Məhkəmə qərarları › İş №1(102)-53/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-53/2020

25.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-53/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib İsazadə Elnur Nizami oğlu Xüsusi ittiham qaydasında şikayət etmiş X9 oğlunun və onun nümayəndəsi əzizli Nəvazi Vidadi oğlunun iştirakları ilə, X2 və X3 Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında təqsirləndirilmlərinə dair şikayətin icraata qıbulundan imtina üzrə Bakı Şəhər Yasamal rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən sa xlanması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019cu il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət etmiş X9 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhər Yasamal rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim Hüseyn Akif oğlu Səfərov) X2 və X3 Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında təqsirləndirilmlərinə dair şikayətin icraata qıbulundan imtina edilmişdir. İşin halları: X7 və X8 xüsusi ittiham qaydasında ittiham olunmuşlar ki, 22019-cu ilin aprel ayının 4-də “Spase” televiziya kanalının efirində birbaşa yayımlanan “Hər Səhər” verilişində xalq mahnısı ifa edərkən hər iki şəxs mahnının sözlərinin yerinə öz zövqlərinə uyğun qeyri-etik, b ayağı və sözlə ifadə olunması qeyri-mümkün küçə söyüşləri ilə müşayiət olunan təhqiredici ifadələr işlətmişlər. Hər bir vətəndaş kimi o da bu iki şəxsin kütləvi efirdə, bütün Azərbaycana yayımlanan televiziya kanalında işlətdiyi bu nalayiq və təhqiramiz ifadələrini özünə qarşı ən pis təhqir kimi qəbul edir və bu şəxslərin qanunvericiliyə uyğun ən ciddi məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Hökmdən xüsusi ittiham qaydasında şikayət etmiş X9 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: M.Ə.Abbasov (sədrlik edən və məruzəçi), V.Ə.Mursaqulov və E.E.Rəhimovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, qərarı isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət etmiş X9 oğlu kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xüsusi ittiham qaydasəında şikayətinin birinci instansiya məhkəməsində cinayət təqibinin başlanması üçün icraata qəbul edilmsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Xüsusi ittiham qaydasında ərizə vermiş X9 oğlu kassasiya şikayətində göstərmışdir ki, hər kəs tərəfindən mənfi çaları olan nalayiq, bayağı və küçə söyüşlərinin sözügedən şəxslər tərəfindən televiziya efirlərindən bütün ölkə vətəndaşlarının eşidə biləcəyi tərzdə səsləndirilməklə, millətin ümumi anlamda təhqir edilməsi və şəxsiyyətin alçaldılmasından söhbət gedir. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin mahiyyətindən də göründüyü kimi, ş ərəf və ləyaqətin alçaldılması şəxsiyyətə nisbətdə baş verdikdə, təhqir hesab edilir. Belə olduğu təqdirdə, milyonlarla ölkə vətəndaşlarının efirdən səsləndirilən həmin “ifadələr”i eşitməsi onların şəxsiyyətinə heysiyyatına toxunmurmu? Xalqın qəzəbinə səbəb olmurmu? Məhkəmənin imtina qərarında toxunduğu xüsusatların hərtərəfli araşdırılması adı çəkilən şəxslərin barəsində cinayət təqibinin başlanması və onların təqsirləndirilən şəxslər qismində cəlb edilməsindən sonra mümkün ola bilərdi. Azərbaycan Respublikası CPM-in 302-ci maddəsində istinad edərək məhkəmə baxışının keçirilməsindən imtina etdiyini qeyd etsə də həmin maddənin bəndlərində tərəfimdən irəli sürülən xüsusi ittiham qaydasında şikayətinin məhkəmə baxışına çıxarılmasını istisna edən hal yoxdur. Məhkəmə kollegiyası işin materiall arını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə xüsusi ittihamçının və nümayəndəsinin çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya insta nsiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Ərizənin icraata qəbulundan imtina barədə birinci instansiya məhkəməsinin qərarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi ərizəni icraata qəbul etməkdən imtina edərkən Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü və 302.1.7-ci maddələrinə istin ad etmişdir. Apellyasiya instansiya məhkəməsi də həmin qərarı dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən əməldir. Bu cinayət əməli formal tərkiblidir və şərəf və ləyaqəti alçaldan hərkətlər konkret şəxsə və əşxslərə qarşı törədilməlidir. Azərbaycan Respublikası CM-nin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Bu qanunun mənasından da müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədən şəxs konkret olaraq başqa şəxsə və ya şəxslər qrup una qarşı törətdiyi öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə onda onun hərəkətləri Azərbaycan Respublikası CMnin 148-ci maddəsinin təsiri altına düşür. Əgər kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldan ifadələrin konkret ünvanı yoxdursa onda CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyəti istisna olunur. Məhkəmələr material üzrə düzgün nəticəyə gəlmişlər ki, X7 və X8, 2019-cu ilin aprel ayının 4-də “Spase” televiziya kanalının efirində birbaşa yayımlanan “Hər Səhər” verilişində xalq mahnısı ifa edərkən mahn ının sözlərinin yerinə öz zövqlərinə uyğun qeyrietik, bayağı və sözlə ifadə olunması qeyri-mümkün küçə söyüşləri ilə müşayiət olunan təhqiredici ifadələr işlətmələri xüsusi ittiham qaydasında şikayət etmiş X9 oğluna qarşı törədilən əməl hesab edilmir. Ona görə də düzgün olaraq xüsusi ittiham qaydasında şikayət etmiş X9 oğlunun şikayət ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Eyni zamanda kassasiya şikayətinin dəlilləri də əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Xüsusi ittiham qaydasında şikayət etmiş X9 oğlunun kassasiya şikayəti təmin edilməsin. X2 və X3 xüsusi ittiham qaydasında Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə ittiham olunmalarına dair material üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar