Məhkəmə qərarları › İş №1(102)-529/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-529/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-529/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 8 avqust tarixli, 1(103)-1561/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X3-Məmmədova (sədrlik edən və məruzəçi), Rasim Sadıxov və Novruz Kərimovdan ibarət tərkibdə)06 may 2024-cü il tarixli, 1(101)1452/2024 nömrəli hökmü ilə xx xxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2, bağ sahəsi, ev 212-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Şamaxılılar məhləsində yaşamış, hazırda azadlıqdan məhrum etmə növünd ə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzanın CM-in 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilməsi, Məhkum üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələrinin qoyulması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlıdan ibarət tərkibdə) 2024-cü il 8 avqust tarixli, 1(103)-1561/2024 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmiş, hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, Məhkum, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2024-cü il tarixli, 1(101)-1452/2024 nömrəli hökmü ilə ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində və ev dustaqlığında olduğu müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 2 il 3 ay 11 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəza çəkmə müddətinin əvvəlinin 08 avqust 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. İŞİN HALLARİ: Məhkəmə hökmünə əsasən Məhkum insan həyatı üçün təhlükəli olan qə sdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 5 sentyabr 2023-cü il tarixdə, saat 1 radələrində tanışı Zərərçəkmiş şəxs kənar şəxslərin yanında ona qarşı nalayiq ifadə işlətməsi səbəbindən aralarında yaranmış sözlü mübahisə ilə əlaqədar sonuncunun təklifi ilə gəldiyi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsi 75 nömrəli evinin qarşısında bir qədər öncə aralarında yaranmış mübahisəni aydınlaşdırarkən, Zərərçəkmiş şəxs ona qarşı işlətdiyi nalayiq sözləri təkrar etməsinə görə özünü alçaldılmış hesab edərək, yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən vuraraq Zərərçəkmiş şəxs mədə, nazik və yoğun bağırsaqların zədələnməsinə səbəb olan qarının ön divarının qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş kəsilmiş yaras ı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iş materiallarını araşdıran zamanı cinayətin Zərərçəkmiş şəxs qanunsuz hərəkətləri nəticəsində baş vermədiyi, əksinə qarşılıqlı mübahisə nəticəsində baş verdiyini görmək müəyyən olunur. Həmçinin, nəzərə alınmalıdır ki, məhkəmə hökmündə könüllü gəlmə ilə hər hansı bir protokolun olmadığı qeyd edilmiş və bu da şəxsin könüllü gəlməməsinə dəlalət edir. Bundan başqa, məhkəmənin istinad etdiyi sənədlərdən də görünür ki, xəstəxanadan məlumatın daxil olması ilə hadisə yerinə baxış keçirilməsi arasında ə n azı iki saat fərq var. Hüquq-mühafizə orqanına daxil olmuş məlumat cinayət törətmiş şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün kifayətdir. Birinci instansiya məhkəməsi isə hökmündə iş materiallarında olan sənədləri tədqiq etməklə şəxsi mülahizələrini yürütmüş və könüllü gəlmə faktını təsdiq edəcək hər hansı bir mübahisəsiz sübut göstərməmişdir. Apellyasiya instansiya məhkəməsinin hüquqlarını müdafiə etdiyi şəxs barəsində tətbiq edilən Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi barədə müddəaların xaric edilməsi ilə əlaqədar gəldiyi nəticə ilə razılaşmayaraq Məhkum tərəfindən törədilən əməlin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməməsi barədə mövqeyi ilə bağlı əvvəlcə qeyd etmək istəyir ki, hələ ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs baş vermiş hadisəni n səbəbkarı özü olduğundan peşmançılıq hiss keçirtdiyini bildirmişdir. Belə ki, o, İsmixanın taksi çağır gecdi artıq gedək evə deməsini əmr kimi qarşılayıb “dilini qarnına qoy” demiş, mübahisə etmiş yaxalaşmışlar. Araya girən Seymur və Cavıdan onları ayırmış, yenidən Bolt şirkətindən taksi sifariş verib İsmixanı məhlələrinə dəvət edərək söhbəti davam etdirəcəyini bildirmiş və gəlməyən barədə söyüş işlətmişdir. Gələn taksiyə İsmixan əyləşməkdən imtina etdiyi uçün Seymur onunla qalmış, o və Cavıdan məhləyə qayıtmış, məhləyə qayıdandan sonra İsmıxana birdə zəng etmiş və onu məhlədə gözlədiyini deyib, nalayiq söyüş söymüşdür. Əynində olan maykası İsmixanla dartışan zaman qol tərəfindən söküldüyü üçün Cavidanın evinə getmiş, Cavidan evlərindən boz rəngli maykasını ona verib artıq gecdir get e vinə demiş, o isə İsmixanla söhbəti çürütməmiş evə gedən deyiləm demiş, sonra isə məhləyə çıxmışlar. Birdə İsmıxana zəng etmiş, onu gözlədiyini deyib ağır söyüş söymüş, bu söhbətdən bir neçə dəqiqə sonra hardasa xx.xx.2023-cü il tarixdə saat 1 radələrində İsmixan Seymurla sifariş verdikləri taksi ilə məhləyə gəlmişdir. O İsmixana gəl səninlə söhbətim var deyib Seymur və Cavidanın yanından kənara çəkib aparmış, Cavidan və Seymurdan 100 metr məsafədə aralıda İsmixana ana söyüşü edib onu nalayiq ifadələrlə söyməyə başlamış, İsmixan vurmaq üçün ona əl qol atmış, İsmixan bu zaman cibindən mətbəx bıçağını çıxarıb onun qarın nahiyyəsindən bir dəfə vurmuş, əvvəlcə onun hərəkətini düz başa düşməsə də yumruqla İsmixan vurmaq istəyəndə qarnında küt ağrı hiss etmiş, İsmixana “məni vurdun”demişdir. İsm ixan onun bu sözündən sonra “hə vurdum” deyib Seymur və Cavıdanı çağırıb harasa qaçaraq getmiş, o belə başa düşmüşdür ki, İsmixan qorxaraq qaçmışdır. Onunla İsmixanın arasında olan mübahisə 5-6 dəqiqə davam etmiş həmin mübahisə vaxtı onları ətrafdan görən olmamış, çünki mübahisə kənddə zibillik olan yerdə baş vermiş və həmin vaxt artıq gecə saat 1 radələri olmuşdur. Digər tərəfdən apellyasiya instansiya məhkəməsinin təqsirləndirilən şəxsin könüllü gəlib təslim olma barədə protokolun olmamasının şəxsin könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilməsinə mane olan hal kimi nəzərə alması qanunvericiliyin və hüququn mahiyyətinə ziddir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 avqust 2024-cü il tarixli qər arının ləğv edilməsi və Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70- maddəsinin tətbiq edilməsi qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 8 avqust tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protes tinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin hə lli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəşi kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanı mübahisələndirərək və məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hal larla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkə məsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir ha lda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Müdafiəçi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisləndirməsə də, məhkumun ona qarşı irəli sürülmüş ittihamda təqsirli olması məhkəmələr tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə, iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsasl ıdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyası həddində, yəni maddənin sanksiyasının ən aşağı həddində, ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçinin ka ssasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8.8.2024-cü il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2024-cü il tarixli, 1(101)-1452/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 8 avqust tarixli, 1(103)-1561/2024 nömrəli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə d

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar