Məhkəmə qərarları › İş №1(102)-530/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-530/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-530/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X9 və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Re spublikası CM-nin 153.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə və Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim: X5) 22 iyul 2020-ci il tarixli hökmü ilə xx xxxx 1990-cı il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Noda kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozunda yerləş ən fərdi yaşayış evində yaşamış, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 fevral 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə və Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə) 15 sentyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 iyul 2020-ci i l tarixli hökmü cəza təyini hissəsində dəyişdirilmiş, Məhkum təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası artırılaraq, 1 (bir) il 6 (altı) ay həddində müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum 01 fevral 2020-ci il tarixdə saat 11 radələrində öz cinsi ehtirasını təmin etmək məqsədilə Bakı şəhəri yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evinin içərisində 14 yaşına çatmayan 01 fevral 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən sonuncunu yataq otağına aparıb çarpayının üzərinə uzadaraq qucaqlayıb əli ilə sinə və arxa nahiyəsinə toxunaraq zərərçəkmiş şəxsin əynində olan şalvarını və köynəyini yarımçıq çıxarıb dodağından və sinəsindən öpərək əxlaqsız hərəkətlər etmişdir. Kassasiya şikayə ti və kassasiya protestinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2020-ci il tarixli qərarındən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti və Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, İş üzrə məhkəmə baxışı məhkəmə istintaqı formasında aparılmalı olduğu halda aparılmamış, işdə olan ziddiyyətlər apelyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. İşin tam, obyekti və hərtərəfli araşdırılmadan əsassız qərar qəbul edilmişdir. İş üzrə təqsirləndirilən şəxs Məhkum qarşı irəli sürülmüş ittiham formal xarakter daşımaqla, iş üzrə obyektiv qərarın qəbul edilməsi üçün əsaslı sübutlar olmasına baxmayaraq məhkəmə bu sübutlara istinad etməmişdir. Belə ki, Məhkum faktla bağlı aparılmış araşdırma zamanı, həmçinin istintaq dövründə, cinayət işinin istintaq materialları ilə tanış olarkən və məhkəmə istintaqı zamanı azyaşlı Zərərçəkmiş şəxs qarşı heç bir əxlaqsız hərəkət etmədiyini, onu əzizləmək məqsədi ilə öz qızı davranmaqla öz qızı kimi öpdüyünü qeyd edib, ona elan olunmuş ittihamla razı olmadığını bildirmişdir. Yəni hüquqlarını müdafiə etdiyim şəxsin bu cinayət işini törətməkdə nə məqsədi, nə də ki, bunu etməyə mənəvi əsası olmamışdır. Həmçinin, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs 01.02.2012-ci il təvəllüdlü olmaqla azyaşlıdır. Onun fizioloji orqanları o dərəcədə inkişaf etməmişdir ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmişin bədəni üzərində əxlaqsız hərəkətlər etməklə cinsi ehtirasını təmin etmiş olsun. Bundan başqa həmin vaxt X X X Xanın böyük qızı yataq otağına gəlmiş, ona bildirmişdir ki, yeməyi hazırlasın və H Hla birlikdə yemək yeyəcəklər. Buna görə E E yataq otağından çıxıb getmişdir. X X X Xanın iddia etdiyi əxlaqsız hərəkətlərə yol vermiş olsaydı, yataq otağının qapısını açıq halda saxlamazdı. Eləcə də həmin hərəkəti H Hdan 2 yaş böyük olan aya qarşı törətmiş olardı. Ola bilər ki, H H onun səmimi hərəkətini düzgün dərk etməmiş, ona qarşı nalayiq hərəkətlərə yol verdiyini yanlış olaraq düşünmüş və bu barədə anası X X X Xaya məlumat vermişdir. Müdafiəçi qeyd etmişdir ki, ilkin araşdırma və ibtidai istintaq və hətta məhkəmə baxışı zamanı Məhkum hərəkətlərinə düzgün hüquqi qiymət verilməmiş, yalnız azyaşlılar H H və ların, eləcə də onların anası X X X Xanın ifadələrinə əsasən Məhkum əməlinə Azərbaycan Respu blikası CM-nin 153.2-ci maddəsi ilə cinayət-hüquqi qiymət verilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Belə bir ittihamın təqsirləndirilən şəxsə nisbətdə irəli sürülməsi ağlasığmaz bir haldır. Apellyasiya məhkəməsi sübutları düzgün araşdırmadan, iş üzrə ziddiyyətləri aradan qaldırmadan əsassız və qanun qərar qəbul etmişdir. Qeyd olunanların nəzərə alınmasını, kassasiya şikayətinin təmin edilməsini, 15 sentyabr 2020-ci il tarixli qərarını bəraət verici əsaslarla ləğv edib, işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı Məhkum törətdiyi cinayət onun şəxsiyyətinin cəmiyyət üçün çox təhlükəli olmasını açıq surətdə göstərdiyini vurğulayaraq kassasiya protest ini onunla əsaslandırmışdır ki, məhkəmə Məhkum aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edərkən göstərilən halları, həmçinin Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilən halları, yəni onun şəxsiyyətini, əməlinin ictimai təhlükəliliyinin xarakterini, cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə almadan, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin olunmasına formal yanaşmış və hökmünün təsviri-əsaslandırıcı hissəsində belə cəzanın hansı səbəbdən təyin edilməsini kifayət qədər əsaslandırmamışdır. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının al ınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. İbtidai istintaq zamanı iş üzrə aparılmış eksperimental-psixoloji müayinəni yekunlaşdırıb belə nəticəyə gəlinmişdir ki, zərərçəkmiş şəxs X8 azyaşlı olduğundan onunla edilən hərəkətlərin mahiyyətini, xarakter və mənasını anlamaq qabiliyyətinə malik olmamışdır. ada hadisə zamanı psixi-emosional vəziyyətində həyəcan əmələ gələ bilərdi. Məhkəmə hökm çıxararkən zərərçəkmiş şəxs X4 ona qarşı qeyd edilən cinayət törədilərkən azyaşlı olduğundan onunla edilən hərəkətlərin mahiyyətini, xarakter və mənasını anlamaq qabiliyyətinə malik olmamasını, hadisə zamanı onda psixi-emosional vəziyyətində həyəcan əmələ gələ bilməsini nəzərə almamışdır. Məhkum Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə təyin edilmiş cəzanın müddəti cinayətin ağırlığı və məhkumun şəxsiyyətinə uyğun olmayan, yüngüllüyünə görə açıq-aydın ədalətsiz hesab edilməli və ona məhkum olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilmə əsası ilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi yeni apelyasiya baxışına qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qərarının ləğv olunması və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini müzakirə edi b, kassasiya şikayətinin təmin edilməməsi, kassasiya protestinin təmin edilməsi bərədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin çıxışlarını dinləyib, kassasiya şikayəti və kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə b axaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini m üəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-n in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyi və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusa tların qeyd olunması qənaətindədir. İş materiallarında olan, birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi X1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs göstərmişdir ki, “o, ailə üzvləri ilə birlikdə Binə qəsəbəsi yaşayır, heç bir məktəbdə və bağçada oxumur. Onların ailəsi atası, anası, bacısı, qardaşı və özündən ibarətdir. Anası və atası işə gedəndə o, bacısı E E ilə evdə tək qalırmış, aradabir qonşular onlara baş çəkirmiş. F F F onların qonşusudur, onlar ailəvi dost olmuşlar. F F Fgil tez-tez onlara gəlirlərmiş, onlar da eyni zamanda F F Fgilə qonaq gedirlərmiş. 01 fevral 2020-ci il tarixdə atası Rasim və anası X X səhər 08 radələrində işə getmişlər. Evdə çörək az olduğu üçün anası qonşuları F F Fın arvadı Dəstəgül xalaya zəng edərək demişdir ki, "F F F öz evinə çörək almağa gedəndə bizə də çörək alıb verər”. Həmin gün günorta saatlarında F F F onların evinin qapısını döymüş, bacısı E E qapını açmışdır. F F F əlində iki ədəd çörək ilə evin içərisinə daxil olaraq çörəkləri otaqda stolun üstünə qoymuş, bundan sonra onu qucağına alaraq valideynlərinin yataq otağına aparmışdır. Onlar otağa daxil olduqdan sonra E E da həmin otağa gəlmişdir. F F F E Ea demişdir ki, get, o biri otaqları təmizlə, bacısı da da oradan çıxıb getmişdir. Bacısı getmiş, otağın qapısı açıq qalmışdır. Daha sonra F F F onu valideynlərinin yataq otağında yerləşən çarpayının üstünə uzandırmışdır. F F F onun dodaqlarından bir dəfə öpmüş, sonra əynində olan köynəyi sinəsinə qədər qaldırmış və onun göbək nahiyəsi ç öldə qalmışdır. F F F onun qarnından bir dəfə öpmüş, bunun ardınca isə əynində olan şalvarı azca aşağı çəkmişdir. O, şalvarını yuxarı çəkərək bildirmişdir ki, "mən acam, yemək yemək istəyirəm”. F F F onu qucağına götürərək yemək yedikləri otağa aparmış və E Ea demişdir ki, uşağa yemək versin. E E ona yemək gətirmişdir və F F F onun üzündən öpüb oradan çıxıb getmişdir. Həmin gün anası axşam evə gələndən sonra anasına F F Fın onu necə öpdüyünü bildirmişdir. Lakin anası ilkin olaraq ona inanmamış və bildirmişdir ki, "F F F sənin əmindir”. O, anasına "sən işə getsən F F F bir də bizə gəlməsin, mən ondan qorxuram” demişdir. F F F ona qarşı heç bir zor tətbiq etməmiş, onu qucağında otağa apararaq dodaq və qarın nahiyəsindən öpmüş, əllərini onun sinə nahiyəsində gəzdirərək əlləşdirməyə başlamış, ardınca isə əlləri ilə onun dalını əlləşdirmişdir. Lakin F F F öz bədənini onun bədəninə sürtməmiş, heç öz şalvarını da çıxartmamışdır. F F F birinci dəfə ona qarşı belə hərəkətlər etmişdir. F F Fdan qorxur, ondan şikayətçidir.” Kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər müdafiəçinin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir. Kassasiya protestində işin faktiki halları və əməlin tövsifi deyil, məhkum barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan ona yüngül cəzanın təyin edilməsi mübahisə edilir. Apellyasiya instansiya məhkəməsi Məhkum təyin olunmuş cəzanı ağırlaşdırsa da, məhkəmə kollegiyası cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almamış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən yüngü l cəza təyin etmiş. Belə ki, ədalət prinsipini özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın əda lətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin e dilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəza nı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından apellyasiya instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmələr cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədaləts iz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Həmin cəza gələcəkdə həm Məhkum, həm də başqa şəxslər tərəfindən eyni qəbildən olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3 və 62-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumların şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təyi n olunmuş cəzanın məqsədini təmin etməyən yüngül cəza təyin etməklə əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Beləliklə, kassasiya protestinin dəlilləri ilə razılaşan və həmin protestin təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında seçil miş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Bakı Apellyasiya Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxışa təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiy i əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, işin hallarına uyğun olaraq cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkum haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti təmin edil sin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar