Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-529/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Hafiz Beykəs oğlu İmranovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyab r 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi İsayev Nəsimi Vələd oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən Telman Hüseynov, hakimlər Fikrət Qəribov və Əli Məmmədovdan ibarət tərkibdə) 1(101)-411/2020 nömrəli, 16 iyun 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1986-cı ildə Əsgəran rayonu, Xanabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmamış, işləməyən, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında kirayədə yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 126.1- ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum tutulduğu 2 (iki) gün günə gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, 30 noyabr 2019-cu il tarixdə saat 23:30 radələrində ünvan 2 ünvanında yerləşən “xxxx” ASC-nin binasının qarşısında şəxsi münasibətlər zəminində üzərində olan cib bıçağı ilə dostu Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə vurub sonuncunun sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəs inin sağ yarısının ön divarının sağ plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirzəli Abbasov (sədrlik edən və məruzəçi), Vaqif Mursaqulov və Ramin Qurbanovdan ibarət tərkibdə) 1(103)-775/2020 nömrəli, 15 sentyabr 2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 iyu 2020-ci il tarixli Məhkum barəsindəki hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi İsayev Nəsimi Vələd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi İsayev Nəsimi Vələd oğlu verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilsin və Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza şərti hesab edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum müdafiəçisi Nəsimi İsayev onunla əsaslandırır ki, Bakı Apellyasiya Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qərarı aşağıdakılara əsasən ədalətsiz və əsassızdır. Belə ki, cinayət işi materiallarından görünür ki, hadisə məişət zəminində baş vermişdir. Təqsirləndirilən şəxs Məhkumla zərərçəkən şəxs Zərərçəkmiş şəxs dost münasibətində olmuş, hadisə ani vəziyyətdə baş verdikdən sonra Məhkum Zərərçəkmiş şəxs xəstəxanaya aparmasını bildirmiş, lakin sonuncu bundan imtina etmişdi r. Zərərçəkmiş şəxs baş vermiş hadisəni belə qardaşı Rahibdən gizlətmək istəmişdir. Zərərçəkmiş şəxs Məhkum şikayətinin olmaması barədə əriziə məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxs Məhkum hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməklə onun həyat və sağlamlığı üçün zərərin qarşısını almağa çalışmışdır. Bu hal Azərbaycan Respublikası 59.1.11-ci maddəsində qeyd edilmişdir. Zərərçəkmiş şəxs müsbət xarakterizə olunmaqla, əvvəllər məhkum olmayan şəxsdir. Bütün bu hallar yüngülləşdirici hallar hesab edildiyi üçün onun barəsində həbslə bağlı olmayan cəza verilə bildiyi halda işə baxan məhkəmə kollegiyası tərəfindən buna riayət edilməyib. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya şika yətinin təmin edilmədən saxlanılması barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Kassasiya şikayətinin başlıca dəlili Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməməsi və ya onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməməsinin qanunsuz və əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 70.1ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırs a, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. İş materiallarından, o cümlədən hökmdən və qərardan görünür ki, məhkəmələr qeyd olunan normada göstərilən bütün halları təhlil edərək nəzərə alıb məhkumun cəza çəkmədən islah o lunmasını mümkün saymamış və nə səbəbdən belə qənaətə gəldiyini qərarlarında şərh etmişlər. Məhkəmələrin gəldiyi bu nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğun olduğundan məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə kassasiya şikayətində istinad olunan halların heç biri X2 barəsində şərti məhkum etmənin tətbiq olunmasını mümkün sayıla bilən amillər kimi qiymətləndirilə bilməz. Məhkuma təyin edilmiş cəzanın ağır olması barədə dəlili ilə əlaqədar məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilmə si hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsi ilə müəyyən olunur ki, cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin h əyat şəraitinə təsiri nəzərə alınır. İşdən görünür ki, birinci instansiyası məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi və işdə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona, CM-in 126.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Nəzərə alınsa ki, Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur və məhkəmə ona maddənin sanksiyasının aşağı həddində, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir, belə cəzanı heç cür ağır hesab etmək mümkün deyildir. Həmçinin təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkə məsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi və yaxud təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddələrinin tətbiq olunması üçün işdə heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraf lı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2020-ci il tarixli qərarının Məhkum dair hissədə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum müdafiəçisi İsayev Nəsimi Vələd oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2020-ci il tarixli Məhkum barəsindəki qərar
Məhkəmə qərarları › İş №1(102)-529/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-529/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver