Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-528/2024 27.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nemətov Məhəmməd Nəsir oğlunun iştirakları ilə xx xxxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, cəza sını çəkib qurtarmamış və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.4 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: E.H.İsmayılov (sədrlik edən), C.İ.Hüseynov və S.İ.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3- cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə və CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, ona təyin edilmiş cəzalar qismən toplanılmaqda yolu ilə 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən, ona Şamaxı Rayon Məhkəməsinin 9 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 26 (iyirmi altı) günü azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 6 (altı) ay 13 (on üç) gün a zadlıqdan məhrumetmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunmuş 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Şamaxı Rayon Məhkəməsinin 9 iyun 2021-ci il tarixli hökmü üzrə müəyyən edilmiş 6 (altı) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə, qəti olaraq onun üzərində 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 13 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), A.V.Tanrıverdiyev və Q.X.Babayev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Təqsirləndirilən şəxs Məhkum əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 66.2-ci maddəsinə əsasən, hazırki qərarla CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası məhkəmənin hökmü ilə CM-in 228.4-cü maddəsi ilə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən, ona Şamaxı Ray on Məhkəməsinin 9 iyun 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 26 (iyirmi altı) günü azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulub 6 (altı) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən, hazırkı qərarla təyin olunmuş 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Şamaxı Rayon Məhkəməsinin 9 iyun 2021-ci il tarixli hökmü üzrə müəyyən edilmiş 6 (altı) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə, cəzasının əvvəlinin 13 dekabr 2021-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 3,070 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 13 dekabr 2021-ci ildə saat 12:45 radələrində, ünvan 3 ünvanda şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında olan Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin inzibati binasına gətirilmiş v ə orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 3,070 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Məhkum məlum olmayan vaxtda və mənbədən kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici xassəyə malik, soyuq silah hesab edilən 01 ədəd beşbarmağı qanunsuz əldə edib gəzdirməklə, idarə etdiyi “Xəzər” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşında saxlamış və Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşlarının 13 dekabr 2021-ci ildə saat 22 radələrində ünvan 6 ünvanda yerləşən həmin 23-cü polis bölməsinin inzibati binasının həyətində “Xəzər” markalı **-PF- *** dövlət nömrə nişanlı avtomaşına keçirilmiş baxış zamanı sürücü tərəfdən həmin avtomaşının qapı hissəsindən qeyd olunan kustar üsulla kastet tipində hazırlanmış və vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən 01 ədəd predmet (beşbarmaq) aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, ona görə də təqsirləndirilə n şəxs Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Protestdə qeyd olunur ki, Məhkum üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarında 20 dəfə çox olması onun həmin narkotik vasitəni istehlak məqsədi ilə deyil, satış məqsədi ilə əldə etməsinə dəlalət edir. Dövlət ittihamçısı hesab edir ki, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv qiymət verməyərək, sübutlara deyil, yalnız mülahizəyə əsaslanmaqla işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş və heç bir əsaslandırma aparmadan təqsirləndirilən şəxsin əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şə kildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə Məhkum və müdafiəçi M.Nemətovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, c inayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin hüquqi tövsifi mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmir, habelə məhkumun Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə dövlət ittihamçısı tərəfindən mübahisələndirilmir. Ona görə də məhkəmə kollegiyası yalnız dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə məhkəmə qərarına münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri ə ldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mal lara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmi n cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyət ə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəs inin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qanunv ericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslX10aq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edil miş cinayət əməli CM-in 234.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə təqsirli bilmişdir. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Məhkum ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 12 dekabr 2021-ci ildə münasibətdə olduğu Şahid2 adlı qızla idarə etdiyi Xəzər markalı **-PF-*** dövlət nömrə nişanlı maşında olarkən, post-patrul xidmətinin əməkdaşları onu saxlamaq istəmiş, lakin maşını saxlamamış və qaçıb getmişdir. Sonrakı gün isə polis əməkdaşları gəlib onu qızın evindən tutub polis bölməsinə aparmışlar. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Verilən sualları cavablandıran Məhkum ittihamda yazılan narkotik vasitənin və beşbarmağın ona aidiyyəti olmadığını, lakin polis bölməsində videoçəkiliş zamanı narkotik vasitənin və beşbarmağın ın ona məxsus olduğunu etiraf etdiyini, bunu polis işçilərinin təzyiqi altında etdiyini, özünün bir il yarım-iki il ərzində narkotik vasitədən istifadə etdiyini, kokos kimi tanıdığı narkotik vasitə qəbul etdiyini, lakin Şahid2 heç vaxt narkotik vasitə vermədiyini və birlikdə narkotikdən istifadə etmədiklərini, beşbarmağın maşından aşkar edildiyini, lakin onun beşbarmağı əvvəllər idarə etdiyi maşında heç vaxt görmədiyini, bir gün əvvəl gecə vaxtı polis əməkdaşlarının «maşını saxla» əmri verdiklərini, lakin maşını saxlamadığını və sürüb getdiyini, sonra polis əməkdaşlarının maşına atəş açdıqlarını, polislərin silahdan istifadə etmələri ilə bağlı dindirilmədiyini, narkotik vasitə aldığı şəxsə «sms» yazmadığını, saat 12-də evdə tutularaq aparıldığını, evdə tutularkən üzərinə baxış keçirildiyin i, sonra bölmədə də üzərinə baxış keçirildiyini, lakin heç bir şey aşkar olunmadığını, videoçəkilişin gecə saat 2-də aparıldığını, avtomaşına baxışın isə gecə saat 11-də keçirildiyini bildirmişdir. Lakin, həmin ifadəsindən fərqli olaraq təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı 15 dekabr 2021-ci ildə verdiyi ifadəsində, ilkin izahatında və şübhəli şəxs kimi verdiyi ifadəsində göstərmişdir ki, təxminən iki ildir narkotik vasitələrdən istifadə edir və üzərində olan narkotik vasitəni xx.xx.2021-ci ildə Xətai rayonu ərazisində yaşadığı ünvanın yaxınlığında tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin tarixdə saat 01 radələrində idarə etdiyi **-PF-*** dövlət nömrə nişanlı “Xəzər” markalı avtomobillə münasibətdə olduğu Fatimə Səbahi ilə birlikdə Nizami rayonu “Babək” pr ospektində Daxili Qoşunların “N” saylı hərbi hissəsinin yaxınlığında üzü “maşın bazar” istiqamətdə avtomobildə oturmuşlar. Orada olduqdan sonra yanlarından post-patrul maşını keçmiş və daha sonra geri qayıtdıqda, dərhal avtomobili sürüb uzaqlaşmış, Nizami rayonu, Babək prospektdən geri qayıdıb dəqiq sağ tərəfə döndükdə post-patrul maşının arxası ilə gəldiyini görmüş, belə olan halda təkrar geri dönüb qayıtmaq istədikdə polislər onun qarşısını kəsmişlər. Bir nəfər polis əməkdaşı piyada onun avtomobilinə yaxınlaşdıqda, dərhal sürüb oranı tərk etmiş, həmin yeri tərk etdikdən sonra evə qayıtmış, xx.xx.2021-ci ildə saat 12 radələrində Fatimənin yaşadığı ünvan 9 ünvanın yaxınlığında Fatimə ilə birlikdə idarə etdiyi **-PF-*** dövlət nömrə nişanlı “Xəzər” markalı avtomobildə olarkən polislər onlar a yaxınlaşmış və gecə saatlarında baş vermiş hadisə ilə bağlı Nizami RPİ-nin 23-cü PB-nə gətirmişlər. Nizami RPİ-nin 23-cü polis bölməsində olarkən otaqların birində polis əməkdaşı ona hüquq və vəzifələrini izah etdikdən sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirərkən, üzərindən hər hansı bir qanunsuz əşyaların olub-olmamasını soruşduqda, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd qara rəngli “Samsung A12”, bir ədəd qara rəngli “Samsung S3” markalı mobil telefonları və bir ədəd üzərində “attenti” yazılan elektron cihazı, şalvarının sağ yan cibindən şəffaf politilen bükümü və 45 manat kağız əskinasdan ibarət nağd pulu masanın üzərinə qoyub təqdim etmişdir. Bundan əlavə, idarə etdiyi **-PF-*** nömrə nişanlı “Xəzər” markalı avtomobilə onun iş tirakı ilə baxış keçirilərkən, avtomobildən bir ədəd qara rəngli qatlanan bıçaq və bir ədəd mətbəx bıçağı, habelə bir ədəd beşbarmaq aşkar edilmiş, istintaqda verilmiş suallara cavab kimi Məhkum bildirmişdir ki, 2-3 gündən bir narkotik vasitələrdən istifadə etmiş, Şahid2 də narkotik qəbul etdiyini bilmiş, Fatiməyə narkotik vasitəni özü vermiş, bir yerdə istifadə etmişlər. Ona qarşı polislər tərəfindən heç bir zor tətbiq etmə olmamış və özünə məxsus narkotik vasitəni könüllü olaraq polis əməkdaşlarına saxlanılarkən təqdim etmişdir (c-1, i.v. 106-108, 250-253). Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum əlavə olaraq ibtidai istintaq zamanı etirafedici ifadələri təsdiq etmədiyini, narkotik vasitənin özünə məxsus olmadığını, narkotik vasitəni polis əməkdaşlarının ona verib ci binə qoydurduqlarını, sonra da onların təklifi ilə cibindən çıxararaq stolun üstünə qoyduğunu və tapdığını bildirdiyini, bu cür deməyi polis işçilərinin ona öyrətdiyini, qeyd olunan ifadələri müstəntiqin təzyiqi ilə verdiyini bildirmişdir. İş materiallarında Məhkum narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olması barədə heç bir sübut müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, 2021-ci ilin aprel-may aylarından Məhkumlə qeyri-rəsmi münasibətdə olmuş, 12 dekabr 2021-ci ildə saat 01 radələrində, Babək prospektində Daxili Qoşunların hərbi hissəsinin yaxınlığında üzü «Maşın bazarı» istiqamətdə avtomobildə olarkən, post-patrul maşını yaxınlaşmış və bu vaxt X10dərhal avtomaşını sürüb oradan uzaqlaşm ışdır. Babək prospektində onlar təkrar post-patrul maşını ilə üzbəüz gəlməklə onların avtomaşınının qarşısını kəsmişlər. Bir nəfər polis əməkdaşı piyada onlara yaxınlaşarkən, X10təkrar avtomobili sürüb hadisə yerindən uzaqlaşmış, onlar evə getmişlər. Səhəri gün 13 dekabr 2021-ci ildə saat 12 radələrində yaşadığı ünvan 10 ünvanın yaxınlığında X10la birlikdə idarə etdiyi “Xəzər” markalı avtomobildə olarkən polislər yaxınlaşmış və onları gecə saatlarında hadisə ilə bağlı 23-cü polis bölməsinə gətirmişlər. Orada videoçəkilişlə üzərinə baxış keçirilmiş, qanunsuz heç nə aşkar edilməmişdir. Hər gün narkotikdən istifadə edir. Narkotiki ona X10verir və birlikdə istifadə etmişlər. Verilən suallara cavabında Şahid2 bildirmişdir ki, polis əməkdaşları maşını onların maşının qabağında saxlasa da, X10maş ını sürüb oradan uzaqlaşmışdır. Onlar həmin gün evə səhər saat 9-10-da gəlmişlər. Çox keçməmiş polis əməkdaşları gəlib onları evdən tutub aparmışlar. Bölməyə polis işçiləri tərəfindən X10la ayrı-ayrı maşınlarda aparılmışlar. Polis işçiləri tərəfindən bölmədə ona hər hansı zor tətbiq edilməmişdir. X10la tanış olanadək narkotikdən istifadə etmiş, sonradan həmişə narkotiki X10la birlikdə qəbul etmişdir. Narkotik vasitələri həmişə X10tapmış, lakin X10narkotikləri haradan əldə etməsi barədə məlumatı olmamışdır. X10tutulandan sonra narkotikdən istifadə etməmiş, yəni sonradan anası onu müalicə etdirmiş və hazırda tam sağalmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Nizami RPİ-nin 23-cü polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirmiş dir ki, 13 dekabr 2021-ci ildə Nizami RPİ-nin Post-patrul xidmətinin əməkdaşları raportla müraciət edib həmin gün gecə saat 01 radələrində 05 saylı patrul sektorunda xidmət aparılarkən, “Babək” prospektində “Şərq-Motors” avtoservisinin qarşısında “Xəzər” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşını gördüklərini, avtomaşındakı şəxslərin narkotik vasitələrin istifadəsində şübhəli olduqlarından avtomaşına yaxınlaşmaq istəyərkən avtomaşının sürücüsü və qabaq oturacaqda əyləşən qadının birlikdə narkotikdən istifadə etdiklərini görüb saxlamaq istədikdə sürücü maşını sürüb getmişdir. Bununla bağlı həmin avtomaşının, onun sürücüsü və yanındakı qadının əməliyyat yolu ilə müəyyən edilib Nizami RPİ-nin 23-cü Polis bölməsinə gətirilməsi üçün tədbirlər başlamış, onun və 23-cü polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Onlar 13 dekabr 2021-ci ildə Xətai rayonu A.Qurban 25 ünvanın qarşısında Məhkum və Şahid2 saxlayaraq idarə etdikləri “Xəzər” markalı maşınla birlikdə 23-cü polis bölməsinə gətirmişlər. Bölmədə təhqiqatçı tərəfindən həmin şəxslərin üzərində şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Məhkum üzərində şəxsi axtarış aparılmış, ona üzərində qanunsuz əşyalar varsa, təqdim etməsi təklif edildikdə, Məhkum könüllü olaraq əynindəki şalvarının ciblərində olan bir ədəd şəffaf sellofan bükümü, iki ədəd mobil telefonları, elektron cihazı və 45 manat təqdim etmişdir. Həmin bükümün içinə baxış keçirilərkən, qəhvəyi rəngdə, spesefik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sonra Məhkum üzərində ax tarış aparılmış, lakin başqa əşyalar aşkar edilməmişdir. Qəhvəyi rəngdə narkotik vasitəyə oxşar maddə kağız zərfdə qablaşdırılıb möhürlənmiş, iştirakçılar tərəfindən, o cümlədən Məhkum tərəfindən imza edilmişdir. Bundan başqa, 13 dekabr 2021-ci ildə Məhkum məxsus “Xəzər” markalı avtomaşına şəxsin özünün iştirakı ilə baxış keçirilmişdir. Bu zaman nəqliyyat vasitəsinin qabaq sağ tərəfindəki saxlanc yerindən bir ədəd qara rəngli qatlanan bıçaq, arxa yük hissəsinin sol tərəfində mətbəx bıçağı və sürücü tərəfdən bir ədəd beşbarmaq aşkar edilərək götürülmüşdür. Həmin əşyalar qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra X10la saxladıqları Şahid2 adlı qızın da şəxsi axtarışı aparılmış, lakin onun üzərindən hər hansı qanunsuz əşya və predmet aşkar olunmamışdır. K eçirilmiş şəxsi axtarışlar və baxış barədə protokollar tərtib edilmiş və düzgün yazıldığına görə iqtirakçılar tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsində dindirilmiş şahid Nizami RPİ-nin 23-cü polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Məhkum müəyyən edilib saxlanılması, üzərinə şəxsi axtarış və idarə etdiyi avtomaşına baxış keçirilməsində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirməklə yanaşı, eyni məzmunlu ifadə verərək, öz ifadəsində Şahid3 verdiyi ifadəsində göstərilənləri bir daha təsdiq etmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid Bakı şəhəri, Nizami RPİ-nin Postpatrul xidməti bölüyünün polis nəfəri Şahid5 ifadəsində bildirmişdir ki, 13 dekabr 2021-ci ildə gecə saat 00:45 radələrində polis nəfərləri Şahid6 və Ş ahid4 ilə birlikdə **-AP-*** dövlət nömrə nişanlı patrul avtomobili ilə xidmətdə olarkən “Babək” prospektində Daxili Qoşunların Hərbi hissəsinin yaxınlığında qara rəngli “Xəzər” markalı qabaq dövlət nömrə nişanı olmayan bir avtomobilin dayandığını, içində iki nəfərin özlərini şübhəli apardıqlarını görmüşlər. Patrul avtomobilini həmin maşına doğru yaxınlaşdırmaq istəyərkən həmin avtomobilin sürücüsü işıqlarını yandırmadan yüksək sürətlə “Babək” prospekti ilə “Maşın bazarı” istiqamətində hərəkət edib onlardan uzaqlaşmış, az sonra həmin avtomobilin “Babək” prospekti ilə qarşı istiqamətdən geri qayıtdığını görmüşlər. Həmin avtomobili kənardan təqib etmədən müşahidə etməyə başlamış, sonradan avtomobilin arxa dövlət nömrə nişanın **-PF-*** olduğunu bilmişdir. Avtomobil “Babək” prospektində dalan ların birinə daxil olub gözdən itmişdir. Həmin gün saat 01 radələrində ünvan 13 ünvanın qarşısından keçərkən avtomobilin dayandığını görmüşlər. Şahid6la Şahid4 patrul avtomobilindən düşüb avtomobilin sürücü tərəfdən qapısına yaxınlaşdıqda, qəflətən sürücü avtomobili işə salıb yerindən tərpətmək istədikdə Şahid6 sağ əli ilə sürücü tərəfdən qapının dəstəyindən tutub açmaq istəmiş, lakin sürücü maşını sürüb oradan uzaqlaşmışdır. X11 çətinliklə əlini qapının dəstəyindən ayıra bilmişdir. Baş vermiş hadisə barədə dərhal Nizami RPİ-nin Növbətçi Hissəsinə məlumat vermişlər. Baş vermiş hadisə ilə əlaqədar heç bir bədən xəsarəti almamışdır. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlər-Bakı şəhəri Nizami RPİ-in Postpatrul xidməti bölüyünün polis nəfərləri Şahid6 və Şahid4 eyni məzmunlu ifadəl ər verərək, öz ifadələrində məhkəmədə dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərilən xüsusatları bir daha olduğu kimi öz ifadələrində təsdiq etmişlər. İş materialında olan raportlara, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılması haqqında qərarlara əsasən, 13 dekabr 2021-ci ildə Nizami RPİ-nin Post-patrul xidmətinin əməkdaşları tərəfindən Xəzər markalı **-PF-*** dövlət nömrə nişanlı avtomobil sürücünün və içindəki qadın sərnişinin özlərini şübhəli aparmaları, onların birlikdə narkotik vasitə istifadə etmələri şübhəsi ilə nəzarətə götürülmüş, onlar avtomaşına yaxınlaşıb onların şəxsiyyətini müəyyənləşdirmək istədikdə, sürücü maşını yüksək sürətlə sürərək hadisə yerindən uzaqlaşmış, bir müddət sonra həmin maşın təkrar qeyd olunan əraziyə yaxın yerdə mü əyyən edildikdən sonra PPX-nin əməkdaşları yenidən maşını saxlamaq istədikdə, sürücü tələblərə əməl etməyərək oranı tərk etmişdir. Bununla bağlı, PPX əməkdaşları tərəfindən bölmə rəhbərliyinə raportla müraciət edilib avtomaşının, onun sürücüsünün və qadının müəyyən edilib saxlanılması və polis bölməsinə gətirilib əməliyyat tədbirlərinin keçirilməsi barədə əməliyyat qrupu yaradılmışdır (c-1, i.v. 3-8). İş materialında olan “diskə baxış keçirilməsi haqqında” 31 may 2022-ci il tarixli protokola əsasən, 13 dekabr 2021-ci ildə Nizami RPl-nin 23-cü polis bölməsinin inzibati binasında Məhkum üzərinə baxış keçirilərkən, onun heç bir etiraz bildirmədən könüllü qara rəngli şalvarının ciblərindən bir ədəd qara rəngli “Samsung A12”, bir ədəd qara rəngli “Samsung S3” markalı mobil telefonları və bir əd əd üzərində “attenti” yazılan elektron cihazı, şalvarının sağ yan cibindən şəffaf politilen bükümü və 45 manat pulu masanın üzərinə qoyur. Həmin bükümün içərisinə baxış keçirilərkən, qəhvəyi rəngdə, spesifik iyə malik olan narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. Daha sonra polis bölməsinin əməliyyat müvəkkili Şahid1 köməyindən istifadə edilməklə, Məhkum üzərində axtarış aparılmış və sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı başqa əşya, maddə və ya predmet aşkar edilməmişdir. Saxlanılan Məhkum onun üzərindən aşkar edilmiş 45 manat məbləğində pul vəsaiti cinayət təqibi üzrə əhəmiyyət kəsb etmədiyindən sahibinə qaytarılmışdır (c-1, i.v. 221). Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizanın 6\5485 saylı 14 dekabr 2022-ci il tarixli rəyinə əsasən, təqdim edilmiş üzər ində “Şübhəli şəxs: Məhkum üzərindən aşkar olunan yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,070 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 1530 saylı 1 aprel 2022-ci il tarixli rəyinə əsasən, müayinə zamanı Məhkum opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu, yəni narkomaniya xəstəliyi aşkar olunduğundan, onun narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. (c-1, i.v. 216-217). İş materiallarına əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 13 may 2022-ci il tarixli qərara əsasən, Bakı şəhəri Nizami rayon prokurorluğunda təqsirləndirilən şəxs Məhkum 13 dekabr 2022-ci ildə şübhəli şəxs kimi saxlanılarkən Nizami RPİ-nin əm əkdaşları tərəfindən döyülməsi və fiziki işgəncəyə məruz qalması barədə müraciəti əsasında araşdırılma aparılmış və Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən, cinayət işinin başlanılması rədd edilmişdir (c-1, i.v. 206-209). Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək qeyd edir ki, Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut və dəlil mövcud olma mışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum bar əsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2023-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-528/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-528/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver