Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-528/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi – “XXX11” Vəkil Bürosunun vəkili Müdafiəçi11 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli yekun qərarından zə rərçəkmiş şəxslər X3 və Zərərçəkmiş şəxs4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim E.Ə.Mikayılov, hakimlər M.M.Ağalarov və S.H.Hacıyevdən ibarət məhkəmə tərkibi) Təqsirləndirilən şəxs2 (xx xx xx 1982-ci il tarixdə ünvan5ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (ik i) il sınaq müddəti müəyyən olunmaqla, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmiş, onun davranışına nəzarətin həyata keçirilməsi Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilmiş, onun üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır; Təqsirləndirilən şəxs1 (xx xxxx 1989-cu il tarixdə ünvan4nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqınd a iltizam” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmiş, Təqsirləndirilən şəxs1 davranışına nəzarətin həyata keçirilməsi Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilmiş, onun üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır; Təqsirləndirilən şəxs3 (xx xxx 1978-ci il tarixdə ünvan6ndə anadan olmuş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanda qediyyatda olmaqla həmin ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmiş, Təqsirləndirilən şəxs3 davranışına nəzarətin həyata keçirilməsi Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilmiş, onun üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçir ən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin, hökmlə Zərərçəkmiş şəxs1 ona vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini bildirərək cinayət prosesində verdiyi mülki iddiadan imtina etməsi nəzərə alınaraq, həmin mülki iddia üzrə icraata xitam verilmiş, eləcə də Zərərçəkmiş şəxs4 ərizə verərək ona dəymiş ziyanın tam olaraq ödənilidiyini bildirdiyi üçün, bu halın nəzərə alınması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.H. Əhmədov, hakimlər H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət məhkəmə tərkibi) zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10, məhkum Təqsirləndirilən şəxs2, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi7 Çərkəz oğlu və Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri, eləcə də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 (hökmün məhkum Təqsirləndirilən şəxs3 aid hissəsindən) və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əlavələr təmin edilməmiş, Bakı Ağır Cinayətər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli hökmü məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 münasibətdə, həmin hökmdən “iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçılar: Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs10 irəli sürmüş old uqları iddia tələblərinin tam təmin olunaraq, Təqsirləndirilən şəxs2 həmin şəxslərə vurulmuş maddi ziyan olmaqla cəmi 157500 (yüz əlli yeddi min beş yüz) manat məbləğində pul vəsaitinin iş üzrə Təqsirləndirilən şəxs2 onların xeyrinə tutulması” hissəsi xaric edilməklə dəyişdirilmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs1 məhkum Təqsirləndirilən şəxs3 münasibətdə mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququnun olması izah edilmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli digər qərarı ilə Zərərçəkmiş şəxs4 Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli hökmündən, Zərərçəkmiş şəxs1 isə həmin hökmün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aid hissəsindən verdikləri apellyasiya ş ikayətlərindən həmin təqsirləndirilən şəxslərlə barşıq əldə etdiklərinə və artıq hər hansı tələbləri olmadığına görə imtina etdikləri üçün, qeyd olunan apellayasiya şikayətlərinə baxılmasına xitam verilmiş, Zərərçəkmiş şəxs1 apellyasiya şikayətinin (şikayətə əlavənin) müstəsna olaraq məhkum Təqsirləndirilən şəxs3 aid hissəsinə mahiyyəti üzrə baxılması davam etdirilərək bu apellyasiya müraciətinə münasibətdə onun təmin edilməməsinə dair yuxarıda göstərilən yekun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2023cü il tarixli qərarı ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs10 İffət qızı tərəfindən ayrı-ayrılıqda və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi7 Çərkəz oğlu tərəfindən apellyasiya instansiyası məhkə məsinin yekun qərarından verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli yekun qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli yekun qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 digər iki nəfər zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə birgə 26 dekabr 2023-cü ildə kassasiya şikayəti verərək məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən onlara vurulmuş ziyanının ödənilmədiyini, onlar barəsində tətbiq edilmiş şərti məhkum etmənin isə həddindən artıq yüngül cinayət-hüquqi xarakterli tədbir olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edi lməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişlər. Lakin, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 birgə verdikləri kassasiya şikayətinin ilkin öyrənilməsi zamanı kassasiya şikayətinin mümkünlüyü üzrə məsələnin düzgün həll olunmadığı müəyyən edildiyindən, mümkünlük məsələsinə yenidən – cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılması üçün həmin kassasiya müraciəti Ali Məhkəmənin Cinayət kollegiyasının 17 yanvar 2024cü il tarixli məktubu ilə apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 fevral 2024-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs1 heç kimdən şikayətinin olmaması barədə teleqramı və ayrılmış müddət ərzi ndə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli yekun qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərası haqqında vəsatət verməməsi nəzərə alınaraq, onun tərəfindən kassasiya şikayəti verilməmiş hesab edilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə birgə verdikləri kassasiya şikayəti, habelə zərərçəkmiş Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş kassasiya şikayəti ilə əlaqədar buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlər təmin edilərək, qeyd edilən iki kassasiya şikayəti cinayət işi ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2024-cü il tarixli 1(102) -1222/2024 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs4 məhkum edilmiş şəxslərə qarşı şikayət və tələbinin olmaması, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X12 barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli yekun qərarından verdiyi kassasiya şikayətini geri götürməsi, kassasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etməsi barədə 30 may 2025-ci il tarixli teleqramı, eləcə onunla birgə kassasiya şikayəti vermiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, habelə zərərçəkmiş Zərərçəkmiş şəxs9 eyni məzmunlu teleqramları nəzərə alınaraq, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən birgə verilmiş kassasiya şikayəti, habelə Zərərçəkmiş şəxs9 kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarıl mışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 5 iyul 2024-cü ildə yenidən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində olan 22 dekabr 2022-ci il tarixli yekun qərarından, məhkumlar tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini, tətbiq olunmuş şərti məhkum etmənin isə həddindən artıq yüngül cinayət-hüquqi tətbiq olduğunu iddia etməklə kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası haqqında vəsatət vermişdir. Bakı Apellyyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2024-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs1 müddətin bərpasına dair vəsatəti təmin edilmiş və onun tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkumlar Təqsi rləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində olan 22 dekabr 2022-ci il tarixli yekun qərarından verilmiş kassasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmçinin, Zərərçəkmiş şəxs4 20 sentyabr 2024-cü ildə yenidən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində olan 22 dekabr 2022-ci il tarixli yekun qərarından, məhkumlar tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini, tətbiq olunmuş şərti məhkum etmənin isə həddindən artıq yüngül cinayət-hüquqi tətbiq olduğunu iddia etməklə kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası haqqında vəsatət vermişdir. Bakı Apellyyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2024-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs4 müddətin bərpasına dair vəsatəti təmin edilmiş və onun tərəfindən məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli yekun qərarından verilmiş kassasiya şikayəti də baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Beləliklə, hal-hazırda kassasiya məhkəməsində baxılan kassasiya müraciətləri Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində olan 22 dekabr 2022-ci il tarixli yekun qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçə kmiş şəxs4 tərəfindən ayrı-ayrılıqda verilmiş həmin kassasiya şikayətləridir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs2 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmiş, bununla yanaşı təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə öz tanışı olmaqla istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxslə, həmçinin öz tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, öz növbəsində sonuncu rəsmi qaydada lombard fəaliyyəti ilə məşğul olmaqla öz qulluq mövqeyindən suiistifadə etməklə zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmi şlər. Bundan başqa Təqsirləndirilən şəxs2 öz tanışı Təqsirləndirilən şəxs1 və rəfiqəsi Təqsirləndirilən şəxs3 ilə də qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Qeyd olunanlardan başqa öz növbəsində Təqsirləndirilən şəxs1 rəsmi qaydada lombard fəaliyyəti ilə məşğul olmaqla öz qulluq mövqeyindən sui-istifadə etməklə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə qanuni əsaslarla lombard fəaliyyəti ilə məşğul olan tanışı Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib qızıl alqı-satqıs ı ilə məşğul olması və Bakı şəhərində müxtəlif lombardlarda olan qızıllarını çıxarıb baha qiymətə satmasını bildirməklə verəcəyi pulların qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, bir neçə dəfə qeyd edilən üsulla pul və qızıl alıb qazancı ilə tam olaraq vaxtında qaytarmaqla özünə inam yaradıb özünü etibarlı tərəfdaş kimi göstərməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2016-cı ilin mart ayından 2016-cı ilin avqust ayınadək olan müddət ərzində ünvan23də yerləşən lombardda hissə-hissə olmaqla 30000 manat pulunu ələ keçirmişdir. Qeyd olunan məbləğdə pulu qaytara bilməyəcəyini bildiyi halda, yenidən ona pul verilməsinə nail olmaq üçün 06 avqust 2016-cı il tarixdə ələ keçirmiş olduğu həmin məbləğdə pula dair kredit müqaviləsi bağlamaqla pulu tam olaraq qaytaracağına inandıraraq aldadıb niyyətinə nail olduqdan sonra 2016-cı il avqust ayının ortalarından 2017-ci ilin may ayının əvvəllərinədək eyni adla eyni ünvanda hissə-hissə olmaqla 26500 manat pulunu ələ keçirdikdən sonra daha böyük məbləğdə pulun ələ keçirilməsinə nail olmaq üçün həmin tarixədək ələ keçirmiş olduğu milli məzənnə ilə 42500 manat təşkil edən 25000 ABŞ dolları və 14000 manat pulun etirafı haqqında 15 may 2017-ci il tarixdə müqavilə bağlayaraq və daşınar əmlakı Zərərçəkmiş şəxs9 adına sənədləşdirərək, həmin məbləğdəki pulu qaytarmaq niyyətində olmasına yenidən inandırmaqla aldadıb 2017-ci ilin mayının sonlarından 2019-cu ilin mart ayının ortalarına qədər olan müddət ərzində eyni ünvanda hissəhissə olma qla 141500 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib verdiyi vədinə əməl etməyərək Zərərçəkmiş şəxs9 ümumilikdə 198000 (bir yüz doxsan min) manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs10 və sonuncunun əri Zərərçəkmiş şəxs11 etibarlarından sui-istifadə edib qızıl alqı-satqısı ilə məşğul olması və Bakı şəhərində müxtəlif lombardlarda olan özünə məxsus qızılları çıxarıb baha qiymətə satmasını bildirməklə verəcəkləri pulların qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə birlikdə onlara qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, bir neçə dəfə qeyd edilən üsulla verilmiş pulu qazancı ilə birlikdə tam olara q vaxtında qaytarmaqla özünə inam yaradıb etibarlı tərəfdaş kimi göstərib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2017-ci ilin iyul ayının ikinci on günlüyündə ünvan 5 ünvanda yerləşən “XX25” metrostansiyasının qarşısında 15000 manat, qazanc adı ilə 3000 manat pulunu qaytararaq ona olan inamını daha da artırıb 02 avqust 2017-ci il tarixdə eyni ünvanda eyni adla Təqsirləndirilən şəxs2 qeyd olunan cinayətdə iştirakı olmayan sürcüsüsü Şahid11 vasitəsi ilə 5000 manat, qazanc adı ilə 500 manat pulunu qaytararaq, ona olan inamını daha da artırmaqda davam edib 2017-ci ilin oktyabr ayının ikinci on günlüyündə ünvan24ndə yerləşən «XX25» mağazasının qarşısında eyni adla 20000 manat, 2017- ci ilin noyabr ayının ikinci on günlüyündə ünvan27ndə yerləşən «XX27» mağazasının qarşısında xaricdən gəlmiş qızılların gömrük rəsmiləşdirməsi adı ilə 13000 manat, 2017-ci ilin dekabr ayının birinci on günlüyündə lombardda olan bütün qızıllarını çıxarıb satmaqla həmin müddətə qədər almış olduğu bütün pulları qazancı ilə birlikdə qaytarcağı adı ilə ünvan28ndə yerləşən “XX28”nin girişində milli valyuta ilə 42500 manat təşkil edən 25000 ABŞ dollar, qazanc adı ilə 5000 manat pulunu qaytararaq ona olan inamını daha da artırmaqda davam edib 2018-ci ilin yanvar aynın ikinci on günlüyündə ünvan29 ünvanında olan “XX29” parkında eyni adla 30000 manat, 2018-ci ilin yanvar ayının üçüncü on günlüyündə eyni ünvanda X14ndan gələn qızılların sərhəddən keçirmək adı ilə 22000 manat, 14 aprel 2018-ci il tarixdə ünvan30 ünvanda yerləşən “X30”nin qarşısında aldığı pulları tam olaraq qaytarm aq məqsədi ilə evini satmaq üçün zəruri sənədləşmə işlərinin aparılması adı ilə 10000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib verdiyi vədinə əməl etməyərək zərərçəkmiş şəxslər X25 və Zərərçəkmiş şəxs11 ümumilikdə 157500 (bir yüz əlli yeddi min) manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edib qızıl alqı-satqısı ilə məşğul olması və Bakı şəhərində müxtəlif lombardlarda olan qızıllarını çıxarıb baha qiymətə satmasını bildirməklə verəcəyi pulların qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, bir neçə dəfə qeyd edilən ü sulla pul alıb qazancı ilə tam olaraq vaxtında qaytarmaqla özünə inam yaradıb özünü etibarlı tərəfdaş kimi göstərib, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2017-ci ilin noyabr ayının əvvələrindən 2017-ci ilin dekabr aylarının sonlarınadək olan müddət ərzində ünvan31 ünvanda yerləşən «XX31» restoranında mili məzənnə 34006 manat təşkil edən 20000 ABŞ dolları, milli məzənnə ilə 51009 manat təşkil edən 30000 ABŞ dolları və milli məzənnə ilə 17003 manat təşkil edən 10000 ABŞ dolları pulu vahid niyyətlə əhatə olunan qəsdlə üç dəfəyə ələ keçirib verdiyi vədinə əməl etməyərək Zərərçəkmiş şəxs3 ümumilikdə milli məzənnə ilə 102018 (bir yüz iki min on səkkiz) manat təşkil edən 60000 (altmış min) ABŞ dollar külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edib qızıl alqı-satqısı ilə məşğul olması və Bakı şəhərində müxtəlif lombardlarda olan qızıllarını çıxarıb baha qiymətə satmasını bildirməklə verəcəyi pulların qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, bir neçə dəfə qeyd edilən üsulla pul alıb qazancı ilə müəyyən hissəsini vaxtında qaytarmaqla özünə inam yaradıb özünü etibarlı tərəfdaş kimi göstərib, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 01 iyun 2018-ci il tarixdə sonuncunun işlədiyi ünvan 11 ünvanda yerləşən “Yaşıl bazarda” 45000 manat, qazancı 600 manat olmaqla 5000 manat pu lunu qaytararaq ona olan inamını daha da artırıb 18 iyun 2018-ci il tarixdə həmin ünvanda eyni adla 55000 manat, qazancı 700 manat olmaqla 5000 manat pulunu yenidən qaytararaq ona olan inamını daha da artırıb 2018-ci ilin avqust ayının ortalarında həmin ünvanda eyni adlı 35000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirdikdən sonra qazancı 500 manat olmaqla 5000 manat və daha sonra 20000 manat pulunu qaytararaq Zərərçəkmiş şəxs2 ümumilikdə 100000 (bir yüz min) manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən öz tanışı olmaqla istintaq zamanı şəxsiyyəti müəyyən edilməklə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 182.3.2-ci maddələri ilə cinayət işi ayrılmış digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib qızıl alqısatqı işləri ilə məşğul olması və Bakı şəhərində müxtəlif lombardlarda olan qızıllarını çıxarıb baha qiymətə satmasını bildirməklə verəcəyi pullar qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə birlikdə qazanc verəcəyini həmçinin, sonuncunun atası Zərərçəkmiş şəxs2 almış olduğu pulları da əldə edəcəyi qazancdan qaytaracağına dair yalan vəd verib aldadaraq bir neçə dəfə qeyd edilən üsulla pul alıb üzərində qazancı ilə tam olaraq qaytarmaqla özünə inam yaradıb özünü etibarlı tərəfdaş kimi göstərməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan istintaq zamanı şəxsiyyəti müəyyən edilməklə barəsində cin ayət işi ayrılmış digər şəxsin işlətdiyi ünvan32 ünvanında yerləşən lombardda külli miqdarda qızılı olması, həmin qızılların çıxarılması üçün 2018-ci ilin avqust ayının əvvəllərində işlədiyi ünvan 11 ünvanda yerləşən “XX32” 2000 manat, 2018-ci ilin avqust ayının ortalarında lombardda olan qızıllara dair ödəniş cədvəlini təqdim edib qeyd edilən cədvəl üzrə həmin lombardda olan qızılın çıxarılması üçün istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxs həmin ünvanda 11600 manat, 2018-ci ilin avqust ayının ortalarında qızılın cədvəl üzrə daha dəyərli qızılla əvəzləşdirməsi adı ilə həmin digər şəxs qeyd edilən həmin ünvanda 6500 manat, 2018-ci ilin avqust ayının sonlarında ünvan33 ünvanda yerləşən lombardda həmin digər şəxs eyni adla 1800 manat, həmin qızılların çıxarılması üçün tələb olu nan yığılmış faiz borcları qaytarılması adı ilə qeyd olunan lombardda həmin digər şəxs 1700 manat, 2019-cu ilin yanvar ayının əvvəllərində sonradan onun lombarda qoymuş olduğu və üzərinə faiz hesablanmış mallarının çıxarılması adı ilə qeyd olunan lombardda istintaq zamanı şəxsiyyəti müəyyən edilməklə barəsində cinayət işi ayrılmış həmin şəxs 5000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs6 ümumilikdə 28600 (iyirmi səkkiz min altı yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edib qızıl alqı-satqı işləri ilə məşğul olması və Bakı şəhərində müxtəlif lombardlarda olan qızıllarını çıxarıb baha qiymətə satmaqla yeznəsi Zərərçəkmiş şəxs3 eyni adla almış olduğu 60000 ABŞ dolları pulun qısa müddət ərzində qaytaracağına dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2019-cu ilin fevral ayının ortalarında ünvan34də yerləşən “XX33” metrostansiyasının çıxışında 12000 (on iki min) manat pulunu ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə qeyri rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, sonuncu ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs2 vasitəsi ilə, öz növbəsində sonuncu qanuni əsaslarla lombard fəaliyyəti ilə məşğul olan tanışı Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib verəcəyi qızılları özü digər şəxsə girov qoymaqla götürmüş olduğu pulu öz işlərində istifadə edib qısa müddət ərzində həmin pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs9 2019-cu ilin mart ayının sonlarından 2019-cu ilin aprel ayının əvvələrinədək olan müddət ərzində ünvan35də yerləşən lombardda 680 qram və 320 qram olmaqla iki dəfəyə ümumilikdə 1 (bir) kq çəkidə üzərində sibir briliant qaşlı 750 əyarlı müxtəlif adda 100000 manat dəyərində qızıl-zinət əşyalarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib verdikləri vədlərinə əməl etməyərək Zərərçək miş şəxs9 ümumilikdə 100000 (bir yüz min) manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən qeyri rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs1 ilə, sonuncu ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 vasitəsi ilə sonuncunun tanışı Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edərək, planlı olaraq, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 Bakı şəhərində müxtəlif lombardlarda olan qızıllarını çıxarıb baha qiymətə satmaqla sonuncunun yeznəsi Zərərçəkmiş şəxs3 eyni adla özü almış olduğu 60000 ABŞ dollarının qısa müddət ərizində qaytarac ağına dair yalan vəd verib aldadaraq, üzərlərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətləri olmadan, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 2019-cu ilin mart ayının əvvəllərində ünvan 13 ünvanda yerləşən “XX35”ın yaxınlığında 20000 manat, 2019-cu ilin mart ayının sonlarında eyni adla ünvan 14 ünvanda yerləşən “XX38” restoranında 20000 manat və milli məzənə ilə 4250 manat təşkil edən 2500 ABŞ dolları, 2019-cu ilin aprel ayının əvvəllərində eyni adla ünvan 15 ünvanda olan lombardın qarşısında 50000 manat dəyərində üzərində 6 karat brilliant qaşı olan sırğa, üzük dəstini, 2019-cu ilin may ayının əvvəllərində eyni adla ünvan37, “XX36” metrostansiyasının çıxışında 8000 manat, 2019-cu ilin may ayının ortalarında eyni adla ünvan39, “XX40” yaşayış sahəsində olan “XX39”ndə 10000 m anat, 2019-cu ilin iyun ayının ortalarında eyni adla ünvan44 ünvanda olan XX43 heykəlinin yanında milli məzənə ilə 4250 manat təşkil edən 2500 ABŞ dolları, həmin günün səhəri eyni adla ünvan 17 ünvanda yerləşən XX45nin yaxınlığında 2000 manat, 2019-cu ilin iyun ayının sonlarında eyni adla ünvan 19 ünvanda olan lombardda 5000 manat dəyərində sırğa üzük qızıl dəstini, 2019-cu ilin noyabr ayının əvvələrində eyni adla ünvan 20 ünvanda yerləşən lombardda 10000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, verdikləri vədlərinə əməl etməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə 133500 (bir yüz otuz üç min beş yüz) manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən qeyri rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs1 ilə, sonuncu ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə, öz növbəsində Təqsirləndirilən şəxs2 tanışı Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib qızıl alqı-satqısı ilə məşğul olması və Bakı şəhərində müxtəlif lombardlarda olan qızıllarını çıxarıb baha qiymətə satmasını bildirməklə verəcəyi pulların qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, bir neçə dəfə qeyd edilən üsulla sonuncunun tanışlarından pul alıb qazancı ilə tam olaraq vaxtında qaytarmaqla özünə inam yaradıb özünü etibarlı tərəfdaş kimi göstərib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yer inə yetirmək niyyəti olmadan, öz növbəsində Təqsirləndirilən şəxs1 işlətdiyi ünvan 21 ünvanda yerləşən lombardda Təqsirləndirilən şəxs2 külli miqdarda qızılı olmasını bildirib, həmin qızılların çıxarılması üçün tələb olunan məbləğə dair ödəniş cədvəlini Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs5 təqdim edib pul ödənildikdən sonrakı gün qızılların çıxarılmasının mümkün olmasını ona bildirərək aldadıb, 10 iyul 2019-cu il tarixdə qeyd olunan ünvanda yerləşən lombardda Zərərçəkmiş şəxs5 69095 manat pulunu ələ keçirib verdikləri vədlərinə əməl etməyərək, Zərərçəkmiş şəxs5 69095 (altmış doqquz min doxsan beş) manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən qeyri rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs1 İsam oğlu ilə, sonuncu ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 tanışı Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək, sonuncu 11 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 işlətdiyi ünvan 21 ünvanda yerləşən lombarda gələrək, bir gün əvvəl, yəni 10 iyul 2019-cu il tarixdə ödədiyi pullara görə qızılların çıxarılması üçün müraciət edən zaman, ona təqdim olunacaq qızılların daha yüksək məbləğdə qızıllar ilə əvəzləşdirilməsi adı ilə onu aldadıb 30000 manat pulunu qeyd olunan ünvanda yerləşən lombardda ələ keçirib verdikləri vədlərinə əməl etməyərək, Zərərçəkmiş şəxs5 30000 (otuz min) manat xeyli miq darda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən qeyri rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs1 ilə, sonuncu ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə, Təqsirləndirilən şəxs2 tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, Təqsirləndirilən şəxs1 özünü faktiki olaraq lombard müdiri kimi təqdim edib, öz növbəsində Təqsirləndirilən şəxs2 isə qızıl alqı-satqısı ilə məşğul olması və Bakı şəhərində müxtəlif lombardlarda olan qızıllarını çıxarıb baha qiymətə satmasını bildirməklə verəcəyi pulların qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə bir likdə ona qazanc verəcəklərinə inə dair yalan vəd verib aldadaraq, bir neçə dəfə qeyd edilən üsulla pul alıb qazancı ilə müəyyən hissəsini vaxtında qaytarmaqla özünə inam yaradıb özünü etibarlı tərəfdaş kimi göstərib, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, Təqsirləndirilən şəxs1 işlətdiyi ünvan 22 ünvanında yerləşən lombardda külli miqdarda qızılı olması, həmin qızılların çıxarılması üçün tələb olunan məbləğə dair ödəniş cədvəlini Təqsirləndirilən şəxs1la birlikdə təqdim edib pul ödənildikdən sonrakı gün qızılların çıxarılmasının mümkün olmasını bildirərək aldadıb 11 iyul 2019-cu il tarixdə qeyd olunan ünvanda yerləşən lombardda 39300 (otuz doqquz min üç yüz) manat pulunu ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Tə qsirləndirilən şəxs2 təkrarən qeyri rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs1 İsam oğlu ilə, sonuncu ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə, Təqsirləndirilən şəxs2 tanışı Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib qızıl alqısatqısı ilə məşğul olması və Bakı şəhərində müxtəlif lombardlarda olan qızıllarını çıxarıb baha qiymətə satmasını bildirməklə verəcəyi pulların qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, bir neçə dəfə qeyd edilən üsulla pul alıb qazancı ilə tam olaraq vaxtında qaytarmaqla özünə inam yaradıb özünü etiba rlı tərəfdaş kimi göstərib, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan Təqsirləndirilən şəxs1 işlətdiyi ünvan 23 ünvanında yerləşən lombardda olan qızılının bir hissəsinin çıxarıb satmaqla ona qazanac verəcəkləri adı ilə aldadaraq 18 iyul 2019-cu il tarixdə qeyd olunan ünvanda yerləşən lombardda 115000 manat pulunu ələ keçirib verdikləri vədə əməl etməyərək Zərərçəkmiş şəxs4 115000 (bir yüz on beş min) manat, külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən, öz rəfiqəsi olmaqla, öz növbəsində Təqsirləndirilən şəxs3 ilə və həmçinin qeyri rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs1 ilə, sonuncu ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə etməklə, Təqsi rləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vasitəsi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə, Təqsirləndirilən şəxs2 tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, planlı olaraq, öz növbəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 qızıl alqısatqı işləri ilə məşğul olmaları, Bakı şəhərində müxtəlif lombardlarda olan qızıllarını çıxarıb baha qiymətə satmaqla Zərərçəkmiş şəxs1 yeznəsi Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 eyni adla almış olduğu 60000 ABŞ dollarının qısa müddət ərizində qaytaracağına dair yalan vəd verib aldadaraq üzərinə götürdükləri öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətləri olmadan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 2019-cu ilin dekabr ayının ortalarında ünvan14ində milli məzənnə ilə 17000 manat təşkil edən 10000 ABŞ dolları, 2019-cu ilin dekabr ayının sonlarında eyni adla ünvan11ndə 30000 manat, 2020-ci ilin yanvar ayının əvvəllərində eyni adla Bəhramtəpə-Mingəçevir yolunun Ağcəbədi rayonundan keçən 107ci kilometrliyində yerləşən «XX20» şadlıq evinin qarşısında 14000 manat, 2020-ci ilin yanvar ayının sonlarında eyni adla ünvan12ndə olan Milli Ön ödəmə terminalı vasitəsi ilə 2500 manat, 2020-ci ilin fevral ayının əvvəllərində eyni adla ünvan16ndə olan «XX22» şadlıq evində milli məzənnə ilə 5100 manat təşkil edən 3000 ABŞ dolları və 4500 manat, 11 fevral 2020-ci il tarixdə eyni adla Bəhramtəpə-Mingəçevir yolunun Ağcəbədi rayonundan keçən 107-ci kilometrliyində yerləşən «Şah» şadlıq restoranında 30000 manat, 2020-ci ilin f evral ayının sonlarında eyni adla ünvan43ndə olan Milli Ön ödəmə terminalı vasitəsi ilə 2500 manat, 2020-ci ilin mart ayının əvvəllərində eyni adla ünvan 24 ünvanda yerləşən «XX19» şadlıq evinin yaxınlığında 20000 manat, 25 mart 2020-ci il tarixdə eyni adla ünvan10ndə olan «XX42» şadlıq evində milli məzənnə ilə 23800 manat təşkil edən 14000 ABŞ dolları və 15000 manat, 2020-ci ilin mart ayının sonlarında eyni adla ünvan9ndə olan Milli Ön ödəmə terminalı vasitəsi ilə 2500 manat, 01 aprel 2020-ci il tarixdə eyni adla Ağcabədi rayonunda yerləşən “XX18” vasitəsi ilə milli məzənnə ilə 25500 manat təşkil edən 15000 ABŞ dolları, 2020-ci ilin aprel ayının sonlarında eyni adla ünvan41ndə olan Milli Ön ödəmə terminalı vasitəsi ilə 1100 manat, 2020-ci ilin may ayının ortalarında ünvan8 ünvanında yerlə şən «XX17» şadlıq evinin yaxınlığında 1000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib verdikləri vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə 194500 (bir yüz doxsan dörd min beş yüz) manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bununla yanaşı, yxarıda qeyd edilənlərdən başqa, Təqsirləndirilən şəxs1 özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə edərək üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan işlətdiyi ünvan 25 ünvanda yerləşən lombardda 28 fevral 2019cu il tarixdə Zərərçəkmiş şəxs7 2.000 manat pul verməklə sonuncuya məxsus ümumi dəyəri 7000 manat olan 750 əy arlı 42 qram çəkidə brilyant qaşlı boyunbağı, qolbaq, üzük, sırğa, kolye dəstini ələ keçirərək verilən pulu faizi ilə birlikdə ödənilib qurtardıqdan sonra qızıl-zinət əşyalarını geri qaytaracağına dair yalan vəd verib aldatmış, Zərərçəkmiş şəxs7 lombarda olan borcunu faizi ilə birlikdə sonuncunun tanışı Zərərçəkmiş şəxs8 tərəfindən tam şəkildə ödəməsinə baxmayaraq, qızıl-zinət əşyalarını geri qaytarmayaraq Zərərçəkmiş şəxs7 7000 (yeddi min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs8 etibarından suiistifadə edib ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə edərək üzərinə götürdüyü öhdəlikl əri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan işlətdiyi ünvan 25 ünvanda yerləşən lombardda 20 mart 2019-cu il tarixdə Zərərçəkmiş şəxs8 11000 manat pul verməklə sonuncuya məxsus ümumi dəyəri 20000 manat olan 750 əyarlı 75 qram çəkidə və 583 əyarlı 185 qram çəkidə qızılları ələ keçirərək verilən pulu faizi ilə birlikdə ödənilib qurtardıqdan sonra qızıl-zinət əşyalarını geri qaytaracağına dair yalan vəd verib aldatmış, Zərərçəkmiş şəxs8 lombarda olan borcunu faizi ilə birlikdə tam şəkildə ödəməsinə baxmayaraq, qızıl-zinət əşyalarını geri qaytarmayaraq Zərərçəkmiş şəxs8 20000 (iyirmi min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs7 etibarından suiistifadə edib ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə edərək üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan işlətdiyi ünvan 26 ünvanda yerləşən lombardda 27 mart 2019-cu il tarixdə Zərərçəkmiş şəxs7 milli məzənnə ilə 7624,5 manat təşkil ed˙n 4485 ABŞ dolları məbləğində pul verməklə sonuncuya məxsus ümumi dəyəri 10000 manat olan 750 əyarda 123 qram və 585 əyarda isə 15 qram qızılları ələ keçirərək verilən pulu faizi ilə birlikdə ödənilib qurtardıqdan sonra qızıl-zinət əşyalarını geri qaytarıacağına dair yalan verib aldatmış, Zərərçəkmiş şəxs7 lombarda olan borcunu faizi ilə birlikdə sonuncunun tanışı Zərərçəkmiş şəxs8 tərəfindən tam şəkildə ödəməsinə baxmayaraq, qızıl-zinət əşyalarını geri qaytarmayar aq Zərərçəkmiş şəxs7 10000 (on min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs8 etibarından suiistifadə edib ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə edərək üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan işlətdiyi ünvan 25 ünvanda yerləşən lombardda 24 aprel 2019-cu il tarixdə Zərərçəkmiş şəxs8 milli məzənnə ilə 6001 manat təşkil edən 3530 ABŞ dolları pul verməklə sonuncuya məxsus ümumi dəyəri 15000 manat olan 750 əyarlı 90 qram çəkidə və 583 əyarlı 30 qram çəkidə qızılları ələ keçirərək verilən pulu faizi ilə birlikdə ödənilib qurtardıqdan sonra qızıl-zinət ə şyalarını geri qaytaracağına dair yalan verib aldatmış, Zərərçəkmiş şəxs8 lombarda olan borcunu faizi ilə birlikdə tam şəkildə ödəməsinə baxmayaraq, qızıl-zinət əşyalarını geri qaytarmayaraq Zərərçəkmiş şəxs8 15000 (on beş min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs7 etibarından suiistifadə edib ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə edərək yeni qızıllar təqdim etdiyi halda sonuncunun lombarda girov qoyduğu qızıllarını verəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan işlətdiyi ünvan 26 ünvanda yerləşən lombardda 20 19-cu ilin may ayında bir ədədi 580 manat olmaqla ümumi dəyəri 27840 manat olan 48 ədəd “10-luq” qızıl küpürləri və bir ədəd 42 qram çəkidə 750 əyarlı 2520 manat dəyərində “XX42” firmasının qızıl boyunbağısını ələ keçirərək verilən verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs7 ümumilikdə 30360 (otuz min üç yüz altmış) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 kassasiya şikayətlərini eyni dəlillər gətirməklə onunla əsaslandırmışlar ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cinayət işinə məhkəmədə baxılarkən vurulmuş ziyanı tam ödəyəcəklərini vəd etsələr də, vədlərinə əməl etməmişlər, beləliklə də onlara vurulmuş ziyan ödənilməmiş qalmışdır. Ziyan ödənilmədiyi vəziyyətdə isə təqsirkarların azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmələri ədalətli və Cinayət Məcəlləsinin cəzanın təyini məsələlərini tənzimləyən normalarının tələbləri ilə uzlaşan nəticə hesab edilə bilməz və bu cinayət hüquqi tədbir real azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 kassasiya şikayətlərində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli yekun qərarının məhkumlara tətbiq edilmiş şərti məhkum etmənin real azadlıqdan məhrum etmə cəzaları ilə əvəz edilməsini təmin etmək üçün ləğv edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə s əlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41 6-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 kassasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmə məsələsi həll olunarkən və həmin məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılarkən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən onlara vurulmuş zərərin ödnilməməsinin nəzərə alınmadığını, nəticədə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 barəsində yüngüllüyünə görə onların şəxsiyyətlərinə uyğun olmayan şərti məhkum etmənin tətbiq olunduğunu iddia edərə k, faktiki olaraq şərti məhkum etmənin real azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsini təmin etmək məqsədi ilə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas qismində nəzərdə tutulmuş halla əsaslandırmışlar. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu şikayətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığ ını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəll əsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1.159.1.14-cü maddələrində sadalanan, eləcə də bu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi - CM-in 59.1.12-ci maddəsində, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi – CM-in 59.1.13-cü maddəsində, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanı n azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi isə CM-in 59.1.14-cü maddəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərdə tutulmuşdur. CM-in 60-cı maddəsi CM-in 59.1.12, 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yünüglləşdirən halları, cəzanı ağırlaşdıran hallar olmadıqda təqsirkara güzəştli şərtlə cəzanın təyin edilməsini tələb edən cəzanı yüngülləşdirən hallar sırasında göstərir. Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsi müəyyən edir. Cinayət Məcəlləsinin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən CM-in 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəz ərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 70.2-ci maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Qeyd olunan cinayət – hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətlərində irəli sürül müş dəlillərə və kassasiya tələblərinə baxdıqda, bu dəlil və tələblərin əsassız olduğu müəyyən olunur. Belə ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 kassasiya şikayətlərində məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 dələduzluq cinayəti nəticəsində onlara vurduqları ziyanı ödəməmələrini şərti məhkum etmənin qanunsuz və məhkumların şəxsiyyətlərinə uyğun olmayan, həddindən artıq yüngül tədbir olduğunu təsdiqləyən və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən başlıca səbəb kimi göstərirlər. Lakin, məhkəmədə baxılmış – CM-in 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın faktiki məzmunundan görünür ki, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs4 qarşı törədilmiş dələduzluq epizodunda ümumiyyətlə iştirak etməmişdir (Zərərçəkmiş şəxs4 zərər vurmamışdır). Həmçinin, zərərçəkmiş Zərərçəkmiş şəxs4 apellyasiya instansiyası məhkəməsində məhkum edilmiş şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirməklə veridyi apellyasiya şikayətindən imtina etdiyi üçün, onun apellyasiya şikayətinə baxılmasına Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarı ilə xitam verilmiş, beləliklə artıq eyni tarixli yekun qərar çıxarılarkən onun apellyasiya şikayəti ümumiyyətlə məhkəmə baxışının predmeti olmamış və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı ilə ona aid məsələlərə münasibətdə birinci instansiya məhkəməsinin hökmündə heç bir dəyişiklik edilməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 münasibətdə isə müəyyən olunur ki, o, cinayət işinə apellyasiya qaydasında, o cümlədən onun hər üç məhkum (Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3) barəsində verdiyi apellyasiya şikayətinə baxılarkən məhkumlarla barışığın əldə olunmasına, onlara qarşı şikayət və tələbinin olmamasına istinad edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə apellyasiya şikayətindən imtina etdiyi üçün, bu məhkumlara münasibətdə apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, onun müstəsna olaraq Təqsirləndirilən şəxs3 qarşı apellyasiya şikayətinə (əlavə ilə birlikdə) mahiyyəti üzrə baxılmış və 22 dekabr 2022-ci il tarixli yekun qərarla həmin apellyasiya şikayəti (əlavə ilə birlikdə) rədd edilmişdir. Bununla belə, o, özünə münasibətdə həmin yekun qərarla birinci instansiya məhkəməsinin hökmündə heç bir dəyişiklik edilməsə də, kassa siya şikayəti verməklə apellyasiya instansiyası məhkəməsinin yekun qərarını yalnız Təqsirləndirilən şəxs3 münasibətdə deyil, həm də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə mübahisələndirmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 kassasiya şikayətlərində müdafiə etdikləri mövqeyin və irəli sürdükləri tələblərin əsassız olduğu həm də ondan görünür ki, onlar məhz vurulmuş ziyanın ödənilməməsinə görə kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, şərti məhkum etmənin real azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsini tələb etdiklərini iddia etsələr də, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında bundan əvvəl aparılan icraatlar boyunca dəfələrlə onlara vurulmuş ziyanın ö dənildiyini və yaxud təqsirkarlara qarşı şikayət və tələblərinin olmadığını, barışdıqlarını bildirmişlər. O cümlədən, hazırkı qərarın giriş hissəsində əksini tapmış məlumatlardan göründüyü kimi, birinci instansiya məhkəməsi məhz Zərərçəkmiş şəxs1 ona cinayət nəticəsində vurulmuş ziyanın tam şəkildə ödənildiyini və bununla əlaqədar cinayət prosesində verdiyi mülki iddiadan imtina etdiyini şifahi və yazılı şəkildə məhkəməyə bildirməsinə görə 29 oktyabr 2021-ci il tarixli hökmdə Zərərçəkmiş şəxs1 mülki iddiası üzrə icraata xitam vermişdir. Cinayət prosesində mülki iddia verməyən zərərçəkmiş Zərərçəkmiş şəxs4 da birinci instansiya məhkəməsində ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini ərizəsində bildirib, bununla əlaqədar təqsirləndirilən şəxslərə qarşı heç bir tələbinin olmadığını məhkə mənin diqqətinə çatdırmış və həmin hal məhkəmə tərəfindən yekun nəticəyə gələrkən, o cümlədən cəza təyini məsələsi həll edilərkən nəzərə alınmışdır. Kassasiya instansiyası məhkəməsində aparılan icraatda da zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 müxtəlif vaxtlarda ziddiyyətli mövqe nümayiş etdirərək, o cümlədən məhkumlara qarşı heç bir şikayət və tələblərinin olmadığını, vurulmuş ziyanın ödənildiyini, barışığın əldə oldunğunu bildirmişlər. Belə ki, zərərçəkmişlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 digər zərərçəkmişlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə birgə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli yekun qərarından kassasiya şikayəti versələr də, həmin kassasiya şikayəti onun mümkünlüyü məsələsinə yenidən baxılması üçü n apellyasiya instansiyası məhkəməsinə qaytarıldıqdan sonra Zərərçəkmiş şəxs1 heç kimdən şikayətinin olmaması barədə teleqram göndərməklə yanaşı ayrılmış müddət ərzində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli yekun qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərası haqqında vəsatət verməmiş və bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 fevral 2024-cü il tarixli qərarı ilə onun tərəfindən kassasiya şikayəti verilməmiş hesab edilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə birgə verdikləri kassasiya şikayəti, habelə zərərçəkmiş Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş kassasiya şikayəti ilə əlaqədar buraxılmış prosessual müddətin bərpasına dai r vəsatətlər təmin edilərək, qeyd edilən iki kassasiya şikayəti cinayət işi ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2024-cü il tarixli 1(102) -1222/2024 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs4 məhkumlara qarşı şikayət və tələbinin olmaması, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli yekun qərarından verdiyi kassasiya şikayətini geri götürməsi, kassasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etməsi barədə 30 may 2025-ci il tarixli teleqramı, eləcə onunla birgə kassasiya şikayəti vermiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, habelə zərərçəkmiş Zərərçəkmiş şəxs9 eyni məzmunlu teleqramları nəzərə alınaraq, Zərərçəkmi ş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən birgə verilmiş kassasiya şikayəti, habelə Zərərçəkmiş şəxs9 kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılmışdır. Təsvir olunan halların fonunda birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən edilmiş sayılan (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 vurulmuş ziyanın ödənilməsi xüsusatının mübahisələndirilməsi üzrə dəlillər əsaslı hesab edilə və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, işin yeni apellyasiya baxışına təyin edilməsini tələb edən əsaslar kimi qiymətləndirilə bilməz. Zərərçəkmiş şəxslərin şərti məhkum etmənin ləğvi, məhkumlara azadlıqdan məhrum etmə növündə real cəzaların təyin edilməsi üzərində israr et mələri həm də ona görə əsassızdır ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 ilk dəfədir ki, məhkum olunurlar, baxılan işdə ziyanın ödənilməsi ilə yanaşı, CM-in 59.2-ci maddəsinə əsasən digər hallar da cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Bunlarla yanaşı, Cinayət Məcəlləsinin 58.3, 59 və 70.2-ci maddələrinin tələbləri gözlənilməklə, şərti məhkum etmənin təyin edilməsində əhəmyyətli olan digər məsələlər üzrə müəyyən edilmiş hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təyin olunan cinayət-hüquqi xarakterli tədbirin təqsirkarların islah olunmasına təsiri də birlikdə götürülməklə nəzərə alınmışdır. Sözügedən hallar CPM-in 139.0.5-ci maddəsi tələb etdiyi k imi yolverilənliyi təkzib edilməyən, uyğun və mötəbər sübutlar əsasında müəyyən edilmişdir. Qeyd olunan səbəblərdən zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmələrinin həddindən artıq yüngül tədbir olması və CM-in 8, 41.2, 58.3, 70-ci maddələrinin tələblərinə cavab verməməsi (məhkəmələrin Azərbaycan Respublikası CPMin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermələri) barədə iddiası əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair zərərçəkmiş şəxslərin, habelə kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hes ab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində olan 22 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində olan 22 dekabr 2022-ci il tarixli yekun qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-528/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-528/2025
11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver