Məhkəmə qərarları › İş №1(102)-529/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-529/2020

08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-529/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 213.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli ilkin baxış qərarından mülki iddiaçı - Bakı Şəhəri Zərərçəkmiş tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlu) xx xxxxxx 1971-ci ildə İsmayıllı rayonunda anadan olmuş, evli, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qazancından 15 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 0 2 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Hökmdən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Zərərçəkmiş şəxs Baş idarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli ilkin baxış qərarı ilə cinayət işi üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Zərərçəkmiş idarə zərərçəkmiş şəxs qismində statusuna xitam verilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Zərərçəkmiş tərəfindən verilmiş apellyasiya şikayəti buna hüququ olmayan şəxs tərəfindən verild iyindən onun icraata qəbul edilməsindən imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli ilkin baxış qərarından Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Zərərçəkmiş kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinmişdir, ona görə ki, o, Bakı şəhəri Zərərçəkmiş "xxxx" Baş İdarəsi Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 2n (VÖEN: **********) rəsmi direktoru olmaqla fəaliyyətinə rəhbərlik edərək, cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları yerinə yetirərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olub, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəz ifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.4, 16.1.6, 16.1.7, 53.1, 71.2, 72, 77, 78.1, 82, 98, 159, 166 və 177-cİ maddələrinin tələblərini pozaraq xeyli miqdar təşkiledən 50985,61 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum "xxxx" MMC-nin adından vergi orqanına təqdim etmiş olduğu əlavə dəyər vergisi (ƏDV) bəyannaməsində 2018-ci ilin iyul ayı üzrə ƏDV tutulan dövriyyəsinin 83612,67 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 15050,28 manat olduğunu göstərməklə 15050,28 manat ƏDV-ni; avqust ayı üzrə vergi orqanı na təqdim etmiş olduğu əlavə dəyər vergisi bəyannaməsində ƏDV tutulan dövriyyəsinin 119298,50 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 21473,73 manat olduğunu göstərməklə 21473,73 manat ƏDV-ni; sentyabr ayı üzrə vergi orqanına təqdim etmiş olduğu əlavə dəyər vergisi bəyannaməsində ƏDV tutulan dövriyyəsinin 79300,00 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 14274,00 manat olduğunu göstərməklə 21473,73 manat ƏDV-ni dövlət büdcəsinə ödəməyərək, cəmi 50798,0 manat ƏDV-ni; 2018-ci ilin iyul-noyabr ayları üzrə vergi orqanına təqdim etmiş olduğu muzdlu işlə ələqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsində işçilərə ödənilmiş əmək haqlarının 1340,00 manat, həmin əmək haqlarının 14faiz dərəcə ilə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 187,60 manat olduğunugöstərməklə dövlət büdcəsinə ödəməmiş, nəticədəümumilikdə xeyli miqdar təşkil edən 50985,61 manat məbləğində vergiləri dövlət büdcəsinəödəməkdən yayınmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Bakı Şəhəri Zərərçəkmiş tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işi materiallarına əlavə edilmiş müstəntiqin xx xxxx 2019-cu il tarixli qərarına əsasən Vergilər Nazirliyinin Bakı şəhəri Zərərçəkmiş "xxxx" Baş İdarəsi mülki iddiaçı və zərərçəkmiş şəxs, həmin Baş İdarənin Hüquq İdarəsinin hüquqşünası Nümayəndə iş üzrə mülki iddiaçının və zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanınmışdır. Qərarla bağlı ittiham aktının 8-ci səhifəsində də qeyd edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 ma rt tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə"nin 3-cü bəndinə əsasən Nazirlik Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 8.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının dövlət vergilərinin və digər büdcə daxilolmalarının düzgün hesablanmasına, onların vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsinə, vergi qanunvericiliyinə riayət olunmasına nəzarət etmək vergi orqanının vəzifələrinə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü ma ddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Göründüyü kimi, dövlət özü hüquq münasibətlərində birbaşa iştirak etmir və bu sahədə istər mülki iddiaçı, istərsə də zərərçəkmiş kimi onun səlahiyyətli orqanı çıxış etmək səlahiyyətinə malikdir. Vergilər Nazirliyi dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən yeganə orqan olduğundan məhkəmənin bu məsələ ilə bağlı gəldiyi nəticə və verdiyi qərar tamamilə əsassızdır. Bundan əlavə, vergi orqanlarının cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakı üçün prosessual qanunveric ilikdə hər hansı bir məhdudiyyət nəzərdə tutulmamışdır. Odur ki, Bakı Apelyasiya Məhkəməsinin qeyd olunan qərarı ləğv edilməli və Vergilər Nazirliyinin Bakı şəhəri Zərərçəkmiş "xxxx" Baş İdarəsi zərərçəkmiş şəxs qismində tanınmalıdır. Göstərilənlərii nəzərə alaraq, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarını ləğv etməklə Vergilər Nazirliyinin Bakı şəhəri Zərərçəkmiş "xxxx" Baş İdarəsinin iş üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsa ssız olduğunu, Bakı şəhəri Zərərçəkmiş "xxxx" Baş İdarəsinin vergi orqanı olduğunu, əsassız olaraq bu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmaq istədiyini, qeyd edilən iş üzrə Maliyyə Nazirliyinin zərərçəkmiş şəxs qismində tanınmasının mümkün olduğunu, vergi orqanının zərərçəkmiş şəxs qismində dövlətin adından çıxış etmək səlahiyyətini olmadığını bildirib, apellyasiya məhkəməsinin ilkin baxış qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin ilkin baxış qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya pr otestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir. Azər baycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli ilkin baxış qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən cinayət nə ticəsində mənəvi və ya maddi ziyan dəymiş hüquqi şəxs zərər çəkmiş şəxs qismində tanına bilər. Belə halda bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini hüquqi şəxsin müvəkkil edilmiş nümayəndəsi həyata keçirir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 11-ci maddəsinə əsasən vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayətləri üzrə maddi ziyan fiziki və ya hüquqi şəxsə yox, birbaşa ictimai - hüquqi subyektə Azərbaycan dövlətinə (dövlət vergil əri) və ya bələdiyyə subyektinə (yerli vergilər) vurulur. Buna görə də, hər-hansı bir fiziki və yaxud hüquqi şəxs həmin kateqoriyalı cinayət işləri üzrə zərər çəkmiş şəxs kimi heç bir halda tanına bilməz. Müəssisə və ya təşkilat, o cümlədən müvafiq vergi orqanı o zaman zərərçəkmiş şəxs kimi tanına bilər ki, cinayət nəticəsində maddi ziyan dövlət və yaxud bələdiyyə müəssisəsinin və ya təşkilatın mülkiyyətinə, istifadəsinə və sərəncamına verilmiş əmlaka vurulmuş olsun. Vergilərin və məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi nəticəsində zərər vergi orqanına deyil, dövlət büdcəsinə (dövlətin xəzinəsinə) vurulur. Odur ki, Vergilər Nazirliyi və onun orqanlarının vergiləri və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayınma faktlarına dair cinayət işləri üzrə zərər çəkmiş şə xs kimi tanına bilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə tam qanuni və əsaslıdır. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin ilkin baxış qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Bakı Şəhəri Zərərçəkmiş tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Pros essual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Şəhəri Zərərçəkmiş tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar