Məhkəmə qərarları › İş №1(102)-529/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-529/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-529/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Orucov Vüsal Əkbər oğlunun iştirakları ilə xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti nin təsisçisi və direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 179.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2022-ci il tarixli hökmündən məhkumun müdafiəçisi, “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Orucov Vüsal Əkbər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli hökmünə əsasən (hakimlər: C.İ.Hüseynov (sədrlik edən), E.H.İsmayılov və S.İ.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 179.4 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-in 179.4 -cü maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 (on) il müddətə, CM-in 308.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 2 (iki) il müddətə dövlət orqanları nda, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin olunan 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsinə əsasən, şərti olaraq tətbiq edilməsi və ona 2 (iki) il sınaq müddəti müəyyən olunması, sınaq müddətinin əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, iş üzrə vurulmuş 1.750.898,90 manat məbləğində maddi zərərin ödənilməsi və "xxxx" ASC-nin Məhkum qarşı 1.750.898,90 manat pul tələbinə dair mülki iddiadan imtina etməsinin nəzərə alınması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edi lən hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: Z.B.Babayev (sədrlik edən), Z.A.Şirinov və İ.A.İbrahimli) apelyasiya protesti təmin edilməmiş, apellyasiya şikayəti qismən təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən onun Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair hissədə ləğv edilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmiş, “Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplamaq yolu ilə ona qəti olaraq cəza təyin edilməsi”nə dair müddəa hökmdən xaric edilmişdir. Məhkum üzərində Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 179.4-cü maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə təyin edilmiş10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası və təyin olunan azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsi saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 308.2-ci maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən həmin maddələrlə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Məhkum Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı ş əhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə ********** nömrəli VÖEN-lə qeydiyyata alınmış, ödənişlərin müştərilərdən "xxxx" ödəmə cihazı vasitəsilə qəbul edilməsi və təhlükəsiz qaydada xidmət göstərdiyi müxtəlif cəmiyyətlərin hesablaşma hesablarına köçürülməsinin təmin edilməsi ilə məşğul olan "xxxx" Məhdud Məsuliyyətli Müəssisəsinin təsisçisi və təsisçi kimi imzaladığı xx.xx.2012-ci il tarixli 01 saylı əmri ilə həmin tarixdən cəmiyyətin direktor vəzifəsini öz üzərində saxlamaqla qeyd edilən tarixdən həmin vəzifədə işləyərkən xx.xx.2012-ci il tarixli "xxxx" MMC-nin nizamnaməsinə əsasən, qeyd edilən Cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərmək, Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, qanuni təm silçilik funksiyasına malik olmaq, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə Cəmiyyəti təmsil etmək, əqdlər bağlamaq, rəsmi sənədləri imza etmək, Cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifəsindən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək və digər təşkilatisərəncamverici funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib həmin Cəmiyyət adından "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “Elektron ticarət sahəsində əvəzli xidmət göstərmə haqqında” MS12/0103 saylı xx.xx.2012-ci il tarixli müqaviləni həmin cəmiyyətin İdarə Heyətinin sədri X5 ilə, habelə qeyd edilən cəmiyyət əsasında "xxxx " Açıq Səhmdar Cəmiyyətinin yaranmasına görə “Elektron ticarət sahəsində əvəzli xidmət göstərmə haqqında” MS12/0103 saylı xx.xx.2012-ci il tarixli müqavilənin bəndlərində "xxxx" ASC-nin "xxxx" ASC ilə əvəz edilməsi haqqında 02 saylı əlavəni xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin sədrinin 1-ci müavini X11 ilə bağladıqdan sonra həmin müqavilənin 1.2-ci bəndinə əsasən "xxxx" ASC tərəfindən müştərilərə enerji alqı-satqısı ilə bağlı xidmət müqabilində "xxxx" ASC-nin xeyrinə həyata keçirilən ödənişlərin müştərilərdən "xxxx" ödəmə cihazı vasitəsilə qəbul edilməsini və təhlükəsiz qaydada "xxxx" ASC-nin hesablaşma hesabına köçürülməsinin təmin edilməsini öhdəsinə götürüb, müvafiq müqavilənin 5.1-ci bəndinə əsasən xidməti razılaşdırılmış xidmətgöstərmə planı və müddəti çərçivəsində göstərmək, o cüm lədən xidmətin müvafiq tələblərə (standartlara) uyğun olmasını təmin etmək, "xxxx" ödəmə cihazı ilə ödənişlərin icrasının təşkil etmək məqsədilə informasiya texnologiyaları və mühasibatlıq sahəsində müvafiq mütəxəssislərin cəlb edilməsini və müvafiq maddi-texniki vəsaitlərin ayrılmasını təmin etmək, "xxxx" ödəmə cihazı ilə ödəmələrin mümkünlüyünün 24 saat/7 gün, yəni 99.9% təmin etmək və bu zaman cavabdeh olduğu məsələlər üzrə yarana biləcək texniki nasazlıqların ən qısa müddətdə həllinə nail olmaq, xidməti müəyyən olunmuş qaydalara və tələblərə uyğun olaraq göstərmək, xidmətin göstərilməsinə cəlb edilmiş subkontraktçı tərəfindən öz vəzifələrini lazımi səviyyədə görməsinə, bir neçə subkontraktçı olduqda isə onların fəaliyyətlərinin əlaqələndirilməsinə cavabdehlik daşımaq, xidmətin hazırlan ması üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada müvafiq dövlət orqanlarından tələb olunan razılıqları almaq və həmin orqanların tələblərinə riayət etmək, “xidmətin təhvil verilməsi aktı” rəsmiləşdirilənədək xidmətin nəticələrinin təsadüfi məhv olması və ya zədələnməsi riskini daşımaq, "xxxx" ASC üçün istənilməyən nəticələrə gətirib çıxaran xidmətgöstərmə üsulu, göstərilən xidmətin keyfiyyətinə təsir göstərə bilən ondan asılı olmayan səbəblər, xidmət haqqının məbləğinə və xidmətin göstərilməsi müddətinə təsir göstərə biləcək digər hallar barədə həmin cəmiyyəti dərhal məlumatlandırmaq və göstərilən cəmiyyət tərəfindən məsələnin həllinə dair yazılı tapşırıq verilənədək xidmətləri dayandırmaq, habelə müqavilədən irəli gələn digər öhdəlikləri yerinə ye tirmək funksiyalarına malik şəxs kimi özünü işgüzar şəxs kimi təqdim edərək həmin xidmətin göstərilməsi zamanı "xxxx" ödəmə cihazı vasitəsilə qəbul edilmiş və müvafiq müqavilə əsasında ona etibar edilmiş pul vəsaitlərini "xxxx" ASC-nin hesablaşma hesabına köçürməyib qulluq mövqeyindən istifadə edərək həmin pul vəsaitlərini mənimsəməklə talamaq məqsədilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu tarixədək olan müddətdə ayrı-ayrı abonentlər tərəfindən həyata keçirilmiş ödənişlər üzrə müxtəlif məbləğdə, ümumilikdə qeyd edilən qaydada cəmi 1.750.898,90 manat "xxxx" ödəmə cihazları vasitəsilə qəbul edilmiş və işlədiyi cəmiyyətin bank hesablarına mədaxil edilmiş "xxxx" ASC-yə məxsus pul vəsaitlərini həmin cəmiyyətin hesablaşma hesabına köçürməli olduğu halda, "xxxx" ASC-də olan hesablaşma hesabınd an qeyd edilmiş pul vəsaitlərindən digər öhdəlikləri üzrə xx.xx.2019-cu il tarixdə "xxxx" MMCnin AZ20PAHA40060AZNHC02 nömrəli hesablaşma hesabına 85.041,20 manat, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ24PAHA40050AZNHC01 nömrəli hesablaşma hesabına 145.111,45 manat, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin AZ19PAHA38060AZNHC01 nömrəli hesablaşma hesabına 75.000 manat, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin AZ19PAHA38060AZNHC01 nömrəli hesablaşma hesabına 75.000 manat, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ64PAHA40090AZNHC01 nömrəli hesablaşma hesabına 30.000 manat, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ20PAHA40060AZNHC02 nömrəli hesablaşma hesab ına 35.000 manat, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin AZ19PAHA38060AZNHC01 nömrəli hesablaşma hesabına 50.000 manat, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ48PAHA35060AZNHC01 nömrəli hesablaşma hesabına 27.245,25 manat, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ15PAHA40050AZNHC01 nömrəli hesablaşma hesabına 8.915 manat, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ65HAJCHCRAZN100000 nömrəli hesablaşma hesabına 2.020 manat, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ20PAHA40060AZNHC02 nömrəli hesablaşma hesabına 55.000 manat, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ24PAHA40050AZNHC01 nömrəli hesablaşma hesabına 42.368,55 manat, xx.xx.2019-cu il tarixdə “Azeronline LTD” BM-nin AZ24PAHA40050AZNHC01 nömrəli hesablaşma h esabına 19.787,48 manat, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ35PAHA40060AZNHC01 nömrəli hesablaşma hesabına 636,57 manat, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ72PAHA40050AZNHC01 nömrəli hesablaşma hesabına 500 manat, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin AZ37PAHA38060AZNHC01 nömrəli hesablaşma hesabına 50.000 manat, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ45PAHA40060AZNHC01 nömrəli hesablaşma hesabına 6.445,59 manat, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin AZ19PAHA38060AZNHC01 nömrəli hesablaşma hesabına 10.000 manat, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ24PAHA40050AZNHC01 nömrəli hesablaşma hesabına 2.748,73 manat, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ20PAHA40060AZNHC02 nömrəli hesablaşma hesabına 151.605,59 manat, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ24PAHA40050AZNHC01 nömrəli hesablaşma hesabına 186.932,6 manat, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ24PAHA40050AZNHC01 nömrəli hesablaşma hesabına 36.139,23 manat, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin AZ19PAHA38060AZNHC01 nömrəli hesablaşma hesabına 5.000 manat, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ20PAHA40060AZNHC02 nömrəli hesablaşma hesabına 147.000 manat, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin AZ19PAHA38060AZNHC01 nömrəli hesablaşma hesabına 20.000 manat, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ03HAJCHCRAZN10000 nömrəli hesablaşma hesabına 2.995,76 manat, xx.xx.2019-cu il tar ixdə "xxxx" ASC-nin hesablaşma hesabına 408,98 manat, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ24PAHA40050AZNHC01 nömrəli hesablaşma hesabına 100.000 manat, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ20PAHA40060AZNHC02 nömrəli hesablaşma hesabına 200.000 manat, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin AZ37PAHA38060AZNHC01 nömrəli hesablaşma hesabına 100.000 manat, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin AZ19PAHA38060AZNHC01 nömrəli hesablaşma hesabına 30.000 manat, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin AZ24PAHA40050AZNHC01 nömrəli hesablaşma hesabına 94.649,34 manat, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin AZ19PAHA38060AZNHC01 nömrəli hesablaşma hesabına 30.347,58 manat, cəmi 1.750.898,90 manat məbləğində köçürüb, həmin pul vəsaitini öz şəxsi xərclərinə uyğun sərf etməklə, qulluq mövqeyindən istifadə edərək "xxxx" ASC-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 1.750.898,90 (bir milyon yeddi yüz əlli min səkkiz yüz doxsan səkkiz manat doxsan qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, həmin hərəkətləri ilə ölkəni fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və abonentlərə yüksək səviyyəli xidmət göstərilməsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi "xxxx" ASCnin əmlakının qorunub saxlanılması və qarşıya qoyulmuş məqsədlərə uyğun sərf edilməsi istiqamətində qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə s əbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin yenidən apelyasiya instansiyası məhkəməsində baxılmasının təyin edilməsi, yaxud da Məhkum barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, cinayət işi üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin və apelyasiya instansiyası məhkəməsinin hökmləri əsassız və qanunsuzdur. Belə ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında yaranmış borc heç bir sübut olmadan Məhkum tərəfindən mənimsənilən əmlak kimi qiymətlənd irilmişdir. Halbuki, Məhkum hər hansı bir məbləği mənimsəməsinə dair iş materiallarında heç bir sübut yoxdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi V.Orucovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələlər i üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Verilmiş kassasiya şikayətində məhkum edilmiş şəxs Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə onun haqqında olan cinayət işinə ittiham olduğu maddə üzrə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 179.1-ci maddəsində “Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 179.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 179.1—179.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə — on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhl ükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticə lərə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələ blərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyi və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə bax ışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtid ai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Belə ki, iş materiallarından görünür ki, Məhkum özünü CM-in 179.4-cü maddəsi ilə təqsirli bilməsə də, onun həmin cinayəti törətməsi təqsirləndirilən şəхsin özünün ibtidai istintaq zamanı qismən etirafedici ifadələri ilə yanaşı, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid6, Şahid7, Şahid10 qız və Şahid5 ifadələri, "xxxx" ASC-nin Enerji Satış Departamentinin 1-ci müavini Şahid2 və həmin cəmiyyətin Ödənişlərin informasiya şöbəsinin rəisi Şahid3 ilə "xxxx" MMC-nin təsisçisi və direktoru Məhkum arasında aparılmış sonuncu, yəni xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktı,, Auditorlar Palatasının üzvü, müstəqil auditor X2 xx.xx.2019-cu il tarixli rəyi, sərbəst auditor X4 xx.xx.2020-ci il tarixli, 20/28 nömrəli rəyi, CD formatlı diskə baxış keçirilməsi haqqında protokol, "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesablarından çıxarışları, Azərbaycan Respublikası Ədliyyə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 avqust 2022-ci il tarixli, 9/3868 saylı rəyi, habelə toplanmış digər sübutlarla onun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 179.4-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respubli kası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsass ız olduğundan, şikayət təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2022-ci il tarixli hökmü məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar