Məhkəmə qərarları › İş №1(102)-529/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-529/2022

03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-529/2022 03.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2021-ci il tarixli, 1!104)37 8/2021 nömrəli qərarından dövlət ittihamçısı Rəşad Alıkişiyev tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Bəraət almış şəxs Məhkum1 xx xxxxxxx 1965-ci il tarixdə Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, Şəmkir Suvarma Sistemləri İdarəsində sürücü işləyən

2. Barəsində cinayət təqibinə xitam verilmiş şəxs Məhkum2 30 may 1992-ci ildə tarixdə Şəmkir rayonunun Yeni Həyat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, Şəmkir Suvarma Sistemləri İdarəsində sürücü işləyən

3. İstintaq orqanı tərəfindən Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azə rbaycan Respublikası CM”) 221.3-cü maddəsi ilə onlara ittiham verilmişdir ondan ötrü ki, Məhkum1 08 oktyabr 2021-ci il tarixdə, saat 11:30 radələrində Məhkum2 ilə bir qrup şəxs halında Şəmkir-Çinarlı avtomobil yolunun Yeni Həyat kəndi ərazisindan keçən hissəndə yolun kənarında yerləşən, ictimai yer hesab olunan iaşə obyektlərinin və darvaza sexinin qarşısında əvvəllər həmkəndlisi Rəhimov Müzadil Namiq oğlu və Rəhimov Vüsal Namiq oğlu ilə aralarında olan narazılıqları bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə bir araya sığmayan, özgə əmlakının zədələnməsi, ətrafda olan şəxslərin 15-20 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edərək silah qismində istifadə etdiyi istintaqa məlum olmayan dəmir alətlə Rəhimov Vüsal Namiq oğluna vuraraq ona sol said nahiyyəsinin yuxarı üçdə birinin arxa səthinin sıyrıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, habelə Məhkum2 İstintaqa məlum olmayan bı çaqla Vüsal Rəhimovu qəsdən vuraraq ona ənsə nahiyyəsinin sol yarısının kəsilmiş yarası xəsarəti ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirdikdən sonra daş və dəmir çəkiclə Rəhimov Müzadil Namiq oğlunun idarə etdiyi Hyundai Sonata markalı ** MD *** dövlət qeydiyyat nişanlı avtomobilin ön, arxa və yan şüşələrini vurub sındırmaqla həmin vaxt avtomobilin içərisində olmuş Müzadil Rəhimova döş qəfəsinin ön səthinin sol yarısının kəsilmiş yarası ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarət yetirməklə yanaşı, sonuncunun idarə etdiyi faktiki mülkiyyətində olan Hyundai Sonata markalı ** MD *** dövlət qeydiyyat nişanlı avtomobilə 720 (yeddi yüz iyirmi) manat məbləğində maddi ziyan vurulması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. 4. 25 may 2021-ci il tarixdə Şəmkir rayon Məhkəməsinin qərarı ilə cinayət işi üzrə verilən ittihamla bağlı Məhkum1 oğlunun əməlində cinayət tərkibi olmadığına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona bəraət verilmişdir. Həmin hökmlə Məhkum2 zərərçəkmiş şəxslə barışıb ona dəymiş ziyanı tamamilə ödədiyinə görə, onun CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir.

5. Şəmkir Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 1(076)-58/2021 nömrəli hökmündən dövlət ittihamçısı Mövlanverdi Verdiyev tərəfindən apellyasiya protesti verilmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 22 sentyabr 2021-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 1(076)-58/2021 nömrəli hökmü dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

7. Hazırda Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2021-ci il tarixli, 1(104)-378/2021 nömrəli qərarından dövlət ittihamçısı Rəşad Alıyev kassasiya protesti vermişdir. II. Kassasiya protestinin dəlilləri və protestə qarşı etirazlar

8. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilm əmişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.

9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

10. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

11. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hall arı araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

12. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibəti ni bildirir.

13. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

14. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Cinayət Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum1 oğlunun Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli liyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını, Məhkum2 əməlinin Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə tövsif edilərək barəsində cinayət təqibinə xitam verilməsini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

15. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımın dan səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

16. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

17. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsində əməldə cinayət tərkibinin olmaması bəraətin əsaslarından biri kimi göstərilmişdir.

18. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla y anaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilmə zdir (maddə 33.4).

20. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

21. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya tə qsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).

22. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

23. Azərbaycan Respublikası CPM-in 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri əsaslandırıcı hissəsində göstərsin.

24. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayət prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekun unda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

25. Belə ki, iş üzrə tərtib edilmi ş ittiham aktına əsasən Məhkum1 oğlu və Məhkum2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində ittiham edilmişlər.

26. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs Məhkum1 və Məhkum2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsində nəzərdə tutulmuş ci nayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Məhkum1 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi Məhkum2 törətdiyi cinayət əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif etmiş və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək həmin şəxslə barışdığı üçün haqlı olaraq Məhkum2 barəsində cinayət təqibinə xitam vermişdir.

27. Apellyasiya instansiya məhkəməsinin qərarından göründüyü kimi, birinci instansiya məhkəməsi hökmdə iş üzrə toplanmış sübutları obyektiv müqayisə edib, onların məcmusu əsasında müəyyən etdiyi halları, ekspert rəyləri və şahid ifadələri nəzərə alınmış, belə vəziyyətdə sübutlar və sübutetməyə dair ci nayət-prosessual normaların tələblərinə, cinayət mühakimə icraatının prinsiplərinə, o cümlədən təqsirsizlik prezumpsiyasına tam uyğun olaraq – əməldə cinayətin əlamətlərinin olmasının sübuta yetirilməməsi və Məhkum1 Cinayət-Prosessual Məcəllənin 42.1.2-ci maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında nəticəyə gəlmişdir.

28. Belə olan halda həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarı da əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

29. Odur ki, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə qərarının ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir.

30. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum1 oğlu və Məhkum2 barələrində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2021-ci il tarixli, 1!104)-378/2021 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar