Məhkəmə qərarları › İş №1(102)-53/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-53/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-53/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Samux Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü ma ddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Samux Rayon Məhkəməsinin (hakim: X8) 22 sentyabr 2020-ci il tarixli hökmü ilə 16 dekabr 1996-cı il tarixdə Samux rayon Tatlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Samux rayonu Tatlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşaya Məhkum1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaç əkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Gəncə şəhəri və Samux rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı, yəni axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuş, cəzasının icrasına nəzarətin Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə olunması hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum2 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Gəncə Apelly asiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, məhkumlar və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Samux Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum1 tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı, Məhkum2 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək 2019-cu ilin oktyabr ayının ortalarında istintaqa məlum olmayan dəqiq tarixdə, saat 23 radələrində Samux rayonu, Tatlı kənd ərazisində yerləşən X6 məxsus fərdi yaşayış evinin ikinci mərtəbəsinin plastik pəncərəsinin layını özündə olan dəmir parçası ilə açıb, yaşayış sahəsi olan həmin evə qanunsuz daxil olaraq ev sahibinin qızı, X3 məxsus bir ədəd 2000 (iki min) manat dəyərində 40 qram çəkidə 585 əyarlı, üzərində xırda ağ brilyant qaşları olan gül formalı komplekti, bir ədəd 500 (beş yüz) manat dəyərində 10 qram çəkidə 585 əyarlı, üzərində qızıldan “M” hərfi olan nazik bismark-boyunbağını, bir ədəd 500 (beş yüz) manat dəyərində 40 qram çəkidə 585 əyarlı, üzərində sadə qaşlar olan aşağı tərəfi açıq (qarmaq formalı) qadın qolbəndini (brasletini) gizli yolla talayıb zərər çəkmiş şəxs B.M.Əsgərliyə cəmi 3000 (üç min) manat miqdarında maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Kassasiya protestinin dəlilləri: Gəncə Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı Nizami oğlu kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, birinci instansiya məhkəməsi Məhkum1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə almamış, cinayət qanununda nəzərdə tutulmayan halları əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul etmiş və nəticədə ona törədilmiş cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan yüngül cəza növü təyin etmişdir. Apellyasiya məhkəməsi həmin qərarı qüvvədə saxlamaqla əsassız nəticəyə gəlmişdir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmı şdır ki, Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, həmin halların nədə ifadə olunması və bunların nəyə görə cəzanı yüngülləşdirən hallar kimi qəbul edilməsini ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində açıqlamamışdır. Məhkəmə nəzərə almamışdır ki, xasiyyə tnamə formal xarakter daşıyır və məhkəmə Məhkum1 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alarkən onun hansı cəhətlərinə görə müsbət xarakterizə olunması və bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını hökmdə əsaslandırmamışdır. Məhkum1 cəza təyin edərkən məhkəmə maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqlarını, cinayətin yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədilmə üsulunun ictimai təhlükəliliyini nəzərə almamış, hökmün həmin hissəsində obyektivliyini təmin edə bilməmişdir. Belə olduğu təqdirdə məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə islah olunması qənaətinə gəlməsini və belə bir mövqe nümayiş etdirməsini hökmdə əsaslandıra bilməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Məhkum1 zərərçəkmiş şəxsin uzaq qohumudur və bu səbəbdən sonuncu həmin evdə heç kəsin yaşamadığını, evin sahibinin Rusiya Federasiyasında olmasını bilmişdir. Bu hal həmin evdən oğurluq etməyə təşəbbüsün məhz Məhkum1 tərəfindən gəlindiyini göstərir. Qeyd olunan xüsusat Məhkum1 şəxsiyyətinin kriminallığa meyilli və daha ictimai təhlükəli olmasına dəlalət edir. Beləliklə, birinci instansiya məhkəməsi cinayət qanununun müddəalarını düzgün tətbiq etməyərək, yuxarıda göstərilən halları heç bir əsaslandırma aparmadan cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla və işin digər bütün hallarını nəzərə almadan təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etmişdir. İş üzrə təyin edilmiş cəzanın həddən artıq yüngüllüyü həm də onun göstəricisidir ki, məhkəmə cəza təyinin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı tarazlığı təmin edə bilməmiş, nəticədə nümayiş etdirilmiş altruizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, bununla da, CM-nin 8-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Beləliklə, məhkəmə cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərini və Plenum qərarının tövsiyələrini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almadan, cinayət qanunvericiliyində göstərilməmiş halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul edib cinayət qanunu normasını düzgün tətbiq etməyərək, törədilən cinayətin xar akterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Dövlət ittihamçısı qeyd olunanların nəzərə alınmasını, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2021-ci il tarixli qərarı cəza təyininə dair hissədə əsassız olduğundan ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində m əhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini b ildirir. Məhkəmə kollegiyası kassasiya protestində məhkuma təyin olunmuş cəzanın yüngül olması ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, kassasiya protestinin dəlilləri əsassızdır, təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalə tli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tari xli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkum1 ittiham orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, o, digər Məhkum2la birlikdə zərərçəkmiş şəxsə məxsus 3000 manat miqdarında əmlakı oğurlayaraq zərərçəkmiş şəxsə 3000 manat miqdarında maddi ziyan vurmuşdur. Məhkəm ənin hökmü ilə də Məhkum1 vurulmuş ümumi ziyanın yarısının, yəni 1500 manat pulun alınaraq zərərçəkmiş şəxsə ödənilməsi hökm edilmişdir. Hazırki, halda da Məhkum1 tərəfindən vurulmuş maddi ziyan zərərçəkmiş şəxsə tam ödənilmişdir. Apellyasiya məhkəməsi qərar qəbul edərkən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd etmişdir ki, Məhkum1 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaması, ilk dəfə öz xarakterinə görə az ağır cinayət törətməsi, əməlini etiraf edib, hərəkətindən səmimi peşman olması, bir epizod üzrə iştirak edərək zərərçəkmiş şəxsə vurulmuş ziyandan öna düşən məbləği ödəməsi şəxsi belə davranış nümayiş etdirməyərək törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır və bu halların cəza təyini zamanı cinayət in və cinayət törətmiş şəxsin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar qismində nəzərə alınması və bunlara əsasən Məhkum1 barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan orta həddə azadlığın məhdudulaşdırılması cəzasının təyin edilməsi qanunvericiliyin tələblərinə tam uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır işin faktiki hallarına uyğundur. Apellyasiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının töv siyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 mart 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar