Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-53/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 Məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil X20 iştirakları ilə, xx xxxx 1962-ci ildə Beyləqan rayonunun ****** kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “xxxx” MTK-nın fəaliyyətinə faktiki rəhbərlik etmiş, ünvan 1 ünvanda yaşayan, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs nun Azər baycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi fəaliyyət göstərən vəkil X42 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Z.Q.Ağayev, hakimlər: A.Ə.Məcidov və S.S.Hüseynov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə döv lət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələr tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələr tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3 və 66.4cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələr tutma hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2017-ci il tarixli qərarı ilə (sədrlik edən hakim S.A.Mirzəyev, hakimlər: V.K.Məmmədov və C.C.Ramazanov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli hökmü dəyişdirilmişdir. Təqsirləndirilən şəxs CM-nin 313-cü maddəsi ilə təqsirli bilinmiş və CM-in 75-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs nun CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməmiş, Təqsirləndirilən şəxs CM-nin 308.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) ilə endirilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən, cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs təyin edilmiş d övlət, yerli özünüidarə orqanlarında 2 (iki) il 6 (altı) ay müddətində rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, 2 (iki) il 6 (altı) ay müddətində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələr tutma hüququndan məhrum edilməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmiş, zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi lə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuş, tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 03 mart 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MTK-in təsisçilərindən biri olmaqla 30 noyabr 2008-ci il tarixdən həmin MTK-ın sədri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə qeyd olunan MTK tərəfindən Bakı şəhəri ************* ünvanında tikintisi aparılan bir girişli, on altı mərtəbəli, çoxmənzilli yaşayış binasının beşinci mərtəbəsində yerləşən iki otaqlı, ümumi sahəsi 96,5 kv.m. olan 22 saylı mənzilin həmin kooperativin digər təsisçisi və koperativə 05 oktyabr 2007-ci ildən sədrlik edən X29 tərəfindən 02 may 2008-ci il tarixdə X1 baxmayaraq, 06 iyun 2008-ci il tarixdə göstərilən mənzili yenidən 72.375 (yetmiş iki min üç yüz yetmiş beş) manata Zərərçəkmiş şəxs qanunsuz olaraq satıb, 2008-ci ilin iyun ayından 2012-ci ilin aprel ayınadək olan müddət ərzində hissə-hissə olmaqla sonuncudan 53.566 (əlli üç min beş yüz altmış altı) manat məbləğində pul vəsaitini özünün faktiki rəhbərlik etdiyi "xxxx" MTK-ın ünvan 3 ünvanda yerləşən ofisində alaraq, tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə mənzilin Zərərçəkmiş şəxs satılması barədə saxta rəsmi sənədləri "xxxx" MTK-da faktiki olaraq sədr vəzifəsində işləmədiyi halda, həmin tikinti kooperat ivinə heç bir aidiyyəti olmayan, qohumu X6 adından 06 iyun 2008-ci il və sonradan öz adından 06 iyun 2009-cu il tarixli alqı-satqı müqavilələrini tərtib etdirib, birinci müqavilədə sonuncunun imzasının saxtalaşdırılmaqla icra olunmasını təmin edib, özünün adından olan müqaviləni kooperativin sədri kimi imzalamaqla, hər iki müqaviləni MTK-nın möhürü ilə təsdiq edib, K8 məxsus cəmi 53.566 (əlli üç min beş yüz altmış altı) manat pulu-özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, 07 yanvar 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MTK-ın təsisçisi olmaqla kooperativin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs kim i, təkrarən, eyni niyyətlə qeyd olunan MTK tərəfindən Bakı şəhəri ****************** saylı məhəllədə inşa olunan iki girişli, iyirmi mərtəbəli yaşayış binasının birinci blok, on doqquzuncu mərtəbəsindən ümumi sahəsi 96 kv.m. olan iki otaqlı 79-2 saylı mənzili 14 aprel 2011-ci il tarixli 204 nömrəli müqavilə ilə X4, həmin tarixdə kooperativin göstərilən ünvanda yerləşən ofisində sonuncunun atası X14 76.800 (yetmiş altı min səkkiz yüz) manatı almasına baxmayaraq, həmin mənzili 27 aprel 2012-ci il tarixdə yenidən 117.900 (yüz on yeddi min doqquz yüz) manata M6 qanunsuz olaraq satıb, göstərilən tarixdə həmin məbləğdə pul vəsaitini kooperativin ofisində sonuncudan alıb, həmin mənzili təmir edib, orada yaşamasına şərait yaradaraq tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxi l etməklə mənzilin K6 satılması barədə saxta rəsmi sənədləri- eyni tarixli 205 nömrəli müqavilə və mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışını tərtib etdirib, həmin sənədlərdə kooperativin sədri vəzifəsini formal olaraq icra edən X30 imza etdirib onları MTK-ın möhürü ilə təsdiq etməklə, K6 məxsus 117.900 (yüz on yeddi min doqquz yüz) manat məbləğində külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, S6 mənzilə sahib olma hüququndan məhrum etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyytlərindən sui-istifadə etmiş, tamah niyyətilə rəsmi sənədlərə biləbilə yalan məlumatları daxil edə rək vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, ünvan 4 ünvanlarda çoxmənzilli yaşayış binalarının tikintisini həyata keçirməli olan "xxxx" MTK-ın fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən səlahiyyətli şəxs kimi öz qulluq mövqeyindən istifadə edib, özgəyə məxsus külli miqdarda əmlakı təkrarən ələ keçirmə məqsədilə qeyd olunan ünvanda üç girişli, hündürmərtəbəli yaşayış binasının tikintisinin həyata keçirilməsi üçün həmin ərazidə yaşayan sakinlərin evlərinin satın alınaraq ərazidən köçürülməsi, layihə sənədlərinin hazırlanması və təsdiq olunmasını 10.000.000 (on milyon) manat pulun müqabilində həll edəcəyini və tikinti üçün özülün qazılıb birinci mərtəbənin inşasına başlanacağını həmin MTK-ın faktiki təsisçilərindən olan X31 yalandan bildirib, əvvəlcədən həmin pul vəsaitini tam o laraq qeyd olunan işlərə xərcləmək niyyətində olmadığı halda, aralarında yaranmış etibarlı münasibətlərə görə sonuncunun ona olan inam və etimadından istifadə edərək 2014-cü ilin sentyabr ayında G6 hissə-hissə olmaqla MTK-ın ünvan 3 ünvanda yerləşən ofisində 10.000.000 (on milyon) manat məbləğində pulunu alıb, tikintinin aparılması üçün nəzərdə tutulmuş ərazidəki sakinlərlə evlərinin alınması üçün verəcəyi məbləği razılaşdırıb həmin şəxslərlə MTK arasında müqavilə bağlanmasını təmin etdikdən sonra, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edib məzmunca saxta sənədlər əsasında, yəni həmin şəxslərlə MTK arasında bağlanmış müqavilələrin birinci vərəqlərini dəyişdirib mənzillərin alqı-satqısına dair bağlanmış müqavilələrdə, eləcə də Bakı şəhəri 51 saylı notariat kont orunda bağlanmış alqı-satqı müqavilələrində, kassa-məxaric orderləri və bank qəbzlərində mənzillərin sakinlərinə razılaşdırılaraq verilmiş faktiki məbləğdən, daha artıq qiymətə alınması və onlara guya müqavilələrdə göstərilən məbləğlərdə pulların verilməsini rəsmiləşdirməklə, yəni Təqsirləndirilən şəxs İdris oğlundan evini 840.000 (səkkiz yüz yırx min) manata alınmasını 20 fevral 2014-cü il tarixli 01/10 saylı alqı-satqı müqaviləsi, 09 fevral 2015-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, eyni tarixli kassa məxaric orderi və BT №043363 saylı qəbz, X10 evini 762.000 (yeddi yüz altmış iki min) manata alınmasını 22 fevral 2014-cü il tarixli 10/11 saylı alqı-satqı müqaviləsi və həmin puldan 662.000 (altı yüz altmış iki min) manatın verilməsini 30 sentyabr 2014- cü il tarixli 641 saylı kassa məxaric orderi, X15 evini 760.000 (yeddi yüz altmış min) manata alınmasını 05 sentyabr 2014-cü il tarixli 01/13 saylı alqı-satqı müqaviləsi, 09 fevral 2015-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, eyni tarixli kassa məxaric orderi və BT №043362 saylı qəbz, X36 və X3 evlərini 290.000 (iki yüz doxsan min) manata alınmasını 05 sentyabr 2014-cü il tarixli 01/14 saylı alqı-satqı müqaviləsi, 24 sentyabr 2014-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, eyni tarixli 215753 və 215754 saylı qəbzlər, X11 evini 395.000 (üç yüz doxsan beş min) manata alınmasını 08 sentyabr 2014-cü il tarixli 01/15 №-li alqı-satqı müqaviləsi, 22 sentyabr 2014-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqav iləsi, eyni tarixli 208470 saylı qəbz, X16 evini 950.000 (doqquz yüz əlli min) manata alınmasını 11 sentyabr 2014-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və eyni tarixli 208399 saylı qəbz, X5 evini 860.000 (səkkiz yüz altmış min) manata alınmasını 12 sentyabr 2014-cü il tarixli 01/16 saylı alqısatqı müqaviləsi, 09 fevral 2015-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi, eyni tarixli kassa məxaric orderi və BT № 043360 saylı qəbz, X67 və X21 evlərini 270.000 (iki yüz yetmiş min) və 220.000 (iki yüz iyirmi min) manata alınmasını 19 sentyabr 2014-cü il tarixli 01/18 və 01/19 tarixli alqı-satqı müqavilələri, eyni tarixli AN-İ № ******* və AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələri, 208459 və 208460 saylı qəbzlə r və X12 evinin 680.000 (altı yüz səksən min) manata alınmasını 25 sentyabr 2014-cü il tarixli 01/20 saylı alqı-satqı müqaviləsi, 12 fevral 2015-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, eyni tarixli BT № 043364 saylı qəbz əsasında MTK-ın sədri X22, baş mühasibi X17 və mühafizəçisi X23 vasitəsi ilə sənədləşdirilərək, onların notarial qaydada təsdiq edilməsinə nail olmaqla, kassa məxaric orderlərində T6 və R8 imzalarının saxtalaşdırılmaqla icra olunmasını təşkil edib evlərin alınması üçün ilkin razılaşdırılmış məbləğlər üzrə faktiki olaraq nağd və bank vasitəsi ilə Təqsirləndirilən şəxs İdris oğluna 170.000 (yüz yetmiş min) manat, R8 25.000 (iyirmi beş min) manat, T6 142.000 (yüz qırx iki min) manat, A6 və F8 185.000 (yüz səksən beş min) manat, Q8 294.400 (i ki yüz doxsan dörd min) manat, Z8 699.000 (altı yüz doxsan doqquz min) manat, M8 303.000 (üç yüz üç min) manat, Ə6 və R8 320.000 (üç yüz iyirmi min) manat, K6 66.600 (altmış altı min altı yüz) manat, eləcə də X18 345.000 (üç yüz qırx beş min) manat, X24 126.000 (bir yüz iyirmi altı min) manat, X37 200.000 (iki yüz min) manat və Ə8 6.000 (altı min) manat verməklə, həmin ərazidə evlərin alınması və sakinlərin köçürülməsinə cəmi 2.882.000 (iki milyon səkkiz yüz səksən iki min) manat, alqı-satqı əməliyyatlaına görə dövlət rüsumu üçün cəmi 3.220 (üç min iki yüz iyirmi) manat, bank xidmətləri üçün cəmi 13.804,4 (on üç min səkkiz yüz dörd,4) manat, 2014-cü ilin sentyabr ayından 2015-ci ilin fevral ayınadək işçilərin əmək haqqına cəmi 32.500 (otuz iki min beş yüz) manat, tikinti aparılacaq ərazini n hasara alınması və digər təmir işlərinə görə cəmi 28.684 (iyirmi səkkiz min altı yüz səksən dörd) manat məbləğində pul xərcləməklə, qalan ümumilikdə 7.039.791,6 (yeddi milyon otuz doqquz min yeddi yüz doxsan bir,6) manat məbləğində G6 məxsus külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirərək, təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmişdir. Bundan əlavə, o, qeyd olunan cinayət əməllərini davam etdirərək "xxxx" MTK-ın fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi təkrarən eyni niyyətlə, özünə və fəaliyyətinə rəhbərlik etdiyi kooperativə heç bir aidiyyəti olmayan Bakı şəhəri Yasamal rayonu Əbilov və M.Muxtarov küçəsinin kəsişməsindəki 455-ci məhəllədə yerləşən və "***** ****" kooperativ firmasına məxsus olmaqla tikinti işlərinin aparılması üçün özülü qazılmış ərazini "xxxx" MTK-ın digər təsisçisi X31 göstərib, həmin ərazinin təsisçiləri olduğu kooperativə məxsus torpaq sahəsi kimi təqdim edərək, orada hündürmərtəbəli yaşayış binasının tikilməsini və əldə ediləcək gəlirin aralarında bölünəcəyini yalandan vəd verərək, aralarında yaranmış və qarşılıqlı münasibətlərinə görə sonuncunun ona olan etimadından istifadə edərək G6 bir neçə dəfəyə olmaqla 2014-cü ilin sentyabr ayından 2015-ci ilin yanvar ayınadək olan müddət ərzində cəmi 3.687.000 (üç milyon altı yüz səksən yeddi min) manat pulunu rəhbərlik etdiyi kooperativin ünvan 3 ünvanda yerləşən ofisində almaqla, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məx sus külli miqdarda əmlakı ələ keçirərək, təkrarən dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi T6 tərəfindən ayrı-ayrılıqda verilmiş, lakin məzmunca biri-digərinin təkrarı olan kassasiya şikayətlərində Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2017-ciil tarixli qərarının ləğv edilməsi və Təqsirləndirilən şəxs nun barəsində Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə olan cinayət işinin əməlində cinayət tərkibi olmaması əsası ilə xitam edilməsi xahiş olunur. Şikayət müəlliflərinin fikirincə, həm ibtidai istintaq və həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi tanınmış şəxslərin, şahidlərin verdiyi ifadələrdən, aparılan araşdırmalardan aydın olur ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş itt ihamda göstərilən hər hansı cinayət əməlini törətməmişdir, onun “xxxx” MTK-da heç bir vəzifəsi, səlahiyyəti olmamışdır, vəzifəli şəxs deyildir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs kimi tanınmış şəxslərdən hər hansı bir məbləğdə pul vəsaiti almamışdır, heç kimi aldatmamışdır, heç kimin əmlakını ələ keçirməmişdir. Zərərçəkmiş şəxs kimi tanınmış şəxslər – Zərərçəkmiş şəxs, X44 və M6 məhkəməyə təqdim etdikləri ərizələrində də göstərmişlər ki, Təqsirləndirilən şəxs onları aldatmamış, onlardan hər hansı bir pul vəsaiti almamışdır, onlar evin pulunu “Real-MTK”xxxx“RealMTK” da onların pulunu geri qaytarmışdır. Zərərçəkmiş şəxs kimi tanınmış X25 epizodu üzrə də Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə də məhkəmənin hökmü və qərarı əsassızdır. Belə ki, G6 həyat yoldaşı X32 iddia ər izəsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət edərək “xxxx” MTK-dan, X7, X8 və X13 13.687.000 manat məbləğində əsas borc, 456.422 manat faiz borcunun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki işlə hazırkı cinayət işinin predmeti eynidir. Şikayət müəlliflərinin fikrincə, bu faktın özü də G6 Təqsirləndirilən şəxs arasında olan mübahisənin mülki xarakterli olmasına və Təqsirləndirilən şəxs hərəkətlərində cinayət tərkibinin olmamasına dəlalət edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumun müdafiəçisi T.İbrahimovun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı Təqsirləndirilən şəxs nun Azərbaycan Respublikası CM-in 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair hissədə ləğv edilməli, CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə isə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərlili yi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apelyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyas ı məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətlərdə məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Kassasiya şikayətlərinin, Təqsirləndirilən şəxs nun Azərbaycan Respublikası CM-in 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair hissədə dəlilləri ilə razılaşan məhkəmə kollegiyası aşağıd akıları qeyd edir: Məhkum Təqsirləndirilən şəxs əməlində CM-nin 308.2 və 313-cü maddələrinin tərkibi olmamasına dair kassasiya şikayətindəki arqumentlə əlaqədar olaraq məhkəmə kollegiyası cinayət qanunvericiliyinin normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qanunvericiliyin şərhinə dair qərarlarına müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CM-nin 308.1-ci maddəsində vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin anlayışı aşağıdakı kimi müəyyən edilmişdir: “Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda “ CM-nin 308.2-ci maddəsində isə həmin Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduğu hallara görə məsuliyyət nəzərdə tutulmuşdur. CM-nin 308-ci maddəsinin “Qeyd” hissəs inə görə həmin Məcəllənin “Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər” adlanan 33-cü fəslinin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: “1. hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları; 2. dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; 3. dövlət və bələdiyyə müəssisə, idarə və təşkila tlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;[749] 4. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;[750] 5. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; 6. xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri; 7. beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xari ci ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici və ya yerli andlı iclasçılar.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükə li olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair 19 iyul 2013-cü il Qərarında izah edilir: “CM-in 308-ci maddəsinin məzmununa əsasən vəzifə səlahiyyətlərindən suiistifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fə aliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyrikommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Şəxsə müvafiq funksiyaların verilməsinin hüquqi əsası qismində Konstitusiya, qanun, nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməyə dair digər hüquqi akt çıxış edir. Dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçilərinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəli şəxs sırasına aid edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, həmin şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən hərəkətlə r etdikdə vəzifəli şəxs hesab oluna bilərlər. Qeyd edilməlidir ki, elə hərəkətlər hüquqi əhəmiyyət kəsb edən hesab olunurlar ki, onların edilməsi hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması kimi nəticələrə səbəb olur və ya səbəb ola bilər. Həmin anlayışa uyğun olaraq, hüquqi əhəmiyyət kəsb edən hərəkətlər dedikdə onları etməyə səlahiyyəti olan şəxslərin hərəkətləri başa düşülür. Bu əlamətin mövcudluğu şəxsin müəssisə, idarə və təşkilatda daimi və ya müvəqqəti olaraq müəyyən vəzifə tutmasını (müəyyən işi görməsini) və buna müvafiq olaraq müəyyən hallarda hüquqi əhəmiyyətli hərəkətləri etməsini nəzərdə tutur. Beləliklə, cinayət qanununun məzmununa görə müəyyən olunmuş qaydada hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyətli şəxslər - müəssisə, idarə və təşkilatlard a (mülkiyyət formasından asılı olmayaraq) daimi və ya müvəqqəti olaraq vəzifə tutan və ya üzərlərinə qoyulmuş öhdəlikləri xüsusi tapşırıq əsasında icra edən, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri edən şəxslərdir.” İşin hallarının yuxarıda verilən məzmunundan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 308.2 və 313-cü maddələri ilə ona görə ittiham elan edilmişdir ki, o, dövlət qeydiyyatına alınmış "xxxx" MTK-ın təsisçisi olmaqla kooperativin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edib, özgəyə məxsus külli miqdarda əmlakı dələduzluq yolu ələ keçirmə cinayətini törötmiş və vəzifə saxtakarlığı cinayətini törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri Təqsirləndirilən şəxs CM-nin 308.2 və 313-cü maddələri ilə olan ittihamına münasibət bildirərkən onun həmin maddədə nəzərdə tutulan cinayətin subyekti olub-olmamasını kifayət qədər araşdırmamışlar. Cinayət qanunvericiliyinin qeyd edilən normalarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair 19 iyul 2013-cü il Qərarında aşkar surətdə göstərilmişdir ki, şəxsə müvafiq funksiyaların verilməsinin hüquqi əsası qismində Konstitusiya, qanun, nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməyə dair digər hüquqi akt çıx ış edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs hesab olunmadığından, o, vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyekti hesab edilə bilməz və beləliklə də, onun əməlində CM-in 308.2 və 313-cü maddələrinin tərkibi yoxdur. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə verilmiş ittihama dair məhkəmə kollegiyası həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası CM-in 313-cü maddəsinə əsasən vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə vəzifə s axtakarlığı hesab edilir və cinayət məsuliyyətinə səbəb olur. İş materiallarında Təqsirləndirilən şəxs"xxxx" MTK-da hər hansı vəzifə tutmasını təsdiq edən hər hansı bir hüquqi akt yoxdur. Belə olan halda, Təqsirləndirilən şəxs vəzifəli şəxs olmasını təsdiq edən rəsmi sənədin olmaması onun vəzifəli şəxs hesab edilməsini istisna edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs vəzifə saxtakarlığına görə ittiham verilərkən ittihamda sadalanan sənədlərə saxta məlumatların Təqsirləndirilən şəxs özü tərəfindən deyil, başqa şəxslər tərəfindən daxil edilməsi və imza edilməsi göstərilsə də, cinayətin icraçısı kimi Təqsirləndirilən şəxs özünün olması göstərilmişdir. İşə baxan məhkəmələr də Təqsirləndirilən şəxs həmin cinayətin icra çısı kimi məhkum etmişlər. CM-nin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri X19 20 avqust 2016-cı il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs saxtalaşdırılmasına görə ittiham verilmiş və işin hallarında sadalanan sənədləri hazırlayıb imza etmiş, qohumu X6, kooperativin sədri vəzifəsini formal olaraq icra edən X26 əməllərində cinayət tərkibi olmaması əsası ilə barələrində ci nayət işi başlanması rədd edilmiş, "xxxx" MTK-da sədr vəzifəsində işləmiş X9, baş mühasib vəzifəsində işləmiş X17 və mühafizəçi X45 haqqındaisə cinayət təqibinə əməllərində cinayət tərkibi olmaması əsası ilə xitam verilmişdir. (bax.cild 11,vərəqə 106157) Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, saxtalaşdırılması iddia edilən sənədlərin icraçılarının cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslər olmasını təsdiq edən sübutlar iş materiallarında yoxdur və ibtidai araşdırma orqanı həmin əsasa istinad etməmişdir. Saxtalaşdırılması iddia edilən sənədlərin hazırlanmasını həyata keçirmiş və imza etmiş şəxslərin, yəni cinayət olduğu iddia edilən əməlin icraçılarının əməlində cinayət tərkibinin olmaması ( Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb e dilə bilməyən şəxslərdən başqa) digər şəxslərin də məsuliyyətini istisna edir. Azərbaycan Respublikası CPM-in 416.0.6-cı maddəsinə əsasən məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinin əsaslarından biri məhkəmənin cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2017-ci il tarixli qərarı Təqsirləndirilən şəxs nun Azərbaycan Respublikası CM-in 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə aid hissədə ləğv edilməli Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 308.2 və 313-cü maddələri ilə cinayət işi üzrə icraata xitam verilməlidir. Kassasiya şikayətlərinin, Təqsirləndirilən şəxs nun CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin hissədə dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Təqsirləndirilən şəxs verdiyi ifadələrin bir hi ssəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 178.3.2-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs işin hallarında təsvir olunan dələduzluq cinayətini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, M6, X25, şahidlər X38, X33, X27, X45, X34, X17, X39, X50, X46, X40 və qeyrilərinin ifadələri və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etiba rdan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliy inin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən CM-nin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmla kı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş materiallarında olan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş üzrə keçirilən ekpertizalar və mütəxəssis rəyi, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin olunması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki,Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq g östərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zama nı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunvericiliyin yuxarıda tələblərini kifayət qədər nəzərə almayaraq sərt cəza təyin etmişlər. CPM-nin 404-cü maddəsinin tələbinə görə cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiya məhkəməsinin qərarında qeyd olunur ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 59 və 61-ci maddələ rində nəzərdə tutulan cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, aşağı instansiya məhkəmələrinin Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən halların olmaması barədə gəldikləri nəticə iş materialları ilə təsdiq olunmur. Belə ki: -Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. (cild 12,vərəqə 129). -Zərərçəkmiş şəxs X44 işin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. (cild 12,vərəqə 170). -Zərərçəkmiş şəxs Məmmədov Kamal Yüzbaşı oğlu işin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. (cild 12,vərəqə 176). -İş materialların dan və kassasiya şikayətlərinə əlavə edilmiş sənədlərdən görünür ki zərərçəkmiş şəxs X31 vurulmuş ziyanın ödənilməsi məqsədi ilə məhkumun özünün və ailə üzvlərinin əmlaklarının adlarına qeydiyyata alınmış 10.975.413,00 (on milyon üç yüz iki min dörd yüz on üç) manat məbləğində daşınar və daşınmaz əmlaklar üzərinə həbs qoyulması ilə yanaşı, məhkum Təqsirləndirilən şəxs və onun ailə üzvləri tərəfindən zərərçəkmiş şəxs G6la barışıq əldə edilməsi məqsədilə dəfələrlə cəhdlər edilmiş və vurulmuş ziyanın tamamilə aradan qaldırılması üçün ona təklif edilən əmlakların qəbul edilməsi xahiş edilmişdir. -İş materiallarına əlavə edilmiş və Azərbaycan Respublikasının müxtəlif dövlət orqanlarına, o cümlədən dövlət rəhbərliyinə ünvanlanmış kollektiv müraciətlərdən görünür ki, Təqsirləndirilən şəxs xeyriyy əçilik fəaliyyəti ilə məşğul olmaqla müsbət xarakterizə olunur. CM-nin 59.2-ci maddəsinin tələbinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlar Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı və ona CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməyə görə təyin edilmiş cəza yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Resp ublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret h alların nəzərə alındığı göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-in ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipindən bəhs edən 9-cu maddəsinin tələblərini nəzərə almaqla, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsiilə təyin olunmuş cəzanın yüngülləşdirilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsinin və ya dəyişdirilməsinin əsaslarından biri məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin edilməsidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2 - 419.10.4-cü maddələrinin tələblərini rə hbər tutaraq Qərara alır: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2017-ci il tarixli qərarı Təqsirləndirilən şəxs nun Azərbaycan Respublikası CM-in 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair hissədə ləğv edilsin. Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 308.2 və 313-cü maddələri ilə cinayət işi üzrə icraata xitam verilsin və Təqsirləndirilən şəxs nun həmin maddələr ilə, habelə CM-nin 66.3 və 66.4-cü maddələri ilə cəzalandırılmasına dair müddəalar qərardan xaric edilsin. Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2017-ci il tarixli qərarı Təqsirləndirilən şəxs nun Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məh kum edilməsinə dair hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ilə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-53/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-53/2019
10.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver