Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-529/2019 19.03.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)529-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 19 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi X10 iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 182.3.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2018-ci il tarixli qərarından Müdafiəçi və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli hökmü ilə (hakimlər: X23 (sədrlik edən), hakimlər X15 (məruzəçi) və X7 ibarət tərkibdə) Məhkum – xx.xx.1994-cü ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olmuş və orada qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası CM-nin 182.3.1-ci maddəsi ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum X16 X18 və Bərpası Müəssisəsi ilə bağladığı 03 sentyabr 2008-ci il tarixli 13 nömrəli müqavilə və İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının 23 sentyabr 2009-cu il tarixli 131 nömrəli sərəncamı əsasında İsmayıllı meşəbəyliyinin 53-cü kvartalının 1-ci bölməsindən 1,5 hektar meşə fondu torpaq sahəsini icarəyə götürərək, sahibkarlıq məqsədilə həmin yerdə yaratdığı “Teliba” adlı istirahət mərkəzində xidmətçi vəzifəsində işləyərkən həmin istirahət mərkəzinə rəhbərlik edən yaxın münasibətlərdə olduğu X19 məxsus Ağsu rayonunun Xasıdərə kəndində yerləşən fermada saxladığı 300 başdan artıq xırdabuynuzlu və 20 başdan çox iribuynuzlu mal-q arasını Ağsu rayonunun ************** kənd sakini Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan qonşu torpaq sahəsində otarmağa sonuncu tərəfindən icazə verilmədiyindən, buna Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə nail olmaq üçün T6 İbadovun təşkil etdiyi mütəşəkkil dəstədə “Teliba” istirahət mərkəzində inzibatçı vəzifəsində işləyən, T6 İbadovun bibisinin əri X33 ilə birlikdə birləşərək müəyyən edilmiş vəzifə bölgüsünə əsasən T6 İbadovun tapşırığı ilə dəstə üzvü R6 birlikdə 29 aprel 2014-cü il tarixdə həmin torpaq sahəsində Zərərçəkmiş şəxs qarşı nalayiq söyüşlər və təhqiredici ifadələr işlətməklə, zor tətbiq edib yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrinə bir neçə zərbə vurub döyməklə, əynindəki paltarlarını cırmaqla, onun qanunla qorunan mənafeyinə zidd olaraq mülkiyyətçisi olduğu torpaq sahəsində dəstə üzvü T6 mal-qarasının davamlı şəkildə otarılmasına razılıq verməsini real hədə-qorxu ilə tələb etmiş, təkrarən, eyni məqsəd və vahid niyyətlə 30 aprel 2014-cü il tarixdə saat 01 radələrində həmin mütəşəkkil dəstənin təşkilatçısı T6 və dəstənin üzvü R6 birlikdə atəşə yararlı ov silahları ilə silahlanaraq T6 İbadovun idarə etdiyi “Teliba” istirahət mərkəzinə məxsus ***** dövlət qeydiyyat nişanlı UAZ-452 markalı avtomobildə Ağsu rayonunun ******** kəndinə, Zərərçəkmiş şəxs arvadı və anası ilə bir yerdə yaşadığı evin qarşısına gəlib giriş qapısının önündən evə tərəf ov silahından 12 dəfə atəş açması ilə Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər və təhqiredici ifadələr işlətməklə, qadın paltarı geyinib evdən bayıra çıxmasını tələb etməklə özünün və y axın qohumlarının şəxsiyyəti üzərində zor tətbiq edəcəyi ilə real hədələyib mütəşəkkil dəstə tərkibində torpaq sahəsində mal-qarasının otarılmasına razılıq verilməsində ifadə olunan əmlakdan istifadə hüququnu və əmlak xarakteri daşıyan hərəkətlər etməsini təkrarən hədə-qorxu ilə tələb etmişdir. Hökmdən Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X24 və X3 ibarət tərkibdə) 14 may 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş,hökmü dəyişdirilmiş, hökmlə Məhkum təqsirli bilindiyi CM-in 182.3.1-ci maddəsi ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, barəsində C M-nin 62-ci maddəsi tətbiq edilməklə, 5 (beş) il müddətə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2018-ci il tarixli qərarından Müdafiəçi və Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək Məhkum bəraət verilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və bəraət verilməsi üçün yenidən məhkəmə baxışına qaytarılmalıdır. Belə ki, hələ birinci instansiya məhkəməsində Məhkum qeyd olunan cinayət əməlinin törədilməsində iştirakı və təqsirliliyi işdə olan heç bir sübutla təsdiq olunmamış, məhkəmə sadəcə ona qarşı irəli sürülmüş ittihamı heç bir əsaslandırma aparmadan təsdiq etmişdir. Be lə ki, həm Zərərçəkmiş şəxs, həm də hadisənin bilavasitə şahidləri olan X5 və X1 Ə6 döymədiyini, sadəcə davanı ayırmağa köməklik etdiyini bildirmişlər. Zərərçəkmiş şəxs verdiyi ifadəsində R6 gələn 2 oğlanın kənarda dayandığını bildirərək, A6in onu vurmadığını bildirmişdir. Lakin nədənsə məhkəmə bu ifadələrə qiymət vermədən sadəcə istintaqın gəldiyi nəticəni təsdiq etmişdir. Təqsirləndirilən şəxsin T6 İbadovun təşkil etdiyi mütəşəkkil dəstədə iştirak etməsi, eləcə də vahid niyyətlə 30 aprel 2014-cü il tarixdə saat 01 radələrində həmin mütəşəkkil dəstənin üzvü R6 ilə birlikdə atəşə yararlı ov silahları ilə silahlanaraq T6 idarə etdiyi “Teliba” istirahət mərkəzinə məxsus ***** dövlət qeydiyyat nişanlı UAZ-452 markalı avtomobildə Ağsu rayonu ********* kəndinə, Zərərçəkmiş şəxs arvadı və anas ı ilə birgə yaşadığı evin qarşısına gələrək silahdan atəş açmaqla təkrarən hədə-qorxu ilə tələb etməsi nə istintaq zamanı, nə də məhkəmə baxışında mötəbər sübutlarla təsdiqini tapmamışdır. Eləcə də həm istintaq zamanı, həm də məhkəmə baxışında dindirilmiş şahidlər bilavasitə Məhkum törədilmiş cinayətdə iştirakını göstərə biləcək ifadələr verməmiş, verilən ifadələr məhkəmə istintaqı zamanı bir daha təqsirləndirilən şəxsin həm 29 aprel 2014-cü il tarixində Zərərçəkmiş şəxs döyülməsində, həm də 30 aprel 2014-cü il tarixində R6 ilə birlikdə Ağsu rayonu ******** kəndinə, Zərərçəkmiş şəxs arvadı və anası ilə birgə yaşadığı evin qarşısına gələrək silahdan atəş açmaqla təkrarən mütəşəkkil dəstə tərkibində iştirak etmədiyini təsdiqləmişlər. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində Məhku m tərəfindən döyülməsini inkar edərək bildirmişdir ki, Məhkum onu vurmamış və vura da bilməzdi. Lakin məhkəmə onun bu ifadəsini heç bir əsas göstərməyərək nəzərə almamışdır. Eynilə də həm ibtidai istintaqda həm də birinci instansiyada məhkəmə baxışı zamanı dindirilmiş şahidlər X34, X5, X9 Zərərçəkmiş şəxs Məhkum tərəfindən döyülməsini təsdiq edən ifadələr verməmişlər. Əksinə onlar da A6in kənarda dayanaraq davaya baxdığını, sonradan isə davanı sakitləşdirmək üçün Ə6 və R6a yaxınlaşdığını və onları ayırmağa köməklik etdiyini göstərmişlər. Eynilə bu ifadəni zərərçəkmiş şəxs apellyasiya baxışında bir daha verərək, A6in onu vurmadığını kənarda dayandığını bildirmişdir. Lakin iş üzrə ittiham hökmü çıxarmış birinci instansiya məhkəməsi, eləcə də apellyasiya məhkəməsi məhkəmədə araşdırılan sübutl arı deyil, istintaqda toplan ilanları əsas götürmüşdür. Apellyasiya baxışı zamanı Məhkum mütəşəkkil dəstə tərkibində fəaliyyət göstərməsi məsələsi araşdırılmış və haqlı olaraq onun mütəşəkkil dəstənin əsas üzvləri ilə bağlılığının və ya yaxın əlaqəsinin olmaması qənaətinə gəlinsə də, heç bir hüquqi əsas olmadan onun əməlinin CM-nin 182.3.1-ci maddəsinə tövsif olunması düzgün hesab edilmişdir. Beləliklə iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri, tədqiq edilmiş sənədlərlə və digər sübut qismində təqdim edilmiş materiallarla da Məhkum hər hansı cinayətkar niyyətinin və əməlində cinayət tərkibinin olması təsdiq edilmədi. Eyni zamanda həm bu iş üzrə, həm də Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)204/2017 saylı cinayət işi üzrə dindirilmiş digər təqsirləndirilən şəxslərdən heç biri Məhkum ilə hər hansı əlbirliklərinin, cinayət törətmək üçün razılaşmalarının və digər hər hansı cinayətkar niyyətlərinin olmadıqlarını bildirdilər. Eynilə hər iki iş üzrə dindirilmiş şahidlər də Məhkum ilə hər hansı əlbirliklərinin, cinayət törətmək üçün razılaşmalarının və digər hər hansı cinayətkar niyyətlərinin olmadıqlarını bildirmişlər. Hətta apellyasiya instansiyasında şahid qismində dindirilmiş X35 Məhkumla birlikdə “Teliba” istirahət mərkəzində ofisiant işlədiyini, orada olan bütün işçilər kimi Məhkum da aylıq 200 manat məvacib aldığını, onun ofisantlıqdan başqa hər hansı əlavə işlər görmədiyini, ona münasibətdə hər hansı üstünlüyün olmadığını bildirmişdir. Lakin həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi hər hansi mötəbər dəlilə əsaslanmadan təqsirləndirilən ş əxsin mütəşəkkil dəstədə cinayət törətməkdə təqsirli bilmişdir. İş materialları və həm birinci instansiya məhkəməsində həm də apellyasiya məhkəməsində məhkəmə istintaqının yekunları ilə əldə olunmuş sübutlarla təqsirləndirilən şəxsin əməlində hər hansı bir cinayətin tərkibinin olması sübuta yetmədi. Məhkəmə baxışı zamanı birinci instansiya məhkəməsi tərəfindən Məhkum təqsirli olması halı sübuta yetirilmədiyi halda ona ittiham hökmü çıxarılmışdır. Yəni, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin hökmü də qanunsuz və ədalətsizdir, təqsirləndirilən şəxsə bəraət verilməklə hökm ləğv edilməlidir. Belə ki, Məhkum ona qarşı törədilmiş cinayət əməlində iştirakı nə istintaq, nə də məhkəmə baxışında öz təsdiqini tapmışdır. O, həm istintaqda, həm də məhkəmə baxışında A6in onu döymədiyini dəfələrlə qeyd etsə də məhkəmə onun ifadəsini nəzərə almamışdır. İstintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, R6la gələn hündür boylu oğlan tərəfindən döyülmüş, onlarla gələn digər oğlan yəni A6 onu vurmamış daha sonra onlar avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Məhkəmə baxışı zamanı verdiyi ifadədə də Məhkum tərəfindən döyülməyini qəbul etməyərək bildirmişdir ki, Məhkum onu vurmamış və vura da bilməzdi, çünki o, ondan fiziki cəhətdən çox güclü idi. Lakin məhkəmə bu ifadəyə heç bir əsas olmadan düzgün qiymət verməmişdir. Eynilə də digər hadisə şahidləri onun Məhkum tərəfindən döyülmədiyi barədə ifad ələr verməsinə baxmayaraq məhkəmə bu ifadələri də nəzərə almamışdır. Hadisənin bilavasitə şahidi olmuş X5 da ifadəsində onu döyənin məhz Məhkum olması barədə heç bir sübut təqdim etməmişdir. Hökmdən də görünür ki, X5 “R6 və onunla gələn oğlan avtomobildən enib fermada yumruq və təpiklə Əbifəti döymüş, Ə6in burnu, ağzı qanamış, paltarı cırılmış, R6 və onunla gələn oğlan çıxıb getmişdir” kimi ifadə vermişdir. Dindirilmiş digər şahidlər də onun Məhkum tərəfindən döyülmədiyini bildirsələr də məhkəmə nədənsə bu ifadələrə məhəl qoymamış, sadəcə ittihamda göstərilən ifadələri hökmə köçürmüşdür. Digər epizod üzrə, yəni təkrarən hədə-qorxu ilə tələb etməsi nə istintaq zamanı nə də məhkəmə baxışında mötəbər sübutlarla təsdiqini tapmamışdır. Eləcə də həm istintaq zamanı həm də məhkəmə baxışında dindi rilmiş şahidlər bilavasitə Məhkum onun yaşadığı evin qarşısına gələrək silahdan atəş açmaqla təkrarən mütəşəkkil dəstə tərkibində iştirak etmədiyini təsdiqləmişlər. İş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri, tədqiq edilmiş sənədlərlə və digər sübut qismində təqdim edilmiş materiallarla da Məhkum hər hansı cinayətkar niyyətinin və əməlində cinayət tərkibinin olması təsdiq edilmədi. Məhkəməyə Məhkum heç bir şikayətinin olmaması barədə ərizə təqdim etsə də məhkəmə bunu da nəzərə almamışdır. Hesab edir ki, Məhkum əsassız olaraq təqsirli bilinməsi və ağır cəzaya məhkum edilməsi tam ədalətsiz və qeyri-qanunidir. Məhkəmə baxışı zamanı birinci instansiya məhkəməsi tərəfindən Məhkum təqsirli olması halı sübuta yetirilmədiyi halda ona ittiham hökmü çıxarılmışdır. Yəni, məhkəmənin gəldiy i nəticələr işin faktiki hallarına uyğun deyildir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçini, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununu n və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanu n normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Müdafiəçi və zərərçəkmiş şəxsin eyni məzmunlu kassasiya şikayətlərində zərərçəkmiş şəxsin və bəzi şahidlərin ifadələrinə istinad edilərək Məhkum əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, eyni məzmunlu apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasında baxılmış və apellyasiya şikayətlərinin dəlillərinin əsaslılığı yoxlanılmış, həmin dəlillərin əsaslılığı qismən təsdiq edilərək birinci instansiya məhkəməsinin hökmündə qismən dəyişiklik edilmiş Məhkum hüquqi vəziyyəti yüngülləşdirilmişdir. Lakin apellyasiya instansiya məhkəməsinin iclasında məhkuma bəraət verilməsi barədə dəlil lər öz təsdiqini tapmadığından təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının iclasında təqsirləndirilən şəxs Məhkum CM-nin 182.3.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2014-cü ilin təxminən mart ayından 2016-cı ilədək İsmayıllı rayonu Basqal qəsəbəsinin ərazisində yerləşən “Teliba” istirahət mərkəzində xidmətçi (ofisiant) işləmiş, həmin istirahət mərkəzinin rəhbəri X29 olmuş, T6ın bibisi oğlu R6 istirahət mərkəzində nəzarətçi işləmişdir., “Teliba”da işdə olan zaman S6 R6 aşağı fermaya gedən vaxt o da maşına oturub onlarla birlikdə getmiş, fermaya çatıb düşəndə orada nə isə mübahisə olmuş, o da həmin yerə yaxınlaşmış, Ə6lə R6 həmin vaxt söhbət etmişlər. O, onların yanına yaxınlaşanda Ə6 ona qarşı kobudluq etmiş, sonra isə Ə6l ə yaxalaşmış, Ə6 sillə və yumruq zərbələri vurmuşdur. Həmin vaxt Ə6 içkili olmuş, sonra S6 onları ayırmış, orada R6 demişdir ki, “mən bura dalaşmağa yox, söhbət etməyə gəlmişəm”. Ondan sonra çıxıb getmişlər, səhərisi gün o, işə gəlmiş, sadəcə dalaşan vaxtı onları ayıranda orada onun köynəyi cırılmışdır. Şəki Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2014-ci ilin aprel ayının 29-da T6a məxsus mal-qaranı çobanı H6 yenidən otarmaq üçün onun əkin sahəsinə ötürmüş, buna görə H6 iradını bildirmiş, H6 isə T6ın tapşırığı ilə mal-qaranı əkin sahəsində otardığını bildirmiş və “istəyirsən T6a zəng edim özün onunla danış, sözünü bildir” demiş və istifadəsində olan mobil telefonla T6a zəng etmiş, telefonu danışmaq üçün ona vermiş, T6a “nə səb əbə əkin sahəmi yenə otartdırırsan” demiş, T6 ondan harada olduğunu soruşmuş, o da Xasıdərə kəndində olan fermada olduğunu bildirmişdir. T6 isə ona “orada gözlə gəlirəm” demiş, bir müddətdən sonra fermanın yaxınlığında bir “Niva” markalı avtomobil dayanmış, avtomobildən üç nəfər şəxs enib onun yanına gəlmiş, həmin şəxslərdən biri T6ın ******** qəsəbəsində yaşayan qohumu R6 olmuş, digər iki nəfəri isə tanımamışdır. Avtomobili idarə edən sürücü isə uzaqda olmuş və onu görməmişdir. R6 ondan T6la telefonda danışdığını soruşmuş, o isə bunu təsdiq edəndə qəflətən yumruqla onun mədə nahiyəsindən zərbə vurmuş və onu yerə yıxıb bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. R6la gələn digər 2 nəfər şəxs isə kənarda dayanmışlar. Çoban H6 və arvadı onları çox çətinliklə ayırmış və bundan sonra həmin şəxslər avtomobilə minərək getmişlər. Məhkum onu vurmamış və vura da bilməzdi. O özünü Məhkum fiziki cəhətdən güclü hesab edir. “Teliba” istirahət mərkəzinin işçisi R6 onu qəflətən yumruqla vurduğundan ona qarşı müqavimət göstərə bilməmişdir. Hazırda təqsirləndirilən şəxs Məhkum heç bir şikayət və tələbi yoxdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının iclasında şahid qismində dindirilmiş X35 ifadəsində göstərmişdir ki, onun təqsirləndirilən şəxs Məhkum ilə qohumluğu yoxdur. O, A6 ilə birlikdə “Teliba” istirahət mərkəzində ofisant işləmişdir. Orada olan bütün işçilər kimi, A6 də aylıq 200 manat məvacib almışdır. Məhkum işlədiyi “Teliba” istirahət mərkəzində iş yoldaşları ilə münasibəti yaxşı olmuşdur. Hadisə baş verən gün Məhkum istirahət günü olmuşdur. Həmin gün A6 evə getmək məqsədi ilə istirahət mərkəzinin kənarından keçən yolda dayanmışdır. İstirahət mərkəzinin nəzarətçisi R6 orada işləyən ofisiantlardan birinə A6i geri çağırması barədə göstəriş vermişdir. Onların fermaya getdiklərini sonradan bilmişdir. Eşitdiyinə görə, fermada söz-söhbət düşmüş, lakin orada A6in kimləsə dalaşması barədə məlumatı olmamışdır. A6dən fermaya nə məqsədlə getdiyini soruşduqda, A6 fermaya maraq xatirinə getdiyini, orada heç bir dava-dalaş olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir, onların Ağsu rayonu *********** kəndi ərazisində şəxsi torpaq sahələri vardır, həmin torpaq sahələrində əkin əkirlər, oranın qonşuluğunda X19 məxsus ferma yerləşir, T6 həmin fermada sayını bilmədiyi mal-qara saxlayır, çobanı Heydər həmin heyvanları icazəsiz dəfələrlə onların əkin sahəsində otarmış, Ə6 dəfələrlə buna görə T6a və Heydərə iradını bildirsə də, onlar yenə də heyvanlarını onların əkin sahəsində otarmış, 29 aprel 2014-cü il tarixdə Ə6 saat təxminən 18 radələrində yaşadıqları evə gələrkən üzünün qana bulaşdığını və əynindəki paltarların tozlu olduğunu görmüş, Ə6dən onu kimlərin döydüyünü soruşsa da, Ə6 heç nə demədən gedib yatmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X34 ifadəsində göstərmişdir ki, o, Ağsu rayon Polis şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı vəzifəsinə işlədiyi vaxt Ağsu rayonu ********* kənd sakini Zərərçəkmiş şəxs 29 aprel 2014-cü il tarixdə döyülməsi və 30 aprel 2014-cü il tarixə keçən gecə evinə odlu sil ahdan atəş açılması ilə bağlı Daxili İşlər Nazirliyinin “102 xidməti”nə məlumat verməsi ilə bağlı məlumatın araşdırılması ona tapşırılmış, 30 aprel 2014-cü il tarixdə saat 15-16 radələrində bununla bağlı Ağsu rayonu ****** kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə getmiş, Ə6 və adını xatırlamadığı arvadı ona 29 aprel 2014-cü il tarixdə gündüz İsmayıllı rayonu ********* qəsəbəsi ərazisində yerləşən “Teliba” istirahət mərkəzinin rəhbəri T6 çobanı mal-qarasını otarmaq üçün onların əkin sahəsinə ötürdüyünü, buna görə Ə6in çobana iradını bildirdiyini, çoban isə mal-qaranı T6ın tapşırığı ilə onların əkin sahəsində otardığını, çobanın öz telefonu ilə T6a zəng edib bu barədə bildirdiyini və telefonu Ə6ə verdiyini, T6ın telefonda Ə6i söyüb təhqir etdiyini, sonra T6ın tapşırığı ilə “Teliba” ist irahət mərkəzində işləyən T6ın bibisi oğlu R6un bir neçə nəfərlə “NİVA” markalı avtomobildə oraya gəlib Ə6i döydüklərini, sonra 30 aprel 2014-cü il tarixə keçən gecə evdə yatdıqları vaxt evlərinin qarşısına gələrək havaya atəş açdıqlarını bildirmiş, orada baş vermiş həmin hadisə ilə bağlı Ə6in ərizəsini almış və onu hadisə barədə izahat verməsi üçün Ağsu rayon Polis şöbəsinə dəvət etmiş, sonra özü isə “Teliba” istirahət mərkəzinə gedib qapıda mühafizəçidən T6 İbadovu soruşmuş, mühafizəçi T6ın istirahət mərkəzində olmadığını bildirmiş, istirahət mərkəzində dayanmış qırmızı rəngli “NİVA” markalı avtomobili gördüyündən həmin avtomobilin sürücüsünü soruşmuş, istirahət mərkəzində söhbətgahda əyləşib sürücünü yanına dəvət etmiş, sürücü S6 adlı şəxsdən hadisə barədə şifahi soruşmuş, X46 və Məhkum adlı şəxslərlə fermaya getdiklərini, Ə6i orada R6 və A6in döydüklərini, Ə6in evinə atəş açılması barədə isə məlumatı olmadığını bildirmiş, həmin vaxt R6i və Məhkum da dəvət etmiş, onları da hadisə ilə bağlı şifahi sorğu-sual etdikdə, onlar T6 tapşırığı ilə fermaya getdiklərini və Ə6i döydüklərini təsdiq etmiş, onların izahatlarını yazılı formada almağa başladığı vaxt əvvəllər tanımadığı T6 tək ona yaxınlaşmış və “T6 mənəm, onlarlıq bir iş yoxdur, onları mən göndərmişdim, qoy çıxıb getsinlər, sabah onları özüm şöbəyə gətirəcəyəm, orada izahatlarını alarsan” demiş, səhəri gün əməliyyat işləri üzrə rəis müavini ona zəng edib Ə6in onun yanında olduğunu və “Ə6in şikayəti yoxdur, barışıblar, ərizəsini al, çıxıb getsin” demiş, sonra Ə6 onun iş otağına gəlmiş, Ə6in ərizəsini almış, ona görə də Ə6 in izahatını almamış və çıxıb getmiş, sonra Ə6in ərizəsinə uyğun onun arvadı X11, X29, X25, Məhkum və X20 adlarından izahatları kompüterdə yazmış, sonra izahatları imzalatmaq üçün “Teliba” istirahət mərkəzinə aparmış, orada həmin şəxslərin adlarından kimlərin izahatları imzalamasını isə xatırlamır, Zərərçəkmiş şəxs barışıq ərizəsi olduğundan material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 2014-cü ilin təxminən aprel ayında “Teliba” istirahət mərkəzində nəzarətçi işləyən R6 tanımadığı bir nəfər cavan oğlanla orada usta işləyən S6 idarə etdiyi «NİVA» markalı avtomobildə fermaya gəlmiş, R6 və onunla gələn oğlan avtomobildən enib fermada yumruq və təpiklə Ə6i döymüş, əri H6 onları aralamaq istəsələr də, alınmamış, Ə6in burnu, ağzı qanamış, paltarları cırılmış, R6 və onunla gələn oğlan çıxıb getmiş, Ə6 isə pis vəziyyətdə fermada qalmış, sonra çıxıb getmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təxminən 2014-cü ilin aprel ayında T6ın bibisi əri R6, Basqal qəsəbəsində yaşayan “Teliba” istirahət mərkəzində xidmətçi işləyən “A9” kimi müraciət olunan A6 avtomobildən enib onlara yaxınlaşmış, S6 isə avtomobilin yanında dayanmış, R6 onlara yaxınlaşıb qəflətən Ə6in sifətindən yumuruqla zərbə vurub yerə yıxmış, onu söyüb təhqir etmiş, R6un göstərişi ilə A6 də Ə6i döymüş, yerdə Ə6in bədəninin müxtəlif nahiyələrinə təpiklə zərbələr vurmuş, R6 və A6 Ə6i döyərkən onları ayıra bilməmiş, arvadı A8 də köməyə gəlmiş və onları aralamış, Ə6in üzü qanamış, köynəyi cırılmış, R6gil çıxıb getmiş, o isə Ə6ə kömək edib yola salmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, 2014-ci ilin aprel ayının 29-da T6ın bibisi əri R6 onu yanına çağırmış və onları idarə etdiyi «Niva» markalı avtomobildə fermaya aparmağı tapşırmış, o da idarə etdiyi avtomobildə R6u, orada xidmətçi işləyən A6i və sonradan vəfat etmiş Qəribi T6ın fermasına aparmış, R6gilin nə məqsədlə fermaya getmələrini bilməmiş, fermanın yaxınlığında avtomobili saxlamış, R6gil avtomobildən enib təxminən 200 metr aralıda olan çoban Heydərin yanına getmiş, o isə avtomobilin yanında qalmış, R6gilin orada kiminləsə dalaşdığnı görüb həmin yerə getmiş, R6gilin orada bir nəfər oğl anı döyüdüklərini görmüş və onları çoban Heydər və arvadı ilə birlikdə aralaşdırmış Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, tikinti ustası kimi fərdi əməklə məşğul olur, İsmayıllı rayonu Basqal qəsəbəsi ərazisində yerləşən X19 məxsus “Teliba” istirahət mərkəzində aparılan tikinti işlərində usta işləyən qardaşı X21 ilə birlikdə tikinti işləri apardığı vaxt 2014-cü ilin aprel ayında Səhrab “Teliba” istirahət mərkəzində işləyən T6ın bibisi əri R6u və xidmətçi işləyən A6i fermaya aparmış, orada R6 və A6 Ağsu rayonunun *********** kənd sakini Ə6i döymüşlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, 2014-cü ilin aprel ayının 29-da “Teliba” istirahət mərkəzində işdə olduğu vaxt günortadan sonra kimsə T6ın bibisi əri R6a zəng etmiş və R6 tələsik həmin istirahət mərkəzində xidmətçi işləyən Məhkum və, səhv etmirsə, sonradan avtomobil qəzasında ölmüş Qərib adlı oğlanla birlikdə orada usta işləyən S6 idarə etdiyi qırmızı rəngli “Niva” markalı avtomobildə T6ın fermasına getmiş, bir müddətdən sonra qayıdıb istirahət mərkəzinə gəlmiş və Ağsu rayonu ********* kənd sakini Ə6i döydüklərini bildirmişlər. Apellyasiya məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb etmişdir ki, təqsirləndirilən şəxs Məhkum törətdiyi əməldə CM-in 182.3.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin törədilməsində onun iştirakı və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Məhkum əməli Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 182.3.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cinayət işi üzrə gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cinayət işi üzrə sübutların toplanması və tədqiqi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin müəyyən etdiyi prosedurlara uyğun aparılmış və həmin sübutların mötəbərliyi mübahisə doğurmur. Kassasiya şikayətlərində apellyasiya instansiya məhkəməsinin qərarında istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alan konkret dəlillərə və sübutlara istinad edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs məhkəmə iclas ındakı ifadələrində və kassasiya şikayətində Məhkum tərəfindən döyülməsini inkar edərək, Məhkum onu vurmamasını, özünü Məhkum fiziki cəhətdən güclü hesab etməsini göstərməsi kimi hallar cinayət işinin obyektiv hallarına uyğun olmadığından və cinayət işinin digər materialları ilə uyğunluq təşkil etmədiyindən onun ibtidai istintaqdakı ifadələri əsas götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhli l olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinə uyğun toplanıb tədqiq edilmiş və ittihamı sübut edən sübutların məcmusu sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Ona görə də kassasiya şikayətləri təmin edilmədən və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayətləri təmin ed ilməsin. Məhkum təqsirli bilinib məhkum edilməsi barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2018-ci il tarixli qərarı müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-529/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-529/2019
19.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver