Məhkəmə qərarları › İş №1(102)-530/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-530/2019

24.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-530/2019 24.04.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 530/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "24" aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçi – fərdi fəaliyyət göstərən vəkil Sadıqov Əlimərdan Sadıx oğ lu, Zərərçəkmiş şəxs iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Hüseynov Cavid İbadulla oğlu, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) xx xxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 06 ma rt 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 3.000 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci və 221.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 126.1ci maddəsi ilə 03 il müddətə, CM-nin 221.3-cü maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 06 may 2017-ci il tarixdə, saat 2300 radələrində tanışları X20 və X6 ilə birlikdə ünvan 2 ünvanında yerləşən “Qəbələ” restoranında yeyib-içərkən, restorana müştəri qismində daxil olan yaşlı, maddi cəhətdən imkansız olması açıq-aşkar hiss olunan qadına xidmət etməkdən imtina edib onu restorandan çıxarmaq istəyən, məhkəməyədək icraat mərhələsində şəxsiyyəti müəyyənləşdirilməmiş X1 adlı ofisiant qadına şəxsi iradlarını bildirib, naməlum yaşlı qadının yeyəcəyi yeməyin və ona göstəriləcək xidmətin dəyərini özünün ödəyəcəyini demiş, X1 adlı ofisiant qadının müştəri qismində olan yaşlı qadını restorandan çıxarmaqda israrlı olduğunu görüb sonuncuya maddi imkansız, yaşlı qadına restoranda xidmət göstərilməsi üçün onun təkliflərini restoranın rəhbərliyinə çatdırmağı bildirmiş və restorandan həmin qadının çıxarılmamas ını xahiş etmişdir. Bundan sonra restoranın icarədarlarından X10un icazəsinə əsasən maddi imkansız, yaşlı qadına restoranda xidmət göstərilməyə başlanılmışdır. Bundan sonra qeyd olunan məsələnin nizama salınmasına baxmayaraq, ibtidai istintaq mərhələsində şəxsiyyəti müəyyənləşdirilməmiş X1 adlı ofisiant qadın Təqsirləndirilən şəxs tanışları ilə birlikdə oturduğu masaya yaxınlaşıb sonuncunun və onun tanışı X6nın hərəkətlərini restoranın daxili işlərinə müdaxilə kimi qiymətləndirib X6 ilə qarşılıqlı mübahisə etməyə başlamış, haqlı olduğunu sübut etmək məqsədilə mübahisəni təklikdə davam etdirməsi üçün sonuncunu restoranın binasından eşiyə çağırmış və mübahisəni şəxsi münasibətlər müstəvisinə gətirərək hay-küy yaratmışdır. Ofisiant qadın və tanışı X6 arasında başlanmış mübahisəni və gərginliy i dayandırmaq, sakitlik yaratmaq və tanışı X6nı restorana geri qaytarmaq məqsədi ilə bayıra çıxan Təqsirləndirilən şəxs restoranın daxilində başlanmış mübahisənin hələ də davam etdiyini görüb hər iki qadına iradlarını bildirərək mübahisəyə son qoymağı tələb etmiş, tanışı X6 Təqsirləndirilən şəxs tələblərinə məhəl qoymadıqda sonuncu X6nın sifətindən sillə ilə vuraraq onu restorana qaytarmağa nail olmuş, nalayiq ifadələr işlətməklə onun üzərinə gələn X1 adlı ofisiant qadını isə əli ilə itələyərək ona sakitləşməyi tövsiyə etməklə qadınlar arasında olan mübahisəni dayandırmışdır. Həmin vaxt restoranda müştəri qismində olan və restoranın çöl tərəfində dayanmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, sərxoş vəziyyətdə, yaranmış vəziyyətə müdaxilə etmiş, lakin Təqsirləndirilən şəxs ona «sənlik iş yox dur» deməklə restoranın içərisinə oturduğu masaya qayıtmışdır. Az bir müddət sonra zərər çəkmiş Zərərçəkmiş şəxs restoranın içərisinə gələrək Təqsirləndirilən şəxs və qeyriləri ətrafında oturmuş masaya yaxınlaşaraq Təqsirləndirilən şəxs qolundan tutub «sənə burada yaman çox hörmət qoyulur» sözlərini dedikdə X6 ona məsələyə qarışmamasını tövsiyyə etdiyindən o, X6nı sillə ilə vurmuşdur. Bundan sonra zərər çəkmiş Zərərçəkmiş şəxs masa arxasında oturmuş şəxslərin ayağa qalxmalarını gördükdə restoranın mətbəxinə qaçıb ət doğramaq üçün nəzərdə tutulan (qiyməkeş) iri kəsici aləti götürüb Təqsirləndirilən şəxs üzərinə hücum etmiş, lakin restoranın işçilərinin və qeyrilərinin müdaxiləsi nəticəsində hücumun qarşısı alınmış kəsici alət ondan alınmış, Təqsirləndirilən şəxs isə restoranın eşiyinə çıxar ılmışdır. Qısa bir müddət sonra zərər çəkmiş Zərərçəkmiş şəxs hesabı ödəmək məqsədilə restorana geri qayıdan Təqsirləndirilən şəxs ünvanına söyüş söyərək sonuncuya yenidən hücum etdiyindən aralarında yaranmış, şəxsi münasibətlər zəminində baş vermiş dava zamanı Təqsirləndirilən şəxs qeyd edilən restoranın mətbəxindən limon doğramaq üçün aldıqları və masanın üstündə olan bıçağı götürərək bir neçə dəfə qəsdən Zərərçəkmiş şəxs vuraraq ona döş qəfəsinin sol yarısının iki ədəd, onurğa sütununun İ bel fəqərəsi səviyyəsində olan bir ədəd, sol bazunun bir ədəd, sol mil-bilək oynağının bir ədəd deşilmiş kəsilmiş yaraları, sol əlin V barmağının kəsilmiş yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid beş ədəd, eləcə də döş qəfəsinin dax ilə nüfuz edən, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid bir ədəd xəsarətlər yetirmiş və bu zaman silah qismində istifadə olunan kəsici-deşici alət – bıçaq tətbiq etmiş və ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını, o cümlədən «Qəbələ» restoranının iş fəaliyyətini kobud surətdə pozmuş, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmuş qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Səfərov Rizvan Kamal oğlu, hakimlər Mursaqulov Vaqif Ənvər oğlu və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərk ibdə) 31 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldikləri nəticə işin faktiki hallarına, habelə özlərinin tədqiq etdikləri sübutlara uyğun gəlməmiş, belə ki, “hadisə yerində olmuş şəxslərin savaşanlara müdaxilə etmələri, onları sakitləşdirmələri və məhz bundan sonra təqsirləndirilən şəxsin adam öldürməyə yönəlmiş cinayət əməlini dayandırmasının heç bir sübut n övü ilə, o cümlədən nə zərər çəkmiş şəxsin, nə təqsirləndirilən şəxsin, nə də hadisə yerində olub iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə təsdiq olunmaması, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs bıçaqla xəsarətlər yetirərkən ona heç kimin maneçilik törətməməsi, onu heç kimin tutmaması” barədə məhkəmələrin gəldiyi qənaət özlərinin tədqiq etmiş olduqları sübutlarla tam uyğunsuzluq təşkil edir. Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “... restoranın içində Təqsirləndirilən şəxsi görmüş, sonuncu onu yanına çağırmış, onlar bir-birinə yaxınlaşdıqdan sonra Təqsirləndirilən şəxs onu söyüb əlində tutduğu bıçaqla onu vurmağa başlamışdır. Təqsirləndirilən şəxsin bıçaq zərbələrindən yayınmaq üçün s ağa-sola hərəkət etmiş, Təqsirləndirilən şəxsi özündən itələmiş, bıçaq zərbəsinin istiqamətindən asılı olaraq geriyə dönmüşdür. Təqsirləndirilən şəxsin bıçaq zərbələri onun sinəsindən, qarnından, belindən dəymiş, sol əlini kəsmişdir. Xatırlamasına görə X10 Təqsirləndirilən şəxsi arxadan tutub saxlamış, sonra isə ona köməklik edərək xəstəxanaya aparmışdır....” Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində və Təqsirləndirilən şəxslə üzləşmə zamanı göstərmişdir ki, “... Təqsirləndirilən şəxs restorana qayıtmış və onu yanma çağırmışdır. Təqsirləndirilən şəxsin yanma gələn zaman sonuncu özü ona yaxınlaşmağa başlamış və onu söyüşlə təhqir edib sağ əlində tutduğu bıçaqla vurmağa başlamışdır. Təqsirləndirilən şəxsin onu vurduğu nu görüb sonuncunu özündən itələdikdə Təqsirləndirilən şəxs geriyə çəkilmiş, sonra isə yaxınlaşıb yenidən onu vurmağa başlamışdır. O, yenidən Təqsirləndirilən şəxsi əlləri ilə itələmiş, lakin sonuncu yenidən ona tərəf gəlmişdir. Bunu görüb, geriyə tərəf getdikdə beli divara dirənmiş və o, üzünü divara tərəf çevirib Təqsirləndirilən şəxsdən qaçmaq istəyən zaman Təqsirləndirilən şəxs yaxınlaşıb bıçaqla onun belindən də bir dəfə vurmuşdur. Təqsirləndirilən şəxs yenidən onu vurmaq istəyən zaman o, özünü qorumaq üçün sol əli ilə bıçağı tutmuş və həmin vaxt bıçaq onun əlini kəsmişdir. Bu vaxt X10 kabinetdən çıxıb Təqsirləndirilən şəxsi arxadan tutmuş, bıçaqla onu vurmasına imkan verməmiş və restorandan çıxartmışdır. Sonra isə köməklik edərək onu xəstəxanaya aparmışdır...” Hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi zərər çəkmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı Təqsirləndirilən şəxslə onun arasında keçirilmiş üzləşmə istintaq hərəkətinin nəticələri ilə bağlı tərtib olunmuş protokolu “oxumadan imza etməsi” deməsinə görə onun məhkəmə istintaqında verdiyi ifadəsini daha mötəbər hesab etmişdir. Lakin məhkəmə iclas protokolları ilə müəyyən olunur ki, hökmdə göstərilməsinə baxmayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı Təqsirləndirilən şəxslə onun arasında keçirilmiş üzləşmə istintaq hərəkətinin nəticələri ilə bağlı tərtib olunmuş protokolu “oxumadan imza etməsi” barədə hər hansı bir məlumat verməmişdir. Həmçinin protestdə qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilən, hadisə zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxslə bir masa arxasında olmuş sonuncunun tanışı X20 ifadəsində göstərmişdir ki, “... restoranın içindən səs-küy eşitmiş, aşağı düşüb restoranın içinə keçdikdə Təqsirləndirilən şəxsin əlində bıçağın olduğunu və sonuncunun bıçaqla Zərərçəkmiş şəxsi vurduğunu, X10in isə onları araladığını görmüşdür. Bundan sonra o. X10lə birlikdə Təqsirləndirilən şəxsi tutub bayıra çıxartmış, sonra isə X10 içəri qayıtmış, bundan sonra Təqsirləndirilən şəxs öz evlərinə, o isə, öz evinə getmişdir...”. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən, “Qəbələ” kafesinin icarədarlarından biri olan X5 ifadəsində göstərmişdir ki, “... Həmin vaxt Zərərçəkmiş şəxs kafenin giriş-çıxış qapısının ağzında olmuş və Təqsirləndirilən şəxslə arasında yenidən mübahisə yaranmışdır. Həmin vaxt o, Zərərçəkmiş şəxsin bıçaqlanmasını eşit miş və Təqsirləndirilən şəxsin əlində bıçaq gördüyündən qışqırıb kömək istəmişdir. X10 Təqsirləndirilən şəxsi kafedən çölə çıxarmış və bundan sonra qan içində olan Zərərçəkmiş şəxs xəstəxanaya aparılmışdır...”. Məhkəmə iclas protokolları və hökmdən göründüyü kimi, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən, hadisənin baş verdiyi “Qəbələ” kafesinin icarədarlarından biri olan X10 ifadəsində, hadisə zamanı Zərərçəkmiş şəxs bıçaqla xəsarətlər yetirən Təqsirləndirilən şəxs onun tərəfindən zərərsizləşdirilməsi barədə zərərçəkmiş və şahidlərin ifadələrində göstərdikləri barədə məlumat verməyib, guya ki, hadisənin şahidi olmadığını, Təqsirləndirilən şəxslə pilləkənlərdə rastlaşarkən sonuncunun təlaş içində ona “Zərərçəkmiş şəxsi vurmuşam, onu xəstəxanaya aparın” deməsini, tələsik rest orana daxil olduqda Zərərçəkmiş şəxsin qan içərisində olduğunu görüb onu xəstəxanaya aparmasını göstərmişdir. Hökmdən və məhkəmə iclas protokolundan göründüyü kimi, məhkəmə iclasında şahid X10un məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilsə də, onun həmin ifadəsi tam şəkildə hökmdə əks olumamış, habelə ona məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi, eləcə də, məhkəmədə dindirilən zərərçəkmiş və yuxarıda şərh olunan şahidlərin ifadələri arasındakı ziddiyyətlə bağlı heç bir sual verilməmiş və nəticədə işin faktiki halının müəyyən olunmasında mühüm əhəmiyyət kəsb edən məqamlar araşdırılmamış qalmışdır. Belə ki, şahid X10 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində, habelə həmin ifadəsi yerində yoxlanılarkən göstərmişdi r ki, X5un kömək barədə səslərini eşidib zala qayıtdıqda Təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxslə üzbəüz dayandığını görüb Təqsirləndirilən şəxsi arxadan tutub restorandan çıxartmış, sonra isə restorana qayıdıb X5la birlikdə Zərərçəkmiş şəxsə köməklik edib onu xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs dayanmadan bıçaqla onu vurması və yalnız X10un müdaxiləsindən sonra Təqsirləndirilən şəxs onu bıçaqla sona qədər vura bilməməsi barədə Zərərçəkmiş şəxs ifadəsi ilə bağlı ona verilən suala isə “Bəli Zərərçəkmiş şəxs düz deyir” deyə cavab vermişdir. Hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi şahid X10un məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə hər hansı bir münasibət bildirməyib, sadəcə olaraq onun həm ibtidai istintaq, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadələrini ş ərh etmişdir. Məhz bu səbəbdən məhkəmə baxışının qismən istintaqla aparılıb, ilk növbədə X10u məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsinə münasibətdə, habelə onu və və məhkum Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs, eləcə də hadisənin şahidi olmuş X20 və X5un məhkəmə istintaqında göstərdikləri məlumatlara münasibətdə dindirilmələri barədə məhkəmənin 19 sentyabr 2018-ci il tarixdə keçirilmiş ilkin baxış iclasında, habelə təkrarən 31 oktyabr 2018-ci il tarixli məhkəmə baxışı iclasında tərəfimdən əsaslandırılmış vəsatətlər verilsə dədəmin istintaq hərəkətləri aparılacağı halda hadisə ilə bağlı obyektiv kerçəkliyin məhkəmə kollegiyasına tam bəlli olacağına baxmayaraq hər iki halda vəsatətlər rədd edilmişdir. Halbuki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında ” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının birinci bəndində qeyd edilir ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPMniıı 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Habelə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pl enumunun 12 may 2009-cu il tarixli qərarına əsasən, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran bütün halları araşdırmalıdır. Həmçinin protestdə göstərilmişdir ki, məhkəmələrin baş vermiş cinayətin üsuluna, alətinə, yetirilən bədən xəsarətlərinin sayına, xarakteri və lokalizasiyasına münasibətdəki mövqeləri əsaslı olmamışdır. Belə ki, məhkəmələr hesab etmişlər ki, zərərçəkmiş Zərərçəkmiş şəxs aşkar olunmuş 6 ədəd bədən xəsarətlərindən yalnız biri - döş qəfəsinin sol yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, qalan 5 xəsarət isə dərəcəsin ə görə yüngül zərər vurmaya aid olan xəsarətlər olmuşdur ki, bu da Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamasını dəlalət edir. Halbuki, zərərçəkmiş Zərərçəkmiş şəxs barəsindəki məhkəmə-tibbi ekspertizasının 16 iyun 2017-ci il tarixli 391 saylı rəyinə əsasən müəyyən olunur ki, onda aşkar edilən bədən xəsarətlərinin altısı deşilmiş-kəsilmiş xarakterə malik olmaqla onlardan dördü həyat üçün mühüm orqanların yerləşdiyi nahiyələrə (üçü döş qəfəsinin sol yarısı, biri onurğa sütunun İ bel fəqərəsi səviyyəsi) yetirilmişdir ki, bunlardan da biri daxilə nüfuz edən xəsarət olmuşdur. Göründüyü kimi, məhkəmələr zərərçəkmiş Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlərin bir qisminin yüngül zərər vurmaya aid olmalarını qabardıb, xəsarətlərin böyük əksəriyyətinin həyat üçün mühü m orqanların yerləşdiyi nahiyələrə yetirilməsini “arxa plana çəkməklə” guya ki, təqsirləndirilən şəxsin niyyətinin zərərçəkmişə yalnız “xəsarət” yetirmək istəməsi təəssüratını yaratmaq olmuşdur. Halbuki, yetirilən xəsarətlərin sayı, xarakteri və lokalizasiyası Təqsirləndirilən şəxs niyyətinin məhz zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə yönəlməsinə dəlalət edir. Təqsirləndirilən şəxs niyyətinə çatmaq, yəni Zərərçəkmiş şəxs qəsdən öldürmək üçün seçdiyi cinayətin aləti istifadə üçün daha əlverişli olan bıçaq olmuşdur ki, bu da bir daha onun əməlini həyata keçirməkdə israrlı olduğuna dəlalət edir. Ölüm hadisəsi isə Təqsirləndirilən şəxs iradəsindən asılı olmayan səbəbdən, yəni X20, eləcə də X10un hadisəyə müdaxilə edib Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kənarlaşdırmalar ı, habelə zərərçəkmiş şəxsə vaxtında tibbi yardım göstərilməsi səbəbindən baş verməmişdir. Bu halda Təqsirləndirilən şəxs məqsədi xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürməkdə, cinayəti törətmə üsulu isə bıçaqla zərərçəkmiş şəxsin həyatı vacib orqanlarına çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər yetirməsində ifadə olunmuşdur. Bundan başqa, protestdə göstərilmişdir ki, protestdə şərh olunan dəlillər məhkəmələrin gəlmiş olduğu qənaətdən fərqli olaraq, Təqsirləndirilən şəxs qəsdinin məhz zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə yönəlməsini təsdiq edir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs söyüş söyərək sonuncuya yenidən hücum etməsinin yekunda Təqsirləndirilən şəxs tərəfindən qəsdən onun sağlamlığına ağır zərər yetirilməsi cinayətinin törədilməsinə gətirib çıxarma sı ilə bağlı məhkəmələrin mövqeyi də tədqiq olunan sübutlarla uyğunsuzluq təşkil edir. Belə ki, məhkəmə iclas protokollarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadələrində, hadisə zamanı Zərərçəkmiş şəxsla onun arasında yaranmış növbəti münaqişə zamanı (bıçaqla ona xəsarətlər yetirməsi ərəfəsində) Zərərçəkmiş şəxs onu söyməsi barədə hər hansi bir məlumat verməmişdir. Şahid ifadələrində də, hadisənin bu mərhələsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs söyüş söyərək sonuncuya hücum etməsi ilə bağlı məlumatlar mövcud deyil. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə bununla bağlı məhkəmə istintaqında göstərmişdir ki, “...X10i axtararkən restoranın içində Təqsirləndirilən şəxsi görmüş, sonuncu onu yanına çağırmış, onlar bir-birinə yaxınlaşdıqdan sonra Təqsirlə ndirilən şəxs onu söyüb əlində tutduğu bıçaqla onu vurmağa başlamışdır...”. Hadisə zamanı Zərərçəkmiş şəxs guya ki, balta ilə ona hücum etdiyi səbəbdən, balta olan əlindən tutub bıçaqla vurması barədə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs göstərdiyi məlumat, eləcə də, Təqsirləndirilən şəxs X10la hadisə yerini tərk edərkən rastlaşması və ona Zərərçəkmiş şəxs vurduğunu bildirib sonuncunu xəstəxanaya aparmasını deməsi barədə məhkəmələrin gəldiyi qənaət onların özlərinin tədqiq etmiş olduqları zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, eləcə də şahidlər X20 və X5un ifadələri ilə tam təkzib olunur. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiq indən əsassız imtina etmiş, habelə yekun qərar qəbul edərkən sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs öldürməyə cəhd etməsi cinayətinin tövsifmdə səhvə yol verilmişdir. Göstərilənlərə əsasən dövlət ittihamçısı apellyasiya məhkəməsinin qərarın ləğv edilməsini və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsinə, müdafiəçi və zərərçəkmiş şəxsin isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2018-ciil tarixli qərarı isə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya protestində ittiham tərəfinin təqdim etdiyi sübutlar sadalanaraq iddia edilir ki, Təqsirləndir ilən şəxs verilmiş ittiham tam təsdiq olunur. Məhkəmə kollegiyası ittiham tərəfinin bu iddiası ilə əlaqədar iş materiallarını təhlil edərək belə qənaətə gəlir ki, məhkəmələr ibtidai istintaq orqanın verdiyi ittihamın sübuta yetirilməsində şübhələrin yaranması qənaətinə gəlsələr də, həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirlər görməmişlər. Birinci instansiya məhkəməsinin hökmündə göstərilmişdir ki, “...Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məzmunundan görünür ki, hadisə vaxtı zərər çəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin bıçaq zərbələrindən qaçmaq istəyən zaman Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə təqib edib arxadan yaxınlaşaraq onun onurğa sütünün İ bel fəqərəsi səviyyəsində olan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bir ədəd deşilmiş-kəsilmiş xəsarət yetirmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs bıçaq zərbələri yetirərkən sonuncu heçbir yerə qaçmamış, sadəcə bıçaq zərbələrindən yayınmaq məqsədilə sağa-sola hərəkətlər etmiş, geriyə çevrilmiş və geriyə çevrildiyi anlardan birində məhz bıçaq zərbəsi zərər çəkmiş Zərərçəkmiş şəxs onurğa sütünün İ bel fəqərəsi səviyyəsində olan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bir ədəd deşilmiş-kəsilmiş xəsarət yetirmişdir. Baş vermiş cinayətin üsuluna, alətinə, yetirilən bədən xəsarətlərinin sayına, xarakteri və lokalizasiyasına gəldikdə isə məhkəmə baxışı zamanı müəyyən edildi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs bə dən səthində aşkar olunmuş xəsarətlər - döş qəfəsinin sol yarısının daxilə nüfuz edən bir ədəd, döş qəfəsinin sol yarısının iki ədəd, onurğa sütunun İ bel fəqərəsi səviyyəsində olan bir ədəd, boşluğa nüfuz etməyən, sol bazunun bir ədəd, sol mil-bilək oynağının bir ədəd deşilmiş-kəsilmiş yaraları, deşici-kəsici alətin (əşyanın) təsirindən sol əlin V barmağının kəsilmiş yarası kəsici əşyanın təsirindən qərarın təsviri hissəsində göstərilən 07 may 2017-ci il tarixdə törənmişlər. Göründüyü kimi zərərçəkmiş Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş 6 ədəd bədən xəsarətlərindən yalnız biri - döş qəfəsinin sol yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, qalan 5 xəsarət isə dərəcəsinə görə yüngül zərər vurmaya aid olan xəsarətlər olmuşdur. Qeyd olunan bu xüsusat isə təsdiq edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs öldürmək niyyətində olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs bıçaqla 6 ədəd bədən xəsarətləri yetirərkən onu heç kəs tutmamış, ona heç kim maneçilik törətməmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs isə sərxoş vəziyyətdə olduğundan təqsirləndirilən şəxsə qarşı aktiv müqavimət göstərmək imkanında olmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə irəli sürülən ittiham aradan qaldırılması mümkün olmayan şübhələr üzərində qurulmuşdur. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində göstərilir ki, Cinayət-Prosessual Məcəllənin müddəalar ına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə edilən tövsiyələrə uyğun olaraq, baxı lan işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxslərin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışları hərtərəfli araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs niyyəti nə birbaşa, nə də dolayı qəsdlə xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayətini törətmək olmamışdır. O, yalnız zərər çəkmiş şəxsin təşəbbüsü ilə başlanmış qarşılıqlı savaşma zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bıçaqla ağır bədən xəsarətləri yetirib, insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuş, yəni Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cina yət əməlini törətmişdir...”. Hökmdə birinci instansiya məhkəməsinin yuxarıda göstərilən nəticələrə gələrkən hansı sübutlara əsaslandığı da göstərilmişdir. Həmin sübutların hökmdə qeyd olunanlar baxımından təhlili isə göstərir ki, bu sübutlar hökmdə əks etdirilmiş həmin nəticəyə gəlmək üçün əsas vermir. X10 Təqsirləndirilən şəxsi arxadan tutması səbəbindən sonuncunun daha çox xəsarət yetirməyə imkanı olmadığı barədə məlumat ibtidai istintaq zamanı toplanmış bir neçə sübutlarda (ifadələrdə) əks etdirilmişdir. Təqsirləndirilən şəxs özü ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə sərbəst verdiyi ifadədə birmənalı olaraq aşağıdakıları göstərmişdir: “...Mən ofisianta yaxınlaşıb pulu vermək istədikdə Zərərçəkmiş şəxs yenidən məni gördü və yenidən məni söyərək gəl bura dedi. O yenə əlinə balta alıb mənə tərəf gəldi. Mən də stolun üzərində olan bıçağı götürdüm. Mən onun məni vurmasına imkan vermədim və sol əlimlə Zərərçəkmiş şəxsin balta tutan əlini tutub saxladım, sağ əlimlə isə bıçaqla Zərərçəkmiş şəxsin əvvəlcə sol döş qəfəsi nahiyəsindən üç dəfə vurdum, balta onun əlindən düşdükdən sonra o, arxa tərəfə qaçmağa başladı, mən həmin an bıçaqla onun kürək nahiyəsindən vurdum, o qaçıb arxa tərəfdə olan divara dirəndi, mən də bıçaqla onun döş qəfəsindən vurmaq istədikdə bıçaq onun əlinə dəydi, həmin an Zərərçəkmiş şəxs kənara çəkilib mətbəxə tərəf qaçdı, X10 isə kabinetdən çıxıb məni tutub saxladı, mənə onun arxasınca qaçıb onu vurmağa imkan vermədi, məni bayıra çıxartdı, mən də bayıra çıxıb hadisə yerini tərk elədim...”. Təqsirləndirilən şəxs özünü n bu ifadələrini Zərərçəkmiş şəxsla üzləşmə zamanı da təsdiq etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı sərbəst verdiyi ifadədə göstərmişdir ki, “... Təqsirləndirilən şəxs mənə tərəf gələrək əlində olan cib bıçağı ilə mənim nəslimi söyərək əvvəlcə mənim qarnımın sol yan hissəsindən iki dəfə vurdu, mən də onu əllərimlə itələdim, o isə geriyə tərəf gedib yenidən mənə tərəf gələrək sol döş qəfəsi hissəsindən üç dəfə vurdu, mən yenə onu söyərək onu əllərimlə itələdim, o da yenə mən tərəfə gəldi, mən də geriyə tərəf getdikdə belim divara dirəndi və üzümü divara tərəf çevirəndə Təqsirləndirilən şəxs bıçaqla mənim arxa onurğa sütunumun bel fəqərəsindən bir dəfə vurdu. Daha sonra o yenidən məni sol döş qəfəsi nahiyəmdən vurmaq istədikdə mən sol əlimlə bıçağı saxlamaq istədikdə bıçaq mənim əlimi kəsdi. Həmin an X10 kabinetdən çıxıb biz tərəfə gəldi və Təqsirləndirilən şəxsin məni bıçaqla vurmasına imkan vermədi, çünki X10 Təqsirləndirilən şəxsi tutub saxlamasaydı Təqsirləndirilən şəxs bıçaqla məni vurmaqda davam edəcəydi. X10 Təqsirləndirilən şəxsi arxadan tutub kənara itələdi, məni isə dərhal yoldan keçən avtomobilə qoyub məni xəstəxanaya apardı...”. Zərərçəkmiş şəxs bu ifadəsini suallara cavab verərkən və Təqsirləndirilən şəxslə üzləşmə zamanı da təsdiq etmişdir. X26 ibtidai istintaq zamanı göstərmişdir ki, “... Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxsə yaxınlaşdı və bildirdi ki, gəl bura söhbət edək, həmin vaxt Təqsirləndirilən şəxs cibindən çıxartdığı bıçaqla Zərərçəkmiş şəxsə çoxsaylı zərbələrlə vurmağa başladı. Həmin an mən qışqırdım və X10i köməyə çağırdım, X10lə bir likdə Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxsi araladıq. Həmin an Təqsirləndirilən şəxs restoranı tərk edib getdi. Mən də X10lə Təqsirləndirilən şəxsi bayıra çıxartdıq və həmin an yoldan keçən Mersedes rəngli **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyduq ki, onu təcili yardıma aparsın...”. X22 da ibtidai istintaq zamanı göstərmişdir ki, “... mən Zərərçəkmiş şəxsin qan içində olmasını görüb Təqsirləndirilən şəxsə arxa tərəfdən yaxınlaşıb qucaqlayıb kənara çəkmişəm, Zərərçəkmiş şəxsi isə qolundan tutub bayıra çıxarıb xəstəxanaya aparmışam... Həmin an o sakit idi, mənim onu kənara çəkməyimdən sonrakı hərəkətlərini isə görməmişəm, xatırlamıram...”. X23 ibtidai istintaq zamanı göstərmişdir ki, “... mən aşağı düşüb restoranın içinə keçərək gördüm ki, Təqsirləndirilən şəxsin əlində bıça q var və o, həmin bıçaqla Zərərçəkmiş şəxsi vurubdur, X10 isə onları aralayır. Mən bunu görüb dərhal Təqsirləndirilən şəxsi tutub X10lə birlikdə onu bayıra çıxartdım...”. X26 digər ifadəsində də (ibtidai istintaq zamanı verdiyi) göstərmişdir ki, “... elə həmin an Təqsirləndirilən şəxs cibindən çıxartdığı bıçaqla Zərərçəkmiş şəxsə çoxsaylı zərbələr vurmağa başladı. Qaranlıq olduğundan Təqsirləndirilən şəxsin neçə dəfə Zərərçəkmiş şəxsin bədəninin hansı nahiyələrinə zərbələr vurduğunu mən dəqiq deyə bilmərəm, lakin onu deyə bilərəm ki, Təqsirləndirilən şəxsin zərbələrindən Zərərçəkmiş şəxs arxaya getməyə başladı. Bu zaman mən qışqıraraq X10i köməyə çağırdım. X10 kabinetdən çıxaraq Təqsirləndirilən şəxsə arxadan yaxınlaşıb onu tutdu və onun Zərərçəkmiş şəxsi vurmasına imkan vermədi. Bundan so nra Nadiq Təqsirləndirilən şəxsi bayıra çıxartdı, mən isə Zərərçəkmiş şəxsə kömək etməyə başladım. X10 Təqsirləndirilən şəxsi çölə çıxardandan sonra geri qayıtdı və mənimlə birlikdə Zərərçəkmiş şəxsə köməklik edib onu maşınların birinə otuzdurub onu xəstəxanaya apardı...”. Həmin ifadədə müvafiq suala cavab olaraq X26 bildirmişdir ki, “... Zərərçəkmiş şəxs düz deyir. X10 Təqsirləndirilən şəxsi tutub saxladığından Təqsirləndirilən şəxs sona qədər öz hərəkətlərini çatdıra bilmədi...”. İbtidai istintaq zamanı X10 bir daha dindirilərkən həm sərbəst ifadəsində, həm də suala cavab olaraq göstərmişdir ki, “... mən X1ya irad bildirən zaman zalda X5un kömək barədə səslərini eşitdim. Bundan sonra mən zala qayıtdım və gördüm ki, Təqsirləndirilən şəxslə üzbə-üz dayanıblar. Mən tez arxadan Təqsirləndiri lən şəxsə yaxınlaşıb onu tutub restorandan çıxartdım və tez restorana qayıdıb X5la birlikdə Zərərçəkmiş şəxsə köməklik edib onu xəstəxanaya apardım...”. Həmin dindirmə protokolundan görünür ki, X22a “...Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir ki, X12 onu dayanmadan bıçaqla vurmuş və yalnız siz Təqsirləndirilən şəxs tutaraq ondan çəkdiyinizdən Təqsirləndirilən şəxs onu sona qədər bıçaqla vura bilməmişdir. Bu barədə nə deyə bilərsiniz? məzmunda sual verilmiş və həmin şahid bu suala cavab olaraq bildirmişdir ki, “Bəli, Zərərçəkmiş şəxs düz deyir”. Zərərçəkmiş şəxs məhkəmədə də özünün ibtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq edərək göstərmişdir ki, “... biz bir-birimizə yaxınlaşdıqdan sonra Təqsirləndirilən şəxs məni söyüb əlində tutduğu bıçaqla məni vurmağa başladı. Təqsirlə ndirilən şəxsin bıçaq zərbələrindən yayınmaq üçün sağa-sola hərəkət edib, Təqsirləndirilən şəxsi özümdən itələdim və bıçaq zərbəsinin istiqamətindən asılı olaraq geriyə döndüm. Lakin sərxoşluğum mənim tam müdafiə olunmağıma imkan vermədi. Təqsirləndirilən şəxsin bıçaq zərbələri mənim sinəmdən, qarnımdan, belimdən dəydi və sol əlimi kəsdi. Xatırladığıma görə X10 Təqsirləndirilən şəxsi arxadan tutub saxlamışdı, sonra isə mənə köməklik edərək məni yoldan olan keçən avtomobillərin birinə qoyub xəstəxanaya aparmışdı...”. Digər prosessual şəxslər də məhkəmədə ibtidai istintaqdakı ifadələrini Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərkən X10un onları ayırmaları, zərərçəkmiş şəxsə daha çox xəsarət yetirməyə imkan vermədiyi hissəsində dəyişdirmişlər. X20 özünün ibtidai istintaqd akı ifadələrinə uyğun ifadə vermiş və göstərmişdir ki, Təqsirləndirilən şəxsin əlində bıçağın olduğunu, həmin bıçaqla Zərərçəkmiş şəxsi vurduğunu, X10in isə onları araladığını görmüşdür. Göründüyü kimi, prosessual şəxslərin əksəriyyəti iş üçün mühüm əhəmiyyət kəsb edən hallarla (X10 Təqsirləndirilən şəxsi tutaraq daha çox xəsarət yetirməyə imkan vermədiyi ilə bağlı) əlaqədar ibtidai istintaqda və məhkəmədə bir-biri ilə kəskin şəkildə fərqlənən, hətta ziddiyyət təşkil edən ifadələr vermişlər. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunanları ittihamın tam şəkildə sübut edilməsində yaranmış şübhələr kimi qiymətləndirsə də, həmin ziddiyyətlərin və şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməmiş, ifadələr arasında olan ziddiyyətlərin səbəblərini a raşdırmamış, ibtidai istintaqda verilən ifadələrin bir qismini elan etsə də, onları faktiki olaraq kifayət qədər ətraflı tədqiq etməmiş, bir sıra prosessual şəxslərin ifadələrində olan məlumatlar arasında fərqlərin səbəblərinə dair izahlarının inandırıcı olmadığına və əvvəlki ifadələrin həqiqətə uyğun olmamasını əsaslandırmadığına əhəmiyyət verməmiş, zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin və hadisəni bilavasitə müşahidə etmiş şahidlərin çarpaz dindirilməsini aparmamış, əvvəlki ifadələrini məhkəmədə dəyişmiş şəxslərin məhkəmədəki ifadələrinə üstünlük verdiyinin səbəblərini hökmdə göstərməmiş, bununla bağlı gəldiyi nəticəni faktiki olaraq əsaslandırmamışdır. Məhkəmə iclas protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyyətləri aşağıdakı kimi izah etmişdir: “... Mən hələ hadisədən də əvvəl tez-tez əsəbiləşib, adi bir şeydən tez stressə düşürdüm. Heç arzulamadan belə bir hadisənin baş verməsi məni daha da əsəbiləşdirmişdi. Bir ifadə verərkən öz əməlimi şişirtmişdim...”. Zərərçəkmiş şəxs isə ifadələri arasında fərqi belə izah etmişdir: “... Qeyd edim ki, məhkəmə baxışı zamanı verdiyim ifadəm doğrudur. İş prokurorluğa verilərkən təqsirləndirilən şəxsi bağışlamaq qənaətinə gəlmişdim. Prokurorluqda sonradan dindirildiyim hər iki dəfə əvvəlki ifadəmin düzgün olmadığını bildirmişdim. Lakin yalan ifadəyə görə cinayət məsuliyyətinə cəlb olunacağım bildirildikdən sonra fikrimdən daşınmışdım...”. Mübahisəsizdir ki, ifadələr arasında fərqin səbəbinə dair belə izah inandırıcı hesab oluna bilməz və ibtidai istintaq zamanı həqiqətə uyğun olmayan ifadələrin ver ilməsi qənaətinə gəlməyə əsas verən amil kimi qiymətləndirilə bilməz. Bunlarla əlaqədar həm də qeyd olunmalıdır ki, hadisəni bilavasitə müşahidə etmiş şahidlər X10 və X5 onların ibtidai istintaqda və məhkəmədə verdikləri ifadələri arasında ziddiyyətlərin mövcudluğunun səbəbləri ümumiyyətlə izah etməmiş, onlara bu istiqamətdə sual da verilməmişdir (məhkəmə iclas protokolundan göründüyü kimi). X5un ibtidai istintaqda verdiyi ifadələr hətta tədqiq edilməmiş, elan belə olunmamışdır. Göründüyü kimi, məhkəmə sübutların tədqiqi, yoxlanılması məsələsinə səthi yanaşmış, buna dair vəzifələrini tam yerinə yetirməmişdir. Hökmdən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs niyyətinin nəyə yönəlməsi məsələsini həll edərkən onun Zərərçəkmiş şəxs 6 bıçaq yarası yetirdiyinə, xəsarətlərin lokalizasiyasına (əs asən həyat üçün mühüm olan orqanlara yetirildiyinə), bıçaq zərbələrindən birinin qarşısını almaq üçün Zərərçəkmiş şəxs əlini qabağa verdiyi üçün xəsarətin həmin əlinə yetirilməsinə əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, sübutlar arasında ziddiyyətlər aradan qaldırılmaqla hadisələrin təfərrüatı, nə cür cərəyan etməsi, bu zaman Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və X10un hərəkətləri dəqiq müəyyən edilməli, Təqsirləndirilən şəxs xəsarət yetirməsini dayandırmasının özünün iradəsindən asılı olub-olmadığı aydınlaşdırılmalı və sübutlar, habelə işin digər faktiki halları “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 2 və 3-cü bəndlərinin izahları baxımından qiym ətləndirilməklə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməlidir. Həmin bəndlərdə izah olunmuşdur ki, “...qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir.Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmə də təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır...”. Məhkəmə kollegiyası bunu da qeyd edir ki, Təqsirləndirilən şəxs iki maddə ilə ittiham cinayətlərin ideal məcmusu qaydasında (CM-nin 17.2-ci maddəsi) verilmişdir. Yəni ittihama görə, Təqs irləndirilən şəxs bir hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə ittiham olunmuşdur. Birinci instansiya məhkəməsi də Təqsirləndirilən şəxs bir hərəkətini CM-nin 126.1 və 221.3-cü maddələri ilə ideal məcmu qaydada tövsif etmiş və onun bu maddələrlə nəzərdə tutulan cinayətləri törətməsi qənaətində olmuşdur. Bundan belə qənaətə gəlmək olar ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs bir hərəkətində həm xuliqanlıq, həm də sağlamlığa ağır zərərvurma cinayətlərini törətməsi mövqeyində olmuşdur (hökmdə bu cinayətlərin ayrı-ayrılıqda törədilməsi barədə fikir söylənilməmişdir). Xuliqanlıq prosesində silah qismində istifadə edilən əşyanın tətbiq edilməsi (birinci instansiya məhkəməsi məhz belə qənaətə gəlmişdi r) zərərçəkmiş şəxsin sağlamlığa ağır zərər vurduqda bunların xuliqanlıq niyyəti ilə edilmədiyi barədə fikir, məhkəmə kollegiyasının qənaətinə görə, məntiqi və əsaslı hesab oluna bilməz (bir hərəkət yalnız bir vahid niyyətlə əhatə oluna bilər). Birinci instansiya məhkəməsi bunlara da heç bir əhəmiyyət verməmiş, xuliqanlıq törədilən zaman silah qismində bıçağın istifadə olunduğu qənaətinə gəldiyi halda, bıçağın istifadəsi nəticəsində yetirilmiş ağır xəsarətin xuliqanlıq niyyəti ilə törədilmədiyi qənaətinə gəlmişdir (məhkəmə kollegiyası bunları bir-birinə zidd fikirlərin hökmdə əks etdirilməsi kimi qiymətləndirir). İş materiallarından görünür ki, apellyasiya məhkəməsi də həmin çatışmazlıqları, uyğunsuzluqları, ziddiyyətləri aradan qaldırmamış, bunun üçün müvafiq tədbirləri görməmiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən, lakin müəyyən edilməmiş qalan bir sıra halları araşdırmamış, apellyasiya protestinin dəlillərini qanunla nəzərdə tutulmuş qaydada cavablandırmamış, bununla da gəldiyi nəticəni faktiki olaraq əsaslandırmamışdır. Mübahisəsizdir ki, bu cür çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası belə qənaətə gələrkən aşağıda göstərilən normaların tələblərinə də əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şə xsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Qeyd olunan normaların həm məzmununa, həm də mənasına görə ittihamın sübut edilməsində yaranmış şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməli və yalnız bu mümkün olmadıqda onlar təqsirləndirilən şəxslərin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutla rın kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 392.3-c ü maddəsində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər, məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, kassasiya protesti isə təmin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya protesti təmin edilsin. Sədrlik edən: Əli Seyfəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar