinin mərhum Zərərçəkmiş şəxs məhz xüsusi amansızlıqla qəsdən öldürməyə yönəldilməsi öz təsdiqini tapmış, onun belə bir niyyəti olması ilə bağlı istintaq orqanı tərəfindən mötəbər sübutlarla müəyyən edilmişdir. Belə ki, Məhkum zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə yönələn hərəkətlərində xüsusi amansızlığın əlamətləri zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, bununla əlaqədar çoxsaylı xəsarətlərin yetirilməsi müəyyən olunur. Məhkəmə kollegiyası cinayətin törədilmə üsulu və şəraiti, hadisənin baş vermə mexanizmini nəzərə alaraq hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum CM-in 120.2.4cü maddəsi ilə təqsirli bilinməsi barədə nəticəyə gələrkən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirərək Məhkum əməlinin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə, yəni xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi qiymətləndirilməsi barədə düzgün yekun nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Əməlin hüquqi tövsifi barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum əməlinin Cinayət Məcəlləsinin 120.1 -ci maddəsinə tövsif olunması üçün əsaslar müəyyən etmir. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin m ötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum xüsusi amansızlıqla qəsdən adam öldürmə niyyətinin olduğunu müəyyən edib bununla bağlı cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən apellyasiya məhkəməsi cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə riayət etmiş və məhkumun əməlin in Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilməsi barədə nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Apellyasiya Məhkəməsinin qərarında müəyyən olu nan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin bu barədə dəlilləri subyektiv mülahizələrdən ibarət olmaqla hər hansı sübutla təsdiqini tapmayan əsassız dəlillərdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum CM-in 228.4-cü maddəsi ilə əsassız məhkum edilməsi barədə dəlillərini də əsassız sayır və hesab edir ki, məhkuma Cinayət Məcəlləsinin göstərilən maddəsi ilə bəraət verilməsi üçün cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası həmçinin təyin olunmuş cəzanın sərt olması barədə məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin, habelə təyin olunmuş cəz anın yüngül olması barədə kassasiya protestinin dəlillərini işin faktiki halları ilə müqayisəli şəkildə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə düzgün tövsüf edilərək ona həmin maddələrlə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən özünü qismən təqsirli bilərək səmimi peşman olması, əvvəll ər məhkum olunmaması, dəfələrlə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsi kimi cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması göstərilərək, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 15 (on beş) il 10 (on) ay müddətə, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək, Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə kimi, Məhkum islah olunması üçün kifayət edəcək həddə qanuni və ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Məhkum şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəli lik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci stansiya məhkəməsinini cəza təyin etmə ilə bağlı mövqeyi ilə razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələrinin sanksiyasından görünür ki, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs barəsində on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayə t əməlini törətmiş şəxs barəsində isə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilmişdir. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayət- hüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstər ilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyasının mövqeyinə görə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə təyin edilmiş 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə kimi qəti cəza, kassasiya protestində qeyd edildiyi qədər yüngül hesab edilməsi, yaxud məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində qeyd olunduğu qədər sərt cəza kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi cinayət əməlləri üzrə tarazılıq müəyyən olunmaqla kifayət qə dər ədalətli cəza təyin edildiyindən, onun cəzasının ağırlaşdırılması və ya daha aşağı həddə yüngülləşdirilməsi üçün əsaslar mövcud deyildir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi və məhkumun təqsili bilinməsi və cəza təyin edilməsi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Yəni, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-in 120.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması barədə nəticəyə gələrkən cinayət və cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmamışdır. Göstərilənlərə əsasən, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya müraciətlərinin dəlilləri əsassızdır və təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protesti və kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Ş ərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti və Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar